Mədəniyyət mərkəzlərinin layihələndirilməsi



Yüklə 7,4 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix08.09.2018
ölçüsü7,4 Mb.
#67680
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

159


160
74
“İdeya mədəni insanları, eləcə də 
emalatxanada dülgərlik kimi işləri görə 
bilənləri bir yerə toplamaqdan ibarət idi. 
Binanı yaşatmaq istəyən bu qrupdakı 
adamlar müxtəlif maraqlara sahib idi.
Əgər sən hər hansı bir işlə 
maraqlanırsansa, sadəcə, insanların 
toplandığı görüşlərin birinə getməli 
və onlara qoşula bilib-bilməyəcəyini 
soruşmalısan.
İşləmək istəyirsənsə, dəzgahlardan 
istifadə edə bildiyini sübut etməyin 
kifayətdir”.
ekskursiya zamanı ümumi qeydlər
Emalatxanalar tam təchiz olunub və dəzgahlarla 
işləyən zaman özünə zərər verməyəcəyini nümayiş 
etdirə bilən hər kəs üçün istifadəyə açıqdır.
emalatxanalar
“WUK” mərkəzi, Vyana


161


162
çörəkxana
“Orqanik çörəkxana yaratmaq, gəlir 
əldə etmək və qalan vəsaiti mədəniyyət 
və incəsənət üçün xərcləmək kimi 
parlaq ideyamız var idi. Buna heç vaxt 
cəhd etməyin, işə yaramayacaq! İlin 
yekunlarına görə çörəkxana ziyana 
işləməyibsə, biz xoşbəxt olarıq.
Çörək çox ləzzətlidir. Lakin bu 
cür yüksək keyfiyyət vasitəsilə pul 
qazanmaq çətin məsələdir. Bütün işlər 
avtomatlaşdırılmış maşınlarla deyil, əllə 
görülür, və hər məhsulun öz qiyməti 
var.”
Siqrid Nimer
Azad mədəniyyət ideallarına əsaslanaraq orqanik 
çörəkxana işlətmək, elə mədəniyyətin özü kimi gəlir 
götürmək üçün görülən iş deyil. Yerli komponentlər, 
yüksək keyfiyyət və təbii məhsullar vasitəsilə yüksək 
gəlir əldə etmək mümkün deyil. Bu, Berlin və ya 
İsveçin şəhərətrafı əraziləri üçün də eyni həqiqətdir.
75
1
“ufaFabrik” mərkəzi, Berlin


163
Mənim Höteborqda kafem və orqanik 
bağım var idi. Övladım olandan sonra 
mən geri, evimə qayıtdım. Həmin vaxt 
da buranı tapdım. Geri qayıtmağa 
dəyərdi. Buranın gözəl şəraiti var, ona 
görə də buranı seçdim.
İsveçdə çoxları deyir ki, kənd yerində 
iş yoxdur. İdeyanız varsa, cəsarətiniz 
çatırsa, enerjiniz aşıb-daşırsa, müsbət 
düşüncəniz və belə bir yeriniz varsa, 
işiniz uğurlu alınacaq. Ümidvaram ki, 
insanlara ilham verə, onlara bunun 
mümkün olduğunu göstərə bilirəm”.
Sandra Ottozon
“Mən uzun müddət bunun xəyalını 
qurmuşdum və bu, çox gözəl idi.
Bu çörəkxana buradakı incəsənət və 
sənətkarlığı çox yaxşı tamamlayır. 
Bişirdiyimiz bütün çörəklər orqanikdir 
və yerli istehsalın məhsulu olan undan 
hazırlanır.
Bu, bizim birinci ilimizdir. İsveçdə 
bu tip çörək istehsal edən balaca bir 
şirkət işlətmək çox bahalı bir prosesdir. 
Ancaq bizim məqsədimiz çox pul 
qazanmaq deyil. Biz yaxşı yaşamaq, 
eyni zamanda yaxşı insanlarla birlikdə 
inandığımız, özümüzü yaxşı hiss 
etdiyimiz işlə məşğul olmaq istəyirik. 
Bu, mənim və burada işləyən hər kəsin 
əsas qayəsidir. Bunun həyata keçməsi 
məni çox sevindirir. İşə başlayanda 
bir az qorxurdum. Aman Tanrım, iflas 
olacağam, bu işin iqtisadi baxımdan 
gələcəyi olmayacaq! Ancaq iş uğurla 
nəticələndi, faktiki olaraq, bizim 
düşündüyümüzdən də yaxşı nəticə 
verdi. Burada 400 sakin var və biz bütün 
ilboyu işləyə bilirik. Bizim çörəkxana 
bütün Dalslandda bu cür çörək 
hazırlayan yeganə yerdir. Ən yaxın oxşar 
çörəkxana buradan 200 km uzaqda 
yerləşir. Biz tamamilə unikalıq.
75
2
“Not Quite” Mədəniyyət Mərkəzi, Fengersfors, İsveç


164
“WUK” mərkəzinin işə başladığı 
vaxtdan yuxarı mərtəbəyə 
mərkəzi Avropanın ən böyük İran 
kitabxanalarından biri yerləşdirilib.
Rejimin dəyişməsindən sonra İranda 
olduqca güclü senzura tətbiq edildi. 
İran mühacirlərinin yaratdığı əsərlər 
və qadağan olunmuş ədəbiyyat 
burada toplanılır. Kolleksiyaya 5000 
kitab daxildir; onların əksəriyyəti 
İrandakı vəziyyəti əks etdirən siyasi 
materiallardır. Başqa heç bir yerdə 
olmayan kitabları burada tapacaqlarını 
bildikləri üçün Slovakiya, Almaniya və 
ya İtaliyadan buraya çox sayda insan 
gəlir.
Doğma ölkəsində özünü təqdim etmək imkanına 
malik olmayan intellektual müqavimət platforması 
öz yerini İrandan minlərlə kilometr uzaqda tapıb.
76
İran müqavimət kitabxanası
“WUK” mərkəzi, Vyana


165


166
“Pekarna magdalenske mreže” 
mədəniyyət mərkəzindəki yerlərdən 
birini kitab mağazası tutur. Kitabxanada 
yeniləri ilə əvəz olunan kitabları 
və ya hansısa kitabxana bütövlüklə 
bağlandıqda bütün kitabları bu 
mağazaya gətirirlər.
“Biz yalnız bağışlanan kitabları qəbul 
edirik və satırıq. Kitab üçün qiymətlər 
1-2-3 avrodur. 700 000 kitab var!”
Bukvarna Ciproš – satıcı
77
kitab mağazası
“Pekarna magdalenske mreže” mədəniyyət mərkəzi, Maribor, Slovakiya


167


168
Bura öz velosipedinizi təmir etməyi 
öyrənə biləcəyiniz yerdir. Hər şeyi 
özünüz edirsiniz. Velosipedinizlə buraya 
gəlib kimdənsə onu təmir etməyi xahiş 
edə bilməzsiniz, ancaq onu təmir etməyi 
öyrənə bilərsiniz. Burada adamlara bu 
işdə kömək edən könüllülər var. Hətta 
uzun müddət istifadə etmədiyiniz 
velosipedinizi də burada qoyub gedə 
bilərsiniz. Bu velosiped anbar sahəsinə 
göndərilə bilər, ya da, istəyirsinizsə, 
ondan qəribə velosiped düzəldə 
bilərsiniz”.
Andrea Alba
78
“Bu çox sadədir. Sizə boş sahə, bir neçə sınıq köhnə 
velosiped, bəzi alətlər, bir və ya iki könüllü lazımdır 
və bununla da məsələ həll olunur.
Velosiped emalatxanası
“Manifatture Knos”, Leççe, İtaliya


Yüklə 7,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə