Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə82/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

155 
 
Muzeydə Azərbaycan xalqının milli mədəniyyəti və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu yaratdığı 
əvəzsiz xalça və digər tətbiqi sənət nümunələri ilə yanaşı, müasir dövr rəssam və xalq sənətkarlarının əsərləri də 
toplanmışdır. 
Muzeyin eksponatları Azərbaycan dekorativ-tətbiqi sənətinin öyrənilməsində əsas mənbədir. Muzeydə 
xalçanın  azərbaycanlıların  məişəti,  gündəlik  həyatı  və  etno-mədəni  ənənələri  ilə  sıx  bağlılığı,  eləcə  də  xalça, 
bədii 
metalişləmə, 
zərgərlik 
nümunələrinin,  tikmənin  bədii 
dəyəri  və  istiqamətləri,  üslubi 
xüsusiyyətləri, 
hazırlanma 
texnikası araşdırılır. 
Muzeyin 
ekspozisiyasında 
toxuculuğun 
müxtəlif  üsulları,  10-dan  artıq 
toxuma növü nümayiş etdirilir. 
1985-ci 
ildə 
böyük 
sənətkarlıq  mərkəzlərindən  biri 
olan  Qarabağda  Şuşa  şəhərində 
muzeyin filialı açılmışdır. 1990-cı 
ilədək  burada  Qarabağın  zəngin 
sənətkarlıq  tarixini,  bir  xalça 
məktəbi 
kimi 
onun 
fərqli 
xüsusiyyətlərini  əks  etdirən  xalça 
və  xalq  sənət  nümunələri 
toplanmış, 
onların 
təbliği 
sahəsində  geniş  iş  aparılmışdır. 
Filial  Şuşanın  işğalından  sonra, 
1992-ci ildən öz fəaliyyətini Lətif 
Kərimov 
adına 
Azərbaycan 
Xalçası  və  Xalq  Tətbiqi  Sənəti 
Dövlət Muzeyində davam etdirir. 
Muzey həm də xalq yaradıcılığının yüksək nailiyyətlərini və müasir ustaların ən yaxşı əsərlərini öyrənən 
və təbliğ edən elmi mərkəzdir. Muzeyin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert 
kimi çıxış etməsinə imkan verir. Onun zəngin maddi və elmi bazası əsasında YUNESKO-nun xətti ilə 1983, 
1988 və 2003-cü illərdə "Şərq xalça sənəti", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi 
sənəti" mövzularında I, II və III Beynəlxalq simpoziumlar keçirilmişdir. 
Azərbaycanın milli irsinin təbliği məqsədilə muzey respublikada və Fransa, Avstriya, İsveç, Danimarka, 
Belçika,  Hindistan,  Yaponiya,  İsrail,  Böyük  Britaniya,  Kuba,  İran,  Hollandiya,  Türkiyə  və  s.  kimi  xarici 
ölkələrdə xalça və xalq tətbiqi sənətinə aid sərgilər təşkil edir. 
Muzey tərəfindən xalça və xalq tətbiqi sənətinin müxtəlif mövzularına dair mühazirələr, ekskursiyalar, 
müsabiqə, sərgilər, eləcə də xalça toxunan bölgələrə etnoqrafik səfərlər təşkil edilir. Eyni zamanda gənc nəslin 
estetik  zövqünün inkişaf  etdirilməsi,  tarixi-bədii  ənənələrin  mənimsədilməsi,  təsviri  sənət,  bədii  tikmə,  xalça 
toxuma  sənəti  incəliklərinin  öyrədilməsi  məqsədilə  muzey  məktəblilər  üçün  xüsusi  təhsil  proqramı 
hazırlamışdır. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Neftçilər prospekti, 123a  
Telefon :493-05-01, 493-66-85  
 
*** 
 
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi. 
 
Muzey 1934-cü ildə yaradılmış və 1935-ci ildən C.Cabbarlının adını daşıyır. Teatr Muzeyində, əsasən, 
Azərbaycan  milli  teatr  sənətinin  keçdiyi  yolu  işıqlandıran  eksponatlar:  sənəd  və  materiallar,  fotolar,  rəsm 
əsərləri, kitablar, afişa nümunələri və s. nümayiş olunur. Fondunda 124 mindən artıq eksponat vardır. 
Muzeydə  qorunan  eksponatların  əksəriyyəti  orijinaldır  və  onların  bir  qismi  xronoloji  ardıcıllıqla 
muzeyin 7 zaldan ibarət ekspozisiyasında sərgilənir. 1873-cü ildə Mirzə Fətəli Axundovun «Lənkəran xanının 
vəziri» komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, ilk teatr truppasının 1888-ci ilə aid foto-
şəkli, 1926-cı ildə Şərq üslubunda oynanılmış «Hamlet» tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə ilk 


156 
 
opera  «Leyli  və  Məcnun»un  premyera-proqramı  muzeyin  ən  qədim  eksponatlarındandır.  Muzeyə  gələn 
seyrçilərə milli teatr sənətinin sorağını Azərbaycanın hüdudlarından kənara çıxaraq bir çox sənətkarlardan geniş 
söhbət açılır. XIX əsrin ortalarında əsərləri Fransa və Almaniyada nəşr olunan, Yaxın Şərqdə və Zaqafqaziyada 
dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundova, sənət fədakarlığı baxımından dünya teatrlarına örnək ola 
biləcək  Hüseyn  Ərəblinskiyə,  müsəlman  aləmində  opera  və  operetta  janrının  əsasını  qoymuş  dünya  şöhrətli 
bəstəkar  Üzeyir  Hacıbəyova,  İtaliyada  musiqi  təhsili  almış  ilk  professional  opera  müğənnisi  Bülbülə,  Şövkət 
Məmmədovaya  həsr  olunmuş  guşələr  də  Azərbaycan  teatr  sənətinin  inkişaf  prosesində  Şərq  və  Qərb 
mədəniyyətinin sintezini nümayiş etdirir. 
Muzeydə incəsənət əsərlərinin sərgiləri, mühazirə və disputlar təşkil edilir. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Neftçilər prospekti, 123a  
Telefon :498-40-98  
 
 
*** 
 
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 
 
Muzey 1967-ci ildə yaradılmışdır. Bakıdadır. Muzeyin fondunda 35 mindən çox eksponat toplanmışdır. 
Eksponatlar içərisində milli musiqi alətlərindən tar, kamança, saz, dəf, qoşanağara, həmçinin qədim qrammofon 
və  patefonlar,  Azərbaycan  peşəkar  musiqi sənətinin yaradıcısı
 
  Üzeyir  Hacıbəyovun,  milli  professional  vokal 
sənətinin  banisi  Bülbülün,  görkəmli  bəstəkarlardan  Qara  Qarayevin,  Fikrət  Əmirovun,  Arif  Məlikovun, 
Süleyman  Ələsgərovun,  Cövdət  Hacıyevin  müəllif  not  əlyazmaları, 
əsərlərindən  seçmələr,  musiqi  xadimlərinin  şəxsi  əşyaları,  afişalar,  konsert 
proqramları,  musiqi  sənətinə  həsr  olunmuş  kitablar  və  başqa  materiallar 
diqqəti cəlb edir.  
Muzeyin filiallarından olan "Xalq Çalğı Alətlərinin daimi sərgisi" öz 
rəngarəngliyi  ilə  ifaçılıq  sənəti  haqqında  məlumatları  tamaşaçıların  nəzərinə 
çatdırır. 
Niyazinin  (1912-1984)  xatirə-muzeyi  bu  dahi  bəstəkar  və  dirijorun 
xatirəsinə  həsr  edilib.  Mənzilin  bəzi  otaqları  maestronun  sağlığında  olduğu 
kimi  saxlanılıb,  yəni  1958-ci  ildən  onun  vəfatına  qədər.  Eləcədə  Vaqif 
Mustafazadənin (1940-1978) xatirə-muzeyi öz musiqisində Amerikan cazının, 
Azərbaycan muğamının və Avropa pianoçuluq ənənələrinin sintezini istedadla 
yaradan dahi musiqiçinin həyat və yaradıcılığını əks etdirir. 
Muzeyin nəzdində Qədim milli musiqi alətləri ansamblı fəaliyyət göstərir. Ansamblın bənzərsiz cəhəti 
ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və sonradan bərpa olunmuş musiqi 
alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər. 
 
Muzeyin ünvanı: Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 5  
Telefon :498-69-72  
 
***
 
 
Azərbaycan İstiqlal Muzeyi 
 
Muzeyin əsası 1991-ci ildə Bakıda qoyulmuşdur. 1919-cu ildə təşkil edilmiş İstiqlal Muzeyinin adını 
daşıyır.  Eksponatların  ümumi  sayı  20  minə  yaxındır. 
Muzeyin  yaradılmasında  başlıca  məqsəd  ən  qədim 
zamanlardan  müasir  dövrümüzə  qədər  Azərbaycan 
xalqının  öz  müstəqilliyi  uğrunda  apardığı  mübarizənin 
mərhələlərini  və  mədəni-tarixi  həyatındakı  mühüm 
hadisələri  ardıcıl  şəkildə  əks  etdirməkdir.  Muzeyin 
ekspozisiyası  6  zalda  yerləşdirilmişdir.  Azərbaycan 
tarixinin qədim dövrlərinə aid arxeoloji qazıntılar zamanı 
tapılmış müxtəlif məişət əşyaları, formaca fərqlənən saxsı 
qablar,  əmək  alətləri,  habelə  əqiq  muncuqlar,  tunc 
dövrünün  bəzək  nümunələri,  döyüş  silahları  ulu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə