Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

149 
 
Muzeylər 
 
Ümumi məlumat 
 
Azərbaycanda  müasir  tipli  muzeylər  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  meydana  gəlsə  də,  onun 
sələfi olan kolleksiyaçılıq ənənələrinin tarixi çox qədimdir. E.ə. son, eləcə də eramızın ilk əsrlərində Atropatena 
və Albaniyanın hökmdar saraylarında, məbəd və kilsələrdə qiymətli əşyaların, nadir sənət əsərlərinin, dünyəvi 
və  dini  məzmunlu  zəngin  kitabların,  əlyazmaların  qorunub  saxlanıldığı  məlumdur.  Azərbaycan  hökmdarları 
Cavanşir  (VII  əsr),  Məhəmməd  Cahan  Pəhləvan  (XII  əsr),  Qızıl  Arslan  (XII  əsr)  və  bir  çox  başqaları 
mədrəsələr,  məscidlər,  rəsədxanalar,  karvansaralar,  ovdanlar,  xəstəxanalar  tikdirməklə  yanaşı,  zəngin 
kitabxanalar yaratmış, öz saraylarında poeziya, musiqi, rəsm məclisləri yaratmış, alimlərə, şairlərə, sənətkarlara 
hamilik etmişlər. 
Elxanilər və Eldənizlər dövründə Azərbaycanda mədəniyyət daha da inkişaf etmişdi. Görkəmli dövlət 
xadimi,  alim  və  şair  Fəzlullah  Rəşidəddinin  (1247-1318)  təşəbbüsü  ilə  XIII  əsrdə  salınan  Rəşidiyyə 
şəhərciyində  (Təbrizin  şimal-şərqində  yerləşirdi;  hazırda  xarabalıqları  qalmışdır)  digər  tikililərlə  yanaşı,  60 
mindən  artıq  kitab  fondu  olan  iki  böyük  kitabxana  da  fəaliyyət  göstərirdi.  Öz  dövrünün bu  böyük  elm 
mərkəzində  qiymətli  sənət  əsərləri,  nadir  əlyazmalar  mühafizə  olunur,  tanınmış  alimlər,  həkimlər,  şairlər, 
rəssamlar çalışırdılar. 
Görkəmli  dövlət  xadimlərindən  Uzun  Həsən  (1468-1478)  Təbrizdə  Nəsriyyə  və  Məqsudiyyə 
mədrəsələrini (XV əsrin ikinci yarısı; burada elm və  sənət inciləri mühafizə olunurdu), Ağqoyunlu hökmdarı 
Sultan Yaqub (1478-1490) isə zəngin kitab-xəstəxanası olan, dünya memarlığının şah əsərlərindən sayılan Həşt 
behişt (Səkkiz cənnət) saray kompleksini (1483) inşa etdirmişdi. Bu sarayda dövrün tanınmış dövlət xadimləri, 
ziyalılar,  şair  və  rəssamlar  toplaşardılar.  Səfəvilər  dövründə  müasir  muzeyçilik  fəaliyyətinin  prototipi  olan 
kolleksiyaçılıq  ənənələri  daha  da  inkişaf  etdi.  Həmin  dövrdə  qiymətli  əşyalar,  əsasən,  xəzinələrdə  və  saray 
kitabxanalarında  qorunub  saxlanılırdı.  Saray  kitabxanası  sadəcə  kitabxana  olmayıb,  həm  də  böyük  elm  və 
incəsənət mərkəzi, təhsil ocağı, muzey əşyalarının qorunduğu böyük bir dövlət müəssisəsi rolunu oynayırdı. I 
Şah İsmayılın, I Təhmasibin dövrlərində Təbriz və Qəzvinin saray kitabxanaları öz əhəmiyyəti və zənginliyi ilə 
daha  çox  şöhrət  qazanmışdı.  Bu  kitabxanalarda  qiymətli,  nəfis  miniatürlər  toplanmışdı.  Həmin  dövrdə  saray 
kitabxanasının  rəisi  görkəmli  Azərbaycan  rəssamı  Sultan  Məhəmməd  idi.  Təbriz  və  Qəzvinin  saray 
kitabxanalarında və rəssamlıq emalatxanalarında dövrünün tanınmış azərbaycanlı rəssamları Mir Müsəvvir, Mir 
Seyid Əli, Mirzə Əli Təbrizi, Müzəffər Əli və b. yaradıcılıqla məşğul olurdu. XVI əsrin sonlarında Məhəmmədi, 
Sadıq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi kimi Azərbaycan sənətkarları Qəzvində və İsfahanda 
saray  kitabxanalarında  işləmiş,  bu  kitabxanalarda  qorunub  saxlanılan  qiymətli  əşyalar  fondunu  gözəl  rəsm 
əsərləri ilə zənginləşdirmiş, İsfahan miniatür məktəbinin meydana gəlməsində və inkişaf etməsində həlledici rol 
oynamışlar. 
XIX əsrdə Azərbaycandakı ictimai-siyasi pərakəndəlik bütövlükdə mədəniyyətə, o cümlədən muzey və 
kolleksiyaçılıq ənənələrinə ciddi ziyan vurdu. Ara çəkişmələri, müharibələr nəticəsində bir çox qiymətli maddi-
mədəniyyət  abidələri  məhv  edildi,  qalanları  isə  yad  ölkələrə  aparıldı.  XIX  əsrin  əvvəllərində  Azərbaycana 
Rusiya imperiyasının təcavüzü nəticəsində Gəncə, Qarabağ, İrəvan, Talış xanlıqlarının xəzinələri qarət olundu, 
buradakı qiymətli əşyalar, nadir kitab nüsxələri talan edildi. 
1826-1828-ci  illər  Rusiya-İran  müharibəsinin  sonunda  rus  generalları  Şeyx  Səfi  kompleksinə  məxsus 
zəngin, qiymətli əşyaları apardılar. Çarizm dövründə Azərbaycanda muzeylərin təşkili işi məqsədyönlü şəkildə 
ləngidilir,  bu  ərazidə  aşkar  edilən  qiymətli  arxeoloji  abidələr  Tiflis,  Moskva,  Peterburq  muzeylərinə 
göndərilirdi. 
Azərbaycanda  müasir  tipli  muzeylərin  təşkili  tarixi  XIX  əsrdən  başlayır.  Həmin  əsrin  axırlarında, 
Naxçıvanın  Nehrəm  kənd  məktəbində  C.Məmmədquluzadənin  təşəbbüsü  və  yaxından  iştirakı  ilə  muzey 
yaradılması  faktı  məlumdur.  XX  əsrin  əvvəllərində  Bakıda,  xalq  məktəbləri  müdiriyyəti  nəzdində  Pedaqoji 
Muzey,  həmçinin  Ümumrusiya  Texniki  Cəmiyyətinin  Bakı  şöbəsi  nəzdində  qapalı  muzey  olmuşdur.  Bu 
muzeylər (Nehrəm kəndindəki muzey istisna olunmaqla) çar üsuli-idarəsinə xidmət etdiklərindən Azərbaycanın 
mədəni dəyərlərini zəif işıqlandırırdı. 
Azərbaycanda  dövlət  səviyyəsində  ilk  rəsmi  muzey  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920) 
dövründə yaradılmış İstiqlal Muzeyidir. 1919-cu ilin dekabrında Bakıda təşkil edilmiş bu muzey Cümhuriyyət 
Parlamentinin  binasında  (indiki  Əlyazmalar  İnstitutu)  yerləşirdi.  Muzeydə  Quranın  nadir  nüsxələri,  müxtəlif 
əlyazmaları, dekorativ-tətbiqi sənət nümunələri saxlanılırdı. Muzey beş aya yaxın fəaliyyət göstərmişdir. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra,  1920-ci  il  iyunun  15-də  Azərbaycan  SSR  Xalq 
Maarifi Komissarlığında muzey-ekskursiya şöbəsi açılmış və onun ilk iclasında xüsusi tədris muzeylərinin təşkil 
edilməsi qərara alınmışdı. 1920-ci ilin oktyabrında Azərbaycan SSR Dövlət Muzeyi yaradıldı. 


150 
 
XX əsrin 20-ci illərində Bakıda İnqilab və Əmək Muzeyi, Kənd Təsərrüfatı Muzeyi, həmçinin Gəncə, 
Naxçıvan,  Şəki,  Lənkəran  və  başqa  şəhərlərdə  tarix-diyarşünaslıq  muzeyləri  təşkil  olunmuşdu.  Sonralar 
Azərbaycan  SSR  Dövlət  Muzeyinin  müvafiq  şöbələri  əsasında  Azərbaycan  Təbiət  Tarixi  Muzeyi  (1930), 
Azərbaycan  Dövlət  Teatr  Muzeyi  (1934)  və  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyi  (1936)  yaradıldı.  Dövlət 
Muzeyi 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi adlanır. 
1935-ci  ildə  SSRİ  EA-nın  Azərbaycan  filialı  nəzdində  Din  Tarixi  və  Ateizm  Muzeyi  təşkil  olundu. 
1939-cu  ildə  Nizami  Gəncəvinin  anadan  olmasının  800  illiyi  münasibətilə  Bakıda  Nizami  Gəncəvi  adına 
Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılması qərara alındı. Həmin muzey 1945-ci ilin may ayından fəaliyyət 
göstərir. 1940-cı ildə Azərbaycan Xalq Maarifi Muzeyi yaradıldı. 1945-ci ildə Azərbaycanda 22, 1969-cu ildə 
isə 29 muzey var idi. 50-60-cı illərdə Azərbaycanda xeyli yeni muzeylər yaradıldı. 
Respublikada  görkəmli  ictimai-siyasi,  dövlət  və  mədəniyyət  xadimlərinin,  tanınmış  yazıçı,  alim, 
bəstəkar  və  rəssamların  ev-muzeylərinin,  həmçinin  xatirə-memorial  komplekslərinin  geniş  şəbəkəsi 
yaradılmışdır.  Azərbaycanda  ilk  xatirə  muzeyi  Mirzə  Fətəli  Axundzadənin  (Axundov)  1938-ci  ildə  Şəkidə 
açılmış  ev-muzeyidir.  Sonralar  Şamaxıda  Mirzə  Ələkbər  Sabirin,  Ordubadda  Məmməd  Səid  Ordubadinin, 
Qazaxda  Səməd  Vurğunun,  Xızıda  Cəfər  Cabbarlının,  Şəkidə  Sabit  Rəhmanın,  eləcə  də  Bakıda  Nəriman 
Nərimanov,  Üzeyir  Hacıbəyov,  Səməd  Vurğun,  Cəfər  Cabbarlı,  Bülbül,  Məmməd  Səid  Ordubadi,  Əzim 
Əzimzadə, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Niyazi, Vaqif Mustafazadə, Səttar Bəhlulzadə, Hüseyn Cavid 
və başqalarının ev-muzeyləri təşkil edilmişdir. 
Respublikanın əksər rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Bakı, Gəncə, Naxçıvan, 
Quba. Şəki, Şamaxı, Lənkəran və b. şəhərlərdə, müxtəlif rayonların ərazisində tarixi-memarlıq abidələri bərpa 
edilmiş,  bu  abidələrdə  maraqlı  ekspozisiyalar  qurulmuşdur.  Həmin  muzeylərdə,  əsasən,  regional  əhəmiyyət 
daşıyan arxeoloji materiallar, maddi mədəniyyət nümunələri, incəsənət əsərləri, müxtəlif əşyalar, fotoşəkillər, 
sənədlər, dekorativ-tətbiqi sənət məmulatları və s. saxlanılır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm 
Nazirliyinin Muzeylər İdarəsində, Muzey işi üzrə Respublika Elmi-Metodiki Mərkəzində, AMEA-nın Memarlıq 
və İncəsənət İnstitutunda, Milli Azərbaycan Tarixi Muzeyində, digər institut və təşkilatlarda muzeylərin tarixi 
və nəzəri məsələləri, həmçinin muzeyşünaslıq elminin ümumi problemləri öyrənilir. Bir çox əsaslı muzeylərdə 
elmi şöbələr, mərkəzlər, metodiki kabinetlər fəaliyyət göstərir. 
Ermənistanın  təcavüzkar  ordusu  tərəfindən  işğal  olunmuş  və  hərbi  əməliyyatlar  getmiş  Azərbaycan 
ərazilərində tarixi-memarlıq abidələri, xatirə-memorial kompleksləri və muzey-qoruqlar tamamilə dağıdılmışdır. 
Şuşa şəhərində Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev-
muzeyləri  məhv  edilmiş,  rəsm  qalereyası,  Şuşa  şəhərinin  Tarixi  Muzeyi,  Xocalıdakı  Tunc  dövrünə  aid 
kurqanlar, Ağdam Çörək Muzeyi (keçmiş SSRİ-də yeganə olmuşdur), bir çox başqa muzeylər dağıdılmışdır. 
Azərbaycanda muzey şəbəkəsi XX əsrin 70-ci illərindən başlayaraq daha intensiv inkişaf etdirilmişdir. 
Respublikada  1969-2006-cı  illər  arasında  100-dən  artıq  yeni  muzey  yaradılmışdır.  Mədəniyyət  və  Turizm 
Nazirliyi sistemində 170 muzey fəaliyyət göstərir (2006). Onlardan 75-i tarix və tarix-diyarşünaslıq muzeyi, 66-
sı elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin ev muzeyi, 20-si ədəbiyyat və incəsənət muzeyi, 5-i hərbi-
vətənpərvərlik və döyüş şöhrəti muzeyi, 4-ü qoruq-muzeydir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə