Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.

səhifə94/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   86   87   88   89   90   91   92   93   94

180 
 
tanıdılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 2011-
ci il “ Turizm ili” elan edilmişdir. 
Turizm  ehtiyatları.  Respublikanın  iqlimi,  zəngin  təbiəti,  maddi-mədəniyyət  abidələri  turizmin  yeni 
növlərinin  inkişafına  imkan  verir.  Turizm  ehtiyatları  tarixi,  ekoloji,  ekzotik,  təbiət,  idman,  mədəni  turizm 
növlərinin inkişafı baxımından perspektivlidir. 
Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə, 
qalanı  isə  yerli  əhəmiyyətlidir.  YUNESKO-nun  Dünya  İrs  Siyahısına  Azərbaycandan  İçərişəhər  Şirvanşahlar 
sarayı  və  Qız  qalası  ilə  birlikdə  salınmışdır  (2000).  "İçərişəhər"  Tarix-Memarlıq  Qoruğunun  ərazisindəki  10 
dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir. 
Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft 
və  palçıqlar  (Lənkəran,  Kəlbəcər,  Naxçıvan,  Naftalan,  Abşeron  və  b.)  sağlamlıq  turizminin  inkişafına  geniş 
imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların sayının artması təbiət, ekoloji 
və  ekzotik  turizm  növlərinin  inkişafmı  sürətləndirmişdir.  Soyuq  iqlimli  bölgələrdə  (Kiçik  Qafqaz,  Naxçıvan, 
Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı növləri inkişaf etdirilir. Bakı, 
Maştağa,  Gəncə,  Quba,  Naxçıvan,  Lənkəran,  Bərdə,  Şəki  və  Şamaxıda  açılmış  Olimpiya  idman 
komplekslərində  milli,  regional  və  beynəlxalq  miqyaslı  idman  yarışlarının  keçirilməsi  turizm  əlaqələrini 
genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar tikilmişdir. 
Turizm  reklam  və  nəşrləri.  Respublikada  turizmin  inkişafı  bu  sahə  üzrə  daha  geniş  miqyasda 
ədəbiyyatın  yaranmasına  səbəb  olmuşdur.  Turizmin  təbliği  məqsədilə  Azərbaycan,  rus,  ingilis  dillərində 
müxtəlif  elmi-kütləvi  ədəbiyyat,  fotoalbomlar,  bələdçi  kitabçalar,  buklet,  prospekt,  atlas  və  xəritə-sxemlər 
("Azərbaycan", "Азербайджан",  "Welcome  to  Azerbaijan",  "Azərbaycan  olduğu  kimi",  "Bakı", "Böyük  İpək 
Yolu", "Azərbaycan turizm regionları", "Azərbaycan tarix və arxitektura abidələri ", "Bakının otelləri", "Bakının 
əyləncə  mərkəzləri  və  restoranları"  və  s.)  nəşr  edilmişdir.  "Turizm  yenilikləri"  qəzeti,  "Azerbaijan  review" 
jurnalı buraxılır. 
 
Müəssisələrin mülkiyyət növünə görə sayı 
 
 
  
2006  2007  2008  2009  2010  2011  2012  2013 
Müəssisələrin 
sayı  
96 
117 
123 
124 
126 
141 
170 
197 
  ondan:   
 
 
 
 
 
 
 
 
dövlət  
mülkiyyəti 








qeyri-dövlət 
mülkiyyəti 
93 
113 
120 
122 
124 
139 
168 
194 

cümlədən: 
 
 
 
 
 
 
 
 
xüsusi 
88 
108 
115 
116 
119 
135 
161 
187 
xarici 








birgə 








 
 
 
 
 
İstifadə olunmuş ədəbiyyat: 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi.  “ Turizm” məqaləsi. Bakı, 2007, səh. 
838-842. 
www.tourism.az
 
www.azertag.com
 
 
 


181 
 
 
Turizm bölgələri. 
 
Azərbaycan  ərazisində  ehtiyatlarının  müxtəlifliyi,  inkişaf  səviyyəsi  və  perspektivliyinə  görə  seçilən  8 
turizm bölgəsi vardır. 
 
Bakı-Abşeron turizm bölgəsi 
 
Azərbaycan  Respublikasının  şərqində,  Xəzər  dənizi  sahilində  yerləşir  və  əlverişli  coğrafi  mövqeyə 
malikdir.  Bölgə  dərketmə,  müalicə-sağlamlıq,  idman,  işgüzar  turizm  növləri  üzrə  ixtisaslaşmışdır.  Xəzərin 
Bilgəh,  Nardaran,  Pirşağı,  Buzovna,  Zuğulba,  Novxanı  sahillərindəki  qumlu  çimərliklər  turizmin  inkişafı 
baxımından  əlverişlidir.  Balneoloji  iqlimə  malik  bölgədə 
"Gənclik"  Beynəlxalq  Turizm  Mərkəzi,  "Neptun"  turist  bazası 
və  sanatoriya-kurort  mərkəzləri  (Bilgəh,  Mərdəkan,  Buzovna) 
fəaliyyət  göstərir.  Bakıda  İçərişəhərin  tarixi-memarlıq 
abidələrindən olan Buxara və Multani karvansaralarından müasir 
dövrdə  turist  obyektləri  kimi  istifadə  olunur.  Bakı  Əyləncə 
Mərkəzi, "Akva-park", "Luna-park", "Lido" istirahət və əyləncə 
mərkəzlərində  turistlərə  yüksək  xidmət  göstərilir.  Dərketmə 
turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf 
etdirilir. Bakı şəhərində 5462 yerlik 40 TYO (turist yerləşdirmə 
obyekti) (30 mehmanxana və 10 digər TYO (turist yerləşdirmə 
obyekti))  fəaliyyət  göstərir.  Bakıdakı  İçərişəhər  kompleksi 
(Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və 
b.), Bibi-Heybət məscidi, "Atəşgah" məbədi, Xəzəryanı müdafiə 
qurğuları,  qalalar,  karvansaralar  və  ovdanlar  kompleksi 
(Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və 
başqa  maraqlı  tarixi  abidələrdir.  Şəhərdən  70  km  cənubda 
Qobustan  Dövlət  Tarix-Bədii  Qoruğu,  Altıağac  MP,  Abşeron 
MP,  "Cənnət  bağı"  istirahət  zonası  (Xızı)  yerləşir.  Bakının  cənub-qərbində  "Şıx"  kurort  kompleksi  fəaliyyət 
göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə 
çıxırlar.  Müasir  Olimpiya  (Bakı,  Maştağa)  və  digər  idman  kompleksləri  idman  turizminin  inkişafına  imkan 
yaradır. 
 
Quba-Xaçmaz turizm bölgəsi 
 
Azərbaycanın  şimal-şərqində,  Bakı-Xaçmaz  turist  marşrutunun  üstündədir.  Turizmin  ixtisaslaşması 
istirahət-əyləncə, dərketmə və idman istiqamətindədir. Landşaftın rəngarəngliyi, iqlimin saflığı, mineral suları 
və  qumlu  dəniz  sahilləri  bölgənin  səciyyəvi  xüsusiyyətidir.  Böyük  Qafqazın  yüksək  dağlarından  Bazar-düzü, 
Şahdağ,  Tufandağ  və  b.  bu  bölgədədir.  Bölgənin  Bakıya  yaxın  olması,  aqroiqlim  şəraiti  turizmin  inkişafına 
geniş  imkanlar  açır.  Şahdağ  MP,  Təngə-altı  dərəsi, 
Afurca  şəlaləsi,  "Quba"  istirahət  mərkəzi,  "Balbulaq", 
"Cənnət  bağı"  istirahət  zonaları  (Quba),  Yalama  və 
Nabranın  qumlu  çimərlikləri  təbiət-sevərləri  istirahətə 
cəlb  edir.  Beşbarmaq  qayası  və  müdafiə  səddinin 
qalıqları,  türbələr  (Siyəzən),  Şabran,  Gilgilçay 
istehkamlar  kompleksi,  Çıraqqala  (Dəvəçi),  Cümə 
məscidi  (Quba)  və  başqa  maraqlı  tarixi-memarlıq 
abidələridir. 
Bölgədə  turizm  istirahət  müəssisələrinin  şəbəkəsi 
genişləndirilir.  "Xəzər",  "Dostluq",  "Palermo",  "Şəms" 
turist bazaları, "Malibu", "Atlant", "Qreen-vill", "Palma" 
istirahət mərkəzləri (Yalama-Nabran sahil zonası), Suvar 
dağ-turizm  istirahət  zonası  (Qusar),  Qalaaltı  sanatoriyası 
və  müalicə  pansionatı  (Dəvəçi)  fəaliyyət  göstərir.  Nabranda  beynəlxalq  əhəmiyyətli  turizm  mərkəzi 
yaradılmışdır. Bu bölgəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı ildən-ilə artır. Bölgənin turizm 
ehtiyatları zəngin və perspektivlidir. Xəzər sahili boyu dağlıq ərazilərdə turizm inkişaf etdirilir. 
 


182 
 
 
Lənkəran-Masallı turizm bölgəsi 
 
Azərbaycanın cənub-şərqində, Bakı-Astara turist marşrutunun üstündədir. Şərqdən Xəzər dənizi ilə əhatə 
olunur.  İran  İslam  Respublikası  ilə  həmsərhəd  olması  iki  dövlət  arasında  turizm  əlaqələrinin  genişlənməsinə  
imkan  yaradır.  Subtropik  iqlimə  malik  bölgədə  turizm  ixtisaslaşması  istirahət-müalicə  və  dərk-etmə 
istiqamətindədir. İqlimi, zəngin mineral suları balneoloji kurort 
təsərrüfatının  inkişafına  əlverişli  şərait  yaratmışdır.  "Meşəçi" 
qonaq  evi,  "Xanbulan"  istirahət  mərkəzi,  "Hirkan"  moteli 
(Lənkəran),  "Min  bir  gecə"  istirahət  ocağı  (Astara),  "İstisu" 
sanatoriyası,  "Masallı"  və  "Dəştvənd"  hotelləri  (Masallı) 
turistlərin  ixtiyarındadır.  Zəngin  flora  və  faunaya  malik 
Qızılağac  DTQ  (dövlət  təbiət  qoruğu)  və  Hirkan  MP  bu 
bölgədədir.  Qədim  məscidlər,  tarix-diyarşünaslıq  muzeyləri, 
Babək  qalası,  türbələr,  karvansaralar  respublikanın  mühüm 
tarixi-memarlıq  abidələridir.  Bölgə  turizmin  inkişafı 
baxımından perspektivlidir. Turizm ehtiyatları yeni istirahət və 
əyləncə  mərkəzlərinin  yaradılmasına,  Lerikdə  dağ  turizminin 
inkişaf etdirilməsinə, Lənkəran və Astarada sanatoriya-kurort şəbəkəsinin genişləndirilməsinə imkan verir. 
 
Şəki-Zaqatala turizm bölgəsi 
 
Azərbaycanın  şimal-qərbində,  Böyük  Qafqaz  dağlarının  cənub  yamacında,  Bakı-Balakən  turist 
marşrutunun  üstündə  yerləşir.  Dağlıq  və  dağətəyi 
landşaft, mineral bulaqlar, dağ gölləri, şəlalələrlə zəngin 
bölgədə qədim dövrlərdə iri ticarət və sənətkarlıq mərkəzi 
kimi  tanınmış  Şəki  şəhəri  yerləşir.  "Yuxarı  Baş"  Tarix-
Memarlıq  Qoruğu,  Kiş  məbədi,  İsfahan,  Təbriz,  Ləzgi 
karvansaraları,  Gələsən-görəsən  qalası  və  b.  (Şəki), 
qədim  qalalar  (Qax,  Zaqatala),  Zaqatala  DTQ  (dövlət 
təbiət qoruğu), İlisu DTQ (dövlət təbiət qoruğu) və b. bu 
bölgənin  maraqlı  turizm  obyektlərindəndir.  Şəki 
karvansara hotelləri, "Səadət", "Marxal" istirahət zonaları 
(Şəki),  "Sahil",  "Çənlibel"  istirahət  mərkəzləri,  Qafqaz 
dağ-turist  bazaları  (Qəbələ),  "İlisu",  "Şəfa"  pansionatları  (Qax)  və  "Gülüstan"  turist  bazasında  (Zaqatala) 
turistlərə xidmət göstərilir. 
 
Şamaxı-İsmayıllı turizm bölgəsi 
 
Bakı-Abşeron, Şəki-Zaqatala turizm bölgələri arasında yerləşir. Bakı-Balakən turist marşrutu bu bölgədən 
keçir.  Böyük  Qafqaz  dağlarının  cənub-şərq  yamaclarında  yerləşən, 
füsunkar  təbiətə  malik  bölgənin  turizm  ixtisaslaşması  istirahət, 
idman,  dərketmə  istiqamətindədir.  Şirvan  DTQ  (dövlət  təbiət 
qoruğu) və MP, Pirqulu DTQ (dövlət təbiət qoruğu) bu bölgədədir. 
Şamaxıda Cümə məscidi, Gülüstan və Buğurt qalaları, səkkizbucaqlı 
Şahixəndan  (Şaxəndan),  Yeddi  günbəz,  Pirmərdəkan,  Diribaba 
türbələri, Astrofizika Rəsədxanası, İsmayıllıda qədim qalalar, Lahıc 
Dövlət  Tarix-Mədəniyyət  Qoruğu  kimi  maraqlı  turist  obyektləri 
vardır.  Bölgədə  638  yerlik  turist  yerləşdirmə  obyekti  fəaliyyət 
göstərir (2005). "Fortuna" dağ-turist bazası və b. istirahət mərkəzləri 
açılmışdır. 
 
Gəncə-Qazax turizm bölgəsi 
 
Azərbaycanın qərbində, Bakı-Qazax turist marşrutunun üstündə yerləşir. Turizm ixtisaslaşması istirahət-
müalicə, dərketmə istiqamətindədir. Əlverişli iqlim şəraitinə malik dağ-meşə landşaftı, mineral su ehtiyatları ilə 
zəngin  bölgə  turizmin  inkişafı  baxımından  perspektivlidir.  Nizami  Gəncəvinin  məqbərəsi,  Cümə  məscidi, 
İmamzadə tikililər kompleksi, Şeyx İbrahim məqbərəsi, karvansara və s. Gəncənin maraqlı turizm obyektləridir. 


183 
 
Böyüklüyünə  və  iqtisadi  əhəmiyyətinə  görə  respublikanın  ikinci  şəhəri  olan  Gəncənin  cənubunda  dəniz 
səviyyəsindən 1556 yüksəklikdə yerləşən Göygölün ətrafında Göygöl və 
Hacıkənd  istirahət  zonaları,  Göygöl  DTQ  (dövlət  təbiət  qoruğu) 
yaradılmışdır. Beynəlxalq əhəmiyyətli Naftalan kurortu bu bölgədə yerləşir. 
Qazax  rayonu  tarixi-memarlıq  abidələri  ilə  zəngindir.  İbtidai  insanların 
yaşayış  məskəni  olan  Aveydağ  mağaraları  maraqlı  təbiət  abidələridir. 
Mingəçevir  şəhərinin  yaxınlığında  qədim  arxeoloji  kompleks  yerləşir. 
Şəhərdə  respublika  əhəmiyyətli  avarçəkmə  bazası  var.  Gəncə  şəhərindəki 
"Gəncə", "Kəpəz" mehmanxanaları və "Lüks" hotelində turistlərin istirahəti 
üçün  hər  cür  şərait  yaradılmışdır.  Gəncədə  Olimpiya  idman  kompleksi 
tikilmişdir. Bölgədə idman turizmi inkişaf etdirilir. 
 
Qarabağ turizm bölgəsi 
 
Azərbaycanın cənub-qərbində, Bakı-Şuşa turist marşrutunun üstündədir. Turizm ixtisaslaşması sağlamlıq-
müalicə,  dərketmə  istiqamətindədir.  Qarabağ  bölgəsində  balneoloji  Şuşa  dağ-iqlim  kurortu,  Gülablı  istirahət 
zonası,  məqbərələr,  məscidlər,  karvansaralar,  qüllələr  (Bərdə,  Ağdam),  Azıx  mağarası  (Füzuli),  Xudafərin 
körpüləri (Cəbrayıl), Bəsitçay DTQ (dövlət təbiət qoruğu) (Zəngilan), 
İstisu  balneoloji  kurortu  (Kəlbəcər),  "Qalalı"  qalası,  Göy  qala, 
Cavanşir  türbəsi,  Laləzar  körpüsü (Qubadlı),  Ağgöl  DTQ  (dövlət 
təbiət qoruğu) və MP (Ağcabədi və Beyləqan) kimi turizm obyektləri 
var.  Dəniz  səviyyəsindən  1400  m  yüksəklikdə  yerləşən  Şuşa  şəhəri 
bölgənin  əsas  turizm  mərkəzidir.  Alban  məbədləri,  Şuşa  Tarix-
Memarlıq  Qoruğuna  daxil  olan  qala  divarları,  Qarabağ  xanlarının 
iqamətgahları,  Xurşidbanu  Natəvanın  ev-muzeyi,  Molla  Pənah 
Vaqifin  məqbərəsi,  Daşaltı  uçurumlu  dərəsi,  Şuşa,  Xəzinəqala 
mağaraları  buranın  maraqlı  tarixi-memarlıq  və  təbiət  abidələridir. 
Şuşa  sanatoriya-kurort  birliyi,  "Şəfa"  turizm  kompleksi,  "Qarabağ" 
mehmanxanası  uzun  illər  turistlərin  ixtiyarında  olmuşdur.  Erməni  işğalı  zamanı  bu  obyektlərin  əksəriyyəti 
dağıdılmışdır.  İşğal  olunmuş  ərazilər  azad  edildikdən  sonra  bölgənin  turizm  imkanlarından  geniş  istifadə 
olunacaqdır. 
 
Naxçıvan turizm bölgəsi 
 
Naxçıvan MR-in ərazisini əhatə edir. Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Turizm ixtisaslaşması 
dərketmə və müalicə istiqamətindədir. Relyefi, əsasən, dağlıqdır. Naxçıvan şəhəri Qafqazın və Yaxın Şərqin ən 
qədim  mədəniyyət  mərkəzlərindən  biri  olduğundan  tarixi 
abidələrlə zəngindir: Mömünə xatın, Gülüstan və Yusif ibn 
Küseyir  türbələri,  Qarabağlar  Tarix-Memarlıq  Kompleksi, 
Fəzlullah  Nəiminin  məqbərəsi,  məscidlər,  "Qızlar  bulağı" 
kompleksi,  Əlincə  qalası  (Culfa),  Ordubad  Tarix-
Mədəniyyət  Qoruğu  (1977)  əvəzsiz  turizm  obyektləridir. 
Naxçıvan  bölgəsi  Badamlı,  Sirab,  Vayxır  kimi  mineral 
bulaqlarla  zəngindir.  Bölgədə  935  yerlik  TYO  (turist 
yerləşdirmə  obyekti)  fəaliyyət  göstərir  (2005).  Naxçıvan 
şəhərindəki  "Nəqşi  Cahan",  "Hotel  Qrand  Naxçıvan", 
"Qartal"  hotellərində  turistlərə  xidmət  göstərilir.  Qədim 
Naxçıvan  diyarının  mineral  suları,  memarlıq  abidələri, 
İlandağ,  Əshabi-kəhf  (Əshabil-kəhf),  Nəhəcir,  Gəmiqaya  kimi  nadir  relyef  formaları,  Kültəpə,  Qarabulaq 
nekropolu  turistləri  bölgəyə  cəlb  edir.  Burada  Batabat,  Qanlıgöl  sahillərində  istirahət  zonaları  yaradılmış, 
pansionatlar və turist bazaları tikilmişdir. Akademik Həsən Əliyev adına Ordubad MP və Şahbuz DTQ (dövlət 
təbiət  qoruğu)  bu  bölgədədir.  Əlverişli  təbii  şərait  Babək  rayonunda  mehmanxana  şəbəkəsinin,  Şahbuz 
rayonunda sanatoriya-kurort komplekslərinin genişləndirilməsinə imkan yaradır. 
 
İstifadə olunmuş ədəbiyyat: 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi.  “ Turizm” məqaləsi. Bakı, 2007, səh. 
839-842. 


184 
 
İstifadə olunmuş ədəbiyyat 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə. “Az ərbaycan” cildi.  “M usiqi” məqaləsi.  Bakı,  2007,  səh. 
791-800. 
 
Muğam ensiklopediyası. Heydər Əliyev fondu. Bakı, “ TUTU Desgin”, 2008, səh.139-146. 
 
Məcnun Kərimov. Azərbaycan musiqi alətləri (Azərbaycan, ingilis və rus dillərində). Bakı, “Y eni Nəsil”, 
2003, səh. 16-118. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. “R əqs” məqaləsi. Bakı, 2007, səh. 801-
802. 
 
Azad  Nəbiyev.  Azərbaycan  xalq  ədəbiyyatı.  II  hissə  (orta  əsr  və  yeni  dövr  folklor  yaradıcılığı).  Bakı, 
“El m”, 2006, səh. 28-42. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  ciddə.  “Az ərbaycan” cildi.  “M emarlıq”  məqaləsi.  Bakı,  2007, 
səh.750-766. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə.  “Az ərbaycan” cildi.  Bakı,  2007,  “ Təsviri  və  dekorativ-
tətbiqi sənətlər” məqaləsi, səh.766-774. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə.  “Az ərbaycan” cildi.  Bakı,  2007,  “M iniatür” məqaləsi, 
səh.766-774. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “ Dekorativ-tətbiqi sənət” 
məqaləsi, səh. 777-781. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “B ədii daşyonma sənəti” 
məqaləsi, səh.788-790. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə.  “Az ərbaycan” cildi.  “ Xalçaçılıq” məqaləsi.  Bakı,  2007, 
səh.781-788. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə.  “Az ərbaycan” cildi.  Bakı,  2007,  “ Ailə  və  ailə  məişəti  ” 
məqaləsi, səh.137-141. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə.  “Az ərbaycan” cildi.  Bakı,  2007,  “ Xalq  bayramları” 
məqaləsi, səh.141-143. 
 
Dünyamalıyeva  Sabirə.  Azərbaycan  geyim  mədəniyyəti  tarixi  (bədii-etnoqrafık  tədqiqat).  Azərbaycan 
dilində. Bakı, "Nağıl evi", 2003, səh. 191-199. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “ Teatr” məqaləsi, səh. 802-
811. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “ Kino” məqaləsi, səh. 812-
817. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  ciddə.  “Az ərbaycan” cildi.  “Şəhərlər”  məqaləsi.  Bakı,  2007, 
səh.705-711. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  ciddə.“Az ərbaycan” cildi.  Bakı,  2007,  “M uzeylər” məqaləsi, 
səh.713-723. 
 
Azərbaycan  Milli  Ensiklopediyası.  25  cilddə.  “Az ərbaycan” cildi.  Bakı,  2007,  “Az ərbaycan  mətbəxi” 
məqaləsi, səh.128-132. 
 


185 
 
Xəlifəzadə C.M. "Azərbaycan milli mətbəxinin süfrə nemətləri". Bakı, "Adiloğlu", 2006, səh.440-442. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi.  “ Turizm” məqaləsi. Bakı, 2007, səh. 
838-842. 
 
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi.  “Tur izm” məqaləsi. Bakı, 2007, səh. 
839-842. 
 
Tariyel Məmmədov.Azərbaycan aşıq yaradıcılığı. Bakı, 2011, səh 54-58. 
 
Naxçıvan Ensiklopediyası. I-II-ci cildlər, Naxçıvan, 2005 
 
Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “But a” dizayn şirkəti, 
2006, səh.85-88. 
 
Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “But a” dizayn şirkəti, 
2006, səh.88-91. 
 
Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “But a” dizayn şirkəti, 
2006, səh.91-93. 
 
Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “But a” dizayn şirkəti, 
2006, səh.94-96. 
 
Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “But a” dizayn şirkəti, 
2006, səh.96-100. 
 
Saytlar 
 
http://www.nakhchivan.az
 
 
www.tourism.az
 
 
www.azertag.com
 
 
http://www.mct.gov.az
 
 
http://www.icom.azeurotel.com/az
 
 
http://www.azerbaijan.az/portal/Culture/Folk/folk_a.html
 
 
http://az.wikipedia.org/wiki/Mu%C4%9Fam_m%C9%99rk%C9%99zi
 
 
http://www.afc.az/filmproject/az/8.shtml
 
 
 



Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə