Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

57 
 
yaradıcılığının  məhsulu  idi.  S.Dadaşov  və  M.Hüseynovun  layihəsi  ilə  tikilmiş  Nizami  ad.  Azərbaycan 
Ədəbiyyatı Muzeyinin binası (1940) milli memarlıq ruhu, bəzəklərinin nəfisliyi və gözəlliyi, fasadında eyvan-
lociyaların  tətbiqi,  Azərbaycanın  görkəmli  ədəbiyyat  xadimlərinə  qoyulmuş  abidələrin  kompozisiya  həlli  və 
başqa özəllikləri ilə nəzəri cəlb edir. Həmin bina, eləcə də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki 
Azərbaycan  SSR  pavilyonu  memarlıq,  heykəltəraşlıq  və  monumental-dekorativ  sənət  növlərinin  uğurlu 
sintezidir. 30-40-cı illərin ayrıcında Bakıda inzibati binalarla yanaşı, yaşayış evlərinin tikintisi də əhəmiyyətli 
yer  tuturdu  (o  cümlədən  A.Bakıxanov  küçəsindəki  "Artistlər  evi",  1940-cı  il,  memarlar  S.Dadaşov, 
M.Hüseynov,  V.M.İvanov,  K.İ.Sençixin).  30-cu  illərdə  respublikanın  digər  şəhərlərinin  planlaşdırılması  və 
tikintisi sahəsində də ilkin tədbirlər həyata keçirildi; həm də şəhərlərin baş planı yerli memar kadrlar tərəfindən 
hazırlanırdı. Gəncənin yenidən qurulması və sonrakı inkişafının 1939-cu ildə təsdiq olunmuş layihəsi (Seyfulla 
Qocamanlı, Aleksey Petroviç Slobodyanik) sovet dövründə Bakıdan sonra respublikanın ikinci böyük şəhərinin 
baş  planı  idi.  Gəncədə  yeni  sənaye  müəssisələri,  məktəblər,  institut  (pedaqoji  institutun  binası,  1940-cı  il, 
S.Dadaşov,  M.Hüseynov),  kinoteatrlar,  klub  və  mehmanxanalar  tikildi,  Gəncə  çayının  üzərindən  körpülər 
salındı.  Nizaminin  800  illik  yubileyi  ilə  bağlı  şairin  abidəsinin  layihəsi  (heykəltəraş  Fuad  Əbdürrəhmanov, 
memarlar S.Dadaşov, M.Hüseynov) hazırlandı və İkinci dünya müharibəsindən sonra ucaldıldı (1946-cı il; SSRİ 
Dövlət mükafatı, 1947-ci il). Ənənəvi Azərbaycan türbələri tipində layihələndirilmiş Nizami türbəsində şairin 
anadan olmasının 850 illik yubileyi ilə əlaqədar, 80-ci illərin sonu-90-cı illərin əvvəllərində əsaslı yenidənqurma 
işləri aparıldı, türbənin quruluşu xeyli dəyişdirildi (memar Fərman İmamquliyev). 
30-cu  illərin  sonunda  Yevlax,  Xankəndi  və  Şəki  şəhərlərinin  baş  planlarının  işlənib  hazırlanmasına 
başlanıldı. 
1944-cü  ildə  Azərbaycan  SSR  XKS  yanında  Memarlıq  İşləri  İdarəsinin  (ilk  rəisi  S.Dadaşov)  təşkili 
memarlıq  fəaliyyətinə  böyük  təkan  verdi.  Azərbaycan  xalq  təsərrüfatının  sonrakı  inkişafı  üçün yeni  sənaye 
mərkəzlərinin yaradılması zərurəti meydana gəldi. 40-cı illərin ortalarından Sumqayıt və Daşkəsən şəhərlərinin, 
sonralar  isə  Mingəçevir  şəhərinin  salınmasına  başlandı.  Ərazilərin  müxtəlif  təbii-iqlim  şəraitində  olması 
şəhərsalma  məsələlərinin  həllində  fərdi  yanaşma  tələbini  irəli  sürürdü.  Daşkəsən  şəhərinin  planlaşdırılması 
zamanı  memar  S.Vahidov  ərazinin  dağlıq  relyefini  nəzərə  alaraq,  şəhərin  memarlıq-plan  quruluşunu  terras 
şəklində həll etmişdir. 
Bakıdan 35 km aralı, Xəzərin sahilində salınmış Sumqayıt şəhərinin 
memarlıq-plan  quruluşu  və  həcm-məkan  kompozisiyasında  ərazinin  təbii-
iqlim şəraitinin nəzərə alınması və relyef xüsusiyyətlərindən maksimal istifadə 
əsas  yer  tutur.  Sumqayıtın  ilk  planlaşdırma  layihəsi  1945-1954-cü illərdə 
işlənib hazırlanmış və 85 min nəfər əhali üçün nəzərdə tutulmuşdu. Sənaye 
tikintisinin  inkişafı  ilə  bağlı  şəhərin  baş  planının  yeni  redaksiyası 
hazırlandı.  Əhalinin  getdikcə  artması  ilə  bağlı  daha  bir  baş  planın 
hazırlanması zərurəti yaranmışdır. 
Dünyada  ilk  dəfə  açıq  dənizdə,  polad  dirəklər  üzərində  salınmış 
şəhərcik  -Neft  Daşlarının  layihələndirilməsi  və  tikintisi  müharibədən 
sonrakı dövr memarlığında özəl yer tutur. 1949-cu ildə Xəzərdə zəngin 
neft  yatağının  tapılması  ilə  bağlı  yaranmış  Neft  Daşları  şəhərciyinin 
bədii-memarlıq simasını "adi" yaşayış evləri, mədəni-məişət müəssisələri 
korpusları, orijinal küçə-estakada sistemi və sairə müəyyənləşdirir. 
Bakının  mərkəzi  hissəsinin  yenidən  qurulması  1950-ci  illərdə 
Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. 
Şəhərin  mərkəzində  xeyli  ərazidə  yenidənqurma  işləri  aparıldı  və  yeni 
binalar  tikildi.  50-60-cı  illərdə  tikilmiş  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyi  və  keçmiş  V.İ.Lenin 
Mərkəzi Muzeyi Bakı filialının binaları (1954-cü il; 1955-ci il; Həsən Məcidov), M.F. Axundov adına Respublika 
Kitabxanası  (1960-cı  il,  M.Hüseynov),  Azərbaycan  Dövlət  Dram  Teatrının  binası  (1960-cı  il,  Qəzənfər  Əlizadə; 
Müzəffər Mədətovun iştirakı ilə), Mərkəzi Univermaq (1961-ci il, Nəsib Kəngərli) və sairə tikililər Bakının memarlıq 
simasını  zənginləşdirdi.  Bu  illərdə  İçərişəhər  orta  əsr  divarları  Sabir  bağı  ilə  Gənclər  meydanı  hissəsində 
yöndəmsiz tikililərdən təmizlənərək bərpa edildi; Nizaminin abidəsi (1949-cu il, heykəltəraş F.Əbdürrəhmanov, 
memarlar  S.Dadaşov,  M.Hüseynov)  ucaldılan  bağ  və  Nizami  adına.  Ədəbiyyat  Muzeyi  Azərbaycan 
Respublikası  EA  Rəyasət Heyətinin  binası  ilə  birlikdə  koloritli  memarlıq  panoramına  çevrildi. Tikintidə  əsas 
yeri  yaşayış  evləri  tuturdu.  Bakıda  və  respublikanın  başqa  şəhərlərində  yaşayış  evlərinin  tikintisində  iqlim 
xüsusiyyətləri  nəzərə  alınır,  binanın  memarlıq  siması  yerli  şəraitə  uyğunlaşdırılırdı.  Bakıda  ilk  çoxmərtəbəli 
yaşayış evləri şəhərin dağlıq hissəsində - keçmiş Sovet küçəsində (indiki N.Nərimanov prospekti) tikilmişdir. 
İndiki H.Cavid prospekti sahəsindəki tikililər 50-ci illərin memarlıq təcrübəsində böyük tədbirlərdən biri oldu. 
Burada salınmış Azərbaycan Respublikası EA şəhərciyi kompleksi (1951-1966-cı illər, M.Hüseynov), yaşayış 
evləri,  əvvəllər  tikilmiş  Azərbaycan  Politexnik  İnstitutunun  (indiki  Texniki  Universitet,  1931-1933-cü  illər, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə