Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

157 
 
keçmişimizin  izlərini  özündə  saxlayır.  Tarix  boyu  xalqımız  tərəfindən  qəbul  edilmiş  dövlətçilik  rəmzləri, 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  buraxdığı  poçt  markaları,  pul  əskinasları,  dövlət  idarələrinə  məxsus  olan 
sənədlərin nümunələri, habelə o dövrdə təsis olunmuş orden və medalların eskizləri nümayiş etdirilir. Muzeyin 
digər zallarında XX əsrin I yarısında Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatları, 1920-1950-ci 
illərdə törədilmiş repressiyalar, 1941-1945-ci illərdə azərbaycanlıların ikinci Dünya  müharibəsində iştirakı və 
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə ərazi iddiası ilə apardığı müharibə, ümumilikdə erməni 
terrorizmi  barədə  faktlar  göstərilir.  Muzeyin  ekspozisiyasında  XX  əsrin  sonunda  Azərbaycan  tarixinin 
səhifələrinə yazılmış 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli hadisələr də öz əksini tapıb. Muzeyin 6-cı zalında 
isə Azərbaycanın son illərdəki ictimai həyatı, ölkənin xarici siyasəti, iqtisadiyyatı, təhsil, mədəniyyəti, habelə 
ordu quruculuğu geniş şəkildə işıqlandrılır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Neftçilər prospekti, 123a  
Telefon :498-83-82  
 
*** 
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi 
 
Muzey  1930-cu  ildə  Azərbaycan  Dövlət  Muzeyinin  biologiya  şöbəsi  əsasında  yaradılmışdır.  1937-ci 
ildən  SSRİ  EA  Azərbaycan  Filialının  tərkibində  olmuş,  1945-ci  ildən  Azərbaycan  SSR  EA  (indiki  AMEA) 
Geologiya İnstitutunun tərkibindədir. 1944-cü ildə muzeyə H.Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən 
geologiya və zoologiya şöbələrindən ibarətdir. Geologiya şöbəsində Azərbaycanın geoloji və tektonik quruluşu 
barədə  məlumatlar,  müxtəlif  xəritə  və 
diaqramlar,  geniş  miqyasda  yayılmış  filiz 
və  qeyri-metal  yataqlarından  əldə  olunmuş 
minerallar  və  süxurlar,  həmçinin  çökmə 
süxur nümunələri nümayiş etdirilir. 
Zoologiya  şöbəsində  müasir  və 
geoloji  keçmişdə  yaşamış  onurğasız  və 
onurğalı 
heyvanların 
skeletləri, 
müqəvvaları,  izləri,  xüsusi  məhlullarda 
saxlanılan  cəsədləri,  Azərbaycan  florasını 
əks  etdirən  tablolar  nümayiş  etdirilir. 
Onurğasız 
heyvanlar 
kolleksiyasında 
süngərlər, 
bağırsaqboşluqlular, 
dərisi 
tikanlılar, 
yumşaqbədənlilər, 
buğumayaqlılar  və  s.  təmsil  olunmuşlar. 
Muzeydə  onurğalılar  yarımtipinin  bir  neçə 
sinfi:  suda-quruda  yaşayanlar,  sürünənlər,  balıqlar,  quşlar,  məməlilər  və  s.  geniş  nümayiş  etdirilir.  Qoruq 
şəraitində saxlanılan və adı "Qırmızı kitab"a düşmüş 20 heyvanın müqəvvası muzeyin qızıl fonduna daxildir. 
Muzeydə Dördüncü dövrə aid olan Binəqədi, Pirəkəşkül, Eldar hipparion, Mingəçevir və s. kolleksiyalar vardır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Lermontov küç., 3. 
Telefon: (99412) 492 06 67 
 
Naxçıvan Dövlət Tarix Muzeyi 
 
Muzey  1924-cü  ildə  tarix-etnoqrafiya  muzeyi  kimi  yaradılmışdır.  Sonrakı  illərdə  tarix-ölkəşünaslıq 
muzeyi, 1968-ci ildən indiki adını daşıyır. 
Naxçıvanın  zəngin,  qədim  tarixi  ilə  bağlı  45000  eksponat 
Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır.
 
 
Ekspozisiya  əsasən  3  qədim,  orta  əsrlər  və  müasir  dövrü 
əhatə  edir.  Muzey  10  şöbədən  ibarətdir.  Burada  müxtəlif  çeşidli 
əmək  alətləri,    paleolit  və  neolit  dövrünün  əşyaları,  dən  daşları, 
obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar 
Respublikası  ərazisində  aşkar  olunan  mis  və  gümüş  pullar,  orta 
əsrlərin  məşhur  memarlarından  olmuş  Əcəmi  Əbubəkr  oğlu 
Naxçıvaninin  inşa  etdiyi möhtəşəm  Möminə  Xatın, Yusif Küseyir 
oğlu  türbəsinə  və    başqa  memarlıq  abidələrinə  dair  şəkilli 


158 
 
materiallar,  dekorativ  tətbiqi  sənətə  aid  xalçaçılıq,  zərgərlik,  misgərlik,  dulusçuluq  və  nəqqaşlıq  nümunələri, 
xalq ustalarının gözəl əl işləri sərgilənir. 
 
Muzeyin ünvanı: Naxçıvan şəhəri, İstiqlal küçəsi 9 
 
*** 
 
Heydər Əliyev Muzeyi 
 
Muzey  1999-cu  ildə  Naxçıvan  şəhərində  yaradılmışdır. 
Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və  gənclik illərinə 
həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
Sədri  işlədiyi  dövrə  aid  (1991-1993)  şəxsi    sənəd  və  materiallar, 
məktub,  qərar  və  sərəncamlar,  Türkiyə  Cümhuriyyəti  və  Iran  Islam  
Respublikası  ilə  əməkdaşlıq  sahəsində  imzaladığı  müqavilələrin 
surətləri,  Azərbaycan  Respublikasının  müxtəlif  bölgələrində  yaşayan 
vətəndaşların  müraciətləri  toplanılmışdır.  Burada  Heydər  Əliyevə 
məxsus  şəxsi  əşyalar  da  saxlanılır.  Ümumilikdə  muzeydə  2384 
eksponat  var.  Muzeyin  kitabxanasında  ümummilli  lider  Heydər 
Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar toplanılmışdır. 
 
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 1 
 
*** 
 
C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi 
 
Muzey  1966-cı  ildə  yaradılmışdır.  19200  eksponatı  var.  Fondunda  çoxəsrlik  Azərbaycan  ədəbiyyatı 
tarixini  əks  etdirən  qiymətli  əlyazmaları,  tətbiqi  və  təsviri  sənət 
nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları 
və    digər  muzey  materialları  mühafizə  olunur.  Ekspozisiyada  klassik 
Azərbaycan  ədəbiyyatının  və  müasir  Azərbaycan  ədəbiyyatının 
görkəmli  nümayəndələrinə,  Naxçıvan  torpağının  yetirdiyi  şair  və 
yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.
 
 
Ekspozisiyada  və  fondda  Azərbaycanın  fırça  ustalarının 
müxtəlif  janrlarda  yaratdıqları  boyakarlıq  və    heykəltəraşlıq  əsərləri, 
Naxçıvan  teatrının  tarixinə  aid  sənədlər  -  afişalar,  proqramlar,  tamaşa 
eskizləri,  görkəmli  teatr  sənətkarlarının  yaradıcılığını  əks  etdirən 
fotoşəkillər də  nümayiş etdirilir. Muzeyin Şərur rayonunda Cəlilkənd filialı fəaliyyət göstərir. Burada görkəmli 
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə aid sənəd, foto materiallar və şəxsi əşyalar nümayiş etdirilir. 
 
Muzeyin ünvanı: Naxçıvan şəhəri, Nizami küçəsi 19 
 
*** 
 
Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi 
 
Gəncə  Tarix-Diyarşünaslıq  Muzeyi  1924-cü  ildə  Gəncə 
Pedaqoji  Seminariyasının  müəllim  və  tələbələrinin  təşəbbüsü  və 
qüvvəsi  ilə  yaradılıb.  Hazırda  burada  Gəncənin  tarixi  ilə  bağlı  30 
mindən  çox  əşya  var.  Muzey  bir  neçə  dəfə  ünvanını  dəyişib,  hazırda 
yerləşdiyi  binaya  1970-ci  illərin  əvvəllərində  köçürülüb.  XIX  əsrin 
sonlarında  tikilmiş  bu  bina  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
qurucularından olan İsmayıl xan Ziyadxanovun mülküdür.  
Muzeyin  qədim  Gəncəyə  aid  ekspozisiya  bölməsi  tamaşaçı 
üçün daha maraqlıdır. Üzərində "Atabəy Məhəmməd Cahan Pəhləvan" 
sözləri  yazılmış  Gil  çıraq  XII  əsrə  aiddir.  Burada  həmçinin  Gəncədə 
buraxılmış mis pullar, saxsı su boruları, qədim Gəncəyə aid sənətkarlıq nümunələri nümayiş etdirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə