183
184
“Bu mətbəx “İnterzona”nın ən sevimli
yeridir – biz burada görüşürük.
“İnterzona”nı bizim üçün xüsusi edən
əsas səbəb konsert axşamı hamımızın
– bizim (personal), könüllülərin və
aktyorların – nəhəng yemək süfrəsi
ətrafında bir yerdə oturmağımızdır.
Aşpazımız hamı üçün yemək bişirir. O,
çox yaxşı aşpazdır. Çox yaxşı, çox ləzzətli
yeməyimiz olur. Biz çox içirik ki, axşama
lazımi şəkildə başlaya bilək”.
Ada Arduini
Əmək haqqı yalnız mühafizəçilərə və bir səs
texnikinə verilir. Qalan hər kəs isə bu işi yalnız
ona inandığı və bir də şirkətdə həmişə aktyorların
çıxışından əvvəl verilən xüsusi nahar üçün görür.
84
naharla ödənən əmək haqqı
“İnterzona” Mədəniyyət Assosiasiyası, Verona
185
186
Almaniyanın “Axt und Kelle”
ittifaqından olan dülgərlər ittifaqa daxil
olmaq üçün iki il vətənlərindən kənarda
işləməlidirlər. Onlar əsasən ictimai
əhəmiyyəti olan və gəlir gətirməyən
layihələrin yerinə yetirilməsində iştirak
edirlər.
“Onlar çox iş görüblər. Birinci dəfə
2000-ci ildə gəlmişdilər, ancaq
sonra yenə gəldilər. Sonra eyvanı
genişləndirdik. Birinci il ancaq 30
nəfər var idi və bizim adamlar da onlara
kömək edirdi. Çox sayda insan cəlb
edilmişdi. Sonra, məncə, 2005-ci il idi,
başqa bir iş idi, cəmi 10 nəfərdən ibarət
qrup gəlmişdi.
Onlar bunu Sommertreffen – yay
düşərgəsi adlandırır. Bu, adi bir “Axt
und Kelle” hərəkatıdır. Onlar qış
toplantısında hara gedəcəklərini və
hansı yerin onların vaxtına, enerjisinə
və köməyinə ehtiyacı olduğunu
qərarlaşdırırlar. Bu qış buradan
olan dostumuz planlarımızı onların
toplantılarında təqdim etmişdi. Bir neçə
başqa təklifləri də vardı, ancaq, nəticə
etibarı ilə, Metelkovaya gəlmək qərarını
qəbul etdilər”.
Nataša Serets
85
Kifayət qədər maraqlı, cəsarətli və proqressiv xarakterli və ya
böyük sosial təsirə malik olan layihələr ancaq ictimai rifah
üçün təmənnasız işləmək istəyən könüllüləri və peşəkarları
cəlb edə bilər.
dülgərlər ittifaqı
“Metelkova”, Lyublyana
187
188
“Dostlarımızdan birinin işlədiyi şirkətin
15-ci ildönümü, bizim isə on illiyimiz
eyni ilə düşmüşdü. Onlar bildirdilər
ki, əgər burada ziyafət keçirmələrinə
icazə versək, gəmimizin inşaat işlərini
görə bilərlər. İnşaat işləri iki həftəyə
tamamlandı. İnsanların istəyəndə necə
sürətlə işləyə bildiklərini görəndə həqiqi
mənada təəccüblənmişdim.
Üç həftədən sonra ziyafətlərini keçirməli
idilər və keçirdilər də. İşi vaxtında
bitirməkdə çox maraqlı idilər. Bir inşaat
şirkəti kimi onlar bu işi lazımi qaydada
bütün tənzimləmələrə və müvafiq
sənədlərə uyğun şəkildə gördülər.”
Dzintars Zilgalvis
86
illik ziyafətlə ödənilən inşaat
NOASS Assosiasiyası, Riqa
189
190
“Biz buraya gələndə məkanın
musiqi üçün münasib olmağını
istəyirdik, çünki, musiqi bizim əsas
gəlir mənbəyimizdir. Tavan bərbad
vəziyyətdə olduğu üçün musiqi
içəridə rezonans yaradırdı. Əks-səda
yaranırdı. Çıxış yolu tapdıq. Hər şeyi
öz gücümüzlə və çox az miqdarda pulla
elədik. Yarmarka binasına gedib xalça
istədik.
Onlar xalçaları bizə pulsuz verdilər,
çünki atmağa hazırlaşmışdılar. Xalçaları
tavandan asdıq. Artıq akustikadan
şikayət yoxdur və musiqiçilər çox
məmnundurlar.”
Ada Arduini
Odadavamlılıq və ya səs izolyasiyası kimi spesifik
texniki xüsusiyyətlərə malik olan materiallar
adətən ucuz olmur. Lakin, onları birdəfəlik istifadə
edildikləri yerlərdən əldə etmək olar.
87
1
yarmarkadakı xalçalar
“İnterzona” Mədəniyyət Assosiasiyası, Verona
191
“Çox material almağa imkanımız
olmadığı üçün ehtiyaclarımıza, eyni
zamanda təhlükəsizlik qaydalarına
uyğun gələn material axtarıb
tapmalıydıq. Bizə spesifik odadavamlı
material lazım idi.
Böyük yarmarkalarda bu cür
materiallardan çox istifadə edilir, böyük
insan axını bunu tələb edir.
Yarmarka başa çatdıqdan və hər şey
söküldükdən sonra biz dörd yük maşını
və dörd nəfərlə oraya gedib ehtiyacımız
olan və götürməyəcəyimiz halda atılacaq
əşyaları götürdük”.
Kamilla de Vit
87
2
“Mains d’Oeuvres”, Paris
192
Bəzi şirkətlər reklam məqsədilə pulsuz
polietilen paketlər, qələmlər, bloknotlar
və ya qolsuz köynəklər paylayır. “Menų
spaustuvė” mərkəzi isə hər dəfə yağış
yağanda pulsuz plaşlar paylayır. Litvada
isə tez-tez yağış yağır.
88
pulsuz yağış ponçoları
Menų spaustuvė Müasir İncəsənət Mərkəzi, Vilnüs
193
194
89
“Çox bahalı olan bütün bu avadanlıqlar
(bar və mətbəx) cəmiyyətə xidmət
üçündür. Yerli səlahiyyət sahibləri bərpa
etdirdikləri qalada restoran işlətmək
istəyirdilər. Onlar qalanı avadanlıqlarla
təchiz etdilər, ancaq bir ildən sonra
istifadə etmək fikrindən daşındılar. Qala
ilə əlaqədar fikirlərini dəyişdilər.
Avadanlıqları hara qoyacaqlarını
bilmirdilər. Biz öz bərpaetmə layihəmiz
üzərində işləyirdik və onlara bildirdik
ki, avadanlıqları bizə verə bilərlər.
Onları quraşdırdıq. Sadəcə onlara bir
növ özünəməxsusluq vermək üçün bəzi
dəyişikliklər elədik.”
Mikele Bi
Uzun müddətə borc verilmiş bir şey sahibini
dəyişməyə meyllidir.
borc
“Manifatture Knos”, Leççe, İtaliya
Dostları ilə paylaş: |