Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   31   32   33   34   35   36   37   38   ...   94

61 
 
tikintisinə  əhəmiyyətli  təsir  göstərirdi.  Hər  məhəllənin  ayrıca  məscidi,  hamamı,  məktəbi  və  sairə  tikililəri 
olurdu. 
Orta  əsrlərdə  Azərbaycan  şəhərlərinin  plan  quruluşunda  müdafiə  tikililəri  böyük  rol  oynayırdı.  Şəhər 
ərazisinin qala divarları ilə əhatələnməsi məhdud xarakter daşıdığından binaların tikintisində sıxlıq yaranır və 
bu, şəhərin plan quruluşuna təsir göstərirdi. XVII əsrdə Azərbaycan şəhərləri müəyyən  mühəndis qurğularına 
malik idi. Şəhərlərin su təchizatına xüsusi diqqət yetirilirdi. Su təchizatı kəhriz sistemi (Bakı, Gəncə, Təbriz, 
Ərdəbil,  Ordubad  və  sairə),  yaxud  açıq  kanallarla  (arxlarla)  təmin  edilirdi.  Təbriz,  Ərdəbil  və  Ordubad 
şəhərlərinin  kəhrizləri  daha  mürəkkəb  və  çoxşaxəli  idi.  Çirkab  suların  axıdılması  üçün  saxsı  borulardan 
kürəbəndlər qurulurdu. Əhalini yay aylarında buzla təchiz edən buzxana və qarxanalar tikilirdi.  
XIX  əsrin  ortalarında  Azərbaycan  şəhərlərinin  memarlıq-planlaşdırma  quruluşunda  mühüm 
dəyişikliklər əmələ gəldi, quberniya mərkəzlərinin baş planları tərtib edildi (Şamaxı, 1858-ci il; Gəncə, 1873-cü 
il).  1810-cu  ildən  başlayaraq,  Bakının  İçərişəhər  hissəsindən  kənarda  Bayırşəhər  salındı.  Şəhərin  hərbi 
mühəndislər tərəfindən tərtib edilmiş ilk planları XIX əsrin 70-ci illərindən yeni baş planlarla əvəz olundu. XIX 
əsrin  sonu-XX  əsrin  əvvəllərində  Bakının  genişlənməsi  və  müntəzəm  plan  əsasında  tikilməsinə  baxmayaraq, 
şəhər  kapitalizm  dövrünün  şəhərsalma  təzadlarını  qabarıq  şəkildə  əks  etdirirdi.  Bu  dövrdə  quberniya 
mərkəzlərində mühəndis və memar, şəhərlərdə isə memar vəzifəsi təsis olundu. 
Mütəşəkkil  xarakter  daşıyan  şəhər  tikintisinin  planlaşdırılmasında  ərazinin  tarixi  topoqrafıyasına, 
tikilinin  xüsusiyyətinə,  su  kəməri  sisteminə  böyük  əhəmiyyət  verilir,  şəhərlərin  özünəməxsus  fərdi 
xüsusiyyətləri  qorunub  saxlanırdı.  Kapitalizmin  inkişafı  dövründə  tarixi  ənənələri  saxlamaq  baxımından  bu, 
mühüm  əhəmiyyətə  malik  idi.  Məhz  bu  dövrdə  Zaqatala,  Qusar,  Göyçay,  Ağdaş,  Ağdam  kimi  kiçik  yaşayış 
məntəqələri baş plana əsasən şəhərlərə çevrildi. Gəncə, Şamaxı, Şuşa, Şəki, Quba, Lənkəran, Naxçıvan və sairə 
şəhərlər daha da inkişaf etdi, Bakı isə çar Rusiyasının ən böyük sənaye mərkəzlərindən biri oldu. Azərbaycan 
şəhərlərinin planlaşdırılmasında və tikintisində İ.V.Qoslavski, K.B.Skureviç, İ.K. Ploşko, N.A. fon der Nonne 
və başqa əcnəbi memarlarla yanaşı, Kərbəlayı Əli Rəcəb oğlu, Qasım bəy Hacıbababəyov, Məşədi Mirzə Qafar 
İsmayılov, Zivər bəy Əhmədbəyov, Məmmədhəsən Hacınski, Hacı bəy Axundov kimi Azərbaycan memarları 
da fəal iştirak edirdilər. 
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra şəhərsalma işləri yeni əsaslar üzrə aparıldı. Qədim 
şəhərlərin yenidən qurulması, yeni sənaye mərkəzlərinin yaradılması, rayonların planlaşdırılması məsələləri ön 
plana çəkildi. Bu dövrdə Bakı, Gəncə, Naxçıvan və başqa iri şəhərlər yenidən quruldu, Şəki, Yevlax, Şamaxı, 
Zaqatala  və  sairə  şəhərlərin  əvvəlki  siması  dəyişdi,  Sumqayıt,  Daşkəsən,  Əli  Bayramlı  kimi  yeni  sənaye 
mərkəzləri  yaradıldı.  Azərbaycanın  qədim  şəhərlərindən  olan  Naxçıvan  şəhəri  böyüyərək  Naxçıvan  MR-in 
paytaxtına çevrildi. Birmərtəbəli gilmöhrə evlərin yerində iri binalar tikildi, yaşayış və ictimai binalardan ibarət 
geniş meydanlar salındı. Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərində ictimai binalar, pedaqoji institut, kənd 
təsərrüfatı  texnikumu,  tibb  və  musiqi  məktəbləri,  muzeylər,  kitabxanalar  tikildi,  mərkəzində  meydan  -  bağ 
ansamblı  salındı.  Şəki  şəhərində  ipək  kombinatı,  fabriklər,  SES,  məktəblər,  mədəniyyət  evləri,  uşaq 
müəssisələri,  yeni  yaşayış  binaları  tikildi.  Azərbaycanın  kənd 
rayonlarında da geniş miqyasda inşaat işləri aparılır, məktəblər, 
mədəni-məişət binaları tikilir. 
Daşkəsən  şəhəri  filiz  mədənlərinin  yaxınlığında, 
yüksək  dağlıq  yerdə  salınmışdır.  Ərazinin  relyefi  şəhərin  plan 
quruluşunu  müəyyənləşdirmişdir  (memar  S.Vahidov).  Şəhərin 
inzibati binalardan ibarət mərkəzi ərazinin ən hündür hissəsində 
yerləşir.  Buradan  enişə  doğru  ayrılan  maili  küçələr  terras 
sistemi  əmələ  gətirir.  Mingəçevir  şəhərinin  plan  quruluşu 
düzbucaqlı küçələr şəbəkəsi, ictimai mərkəz, yaşayış və sənaye 
sahələri ilə səciyyələnir. 
Bakı  yaxınlığında  salınmış  Sumqayıtın  da  memarlıq 
simasında sənaye qurğuları əhəmiyyətli yer tutur. 
Azərbaycanda  kurort  tikintisi  sahəsində  mühüm  tədbirlər  həyata  keçirilir.  Naftalan,  Abşeron  və 
sairə  kimi  müalicə  mərkəzlərində  sanatoriyalar,  istirahət  evləri,  mehmanxanalar  tikilmiş,  bu  yerlər 
beynəlxalq  müalicə  ocaqlarına  çevrilmişdir.  Xəzərin  sahilində  iri  kurort  kompleksinin  tikinti  layihəsi 
hazırlanır.
 
 
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi (1991) memarlıq və şəhərsalma sahəsinə də əsaslı təsir 
göstərdi. Ötən əsrin 60-80-ci illərində Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlər üçün səciyyəvi olan vahid, bəsit, 
yeknəsəq  tipli,  iri  bloklu,  lazımi  daxili  rahatlığı  olmayan  binaların  layihələrindən  imtina  edildi.  90-cı  illərin 
ortalarında Bakıda "İstanbul evləri" adlandırılan yaşayış binalarının tikintisinə üstünlük verilsə də, sonralar yerli 
memarların hazırladığı, şəhərin iqlim şəraitinə, relyefinə uyğun olan layihələrdən daha geniş istifadə olunmağa 
başlandı. Yeni tikililərdə müasir Qərb üslubu ilə yanaşı, klassik Şərq memarlığına xas olan elementlərdən də 


62 
 
faydalanma (bəzən də onların birləşdirilməsi) nəticəsində şəhərin görkəmində müəyyən dəyişikliklər baş verdi. 
Dəmir-beton  karkasın,  kərpic  və  şüşənin,  yerli  üzlük  daşların  geniş  tətbiqi  son  dövrün çoxmərtəbəli  binaları 
üçün səciyyəvidir. Sənaye üsulu ilə hazırlanan üzlük materiallardan da geniş istifadə olunur. Son illərdə Bakıda 
çoxmərtəbəli (18-22) binaların tikintisinə üstünlük verilir. 
Ölkədə inşa edilən fərdi yaşayış binalarının memarlıq həllində müsbət dəyişiklik baş vermişdir. Bir çox 
tikililərdə XIX əsrin sonu - XX əsrin əvvəlləri üçün səciyyəvi olan memarlıq ənənələrinin davam etdirilməsi 
nəzərə çarpır. 
Azərbaycanda dini azadlığın təmin olunması bir çox yeni məscidlərin, kilsə və sinaqoqların, türbələrin 
və  sairə  tikintisinə,  köhnələrin  bərpa  və  təmirinə  imkan  yaratmışdır.  Yeni  məscid  binaları  üçün  orta  əsrlərin 
memarlıq  ənənələri  səciyyəvidir  (məsələn,  Bakıda  Bibiheybət  məscidi).  Konservatizm,  habelə  sadəlik  bu  cür 
tikililərə daha çox xasdır. 
Şamil Fətullayev, Rizvan Babaşov 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 ciddə. “Az ərbaycan” cildi. “ Memarlıq” məqaləsi. 
Bakı, 2007, səh.750-766. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə