Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

53 
 
ağac şəbəkələri şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. Nardaran kəndindəki Baxşəli məscidində (1663-
cü  il,  ustad  Murad,  bənna  Əli)  XVII  əsr  Abşeron  dini  tikililərinin  özəllikləri  əksini  tapmışdır.  Bərdədəki 
İmamzadə  məscidi  dövrümüzədək  çatmış  nadir  abidələrdəndir.  Türbə  və  məsciddən  ibarət  olan  bu  abidənin 
türbəsinin  XIV  əsrdə  tikildiyi,  XVIII  əsrdə  isə  bərpa  edildiyi  ehtimal  olunur.  Rus  şərqşünası  B.A.Dornun 
fikrincə, burada əvvəlcə İmamzadə türbəsi olmuş, sonralar onun ətrafında məscid (1868-ci il, memar Kərbəlayı 
Səfixan Qarabaği) tikilmişdir. XII-XV əsrlərdə qülləvarı, səkkizüzlü, günbəzli və qülləvarı-günbəzli türbə tipləri 
üstünlük  təşkil  edirdi.  XVI-XVII  əsrlərdə  isə  daha  çox  səkkizüzlü türbələr  tikilirdi.  Belə  türbələrin  yeraltı 
sərdaba bölməsi olmurdu. Dəfn yeri üstü plitəli adi qəbir xarakteri daşıyırdı. Bu dövrdə daha az ömürlü türbə 
tipi  günbəzli  sərdabalar  olmuşdur.  Onların  sferik  günbəzlə  örtülən  zalları  dördkünc planlı  idi.  Naxçıvandakı 
İmamzadə  türbəsi,  indiki  Goranboy  rayonunun  Rəhimli  kəndindəki  Adıgözəl  bəyin  ailə  türbəsi,  Qusar 
rayonunun Həzrə kəndində Şeyx Cüneyd türbəsi günbəzli türbələr qrupuna daxildir. 
Ərdəbil  yaxınlığındakı  Kəlxoran  (Kəhrəlan)  kəndində  Şeyx  Cəbrayıl  (Şeyx  Səfiəddinin  atası)  türbəsi 
yerləşir.  Türbənin  əsas  dəfn  yeri  günbəzlə  örtülmüş  səkkizüzlü zaldan  ibarətdir.  Türbə  plan  quruluşuna  və 
tutum-məkan həllinə görə Həzrə kəndindəki Şeyx Cüneyd türbəsinə uyğundur və XIV-XVII əsrlərdə tikildiyi 
ehtimal  edilir.  Şamaxı  rayonunun  Kələxana  kəndindəki  türbələr  qrupu  XVII  əsr  Azərbaycan  qülləvarı 
türbələrinin ən bitkin nümunələrindəndir (9 türbədən 8-i qalmışdır). Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx 
Bədrəddin türbəsi (1446), Şeyx Məhəmməd türbəsi (XV əsr), Şeyx Mənsur türbəsi (1572), Tovuz rayonunun 
Yanıqlı  kəndindəki  türbələr  kompleksi  (3  türbə;  XVII  əsr)  və  sairə  abidələr  XV-XVII  əsrlərə  aid  türbələr 
içərisində maraqlı memarlıq quruluşu ilə seçilirlər. 
XVII-XVIII əsrlərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif təyinatlı binaların tikintisi genişləndi. Şamaxı, 
Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və 
yaşayış  evləri  inşa  edildi.  Karvansaralar  Şərqdə,  o  cümlədən  Azərbaycanda  geniş  yayılmış  ictimai  tikili 
olmuşdur. Bu dövrdə Azərbaycan şəhərlərinin strukturunda yaşayış evləri, məscidlər, karvansaralar və sairə ticarət 
tikililəri  başlıca  yer  tuturdu.  Karvansaralar  daha  çox  ticarət  əhəmiyyətinə  malik  olan  şəhərlərdə,  yaxud  karvan 
yollarının  üstündə  tikilirdi.  Şərq  ölkələrində  olduğu  kimi,  Azərbaycan  şəhərlərində  də  hamam  binaları  geniş 
yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiyası daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü 
oyunlar,  həmçinin  mərasimlər  yeri  idi.  Azərbaycan  hamamlarının  ən  yaxşı  örnəkləri  Abşeronun  Nardaran 
kəndində (1388-ci il, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasım bəy hamamı, XIV əsr; 
Hacı  Qayıb  hamamı,  XV  əsr),  Basqalda  (XVII  əsr),  Gəncədə  (Çökək  hamam,  XVII  əsr),  Şuşada  (Merdinli 
məhəlləsinin hamamı), Qubada (Çuxur hamam), Şəkidə (Ağvanlar hamamı; hər üçü XIX əsr), Ağdamda (Abdal 
Gülablı kəndinin hamamı, 1900-cü il, memar Kərbəlayı Səfixan Qarabaği) qalmışdır. 
Müxtəlif təyinatlı memarlıq abidələri ilə yanaşı, körpü tikililəri də dövrümüzədək çatmışdır. Körpülər 
Bakı, Şamaxı, Gəncə, Ərdəbil və başqa şəhərlər arasında, yaxud şəhərləri birləşdirən yolların üstündə tikilirdi. 
XVIII əsrdə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və 
inşaatın  inkişafında  durğunluğa  səbəb  oldu.  Ayrı-ayrı  hallarda  keçmiş  ənənələr  əsasında  tikilmiş  binaların 
memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sahəsində müəyyən 
dönüş yarandı. İri şəhərlər, habelə əvvəllər az əhəmiyyətli yaşayış məntəqələri olmuş Şəki və Şuşa kimi yaşayış 
məntəqələri  xanlıq  mərkəzinə  çevrildikdən  sonra  daha  da  böyüyüb genişlənirdi.  XVIII  əsr  tikililərinin  çoxu 
ifadəlilik  baxımından  zəif  təsir  bağışlayır.  Bu  binaların  memarlıq  quruluşu  feodal  pərakəndəliyi  şəraitində 
monumental  memarlığın  tənəzzülünü aydın  ifadə  edir.  Həmin  dövrdə  kənd  yerlərində  və  ayrı-ayrı  şəhərlərdə 
tikilmiş  məhəllə  məscidlərində  xalq  memarlığının  (xüsusilə  yaşayış  evlərinin)  bir  çox  cəhətləri  öz  əksini 
tapmışdır.  Bu  baxımdan  Ordubaddakı  Dilbər  məscidi  (XVIII  əsrin  sonu)  daha  səciyyəvidir.  Memarlıq 
xüsusiyyətlərinə görə eyniyyət təşkil edən bu cür məscidlərə Şuşa, Zaqatala, Salyan və sairə yerlərdə təsadüf 
olunur. XVIII əsrin dini tikililərindən Suraxanıdakı atəşpərəst məbədi - Atəşgədə maraqlı memarlıq örnəyidir. 
Plan quruluşuna görə şəhər karvansaralarına oxşayan atəşgədə beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və 
həyətin ortasında tikilmiş üstü günbəzli dördbucaqlı "od məbədi"ndən (ibadətgahdan) ibarətdir. Abidənin əsası 
qədim  dövrlərdə  qoyulmuş,  indiki  binası  isə  1713-cü  ildə  Hindistanın  Multan  vilayətindən  gəlmiş  atəşpərəst 
tacir və zəvvarlar tərəfindən tikdirilmişdir. XVIII əsr memarlığında müdafiə tikililəri, həmçinin yerli hakimlər 
üçün tikilən içqala və xan sarayları əsas yer tuturdu. Bu dövrün ən əhəmiyyətli memarlıq abidəsi xalq tətbiqi 
sənətinin  bir  çox  növü ilə  üzvi  şəkildə  əlaqələndirilmiş  Şəki  xanlarının  sarayıdır  (XVIII  əsrin  60-cı  illəri). 
Sarayın  nəbati  ornament  kompozisiyalarından,  insan  və  quş  rəsmlərindən,  müharibə  və  ov  səhnələrindən 
ibarət divar rəsmləri XIX-XX əsrlərdə dəfələrlə bərpa edilmişdir. Həmin dövrdə Şəki xanlarının sarayı ilə yanaşı, 
İçərişəhərdəki Bakı xanlarının evi də diqqəti cəlb edirdi. 
Qarabağ  xanı  Pənahəli  xanın  inşa  etdirdiyi  Əsgəran  qalası  (sonradan  İbrahim  xan  tərəfindən 
genişləndirilmişdir) XVIII əsrin ən iri müdafiə tikilisidir. 
Azərbaycanda yaşayış binaları haqqında ardıcıl məlumata, əsasən, XVIII əsrdən təsadüf edilir. Ölkənin 
təbii  coğrafi  şəraiti,  ərazinin  ovalıq,  düzənlik  və  yüksək  dağlıq  rayonlardan  ibarət  olması,  əhalinin  istehsal 
fəaliyyəti, eləcə də yerli inşaat materialı xalq yaşayış evlərinin memarlıq quruluşunu formalaşdırmışdır. Yaşayış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə