Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

59 
 
abadlaşdırılmasının  davam  etdirilməsi  və  ikinci  terrasın  salınması  bağ-park  incəsənətinin  ən  yaxşı 
örnəklərindəndir. Hökumət evinin baş fasadı qarşısında hovuz salınmış, maraqlı memarlıq quruluşu olan fəvvarə 
yaradılmışdır. 
2004-2005-ci  illərdə  Respublika  Sarayının  qarşısındakı  park  yenidən  qurulmuş,  onun  mərkəzi 
hissəsində  ümummilli  lider  Heydər  Əliyevin  abidəsi  ucaldılmışdır  (heykəltəraş  Mixail  Aleksandroviç  Nogin, 
memarlar İqor Nikolayeviç Voskresenski və Salavat Aleksandroviç Şerbakovdur). 
Son illər respublikanın başqa şəhərlərində də yaşıllaşdırma işləri genişləndirilmişdir. Gəncədəki Yeni 
Gəncə yaşayış massivinin mərkəzində 350 ha sahəsi olan Xatirə parkı salınmış, Gənclik sarayı tikilmişdir 
(1980).  Naxçıvan  şəhərinin  mərkəzi  meydanı  formalaşdırılmış,  Musiqili  Dram  Teatrı,  Şəhər  İcra 
Hakimiyyəti və Respublika Nazirlər Kabinetinin binası və başqa tikililərlə tamamlanmışdır.
 
 
1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılmışdır (memarlar Əbdülvahab Salamzadə, 
E.İ.Kanukov, heykəltəraş A.Mustafayev). Milli memarlıq ənənələrindən istifadə etməklə tikilən bu abidəni 
xatirə memarlığının uğurlarından saymaq olar. 
Bakı  metropoliteni  yüksək  bədii-memarlıq  səviyyəsi,  inşaat  keyfiyyəti,  memarlıq  və  təsviri  sənətin 
uğurlu sintezi ilə maraq doğurur. 
Azərbaycan memarlıq abidələrinin bərpası üzrə işlərə 50-ci illərdən başlanmışdır. 1976–cı ildə 850 illik 
yubileyi  keçirilmiş  Əcəmi  Naxçıvaninin  yaratdığı  Yusif  ibn  Küseyir  və  Mömünə  xatın  türbələri  bərpa 
olunmuşdur.  Bərdə  türbəsi,  Mərəzədəki  Diribaba  türbəsi,  Həzrə  və  Kələxana  türbələri  ilkin  görkə-minə 
qaytarılmışdır.  Şuşa,  Şəki,  Şamaxı,  Ordubad,  Bakı  və  sairə  şəhərlərin  memarlıq  abidələrinin  bərpası  üzrə 
intensiv  və  planlı  iş  aparılır.  Bu  baxımdan,  Bakıdakı  orta  əsr  Azərbaycan  daş  memarlığının  incisi  sayılan 
Şirvanşahlar  sarayı  ansamblının  bərpası  xüsusilə  əhəmiyyətlidir.  Son  illərdə  Gəncədəki  Bala  Bəhmənli, 
Qızıl Hacılı, Ozan, Zərrabı məscidləri, karvansara və sairə qədim abidələr əsaslı surətdə bərpa edilmişdir. 
Bununla  belə,  son  yüz  ildə  Azərbaycanın  memarlıq  irsi  böyük 
itkilərə  uğramışdır.  Bu  işdə  çarizm  siyasəti,  erməni-daşnak  quldur 
dəstələrinin  planlı  cinayətləri  və  bolşevik  vandalizmi  başlıca  rol 
oynamışdır.  Şəmkir  minarəsi  (XI  əsr),  Naxçıvan  və  Bakı  şəhərindəki 
Cümə  məscidləri  (hər  ikisi  XII  əsr),  Gəncə  şəhəri  meydanı  (XVI-XVII 
əsrlər) və sairə nadir memarlıq əsərlərinin yalnız rəsmləri, foto təsvirləri 
bu  günə  çatmışdır.  1930-cu  illərdə  Azərbaycan  memarlıq  abidələrinin 
uçurulması  daha  qabarıq  və  planlı  şəkil  almışdı.  Bakı  yaxınlığındakı 
məşhur  Bibiheybət  kompleksi,  respublikanın  başqa şəhər  və  kəndlərində 
onlarca məscid, türbə, pir dinə qarşı mübarizə adı altında dağıdılmışdır.
 
 
Memarlıq  abidələrinə  belə  amansız  münasibət,  əsasən, 
müharibədən  sonrakı  illərdə  aradan  qaldırıldı.  Buna  baxmayaraq, 
baxımsızlıq  və  özbaşınalıq  nəticəsində  memarlıq  abidələrinin  sayı 
azalmaqda  davam  etmişdir.  Bərdədə  Axsadanbaba  türbəsi,  Gəncədə 
Comərd  qəssab  türbəsi,  Cavad  xanın  qəbri  və  bir  neçə  günbəzli  ev, 
Buzovnada Qum hamamı, Şəmkirdə Koroğlu qalası, Abşeron kəndlərində 
çoxlu məscidlər, karvansaralar, ovdanlar və yaşayış evləri, Laçında Kiçik 
türbə, orta əsr körpüsü və sairə məhv olmuşdur. 1990-cı ildən başlayaraq 
Ermənistan tərəfindən işğal olunmuş Yuxarı Qarabağ və ətraf rayonların (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, 
Cəbrayıl,  Füzuli,  Ağdam)  ərazisindəki  çoxsaylı  Azərbaycan  abidələri  erməni  caniləri  tərəfindən  məhv 
edilmişdir. 
Respublikada memarlıq abidələrinin bərpası sahəsində müəyyən işlər görülsə də, onların bir çoxunda, o 
cümlədən  Naxçıvanda  Mömünə  xatın  türbəsi,  İmamzadə  və  Xanəgah  kompleksləri,  Şəki  xan  sarayı,  Bərdə 
türbəsi, Gəncə məscidi və hamamı, Qubada XIX əsrə aid hamam (Çuxur hamam) və sairə abidələrdə aparılan 
işlərdə  müəyyən  təhriflərə  yol  verilmişdir.  Son  illərdə  İçərişəhərdə  tikinti-abadlıq  işləri  çağdaş  elmi-bərpa 
tələbləri  əsasında  aparılmadığından,  buradakı  abidələrin  plan-məkan  quruluşuna,  küçə  və  məhəllə  sisteminə 
ciddi  ziyan  dəymişdir.  Səciyyəvi  olmayan  tikinti  materiallarının  (beton,  küçə  döşəmələrində  müxtəlif  daş 
növləri, rəngli suvaq və sairə) çox işlədilməsi nəticəsində bütövlükdə qədim Bakının orta əsr xarakteri və ruhu 
zəifləmişdir.  İçərişəhərin  altından  çəkilmiş  metro  tuneli  burada  çoxlu  qədim  məhəllə  və  yaşayış  evlərinin 
dağılmasına  səbəb  olmuşdur.  Abşeronun  qəsəbə  və  kəndlərindəki  memarlıq  abidələrinin  bərpası  da,  tək-tək 
hallar istisna olunmaqla, müasir dövrün tələbləri səviyyəsindən çox aşağıdır. 
XXI əsrdə tarixən formalaşan Azərbaycan şəhərlərinin, bütövlükdə şəhərsalma sistemlərinin qorunması 
problemləri  ilə  bağlı  müxtəlif  tədbirlər  həyata  keçirilmişdir.  Dəvəçi  rayonundakı  Şabran  şəhəri  (2002)  və 
Çıraqqala  (2002),  Qax  rayonundakı  İlisu  kəndi  (2002),  Ordubad  rayonundakı  Aparıcı  vadisi  (2002),  Şəki 
rayonundakı  Kiş  kəndi  (2003),  Hacıqabul  rayonundakı  Pir  Hüseyn  xanəgahı  (2004)  Azərbaycanın  tarixi-
memarlıq qoruğu elan edilmişdir. İçərişəhərdə A.Zeynallı adına küçənin orta əsr görkəmi bərpa olunur. Orta 


60 
 
əsrlər  Bakısının  rəmzi  sayılan  Qız  qalasının  ətrafı  son  dövrlərdə  tikilmiş  gərəksiz  tikililərdən 
təmizləndikdən  sonra  o,  həm  şəhərin  tarixi  hissəsində  öz  yerini  tapmış,  həm  də  qədim  şəhərin  çağdaş 
strukturuna üzvi şəkildə daxil olmuşdur. 
Şəhərsalma.  Azərbaycanda  şəhərsalma  sənəti  qədim  dövrlərdən  bəllidir.  Herodot,  Strabon  və  başqa 
antik  müəlliflərin  əsərlərində  Azərbaycanın  inkişaf  etmiş  zəngin  şəhərləri  haqqında  məlumat  verilir.  Lakin  qədim 
şəhərlərin  arxeoloji  cəhətdən  zəif  öyrənilməsi  onların  memarlıq-plan  quruluşunu  təsvir  etməyə,  əsas  şəhərsalma 
ünsürləri, abadlaşdırma işləri və inkişaf sürəti barəsində mühakimə yürütməyə imkan vermir. 
Ərəb  işğalı  dövründə  və  sonralar  Azərbaycan  şəhərlərinin  özünəməxsus  xüsusiyyətləri,  onları 
birləşdirən  ticarət  yolları,  şəhərlərdə  istehsal  olunan  məmulatlar,  ayrı-ayrı  hallarda  isə  tikililərin  xarakteri 
haqqında ərəb coğrafiyaşünasları məlumat vermişlər. Karvan yolları üstündə yerləşən Bərdə, Dərbənd, Ərdəbil, 
Marağa,  Urmiya,  Təbriz,  Şamaxı,  Şəmkur  (Şəmkir),  Şabran,  Beyləqan, 
Gəncə və Naxçıvan kimi şəhərlər VII-XI əsrlərdə sənətkarlıq və ticarətin 
inkişafında  əhəmiyyətli  yer  tuturdu.  Vaxtilə  Bərdə,  Marağa,  Ərdəbil, 
Naxçıvan,  Gəncə,  Təbriz,  Şamaxı  və  sairə  şəhərlərdə  zərb  olunmuş 
sikkələrin Hindistan, Misir, İsveç, Finlandiya və İngiltərədə tapılması orta 
əsrlərdə  Azərbaycanın  bu  ölkələrlə  geniş  ticarət  əlaqələri  olduğunu 
göstərir. 
Azərbaycan  şəhərləri  erkən  feodalizm  dövrünün  Şərq  şəhərləri 
üçün  ümumi  olan  təşəkkül  və  inkişaf  prosesi  keçmişdir.  Bu  dövrdə 
şəhərlər  3  əsas  hissədən  ibarət  idi:  içqala;  şəhərin  əsas  hissəsi  olan 
şəhristan,  yaxud  içərişəhər;  Şərq  ölkələrində  "rabad"  adlanan  bayırşəhər. 
Təbii təpəlik üzərində tikilən və möhtəşəm divarlarla əhatələnən feodal qəsrinin – içqalanın ətrafında ikinci qala 
divarları ilə dövrələnmiş şəhristan yerləşirdi. Şəhristanda yaşayış məhəllələri, iri ictimai binalar və dini tikililər, 
örtülü bazarlar və sairə tikilirdi. Bayırşəhərdə (rabadda) sənətkar emalatxanaları, dükanlar, ümumiyyətlə şəhərin 
işgüzar həyatı cəmləşirdi. 
Bəzi  şəhərlərin  ayrı-ayrı  feodal  sülalələrinin  iqamətgahına  çevrilməsi  ilə  bağlı,  burada  tikinti  işləri 
genişlənirdi. XII əsrin ortalarında belə şəhərlərdən bəziləri böyük sənətkarlıq və istehsal mərkəzinə çevrilmişdi. 
XII əsr-XIII əsrin əvvəllərində Təbriz, Gəncə, Naxçıvan, Marağa, Şamaxı şəhərləri inkişaf etmiş, qalınlığı bəzən 
bir  neçə  metrə  çatan  möhtəşəm  qala  divarları  ilə  əhatə  olunmuşdu.  Şəhərlər  qədim  dövrlərdən  yaranıb 
formalaşmış bədii-memarlıq və texniki-inşaat ənənələri əsasında inkişaf edirdi. Monqol-tatar hücumlarından və 
Elxanilər dövləti ilə Qızıl Orda arasında uzun sürən müharibələrdən sonra Azərbaycanın cənub vilayətlərindəki 
bir çox şəhərlər (ilk növbədə Təbriz və Marağa) yenidən inkişaf etməyə başladı. XIV əsrdə Hindistandan Qərbə, 
Aralıq dənizi ölkələrinə gedən ticarət karvanlarının başlıca dayanacaq məntəqələrindən biri Təbriz olmuşdur. 
XV əsrdə Azərbaycan şəhərlərinin formalaşması və inkişafının özünəməxsus plan quruluşu və memarlıq 
görkəmi var idi. Şəhərlərin plan quruluşunda qala divarları önəmli yer tuturdu. Azərbaycan şəhərləri, adətən, 
məhəllələrə  bölünür,  bəzi  şəhərlərdə  (Təbriz  və  sairə)  məhəllələr  darvazalarla  bir-birindən  ayrılırdı. 
Məhəllələrdə yaşayış evləri ilə yanaşı məscid, su qurğuları, hamam və sairə tikilirdi. Küçələrin çoxu ərazinin 
eniş-yoxuşluğuna  uyğunlaşdırılaraq,  dolanbac  biçimdə  şəbəkə  əmələ  gətirirdi.  Yalnız  baş  küçə  və  meydanlar 
şəhərin plan quruluşuna mütənasiblik verirdi. 
XVI  əsrdə  ənənəvi  planlaşdırma  əsasında  inkişaf  edən  şəhərsalma  sənəti  meydan  ansambllarının 
salınmasında və dini komplekslərin tikintisində əksini tapmışdır. XVI-XVII əsrlərdə Təbrizin baş meydanı olan 
Sahibabad  meydanı,  Ərdəbildəki  Şeyx  Səfiəddin  kompleksi  tam  formalaşmışdı.  Səfəvilər  dövləti  paytaxtının 
Təbrizdən  Qəzvinə  köçürülməsi  ilə  bağlı  yeni  şəhərsalma  tədbirləri  görülmüş,  saray  kompleksləri,  ictimai  və 
ticarət meydanları salınmışdı. Şəhərlərin plan quruluşunda önəmli yer tutan belə tikililər Azərbaycanın Gəncə, 
Şamaxı, Bakı və digər şəhərlərində aparılan şəhərsalma tədbirlərində geniş tətbiq edilmişdir. 
XVII  əsrdə  Azərbaycan  şəhərləri  arasında  iqtisadi  əlaqələrin  güclənməsi,  başqa  ölkələrlə  ticarətin 
genişlənməsi  şəraitində  şəhərlərin  önəmli  dərəcədə  böyüməsi  prosesi  başlandı.  Azərbaycan  şəhərləri  həm 
ticarət, həm də sənətkarlıq mərkəzləri idilər. Buna görə də XVII əsrdə şəhərsalmanın inkişafı müvafiq iqtisadi 
şəraitlə bağlı olmuşdur. Bu dövrdə iri dini tikililər, ticarət kompleksləri, karvansaralar, örtülü bazarlar və sairə 
inşa edilir, müəyyən hallarda dini tikililərlə ticarət binaları vahid kompleks əmələ gətirirdi. Şəhərlərin mərkəzi 
meydanı  cümə  məscidi  ətrafında  formalaşırdı.  Belə  komplekslər  baş  meydanın  ansamblını  təşkil  edirdi.  Bu 
ansamblların ən məşhuru Gəncənin baş meydanıdır. 
Feodalizm dövrü Azərbaycan şəhərlərində və yaşayış məskənlərində əhalinin peşə, sənətkarlıq, tayfalar və 
sairə üzrə qruplara ayrılması şəhərin ayrı-ayrı yerlərində müxtəlif qrupların yaşadığı məhəllələrin yaranmasına səbəb 
olurdu. Şəhərin müxtəlif hissələrini bir-birindən fərqləndirmək üçün müəyyən məhəlləyə orada yaşayan əhalinin 
məşğul olduğu peşənin adı əlavə edilirdi (məsələn, "Zərgərlər məhəlləsi", "Bağbanlar məhəlləsi" və sairə). Bu 
da öz növbəsində yaşayış məskəninin ortaq plan quruluşuna, ayrı-ayrı məhəllələrdə ictimai və məişət binalarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə