Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

77 
 
qabların  üzərində  anqobla  rəsm  çəkilməsi,  yaxud  anqoblanmış  yerlik  üzərində  müxtəlif  boyalarla  təsvirin 
işlənməsi, eləcə də cızma naxışlı bəzəmə üsulu geniş yayılmışdı. 
Orta əsrlərdə keramika ilə yanaşı, şüşə məmulat da hazırlanırdı. Şamaxı, Gəncə, Qəbələ, Mingəçevir və 
s. yerlərdən şüşədən məişət əşyaları (kuzə, sürahi, piyalə və s.), hətta zərgərlik nümunələri də aşkar edilmişdir. 
Şüşə üzərində səthi, yaxud qabarıq formalı həndəsi və nəbati ornament motivləri ilə yanaşı, yazı nümunələrinə 
də təsadüf olunur. Naxçıvan ərazisindən tapılmış bürüncdən atlı fiquru (Ermitaj, Sankt-Peterburq), Mingəçevir, 
Lənkəran, Qax rayonu və s. yerlərdən aşkar edilmiş gümüş məcməyilər (Milli Azərbaycan Tarixi Muzeyi) erkən 
orta əsrlərdə Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafı haqqında aydın təsəvvür yaradır. XI-XV əsrlərdə 
istehsal  olunan  saxsı  qablarda  məmulatı  düzəldən  ustanın  adı  göstərilməklə,  emalatxana  damğası  vurulurdu. 
Gəncədən  tapılmış  bir  sıra  qabların  üzərində  "Əli  Əziz  oğlu",  "Nəsir",  "Rüstəm",  "Seyid  Əli"  və  s.  adlar 
yazılmışdır. 
Saxsı  qabların  oyma,  qabartma,  cızma  və  s.  üsullarla  işlənmiş  bəzəklərində  zərif  ornamentlər,  insan, 
heyvan  və  quş  təsvirləri  ilə  yanaşı,  təbiət  təsvirlərinə,  süjetli  kompozisiyalara  da  təsadüf  edilir.  1950-ci  ildə 
Beyləqandan  tapılmış  və  hazırda  Ermitajda  saxlanılan  saxsı  nimçə  bu  baxımdan  diqqəti  cəlb  edir.  Nimçənin 
üzərində zadəganlara məxsus geyimdə ova çıxmış atlı gəncin təsviri verilmişdir. Kompozisiyanı atın tərkində 
təsvir  edilmiş  bəbir  tamamlayır.  Süjetli  kompozisiyalara  bu  dövrdə,  əsasən, 
Beyləqan saxsı məmulatları üzərində rast gəlinir. 
XI-XV  əsrlərdə  Azərbaycanda  müxtəlif  formalı  bədii  kaşılar  istehsal 
edilmişdir.  Bu  cür  məmulatlar,  əsasən,  məscid,  hamam,  saray  və  s.  binaların 
memarlıq  bəzəklərində  işlədilmişdir.  XI-XV  əsrlərdə  dekorativ-tətbiqi  sənətin 
mühüm sahələrindən biri də daş və gəc üzərində bədii oyma sənəti olmuşdur. Oyma 
bəzəklər, əsasən, memarlıq abidələrində və qəbir daşlarının üzərində tətbiq edilirdi. 
Bakı  limanından  aşkar  edilmiş  Şirvanşahların  "Bayıl  qəsri"  (1235)  adlanan 
memarlıq  abidəsinin  üzərindəki  yazı  və  relyef  təsvirləri  bu  dövr  bədii  oyma 
sənətinin  nadir  nümunələrindəndir.  Dərin  oyma  üsulu  ilə  bəzədilmiş  "Bayıl 
qəsri"nin  maraqlı  cəhəti  bəzəklərdə  yazılarla  birlikdə  canlı  varlıqları  təsvir  edən 
çoxlu  rəsmlərin  olmasıdır.  Daşların  üzərində  insan  başının  təsviri  olan  xeyli 
oymalar aşkar edilmişdir. Portretbarelyeflərin birinin üzərində Şirvanşah Fəribürzün 
adı,  digərində  isə  "gürcü"  sözü  həkk  olunmuşdur.  Memarlıq  abidələri  zərində 
canlıların  təsvirinin  həkk  edilməsinə  təkcə  Bakıda  yox,  Azərbaycanın  digər 
yerlərindəki abidələrdə  də rast  gəlinir.  Lakin  bu təsvirlər "Bayıl  qəsri"ndə  olduğu 
kimi  qabartma  səpgisində  yox,  xeyli  səthi,  daha  çox  cızma  üsulu  ilə  icra  edilmişdir.  Ağdam  rayonunun 
Xaçındərbətli  kəndindəki  türbənin  (XIII-XIV)  və  Laçın  rayonunun  Cicimli  kəndindəki  Məlikəjdər  türbəsinin 
(XIV əsr) memarlıq bəzəkləri bu üsulla işlənmişdir. 
XI-XV əsrlərdə Azərbaycanda dekorativ-tətbiqi sənətin maraqlı növlərindən biri olan metalişləmə sənəti 
də  yüksək  inkişaf  mərhələsi  keçmişdir.  Metaldan  hazırlanmış  müxtəlif  silahlar,  ev  əşyaları  və  s.  sənət 
nümunələri  dövrümüzədək  saxlanılmışdır.  Gəncə,  Şamaxı,  Naxçıvan  və  Bakı  şəhərləri  həmin  əsrlərdə 
Azərbaycanın  metalişləmə  mərkəzləri  idi.  Bədii  metal  məmulatlarından  İbrahim  ibn  Osmanın  1063-cü  ildə 
Gəncə  şəhəri  üçün  düzəltdiyi  bədii  tərtibatlı  dəmir  darvaza  (bir  tayı  Gürcüstan  Respublikasının  Gelati 
monastırındadır),  Osman  Salman  oğlu  Naxçıvaninin  hazırladığı  bürünc  dolça  (1190,  Luvr,  Paris),  Əli 
Məhəmməd  oğlunun  "Şirvan  lüləyini"  adlanan  suqabı  (1206,  Ermitaj, 
S.Peterburq),  Əbdüləziz  Şərəfəddin  oğlu  Təbrizinin  (tunc  tiyan,  1399, 
Xoca Əhməd Yəsəvi məscidi, Qazaxıstan Respublikası, Türküstan şəhəri), 
Şükrüllah  Müxlis  Şirvaninin  (bürünc  üstürlab,  1486,  Hararinin  şəxsi 
kolleksiyası,  ABŞ)  işləri  bu  sənətin  gözəl  nümunələrindəndir.  Əbdüləziz 
Şərəfəddin oğlunun Təbrizdə düzəltdiyi tunc tiyanın ağırlığı 2 t, diametri 
2,5  m-dir.  Bu  nəhəng  tiyan  Teymurun  sifarişi  ilə  Xoca  Əhməd  Yəsəvi 
məscidi  üçün  hazırlanmışdı.  Gül  formasında  düzəldilmiş  10  qulplu  bu 
məmulat Şərqdə ən böyük tiyan olmaqla yanaşı, bədii tərtibatına görə də 
nadir sənət əsərlərindəndir. 
XVI-XVIII əsrlər Azərbaycan sənətkarlığı tarixinin ən zəngin dövrlərindəndir. Şəhər və kəndlərdə xeyli 
toxucu, zərgər, misgər, dulusçu və başqa sənətkarlar fəaliyyət göstərirdi. Səfəvilər dövründə isə Azərbaycanda 
əsl  mənada  bədii  parça  istehsalı  sənayesi  təşkil  olunmuşdu.  O  dövrdə  Təbriz,  Ərdəbil,  Şamaxı,  Gəncə 
sənətkarlarının hazırladıqları ipək parçaların xeyli nümunəsi hazırda Bakı, Moskva, S.Peterburq muzeylərində 
saxlanılır. Azərbaycan parçalarının geniş şöhrət qazanmasına səbəb onların incə toxunuşlu və davamlı olması 
idi.  Parçalar  milli  naxışlarla  bəzədilir  və  çox  vaxt  naxışların  arasında  klassik  şairlərin,  xüsusilə  Nizami 
Gəncəvinin  əsərlərindəki  obrazlar  miniatür  üslubunda  təsvir  edilirdi.  "Üzlü"  adlanan  belə  parçaların  bir  sıra 


78 
 
nadir  nümunələri  hazırda  dünyanın  ən  böyük  muzey  və  şəxsi  kolleksiyalarında  saxlanılır  (Parisin  Luvr, 
Londonun Viktoriya və Albert, İstanbulun Topqapı, Moskvanın Şərq Xalqlarının İncəsənəti Muzeyi və s.). 
Təbriz,  Ərdəbil,  Naxçıvan,  Gəncə,  Şamaxı  və  Bakı  sənətkarlarının  metaldan  düzəltdikləri  məişət 
əşyaları, silahlar, bəzək nümunələri yüksək qiymətləndirilirdi. Azərbaycan sənətkarlarının hazırladıqları silahlar 
(xəncər, qılınc,  qalxan)  və  zirehli  geyimlər  (dəbilqə, dirsəklik  və  s.)  xüsusilə  metalişləmə  sənətinin  müəyyən 
sahələrində  nəinki  ayrı-ayrı  sənətkarların,  hətta  bütöv  şəhərlərin  ixtisaslaşmasına  rəvac  vermişdir.  Ərdəbil 
şəhərinin  inkişaf  etmiş  bədii  metal  mərkəzlərindən  sayılmasına  baxmayaraq,  Şeyx  Səfi  türbəsinin  gümüş 
barmaqlığını  bu  sahədə  daha  səriştəli  olan  Gəncə  sənətkarları,  İçərişəhərin  dəmir  darvazalarmı  isə  Naxçıvan 
ustaları  düzəltmişlər.  Bədii  metal  məmulatlarının  üzərində  adi  sənətkarlarla  yanaşı,  məşhur  rəssamlar  da 
işləmişdilər.  Moskvada  Kremlin  Silah  Palatasında  saxlanılan  bədii  qalxan 
(təbrizli  usta  Məhəmməd  Mömin,  XVI  əsr)  Azərbaycan  metalişləmə 
sənətinin  nadir  nümunələrindəndir.  Əvəzsiz  sənət  əsəri  olan  bu  qalxan 
qırmızı poladdan döyülərək üzəri daş-qaş və qızılla bəzədilmişdir. Səthində 
42 dairəvi cığır açılmış, bunların içərisində müxtəlif ov, müharibə səhnələri, 
heyvanlar  aləmindən  süjetlər  və  s.  təsvir  olunmuşdur.  Rəsmlər  içərisində 
Nizaminin "Leyli və Məcnun" poemasının motivləri ilə bağlı kompozisiyalar 
daha maraqlıdır. 
Naxçıvan,  Laçın,  Ağdam,  Gəncə,  Mingəçevir,  Qazax,  Lerik  və  s. 
yerlərdən  tapılmış  XVI-XVII  əsrlərə  aid  daş  qoç  və  at  fiqurları,  süjetli 
qabartma  heykəllər  Azərbaycan  incəsənətinin  maraqlı  nümunələridir.  Daş 
fiqurlara  Azərbaycanın  cənubundan  tutmuş  şimal-qərb  bölgələrinədək  bir 
çox yerlərdə rast gəlinir. Ermənistan və Gürcüstanın azərbaycanlılar yaşayan 
ərazilərində də bu cür fiqurlara təsadüf olunur. 
XVI-XVII əsrlərə aid edilən və Azərbaycanın, əsasən, qərb rayonlarının dağətəyi kəndlərində tapılmış 
süjetli qabartmalarla bəzədilmiş oyma naxışlı daş sənduqələrin (qəbirüstü daşlar) əksəriyyətində dəfn edilənin 
şücaət və məharətini göstərən səhnələr həkk olunmuşdur. Mingəçevir, Laçın və Zəngəzur ərazilərində təsadüf 
edilən  sənduqələrin  üzərində  şamanların  dini  mərasimi,  qədim  tayfalarda  zoomorf  anlayışlarla  əlaqədar 
meydana gəlmiş quş onqonunun (toteminin) və zərdüştiliklə əlaqədar ayinlərin təsvirləri diqqəti cəlb edir. 
XVII  əsrdə  dekorativ-tətbiqi  sənətin  xalçaçılıq,  şəbəkəçilik  və  misgərlik  kimi  növləri  daha  çox 
yayılmışdı. 
XVII-XIX  əsrlərdə  Təbriz,  Gəncə,  Şəki,  Şuşa,  Şamaxı  və 
Bakı  şəhərlərində  xüsusi  misgərlər  məhəlləsi  mövcud  idi.  Misdən 
bəzəkli,  orijinal  formalı  qab-qacaq  düzəldilirdi.  Azərbaycanda 
misgərlik sənətinin mərkəzi Şamaxı xanlığına daxil olan Lahıc idi. 
XIX  əsrdə  Lahıcda  200-dək  misgər  emalatxanası  olmuşdur.  Lahıc 
ustaları  məişət  əşyalarmı  (dolça,  satıl,  sərnic,  məcməyi,  sərpuş, 
güyüm, aftafa, aşsüzən, kəfgir, kasa, cam, qazan, çıraq və s.), eləcə 
də  odlu  (tüfəng,  müxtəlif  tipli  tapançalar  və  s.)  və  soyuq  (xəncər, 
qəmə,  behbud,  qılınc,  bıçaq  və  s.)  silahları  yüksək  sənətkarlıqla 
düzəldir,  bunların  üzərini  incə,  mürəkkəb  ornamentlərlə 
bəzəyirdilər.  Silahlara  sənətkarların  möhürü  vurulurdu.  Hazırda 
Azərbaycan İncəsənət Muzeyində və Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan Şirvan, Qarabağ, Təbriz və 
Naxçıvanda  hazırlanmış  məmulatlar  gözəl  məişət  əşyaları  olmaqla  yanaşı,  Azərbaycanda  rəsmin,  naxışın 
inkişafmı əks etdirən nadir sənət nümunələridir. Bunların üzərində düz, əyri və sınıq xətlərdən, onların əmələ 
gətirdiyi üçbucaq və rombdan (paxlavadan) ibarət olan qədim həndəsi naxışlarla yanaşı, mürəkkəb yarpaq, gül 
rəsmlərinə,  müxtəlif  formalı  butalara,  quş,  heyvan  və  insan  təsvirlərinə  də  təsadüf  olunur.  Ərəb  əlifbasının 
mürəkkəb hərfləri ustaların əlində ornament elementlərinə çevrilərək məmulatın bədii tərtibatını tamamlamışdır. 
Bu yazılar bəzək elementləri olmaqla yanaşı, tarixi məxəz kimi də qiymətlidir. 
Dekorativ-tətbiqi  sənətin  mühüm  sahələrindən  olan  zərgərlik  sənəti  feodal  münasibətlərinin  inkişafı 
nəticəsində yüksək səviyyəyə çatmışdı. Qızıl və gümüş sikkələrin ticarət dövriyyəsinə daxil edilməsinin də bu 
sənətin inkişafında mühüm rolu olmuşdur. 
Zərgərliyin  ayrı-ayrı  texniki  üsullarından  (basma,  qarasavad,  döymə,  minasazlıq,  oyma,  pardaxlama, 
xatəmkarlıq,  həkkaklıq,  hörmə,  şəbəkə  və  s.)  istifadə  etməklə  Qarabağ,  Gəncə,  Şəki,  Şamaxı,  Qazax,  Quba, 
Naxçıvan  və  s.  yerlərdə  ustalar  tərəfindən  müxtəlif  zinət  və  bəzək  əşyaları  hazırlanmışdır.  Çağdaş  zərgərlik 
sənəti  sahəsində  fəaliyyət  göstərən  bir  çox  ustaların  işləri  xarici  ölkə  muzeylərində  nümayiş  etdirilir.  Müasir 
dövrdə zərgərlik keçmişin ənənələrini davam etdirərək forma və məzmunca zənginləşmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə