Mədəniyyət mərkəzlərinin layihələndirilməsi



Yüklə 7,4 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix08.09.2018
ölçüsü7,4 Mb.
#67680
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

169


170
Mərkəzin studiyaları, ofisləri və yaşayış 
üçün nəzərdə tutulmuş mərtəbəsi var
ancaq OZU-da hamının bir-biri ilə 
görüşdüyü yer mətbəxdir. Bəzən burada 
seminarlar, kurslar və ya dequstasiyalar 
keçirilir.
Mətbəx çox böyükdür və içində kitab 
rəfləri, şərab və müxtəlif məhsul 
qarışıqları var. Divarlardan müxtəlif 
otlar və bibər dəstələri asılıb, aşağı 
rəflərə ev şəraitində hazırlanmış zeytun 
yağı çəlləkləri düzülüb.
Yemək hazırlamaq üçün yer və avadanlıq 
yemək masasının yanındadır. Bura, 
ətrafına adamlar yığışmış əlaqələndirmə 
mərkəzinə bənzəyir: biri nə isə doğrayır, 
biri qarışdırır, digəri nə isə yuyub 
qurulayır, bir başqası bişirir, beşincisi, 
altıncısı və yeddincisi isə məsləhət verir. 
Mətbəx plitəsi səhnə, yemək masası isə 
auditoriya rolunu oynayır.
Bəzən səhnə yox, adi otaqlardan biri ən vacib yer 
olur.
79
mətbəx
OZU Mədəniyyət Mərkəzi, Monteleone Sabino


171


172
Xahiş edirik ki, dərhal polisə zəng 
vurmayasınız. Yerdə qalan altı və ya 
yeddi həftə sonu ərzində sakitlikdən 
zövq ala bilərsiniz. Biz musiqinin səsini 
aşağı səviyyədə saxlamaq və icazə 
verilən limiti aşmamaq üçün imkan 
daxilində əlimizdən gələni edəcəyik. 
Əvvəlki illərin təcrübəsinə əsaslanaraq 
əvvəlcədən sizə yazmaq və razılıq əldə 
etməyə çalışmaq qərarına gəldik... 
Festivalın ortasında polisin gəlməsi heç 
də xoşagələn hal deyil.
Ya da, gəlin, bu məsələni başqa cür həll 
edək – gəlin, bizə qoşulun. Məktuba 
proqram və çıxışlardan birinə pulsuz 
bilet də əlavə edilib”.
“Stanica Žilina-Záriečie” mədəniyyət 
qovşağının qonşulara məktubu
“”Stanica Žilina-Záriečie” mədəniyyət 
qovşağının hörmətli qonşuları. 
Əziz dostlar, yay gəlib, açıq havada 
keçirilən mədəniyyət tədbirlərinin 
vaxtıdır. Bu tədbirlər xoş hisslər və 
əyləncə ilə bağlı olsa da, bəzən gecə 
səs-küy yaradır və bunun qarşısını almaq 
çox çətindir.
Sizə yazmağımızın səbəbi məhz budur. 
Sizdən “Stanica Žilina-Záriečie” 
mədəniyyət qovşağının yay festivallarına 
ev sahibliyi etdiyi iki həftə sonu – bütün 
yay boyu yalnız ikicə həftə sonu səbirli 
olmağınızı xahiş edirik.
Buraya axşam konsertləri və DJ-lərin 
açıq havada çıxışları da daxildir. Çox 
səs-küy salmağı planlaşdırmırıq, 
ancaq səs icazə verilən limiti aşa bilər. 
Tədbirlər bəzən səs-küylü olur və bu, qonşuları 
narahat edir. Səsi aşağı səviyyədə saxlamaq texniki 
baxımdan mümkün olmadıqda onlarla razılığa 
gəlməyə çalışmaq lazımdır.
80
səs-küy
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


173


174
“Bura çox qaranlıqdır. İki il əvvəl 
restoran üçün pəncərələr qoydurduq. 
Bina kvadrat formasındadır, çox dərindir 
və çox adam gəlməyə qorxur, buranın nə 
olduğunu bilmir, başa düşmür”.
Mia Kristersdotter Norman
Özümüzü təhlükəsizlikdə hiss etmək üçün 
ətrafımızı nəzarətdə saxlamalı, baş verənlərdən 
agah olmalıyıq və eyni zamanda başqaları da bizi 
görməlidir.
81
“Röda Sten” müasir incəsənət mərkəzi, Höteborq
işıq


175


176
“İnterzona” Mədəniyyət Assosiasiyası, Verona
82
barlar


177
Kaapelitehdas, Helsinki
Antik Teatr, Barselona


178
“Melkweg” konsert klubu və multimedia mərkəzi, Amsterdam
“Village Underground”, London


179
“DOM”, Bolonya
“Bakelit” incəsənət mərkəzi, Budapeşt


180
00
aaaa
aaaa
“Manifatture Knos”, Leççe
“Melkweg” konsert klubu və multimedia mərkəzi, Amsterdam


181
Korjaamo Mədəniyyət Mərkəzi, Helsinki
“Łaznia Nowa” teatrı, Krakov


182
Personalın hər dəfə dəyişməsi tədbirləri 
daha yaddaqalan edirmiş. Biz Helsinki 
dizayn həftəsi, rok konserti, hətta ev 
heyvanları şousu keçiririk. Mənə bu 
cür müxtəlif auditoriyaları ələ ala bilən, 
onlarla işləyə bilən bir personal göstərə 
bilərsinizmi? Prodüserlər personal 
və barı özləri ilə gətirir, proqram hər 
dəfə dəyişir və bina konqres mərkəzini 
xatırlatmır.
Stuba Nikula
“Bina tərk ediləndə heç kim bu cür yeri 
necə istifadə edəcəyini bilmirdi – məkan 
çox böyükdür, çox ensizdir, çox uzundur 
və s. Bu il isə biz onu, yəqin ki, 170 
günlük icarəyə verəcəyik.
Kiçik yarmarkalardan tutmuş 
konsertlərə, incəsənət sərgilərinə, hətta 
korporativ tədbirlərə qədər hər şey 
üçün. Biz binanı avadanlıq, ləvazimat
texniki işçi olmadan boş məkan 
kimi icarəyə veririk. Öz barınızı, öz 
heyətinizi, özünüz nə istəsəniz onu 
gətirə bilərsiniz.
Başlanğıcda şirkətin heç bir avadanlığı 
yox idi; biz binanı ya bu cür icarəyə 
verməli, ya da heç verməməli idik. 
Ancaq, təəccüblü olsa da, bu cür 
məkana ehtiyac var imiş.
Bazarda sosial xarakterli tədbirlər üçün icarəyə 
verilən yerlərin sayı çox olanda formasına görə 
spesifik olan məkanları hər hansı başqa xidmət 
növü olmadan təklif etmək olar. Bəzi tədbirlər üçün 
qeyri-münasib olan məkanlar digərləri üçün ideal 
ola bilər.
83
boş yerlərin icarəsi
Kaapelitehdas, Helsinki


Yüklə 7,4 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə