Mədəniyyət mərkəzlərinin layihələndirilməsi



Yüklə 7,4 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix08.09.2018
ölçüsü7,4 Mb.
#67680
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

147


148
Əgər səhərlər uşaqların qorxusuz gəlib-gedə biləcəyi 
yerin yoxdursa, oranı normal iş yeri hesab edə 
bilməzsən.”
hətta tualetlərdən birində bir nəfəri ölü 
tapmışdılar. Bu günə qədər də bu yer 
haqqında xoşagəlməz söz-söhbət davam 
etməkdədir. Bu, məkan üçün silinməz 
bir ləkədir. Hər girişə mühafizəçi 
qoymuşduq, çünki vəziyyət həqiqətən 
ağır idi. Cümə günləri tanıdığım insanlar 
içəri gələndə onlardan xahiş edirdim 
və silahlarını təhvil alırdım. Onları 
gizlədirdim və gedəndə hər kəs öz 
silahını geri alırdı. Dava-dalaş adi hal idi. 
Qan da, polis də. Təcili yardım maşınları 
da. Həqiqətən, çox çətin vaxtlar idi.
“Pekarna magdalenske mreže” 
qurumunun birinci direktoru olduğum 
ilk il ərzində yalnız narkotik maddə 
istifadəçilərini kompleksdən çıxarmaqla 
məşğul idim. Təqib edildiyimə 
görə hətta iki dəfə polisdən şəxsi 
təhlükəsizliyimin mühafizə edilməsini 
xahiş etməli olmuşdum. İşləməyə 
gücüm qalmamışdı.
Parkın ərazisi əsası qoyulandan 
qaranlıq olub. 90-cı illərdə bura gizli 
cinayət şəbəkəsi, külli miqdarda 
narkotik dövriyyəsi ilə tanınırdı və 
Borut Venzel
68
çətin vaxtlar
“Pekarna magdalenske mreže” mədəniyyət mərkəzi, Maribor, Slovakiya


149


150
Heç kim narazılıq etmir ki, bəzi yerlər 
bağlıdır və cəmi bir neçə tualet işləyir. 
Hər hissə-hissə açılış sayəsində inşaat 
sahəsi daha çox mədəni sahəyə – 
sinaqoq və incəsənət qalereyasına 
çevrilir. Binanın həmin andakı 
vəziyyətinə uyğun olaraq sərgi təcrübəsi 
get-gedə daha da inkişaf edir. Gələn dəfə 
hər şey daha fərqli olur.
69
Sinaqoqun incəsənət qalereyasına çevrilməsi prosesi 
heç cür bitmədiyi üçün sərgi proqramı “hissə-hissə 
açılış” üsulu ilə fəaliyyət göstərir. İnşaat işləri bir 
neçə günlük yarımçıq saxlanılır, təhlükəli ərazilər 
xəbərdarlıq lentləri ilə işarələnir və sahə müəyyən 
müddət istifadə edilir.
hissə-hissə açılış
Nová Synagóga, Jilina


151


152
Korjaamo iki zalda yerləşir.
Sol tərəfdə iki mərtəbədə barı, ofisləri, 
kitab mağazası, resepşn sahəsi, sərgi 
sahələri və konfrans otaqları olan 
kiçik zal yerləşir. Zaldan əlavə, burada 
elə yerlər vardı ki, onlar üçün boş zal 
həddən artıq böyük idi.
Həmin yerlərə kub şəkilli kabinələr 
yerləşdirilir. Onlar daha çox 
strukturlaşdırılmaq üçün iki səviyyəyə 
bölünür. Proqram kabinələr və 
boşluqlar arasında bölünür. Hər kabinə 
bir funksiya daşıyır. Onların hər biri 
fərqlidir və öz məzmununa uyğun olaraq 
hazırlanmışdır. Bəzilərinin divarları 
şüşədəndir, bəziləri isə qaranlıqdır. 
Bəziləri daim açıq, bəziləri isə bağlıdır.
Proqramın bəzi hissələri üçün kiçik miqyaslı, 
bölünmüş sahələr daha münasibdir.
70
açıq məkanlarda kabinələr
Korjaamo Mədəniyyət Mərkəzi, Helsinki


153


154
Korjaamo iki zalda yerləşir.
Sağ tərəfdə vestibül və ağır pərdələrlə 
üç hissəyə bölünmüş böyük bir 
sahə mövcuddur. Mərkəzi hissədə 
vestibüldür, restoran içəri həyətlə 
birləşir, tramvay muzeyi isə küçə 
tərəfdədir.
Onları bir-birindən ayıran pərdələri 
açmaqla buranı vahid məkana çevirmək 
mümkündür.
Bəzi proqramlar üçün böyük sahələri daha da 
böyütmək olar.
muzey, səhnə, restoran
71
Korjaamo Mədəniyyət Mərkəzi, Helsinki


155


156
Mən işıqlandırma dizaynı və 
düzəltdiyim başqa şeylər üçün onlardan 
istifadə edirəm. İçəridə sərgilər 
keçirdiyimiz zaman məkanı hər dəfə 
dəyişdiyimiz üçün bütün bunlar 
köməyimizə gəlir... Məsələn, bu, sobadır, 
sənaye tipli soba. Biz ondan plastiki 
əridib lampalara abajur düzəltmək üçün 
istifadə edirik”.
Maurisio Buttatso
“Biz içəridə olan hər şeyi topladıq, əvvəl 
bura mexaniklər və elektriklər üçün 
məktəb olub. Əşyaların çoxu məktəbdən 
qalan alətlərdir və onlar səhnə tərtibatı 
və məkanda müəyyən şeylər qurmaq 
üçün bizə lazım olur.
Alət və dəzgahlar burada atılıb gedilmişdi. 
Bu sahibsiz qalmış əşyalar yaxşı 
vəziyyətdə idi
72
alətlər
“Manifatture Knos”, Leççe, İtaliya


157


158
“Qaldırıcı krandan, demək olar 
ki, hər tədbirdə istifadə olunur. O 
işlək vəziyyətdədir və müntəzəm 
şəkildə yoxlanılır. Bu damdan onun 
köməyilə yüzlərlə ton yük qaldırmaq 
mümkündür. Hər sütunun üzərində üç 
və ya dörd qaldırma nöqtəsi mövcuddur. 
Bir dəfə qəzetin illik ziyafəti keçirilirdi 
və qaldırıcı krandan maşın asılmışdı. 
Və şounun müəyyən məqamında onlar 
maşını havada sürməyə başladılar!”
Stuba Nikula
Tərk edilmiş zavodlardakı texnikanın köhnə olması 
heç də hamısının yararsız olması demək deyil.
73
qaldırıcı kran
Kaapelitehdas, Helsinki


Yüklə 7,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə