Mədəniyyət mərkəzlərinin layihələndirilməsi



Yüklə 7,4 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix08.09.2018
ölçüsü7,4 Mb.
#67680
1   ...   18   19   20   21   22   23   24   25   26

212
Gələcək
Bir ara hətta yolun üstündən körpü 
inşa edib yeraltı keçidi bağlamaq fikri 
yaranmışdı. Əlbəttə, bir şey ki işləmir, 
hətta mövcud belə deyil, ona sərmayə 
qoymaq olar, ancaq işlək vəziyyətdə 
olana xərc çəkmək heç kimə lazım deyil.
2005
Stanitsa əhalisi 3300 avro vəsait topladı, 
həmin pulun hamısı yeraltı keçidin 
yenilənməsinə xərcləndi. Problemin 
həllinə həsr olunmuş seminar keçirildi
həmin toplantıda 25 nəfər iştirak etdi 
– memarlar, dizaynerlər, rəssamlar, 
tələbələr. Nəticəsi isə – qırılmayan 
fənərlər (hələ də işlək haldadırlar), 
keçidi işıqlı göstərən ağ boya, bir də al-
əlvan girişlər oldu.
2012
Yeraltı keçidin çıxışında yeni bir boya 
mağazası da açılıb. Keçiddən istifadə 
edənlər onun bir az da yenilənməsi 
üçün “sərmayə” qoyurlar – yeraltı 
keçidin qraffiti ilə pozulmuş görkəmini 
yenidən qaydasına salmaq üçün ağ boya 
alırlar. Divarları könüllülər rəngləyir. 
Bir müddət hər şey yenidən qaydasında 
olur.
Stanitsa nəqliyyatın gərgin hərəkəti ilə seçilən və 
şəhərin mərkəzini ətraf qəsəbələrdən ayıran yolun 
arxasında yerləşir. Bu yolu keçmək üçün yeganə 
imkan yeraltı keçiddir, o isə ilk gündən sonu 
görünməyən bir problemə çevrilmişdi.
98
keçid
“Stanica Žilina-Záriečie” mədəniyyət qovşağı


213


214
“Suvilahti haqqında bir müsahibə 
“Mariya Şarapova mədəniyyət 
mərkəzlərində” başlığı altında dərc 
olunmuşdu.
Şarapova, həqiqətən, gözəl tennisçidir. 
O, dünya birincisi olmasa da, o qədər 
yaraşıqlıdır ki, mətbuatda ondan bəhs 
edən yazıların sayı-hesabı yoxdur. Bax, 
elə Trans Europe Halles mərkəzləri də 
o qədər gözəl məkandırlar ki, hətta pis 
fotoqrafçı belə onların yaxşı fotosunu 
çəkə bilər.”
Stuba Nikula
Bir şey ki, sadəcə, gözəldir, onun qəbul olunması 
üçün uzun-uzadı təşviqat aparmağa ehtiyac yoxdur.
99
gözəllik
“Suvilahti” Mədəniyyət Mərkəzi, Helsinki


215


216
Girişin önündə küçə genişlənir. “Łaźnia 
Nowa” teatrına məxsus əzəmətli girəcək 
artırması binaya müəyyən ciddilik verir 
və bununla yanaşı, çox xoş olduğuna 
görə, adamı ayaq saxlamağa vadar 
edir. Adamlar tək-tək və qrup şəklində 
yaxınlaşıb siqaret çəkənlərin yanından 
ötüb-keçərək, binaya daxil olur. 
Havanın qaralan çağıdır. Biz də işıqlanan 
sütunların arasından keçib içəri daxil 
oluruq.
Maşını dayanacaqda saxlayıb, binaya daxil 
olmaq üçün girişə doğru gedərkən artıq nələrinsə 
arasından keçirəm. Bu gəzinti qısa olsa da, xoş 
təəssürat bağışlayır.
100
giriş
“Łaźnia Nowa” teatrı, Krakov


217


218
Gözəllik və sadəlik binanın əsas girişi ilə 
həmahəngdir.
Velosiped duracaqları, üst geyim üçün qarderob. 
Mədəni tədbir üçün adamların toplaşdığı məkanın 
əsas infrastrukturu.
velosiped duracaqları
101
Menų spaustuvė Müasir İncəsənət Mərkəzi, Vilnüs


219


220
Şənbədir, günün ikinci yarısıdır, bir 
saata yaxındır ki, dənizin kənarında, 
Kaapelitehdas-ın qabağında oturmuşuq. 
Kafe sahiblərinin küçəyə çıxardıqları 
masaların arxasında tək-tük müştərilər 
oturub. Burada keçirdiyimiz vaxt 
ərzində yanımızdan keçənlərin sayı, 
bəlkə, beş nəfər olardı.
102
iki fasad
Kaapelitehdas, Helsinki


221
Yerimizi dəyişib, binanın o biri tərəfinə 
keçirik. Bura dəniz kənarının yuxulu 
atmosferinin tam əksidir. Yaxınlıqdakı 
metro stansiyasına keçib-gedən 
insanların axını bitmir. Həyətin 
girəcəyində uzun, dar, hündür bir 
artırma var. Zallara, emalatxanalara 
açılan qapılar canlı bir aləm təəssüratı 
yaradır.


222
103
“Village Underground”, London
fasad qalereyası


223
Burada keçirilən hər bir sərgi çox fərqli 
görüntü ilə seçilir, London kimi zəngin 
mədəni həyata malik şəhərdə isə bunun 
xüsusi əhəmiyyəti var.
Pəncərələrə oxşayan bu dördbucaqlar 
heç də pəncərə deyil. Dağılmış viaduk 
sütunlarından qurulmuş divarların 
üstündə bir metr ara ilə asılmış, şüşə 
arxasında eksponat yerləşdirmək 
üçün nəzərdə tutulmuş dördmetrlik 
çərçivələrdir.


224
104
Şüşə fasadın polad profillərdən 
hazırlanmış çərçivəsi artıq yerinə 
qoyulub. Çərçivənin gözlərinə şüşələr 
düzüldükdən sonra bu fasad 
izolyasiya, akustika, təhlükəsizlik 
kimi bütün tələblərə cavab verəcək. 
Cavab vermədiyi yalnız bircə tələb var: 
münasib qiymət.
Qiymətlər endirilməsə (endirim ümidi 
boş bir fərziyyədir), ya da büdcələrinə 
əlavə vəsait daxil olmasa, fasad 
çərçivəsinə şüşə yerinə sellofan və ya 
brezent çəkmək lazım gələcək.
müvəqqəti fasad
NOASS Assosiasiyası, Riqa


Yüklə 7,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə