240
İkinci A38 gəmisinin damında terrasın
sponsoru
elə bir telefon şirkətidir ki,
çəhrayı rəngin mənsubiyyəti onun hansı
şirkət olduğunu tam dəqiqliklə bildirir
və onun adını yazmağa ehtiyac yoxdur.
Oturacaqları, bir də döşəmə üzərindəki
naxışları görən hər kəs dərhal onu
tanıyır.
Əgər bütün xərclər sponsor tərəfindən ödənilirsə,
tikinti materiallarının ucuzunu axtarmağa ehtiyac
yoxdur.
112
terras reklamları
“A38” mədəniyyət mərkəzi, Budapeşt, Macarıstan
242
“İki il bundan əvvəl bir neçə
kirayənişin
ofisimizə gəlib damda
bağça qurmağımızı xahiş etdi. Onların
sözünü yerə salmadıq. Bağça çox ağır ola
bilməzdi və bu problemə sərt küləklər
də əlavə olunurdu. Üstəlik, bu cür
şəraitə davam gətirə bilən bitkiləri də
seçmək lazım idi.”
Stuba Nikula
Bacarıqlı bağban hətta daim şimal küləyinin tutduğu
binanın səkkizinci mərtəbəsində də gül-çiçək yetişdirə
bilər.
113
damda yerləşən bağça
Kaapelitehdas, Helsinki
244
Damın ağırlığı torpaq qatının
tərkibindən asılıdır. Məsələn, adi
torpaqdırsa, su hopdurulmuş halda
çəkisi 16 kq/m2 olacaq. Biz çəkisi 6,5
kq/m2 olan
yüngül substratdan istifadə
edirik, yəni damın çəkisini yarıdan da
artıq azaltmış oluruq.
Yaşıl damın heç də ancaq düz, yastı
dam örtüyü üzərində qurulması mütləq
deyil. Bizdə 25 dərəcəli bucaq təşkil
edən dam var, heç bir problemi də
yoxdur. Daha kəskin, tutalım 45 dərəcəli
bucaq, işi xeyli çətinə sala bilər. Bu
halda torpaq qatını sürüşmədən etibarlı
qorumaq üçün xüsusi çıxıntılar qurmalı
olursunuz, bu isə bahalı bir işdir. Ekoloji
istifadə üçün bucaq gərək 25 dərəcədən
artıq olmasın.
1980-ci illərdə Berlində yaşıl damları
dəstəkləyən
proqram həyata keçirilirdi,
damların əksəriyyəti hökumət vəsaiti
hesabına tikildi. Berlin şəhəri leysan
yağışların ilk zərbəsini tutub saxlamaq
niyyətindədir ki, yağış suları çaylara
axıb onları daşdırmasın. Əslində, gərək
betondan çox böyük zallar, nəhəng su
anbarları tikiləydi, bu isə həmin effekti
verən yaşıl damların quraşdırma
xərcləri
nisbətində ikiqat xərc olacaqdı.
Verner Viartalla
“UFA” fabrik ərazisində gəzinti, sanki,
ekoloji bina tikintisinə aid müxtəlif
eksperimentlərlə tanışlıq turudur.
“Günəş istisinin təsiri altında standart
qır-ruberoid örtüklü damın temperaturu
yay vaxtı 50 dərəcəyə yüksələ bilər.
Torpaq qatının altında isə temperatur
25-35 dərəcə təşkil edir. Yəni, bu
cür damın altındakı otaqlarda hava
kifayət qədər sərin olur və kondisioner
işlətməyə daha ehtiyac qalmır.
Torpağın qalınlığı 10 santimetrə
yaxındır, bu qat yağış
suyunun
təqribən 70%-ni özündə saxlayır.
Öncə bizim belə bir problemimiz var
idi – kanalizasiya xətti yağış suyunu
çaya ötürməyə çatdırmadığından su
lyuklardan bayıra vururdu. Bütün
küçələri su basırdı, “ufaFabrik”
ərazisində də vəziyyət eyni idi. Yaşıl
damlar üsuluna keçdikdən sonra
canımız bu haldan qurtardı. Əvvəlcə
yaşıl damlar yağıntını özünə hopdurur,
sonra isə həmin su buxarlanır və bu da
əraziyə sərinlik gətirir. Altındakı otağın
artıq istisini sovuran bu dam, elektriksiz
işləyən əla kondisioner sistemidir. Həm
də otağın havası tozdan təmizlənir;
burada çox xoş mikro-iqlim hiss olunur.
Termal izolyasiya, yağış sularının hopdurulması,
qalmaq üçün yer
yaşıl dam
114
“ufaFabrik” mərkəzi, Berlin
247
Kim istəsə bizə qoşula bilər. Gələnlər
gecələmə,
yemək və yol xərclərini
ödəyirlər. Uşaqlı ailələr tədbirlərimizi
çox xoşlayır. Uşaqlar oynayır, otluğun
içində yumbalanır, aşağı-yuxarı qaçışa
bilirlər. Kənd camaatını dindirsəniz,
deyəcəklər: “Hə, bu gün yüz kilo zeytun
yığmışam.” Yüz kilo zeytun iyirmi litr
yağ deməkdir. Biz ora gələndə zeytun
toplayanlar adətən, 10, 12, 15 nəfərlik
dəstələrə bölünürlər. Günün sonunda
yüz kilo zeytunu götürüb sıxma
dəzgahına gedirik. Yol yaman dikdir. Tez
getmək olmur.”
Paola Simoni
“Noyabrda, zeytun yığmaq vaxtı
gələndə, adamları
həftə sonu gəlib
bizə qoşulmağa dəvət edirik. Zeytunu
səhər tezdən yığırıq. Adətən, bu, şənbə
gününə təsadüf edir. Nahara birlikdə
kabab çəkirik. Yeməkdən sonra, günün
ikinci yarısında sıxma dəzgahına
gedirik. Bütün prosesi sona çatdırıb geri
təzə zeytun yağı ilə qayıdırıq və şam
yeməyinə hazırladığımız yeməyə artıq
təzə yağdan vura bilirik. Bazar günü
kiçik bir gəzintiyə çıxırıq, yaxınlıqdakı
gölü, Qədim Roma dövründən qalmış
xarabalıqları ziyarət edirik. Bundan
sonra ənənəvi yeməklərin və müxtəlif
yağların dadına baxırıq.