Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

167 
 
Bunlardan  birincisi  məişətdə  istifadə  edilən  saxsı  məmulatları,  ikincisi  isə  memarlıqda  tətbiq  olunan 
kaşılardır.  Məişətdə  istifadə  edilən  saxsı  məmulatlarımızı  vaxtı  ilə  Örən-Qalada  (Goranboy  rayonu)  aparılan 
qazıntı işləri zamanı tapılmış bir neçə nümunəvi küp-nimçə, kasa və surahilər təmsil edir.  
Dövlət  Ermitajında  keçmiş  dövr  memarlıq  abidələrimizin  bəzəyi  sayılan  kaşı  nümunələri  də  nümayiş 
etdirilir. Bunların içərisində Qazıməmməd rayonunda Pirsaatçay üzərindəki Pirhüseyn xanəgahının kaşıları əsas 
yer tutur.  
Dövlət Ermitajında Pirhüseyn xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları vardır.  
Ermitajda saxlanılan toxuculuq sənətimizin əksəriyyətini xovlu xalçalar təşkil edir. Burada XVI  əsrdən 
tutmuş XIX əsrə qədər Azərbaycanın məşhur xalça məntəqəlrində toxunmuş xalçalarımız saxlanılır.  
Təbriz  və  Şirvanda  toxunmuş  nümunəvi  Azərbaycan  xalçaları  muzeyin 
qiymətli  incilərindən  sayılır.  Qurbanın  Pirəbədil,  Şamaxının  Mərəzə  kəndlərində 
toxunmuş xalçalarımız öz rəngi və zəngin bəzək ünsürləri ilə diqqəti daha çox cəlb 
edir.  Şamaxı  xalçasının  üzərində  onun  1881-1885-ci  illərdə  toxunduğunu  bildirən 
yazı vardır.  
Bundan  əlavə  Dövlət  Ermitajında  XIX  əsrin  ortalarında  yaşamış  görkəmli 
Azərbaycan  sənətkarı,  ornamentalist  rəssam  Mirzə  Qədim  İravaninin  də 
sənətşünaslıq elminə az məlum olan nadir bir əsəri vardır.  
Dövlət  Ermitajında  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  1430-cu  illərə  aid 
olan "Xəmsə"si də mühafizə olunur. Bu nadir eksponat yalnız şairin beş poemasının 
ilk yazmalarından biri kimi deyil, həm də gözəl bir sənət əsəri kimi qiymətlidir.  
Budapeşt  muzeylərində  Azərbaycan  sənətkarlığı  nümunələri.  Macarıstanda  olan  Azərbaycana  aid 
sənət nümunələri XX-ci əsrin 40-cı illərinə qədər şəxsi kolleksiyalarda saxlanırdı. Son 50-60 il ərzində bu nadir 
sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmləşir. Hazırda Azərbaycana 
aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən "Dekorativ sənətlər" və "Şərq incəsənəti" 
muzeyində mühafizə olunur.  
Hazırda  bu  muzeylərdə  Azərbaycanın  200-dən  artıq  xalq  sənəti  nümunəsi  mühafizə 
olunur. Bunların içərisində xalça, parça, tikmə, metal və taxdadan düzəldilmiş bir çox bədii 
sənət nümunələri vardır.  
Başqa  xarici  ölkə  muzeylərində  olduğu  kimi,  Budapeşt 
muzeylərində  cəmləşən  Azərbaycana  aid  sənət  nümunələrinin 
əksəriyyətini xalçalar təşkil edir.  
Burada  saxlanılan  Azərbaycan  xalçaları  müxtəlif  vaxtlarda 
Bakı,  Quba,  Şamaxı,  Şuşa,  Qazax  və  Təbriz  kimi  məşhur  sənət 
ocaqlarında toxunmuş xalçalardan ibarətdir.  
Budapeşt "Dekorativ sənətlər" muzeyində nümayiş etdirilən 
XVIII əsrdə toxunmuş kiçik bir Qazax xalçası diqqəti cəlb edir.  
Budapeşt  muzeylərində  müxtəlif  vaxtlarda  məşhur  sənət 
ocaqlarımızda  toxunmuş  ornamental  xalçalarla  yanaşı,  bir  neçə 
orijinal kompozisiyalı süjetli xalçalarımız da nümayiş etdirilir.  
Budapeşt  muzeylərinin  qiymətli  incilərindən  birini  də 
müxtəlif  vaxtlarda  Azərbaycanda  toxunmuş  tikmələr  təşkil  edir.  Burada  saxlanılan 
tikmələrimiz ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir.  
Bu növ sənət nümunələrimizdən biri olan XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə xüsusi 
bir maraq doğurur.  
Budapeştin  "Dekorativ  sənətlər"  və  "Şərq  incəsənəti"  muzeylərində  saxlanılan  Azərbaycan  sənətkarlığı 
nümunələri  tək  xalça  və  tikmə  sənətimiz  ilə  bitmir.  Burada  nümayiş  etdirilən  metal,  taxta  və  saxsıdan 
düzəldilmiş sənət abidələri də diqqəti cəlb edir.  
Metaldan  düzəldilmiş  sənət  abidələrinin  əksəriyyətini  silahlar  (qılınc,  xəncər)  və  bəzi  məişət  əşyaları 
(məcmeyi, satıl, çıraq) təşkil edir. Bu müxtəlif növlü metallardan (gümüş, 
mis, polad) düzəldilmiş XVIII - XIX əsrlərə aid edilən sənət nümunələri öz 
bədii  və  texnoloji  xüsusiyyətlərinə  görə  Şirvan  ustalarının  əl  işlərini 
xatırladır.  Budapeşt  muzeylərində  yeganə  bir  taxta  sənəti  nümunəmiz 
vardır.  O,  da  "Dekorativ  sənətlər"  muzeyində  nümayiş  etdirilən  bədii 
rəhildir.  
Amerika  Birləşmiş  Ştatlarında  Azərbaycan  sənətkarlığı 
nümunələri.  Azərbaycan  el  ustalarının  əl  işlərinə  xüsusilə  Amerika 
Birləşmiş Ştatlarında daha çox təsadüf edilir.  
Hazırda  ABŞ-ın  Vaşinqton,  Nyu-York,  Çikaqo,  Los-Ancelos, 


168 
 
Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Boston və başqa şəhərlərindəki muzey, bədii qalereya 
və şəxsi kolleksiyalarında yüzlərlə xalq ustalarımızın nadir əsəri vardır.  
Burada saxlanılan sənət əsərlərimizin əksəriyyətini xalça, parça, bədii metal və saxsı nümunələri təşkil 
edir.  
Tarix etibarı ilə ABŞ-da saxlanılan sənət əsərlərimiz içərisində ən qədimi metal məmutlarıdır.  
Ən qədim metal sənəti nümunəmiz hazırda ABŞ-ın Nyu-York şəhərindəki Metropoliten və San-Fransisko 
şəhərindəki Asiya incəsənəti muzeyindədir.  
Metopoliten muzeyində saxlanılan bədii metal sənəti əsərlərimiz içərisində ən 
maraqlısı  Urmiya  gölü  ətrafında  Ziviyə  mahalından  tapılmış  e.ə.  VIII-əsrlərə  aid 
edilən zərgərlik nümunələridir.  
Bu sənət əsərləri içərisində qızıldan düzəldilmiş bir bilərzik öz bədii xüsusiyyət 
və icrasına görə bir çox dünya sənətşünaslarının diqqətini özünə cəlb etmişdir.  
ABŞ-da  orta  əsrlərə  aid  edilən  metal  sənəti  nümunələrimiz  xüsusilə  çoxdur. 
Bunlara  Nyu-Yorkda  Piyerpont  Morqanın  şəxsi  kolleksiyasında  saxlanılan  XII-XIII 
əsrlərə  aid  edilən  Naxçıvanda  düzəldilmiş  bürünc  qabı,  Cənab  Hararinin  şəxsi 
kolleksiyasında saxlanılan 703-cü il hicri tarixli yəni (1304-cü il) və üzərində "Olcayt 
Xudabəndə"  sözləri  yazılmış  bürünc  qabı  və  yenə  həmin  kolleksiyada  saxlanılan 
istirlabl, Klivlend incəsənət muzeyində saxlanılan zəngin ornamental bəzəkli XII əsrə 
aid bürünc qabı və başqa nümunələri aid etmək olar.  
Başqa  xarici  ölkə  muzeyləri,  əntiq  mallar  mağazası  və  şəxsi 
kolleksiyalarında  olduğu  kimi  ABŞ-da  da  Azərbaycan  sənətkarlığını  ən  çox 
xalça sənətimiz təmsil edir.  
Hazırda  bu  ölkədə  yurdumuzun  əsas  sənət  mərkəzlərində  toxunmuş 
minlərlə xovlu və xovsuz, ornamental və əla növlü xalça sənəti nümunələrimiz 
vardır.  
ABŞ-da  ən  qədim  Azərbaycan  xalçaları  Nyu-Yorkun  Metropoliten 
muzeyində nümayiş etdirilir.  
Bu tipli xalçalarımızdan birini nəzərdən keçirək.  
Boston 
gözəl 
sənətlər 
muzeyində 
saxlanılan  dairə  formalı  məxmər  hissəsi  öz 
üzərindəki təsvirləri ilə diqqəti daha çox cəlb edir.  
Böyük Britaniyada  Azərbaycan sənətkarlığı  nümunələri. Xalqımızın 
nadir sənət nümunələri saxlandığı yerlərdən biri də Böyük Britaniyadır.  
Bu  ölkənin  London,  Birminqem,  Qlazko,  Liverpul,  Mançester 
şəhərlərində  yerləşən  muzey,  əntiq  mallar  mağaza  və  şəxsi  kolleksiyalarında 
hazırda bədii xüsusiyyət daşıyan yüzlərlə sənət əsərimiz vardır.  
Sənətkarlıq  baxımından  Azərbaycan  ustalarının  ən  orijinal  əsərləri 
hazırda Londonun Viktoriya və Albert muzeyində toplanmışdır.  
Azərbaycana aid olan sənət nümunələri muzeyin Yaxın Şərq bölməsində 
nümayiş etdirilir. Bunlar bədii parça, tikmə, xalça, zərgərlik, saxsı və digər sənət əsərlərindən ibarətdir.  
Tarixi  baxımından  Viktoriya  və  Albert  muzeyində  toplanmış  sənət  əsərlərimiz 
içərisində ən qədimi 1319-cu il tarixli bürünc camdır.  
Viktoriya  və  Albert  muzeyində  saxlanılan  xalq  sənət  nümunələrimiz  içərisində  ən 
görkəmli yeri Azərbaycan xalçaları tutur. Bunları öz bədii və texnoloji xüsusiyyətlərinə görə 
iki  qrupa  bölmək  olar:  birinci  qrupa  XVI  əsr  Təbriz 
xalçaları,  ikinci  qrupa  XVI-XIX  əsrdə  toxunmuş  Quba-
Şirvan, Gəncə-Qazax və Qarabağ xalçaları daxildir.  
Londonun  xalça  muzeyində  1892-ci  ildə  Qarabağda 
toxunmuş xalça nümayiş etdirilir.  
Viktoriya  və  Albert  muzeyində  nümayiş  etdirilən 
Təbriz  xalçaları  içərisində  1539-cu  ildə  Təbrizdə  Şah 
Təhmasibin  sifarişi  ilə  Ərdəbil  məscidi  üçün toxunmuş  və 
elm aləmində "Şeyx Səfi" adı ilə məşhur olan xalını xüsusilə 
qeyd etmək lazımdır.  
Viktoriya  və  Albert  muzeyində  saxlanılan  XVII-XIX  əsr  Azərbaycan 
xalçaları  vaxtı  ilə  Qubada,  Bakıda,  Şamaxıda,  Qazaxda  və  Qarabağda 
toxunmuşdur.  
Başqa dünya muzeylərində olduğu kimi Viktoriya və Albert muzeyində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə