Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

94 
 
Azərbaycan məişətində ənənəvi xalça məmulatlarından (məfrəş, xurcun, heybə, qaşlıq, çul, yəhərüstü, 
çuval, duzqabı, xaral, örkən, yolama, qaşıqqabı, çömçədan, ləmiqabağı, corab) geniş istifadə olunurdu. 
Ayrı-ayrı əyalətlərin xalçaçıları özlərinə məxsus kompozisiya, müxtəlif spesifik naxışlar əlavə etməklə 
sumaxları fərqləndirmişlər. 
Sadə xovsuz xalça toxunuşundan ağır xovlu xalça toxunuşuna keçilməsinin başlıca səbəbi iqlim şəraiti ilə 
əlaqədar  olmuşdur.  Bununla  belə  bədiilik  hissi,  gözəllik  duyğuları,  insanın 
həyatda,  yaratdığı  hər  bir  əşyada  əbədiliyi  görmək  istəyi  xalq  ustalarını 
naxışların zərif nüanslarını verməyə imkan yaradan, təbiətin zəngin boyalarını, 
rəng çalarlarını canlandırmağa qadir olan, əşyaya davamlılıq keyfiyyəti gətirən 
toxunuş üslubu axtarıb tapmağa məcbur etmişdir. Müəyyən tətbiq sahəsi olan 
müxtəlif xalçalar da belə toxunmuşdur. Bunlardan "Xalça", "Gəbə", "Dəst xalı 
(xalı-gəbə)",  "Puştu",  "Namazlıq"  kimi  döşəmə  və  divar  xalçalarını  və 
müxtəlif məişət təyinatlı xalça növlərini fərqləndirmək olar. Sonunculardan 
pərdə, taxtüstü (yataq örtüyü) və s. kimi istifadə olunan xalçalar qeyd oluna 
bilər. 
Xalça - orta ölçülü, uzunluğu, adətən, 2-2,5 m, eni isə 1-1,5 olur. 
Azərbaycanın, demək olar ki, bütün xalçaçılıq mərkəzlərində toxunmuşdur. 
Gəbə  böyük  ölçülü,  hündür  xovlu,  qalın,  uzunsov  xalçadır.  Uzunluğu, 
adətən,  2,5-3,5  m,  eni  isə  1,5-2,5  m  olur.  Muğan,  Qarabağ,  Gəncə,  Qazax, 
Göyçə və s. bölgələrdə toxunur. 
Puştu (90x90 sm) kiçik ölçülü xovlu divar xalçasıdır. Azərbaycanın 
bütün  xalçaçılıq  mərkəzlərində  toxunan  puştular  divara  vurulur  və  yerdə 
oturub divara söykənən adamın kürəyini soyuqdan və rütubətdən qoruyur. 
Namazlıq  dini  ayinlə  əlaqədar  meydana  gəlmiş  ibadət  xalçası  olub, 
üstündə namaz qılmaq üçün istifadə edilmişdir (100x150 sm). "Mehrablı", "Tağı", "Canamaz", "Səccadə" və s. 
adlarla  da  yayılmışdır.  Namazlıqlar,  adətən,  bir  adamın,  bəzi  hallarda  isə  2-3  və  daha  çox  adamın  eyni  vaxtda 
ibadət  etməsi  məqsədilə  toxunurdu.  Namazlığın  kompozisiyasının  əsasını  mehrab  -  kiçik  tağ  qurşağı  yaradır, 
bununla  yanaşı  kompozisiyaya  Qurandan  ayələr  daxil edilir.  Namazlıqların  ilk  nümunələri  XVI  əsrdə  Təbrizdə 
toxunmuş və sonradan bütün müsəlman aləminə yayılmışdır. 
Dəst xalı (xalı-gəbə) böyük otaqlarda döşəməni örtmək üçün nəzərdə tutulmuş xüsusi xalça dəstidir. Dəst 
üç, dörd, yaxud beş xalçadan ibarət olur: mərkəzi xalı (150x600 sm), iki 
yan  gəbə  (100x600  sm),  başlıq  xalça  (100x350  sm)  və  ayaq-altı 
(100x350 sm). Bu xalçaların naxışları eyni olur, yalnız ölçülərinə görə 
bir-birindən fərqlənir. 
Azərbaycanda  xalçaçılığın  çoxəsrlik  inkişafı  ərzində  Quba, 
Şirvan, Bakı, Gəncə, Qazax, Borçalı, Göyçə, Qarabağ, Şuşa, Cəbrayıl, 
Naxçıvan,  Zəngəzur,  Təbriz,  Ərdəbil,  Zəncan,  Xalxal,  Urmiya, 
Qaradağ,  Mərənd,  Marağa  kimi  sabit  xalçaçılıq  mərkəzləri 
formalaşmışdır.  Bu  mərkəzlərin  inkişafı  bir  sıra  təbii-coğrafi,  tarixi, 
iqtisadi  amillərlə,  xüsusən  də  xalçaçılığın  əsas  xammal  bazası  olan 
qoyunçuluqla  bağlıdır  ki,  bunlar  da  tarixən  heyvandarlığın  geniş 
yayıldığı ərazilər olmuşdur. 
Hər bir mərkəzin xalçaları özünəməxsus, fərdi, bədii və texniki 
xüsusiyyətləri  ilə  seçilmiş  və  bunlar  təsərrüfat,  məişət  və  sosial 
amillərlə  müəyyənləşmişdir.  Onların  estetik  əsasını  isə  daim  bu 
ərazilərdə təşəkkül tapmış qədim toxuculuq ənənələri təşkil etmişdir. 
Xalça  mərkəzlərinin  xüsusiyyətləri  və  adları  Azərbaycanın 
məşhur  xalça  məktəblərinin  elmi  təsnifatının  əsasını  təşkil  edir.  Bu 
məktəblər milli naxışların ümumi prinsiplərini, ənənəvi elementlərini 
və  xalça  motivlərini  saxlamaqla  özünəməxsus  kompozisiya,  rəng 
həllini,  adları  bəlli  olmayan  sənətkarların  dəstxəttini  xalçaçılıq 
sənətinə gətirmişlər. Bu amillər isə Azərbaycan xalçasına orijinallıq və özünəməxsusluq verən rəng, ornament, 
kompozisiya çoxvariantlılığını təmin edir. 
Məzmun dərinliyi və forma rəngarəngliyi, təsvirin müstəvi həlli ideyası, ritmik cizgi rəsmi, gözəlliyi, 
mərkəzi  hissənin  və  haşiyənin  ənənəvi  ayrıntıları,  ətraf  mühit  elementlərinin  lakonik  boyalarla,  nəbati  və 
həndəsi formalarla ifadəsi Azərbaycan xalçalarının estetik prinsiplərinin əsasını təşkil edir. 
Quba xalça məktəbinə Quba, Dəvəçi, Qonaqkənd və b. yerlərdə toxunan və Quba xalçaları kimi tanınan 
xalçalar aiddir. Bu xalçalar 1 dm
2
-də 50x50 ilmə sıxlığı, dekor zərifliyi, kolorit incəliyi ilə səciyyələnir. Həndəsi 


95 
 
naxışlardan  ibarət  ornamentlər,  əsasən,  stilizə  edilmiş  bitki,  bəzən  isə  heyvan  motivləri  üslubundadır. 
Medalyonvarı kompozisiyalar geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim Minarə", 
"Qımıl", "Pirəbədil", bölgə üçün səciyyəvi kompozisiyalar isə "Alpan", "Quba", "Hacıqayıb" və s.-dir. Burada 
tək xalçalar, xalı-gəbə dəstləri və bir çox xovsuz xalçalar (sumaxlar, palazlar) və xalça məmulatları da istehsal 
edilir. 
Şirvan  xalça  məktəbinə  Şamaxı,  Mərəzə,  Ağsu,  Kürdəmir,  Qazıməmməd  və  s.  yerlərdə  toxunan  və 
Şirvan  xalçaları  adlandırılan  xalçalar  aiddir.  Bu  xalçalar  bədii  naxış  zənginliyi,  1  dm
2
-də  45x45-50x50  ilmə 
sıxlığı,  xüsusi  parlaqlığı  ilə  fərqlənir.  Bu  məktəbin  xalçaların  ən  məşhur  kompozisiyaları  aşağıdakılardır: 
"Qobustan", "Şamaxı", "Şirvan", "Qəşəd", "Ərciman", "Cəmcəmli", "Qarxun", "Hacıqabul", "Qəbələ", "Salyan" 
və s. Şirvan həmçinin özünün xovsuz xalçaları - palaz və kilimləri ilə, 
qədim dövrlərdə isə sumaxları ilə məşhur olmuşdur. Paşalı və Udulu 
kəndlərində  toxunan  xovsuz  xalçalar  dünya  şöhrəti  qazanmışdır. 
Şirvan qədimdən həm də özünün müxtəlif xalça məmulatları - çuval, 
xurcun, məfrəş, çul və s. ilə məşhur olmuşdur. 
Orta  əsr  ərəb  tarixçisi  Əbu  Cəfər  Məhəmməd  Təbəri  (IX-X 
əsrlər)  öz  əsərlərində  göstərirdi  ki,  Azərbaycanının  şimal  -şərqində, 
yəni Şirvanda çox yaxşı xalçalar toxunur. XII-XIII əsrlərdə Şirvanda 
toxunmuş  xalça  nümunələri  İstanbulda  "Türk  və  İslam  əsərləri" 
muzeyində saxlanılır. 
Bakı xalça məktəbinə Bakıda, Abşeron və Xızı bölgələrində 
toxunan, Bakı xalçaları kimi tanınan xalçalar aiddir. Bu xalçalar daha 
yumşaq olması, 1 dm
2
-də 40x40 ilmə sıxlığı, rəng intensivliyi, bədii 
orijinallığı  və  naxış  incəliyi  ilə  seçilir.  Bakı  xalçalarının  səciyyəvi 
cəhətini  son  dərəcə  stilizə  edilmiş  bitki  elementləri  olan  həndəsi 
motivli medalyonlar və simmetrik kompozisiyalar təşkil edir. Burada 
"Bakı", "Suraxanı", "Göradil", "Fındığan", "Xilə-Əfşan", "Xilə-Buta", 
"Abşeron" kompozisiyaları daha geniş yayılmışdır. 
Gəncə  xalça  məktəbinə  Gəncə,  Gədəbəy,  Qasım  İsmayılov 
(Goranboy)  və  s.  yerlərdə  toxunan  və  Gəncə  xalçaları  adlandırılan 
xalçalar  aiddir.  Bu  xalçalar  1  dm
2
-də  25x25-40x40  ilmə  sıxlığı, 
qırmızı, göy, sarı rənglərin üstünlüyü, həndəsi motivlərin çoxluğu ilə 
səciyyələnir.  Onların  arasında  "Gəncə",  "Köhnə  Gəncə", 
"Gədəbəy",  "Çıraqlı",  "Samux",  "Çaylı",  "Şadlı",  "Faxralı" 
kompozisiyaları  seçilir.  Orta  əsrlərdə,  xüsusən  X-XI  əsrlərdə 
Gəncədə toxunmuş ipək xalçalar böyük şöhrət qazanmış və geniş 
yayılmışdı. 
Qazax  xalça  məktəbinə  Qazaxda,  Borçalıda,  Göyçədə 
toxunan  və  Qazax  xalçaları,  Borçalı  xalçaları,  Göyçə  xalçaları 
kimi  tanınan  xalçalar  aid  edilir.  Bu  xalçalar  1  dm
2
-də  25x25-
40x40 ilmə sıxlığı, orta ölçülü olması, möhkəm, qalın toxunması, 
rənglərinin intensivliyi, ornamentlərini, əsasən, iri ölçülü həndəsi 
elementlərin təşkil etməsi və s. ilə xarakterizə olunur. 
Qazax  xalçaları  arasında  ən  geniş  yayılanları  "Şıxlı", 
"Dəmirçilər",  "Öysüzlü",  "Borçalı",  "Qazax",  "Qaraçöp", 
"Qarayazı",  "Salahlı",  "Qaçağan",  "Kəmərli",  "Qaraqoyunlu", 
"Qaymaqlı", "Göyçəli" kompozisiyalarıdır. 
Borçalı  xalçalarına  "Borçalı",  "Çobankərə",  "Fərəhli", 
"Qurbağalı", 
"Qurbağaoğlu", 
"Qarayazı", 
"Qaraçöp", 
"Zeyvənişan", "Ziynətnişan" və s. kompozisiyalı xalçalar aiddir. 
Göyçə  xalçalarına  "Burma  buynuz",  "Düyməniçək", 
"Qaraqoyunlu",  "Sinigöllü"  kimi  kompozisiyalar  aiddir.  Bu 
xalçaları  xarakterizə  edən  əsas  bədii-texniki  cəhətlər  ilmə 
sıxlığının aşağı, xovunun hündür olmasıdır. 
Qarabağ  xalça  məktəbinə  Qarabağ  xalçaları,  Şuşa 
xalçaları, Cəbrayıl xalçaları, Naxçıvan xalçaları, Zəngəzur xalçaları kimi tanınan xalçalar aiddir. Bu xalçalar 1 
dm
2
-də 30x30-40x40 ilmə sıxlığı, kompozisiyaların müxtəlifliyi, rənglərinin əlvanlığı, ornamentlərinin əsasən 
nəbati motivli olması, əksərinin dəst halda toxunması və s. ilə xarakterizə olunur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə