Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   72   73   74   75   76   77   78   79   ...   94

143 
 
Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti  yanında  yaradılmışdır.  Azərbaycanın,  eləcə  də  qonşu  regionların 
tarixi,  arxeologiyası,  etnoqrafiyası,  təbii  sərvətləri,  elm  və  mədəniyyətinin  öyrənilməsində  mühüm  xidmətləri 
olmuş  həmin  Cəmiyyətin  nəzdində  görkəmli  ədəbiyyatşünas-biblioqraf  professor  A.V.Baqrinin  rəhbərliyi  ilə 
təsis edilmiş Biblioqrafiya bürosu kitabxananın təşəkkülü üçün ilkin baza olmuşdur. 
1925-ci  il  avqustun  9-da  Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti  Mərkəzi  Şurasının  iclasında 
Biblioqrafiya  bürosu  əvəzinə  Kitabxana-biblioqrafiya  bürosu  təsis  edilir.  Bu  dövrdə  Azərbaycan  ölkəşünaslıq 
materiallarının  toplanması  sahəsində  geniş  iş  aparılır.  Elmi  tədqiqat  işlərinin  aparılması  üçün  zəruri  olan 
informasiya  bazası  tədricən  formalaşmağa  başlayır.  1926  ildə  kitabxanada  ilk  oxu  zalı  istifadəyə  verilir. 
Kitabxana  biblioqrafik  fəaliyyətini  genişləndirərək,  elmi  tədqiqat  planlarına  müvafiq  olaraq  "Xəzər  dənizi  və 
hövzəsinin biblioqrafiyası", "Azərbaycan haqqında ədəbiyyatın biblioqrafıyası", "Azərbaycanda türk mətbuatı" 
kimi göstəricilər nəşr etdirir. 
1951-ci  ildə  Azərbaycan  SSR  EA  Rəyasət  Heyətinin  qərarı  ilə  elmi  tədqiqat  institutlarının  kitabxana 
şəbəkəsinin fəaliyyətini əlaqələndirmək və onlara rəhbərlik etmək məqsədilə Kitabxana Şurası yaradıldı. Şura 
Mərkəzi  Elmi  Kitabxananın  və  şəbəkə  kitabxanalarının  fəaliyyətinə,  fondların  komplektləşdirilməsi, 
biblioqrafik göstəricilərin nəşri, oxuculara xidmət mədəniyyətinin yüksəldilməsi və s. məsələlərə nəzarət edirdi. 
Bu dövrdə kitabxananın fondlarında saxlanılan çap məhsullarının sayı 500000 nüsxə idi. 1952-ci il iyul ayının 
13-də  SSRİ  Baş  Mətbuat  İdarəsinin  göstərişi  və  EA  Rəyasət  Heyətinin  sərəncamı  ilə  kitabxanada  Xüsusi 
Mühafizə Fondu təşkil edildi və buraya 1937-38-ci ildə repressiya qurbanları Əhməd Cavad, Salman Mümtaz, 
Mikayıl  Müşfiq,  Ədilə  xanım  Şahtaxtinskaya,  İbrahim  Eminbəyli  və  başqa  171  nəfərin  8152  nüsxə  kitabı 
verildi. 
1956-cı ildən etibarən kitabxana özünün beynəlxalq əlaqələrini genişləndirmiş, dünyanın 50 ölkəsinin 
570-dən çox elmi müəssisə və kitabxanası ilə ədəbiyyat mübadiləsi aparmağa başlamışdır. 
1959-cu  ildə  600  mindən  çox,  o  cümlədən  145  min  nüsxə  xarici  ədəbiyyata  malik  olan  kitabxanaya 
müstəqil  mübadilə  aparmaq  səlahiyyəti  verildi.  Həmin  vaxta  qədər  mübadilə  əməliyyatları  SSRİ  EA-nın 
kitabxanası vasitəsilə aparılırdı. Kitabxana biblioqrafik nəşriyyat fəaliyyətini də genişləndirdi və "Azərbaycanın 
elm  və  mədəniyyət  xadimləri"  seriyasından  respublikanın  görkəmli  alim  və  sənət  adamlarının  həyatına,  elmi 
fəaliyyətinə həsr olunmuş şəxsi biblioqrafik göstəricilər çap etməyə başladı. Həmin göstəricilərin nəşri bu gün 
də  Mərkəzi  Elmi  Kitabxanada  davam  etdirilir.  Mərkəzi  Elmi  Kitabxanada  11  şöbə  fəaliyyət  göstərir  (2006). 
Fondunda  3,2  milyon  nüsxə  çap  vahidi  olan  kitabxana  40  min  oxucuya  xidmət  edir.  Kitabxana  Beynəlxalq 
Kitabxana 
Assosiasiyaları 
Federasiyasının üzvüdür. 
1920-50-ci  illərdə  yeni 
kitabxanaların fondlarmı və kataloq 
sistemlərini  təsnif  və  təşkil  etmək, 
mövcud  kitabxanaların  fondlarmı 
müasir  əsaslar  üzərində  qurmaq 
üçün yeni təsnifat sisteminə keçildi. 
Respublikada 
ilk 
kitabxanaçılıq  kursları  1920-ci 
ildən açılmağa başladı. 
20-ci 
illərdə 
dövlət 
orqanları 
ilə 
yanaşı 
olaraq 
Azərbaycan  Həmkarlar  İttifaqı 
Mərkəzi  Şurası  da  kitabxanaçı 
kadrların 
hazırlanması 
işində 
yaxından  iştirak  edirdi.  Onluq 
təsnifat  cədvəli  20-ci  illərdə  respublikada  kitabxana  işinin  inkişafına  güclü təsir  göstərdi:  respublikada  geniş 
kitabxanalar şəbəkəsinin yaranmağa başlaması Onluq təsnifat cədvəlinə ciddi tələbat əmələ gətirmişdi. Onluq 
təsnifatı tətbiq etmədən mövcud, yeni yaranan kitabxanalar fəaliyyət göstərə bilməzdi. Ona görə də Azərbaycan 
Xalq Maarif  Komissarlığı bu cədvəlin rus dilindən Azərbaycan dilinə tərcümə edilməsi və onun kitabxanalarda 
tətbiq edilməsinə metodik kömək məqsədi ilə işçi qrupları yaratdı. 
20-ci  illərdən  başlayaraq  Azərbaycanda  kitabxanaşünaslığa  dair  tərcümə  əsərləri  ilə  yanaşı  olaraq 
orijinal əsərlər də yaranmağa başladı. 
1923-cü ildə Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki M.F. Axundov adına Azərbaycan 
Milli  Kitabxanası)  yaranması  kitabxana  işinin  daha  da  genişlənməsinə  təkan  verdi.  Bu  kitabxana  nəinki 
Qafqazda,  Avropa  qitəsində,  eləcə  də  bütün dünyada  şöhrət  tapan  ən  böyük  milli  kitabxanalardan  və  ən  iri 
kitabsaxlayıcılardan biridir. Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyəti Bakı şöbəsinin və 
Bakı İctimai Cəmiyyəti kitabxanalarının fondlarından 5000 nüsxə kitab verildi. 


144 
 
Sürətlə  inkişaf  etməyə  başlayan  kitabxana  yarandığı  vaxtdan  əsas  diqqəti  fondun 
komplektləşdirilməsinə verdi. 1925-ci ildə onun fondunda 51000, 1928 il-də isə 300000 adda kitab, jurnal, qəzet 
və digər çap məhsulları toplanmışdı, Təkcə 1928 ildə xaricdən 50 adda dövri mətbuat alınmışdı. İlk biblioqrafik 
göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdı. "Şərq haqqında jurnal" materialları (1917-1927)", "1927-ci 
ildə  Şərq  haqqında  SSRİ  ədəbiyyatı"  adlı  göstəricilər  bu  silsilədəndir.  Kitabxanada  oxu  zalı  1927-ci  ildə 
açılmışdır.  Kitabxana  Azərbaycan  Elmlər  Akademiyasının  binasında  bir  neçə  otaqda  yerləşirdi  1928-ci  ildə 
kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət oldu. 
1939-cu ildə kitabxanaya böyük mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verildi. 
Sonrakı dövrdə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarla yeni şöbə yaranmış, fondlarında ədəbiyyatın 
sayı milyonlara çatmışdır. Kitabxana memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya 
(memar  Mikayıl  Hüseynovdur)  1961-ci  ildə  köçürülmüşdür.  Hazırda  Milli  Kitabxanada  25  şöbə,  26  bölmə 
fəaliyyət  göstərir.  Kitabxana  fondunda  4  milyon  513  min  nüsxə  çap  məhsulu  saxlanılır.  Milli  Kitabxana 
Azərbaycan  Respublikasında  kitabxana  işi  sahəsində  dövlət  siyasətini  həyata  keçirən,  milli  nəşrləri,  xarici 
ölkələrdə  nəşr  olunmuş  Azərbaycan  haqqında  və  Azərbaycan  müəlliflərinin  əsərlərini,  dünya  əhəmiyyətli 
nəşrləri,  o  cümlədən  xarici  dillərdə  olan  qiymətli  məlumat  daşıyıcılarını  toplayıb  mühafizə  edən  milli 
mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır. 2005 ildə ona "Milli kitabxana" statusu verilmişdir. 
Azərbaycan Milli Kitabxanası Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatının üzvüdür. 
1928-ci  ildə  Azərbaycanda  əvvəllər  qiraətxana  kimi  fəaliyyətə  başlayan  daha  bir  kitabxana  yaradılır.  Bu 
kitabxanaya 1976-ci ildə Respublika Gənclər Kitabxanası statusu və Cəfər Cabbarlının adı verilmişdir. Hazırda 
kitabxananın 110 mindən artıq kitab fondu vardır. 
XX  əsrin  30-cu  illərinin  əvvəllərindən  başlayaraq  Azərbaycanda  uşaq  və  məktəb  kitabxanalarının 
təşkilinə  diqqət  artdı.  Artıq  30-cu  illərin  sonlarında  Azərbaycanda  1367321  nüsxə  kitab  fonduna  malik  2480 
uşaq və məktəb kitabxanası fəaliyyət göstərirdi. 
30-cu  illərdə  respublikada  baş  verən  mədəni  elmi-texniki  inkişaf  elmi  və  elmi-texniki  kitabxana 
şəbəkəsinin genişlənməsinə də müsbət təsir göstərdi. 1934 il-də Azərbaycanda 1662512 nüsxə kitab fondu olan 
537 elmi, elmi-texniki və xüsusi kitabxana vardı. 
1934-cü ildə  kitabxanaların  SSRİ  üzrə  siyahıyaalınması  keçirildi.  Siyahıyaalınmanın  nəticəsinə  görə 
Azərbaycanda  2037  kitabxana  olmuşdur.  Bunlardan  788-i  şəhərlərdə,  1249-u  kəndlərdə  yerləşirdi.  Bütün 
kitabxanalarda 4485907 nüsxə kitab var idi. 
1938-ci  ildə  kitabxanalarda  çalışmaq  üçün  orta  ixtisaslı  kitabxanaçı  kadrlan  hazırlayan  ilk  təhsil 
müəssisəsi Bakı Kitabxanaçılıq Məktəbi (sonralar Bakı Siyasi Maarif Məktəbi, Bakı Kitabxanaçılıq Texnikumu 
(hazırda Bakı Mədəni-Maarif Texnikumu) yaradıldı. 
1940-cı ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin göstərişi ilə Respublika Dövlət Elmi Tibb 
Kitabxanası təşkil olunur və ilk illər tibb işçilərinin Azneft meydanındakı binasında yerləşdirilir. Kitabxananın 
ilkin  fondu  respublikanın  qabaqcıl  həkimlərinin  verdiyi  ədəbiyyat  əsasında  formalaşır.  1982  ildə  kitabxana 
indiki ABŞ səfirliyinin binasına köçürülmüşdür. 1992-ci ildən kitabxana yenidən Azneft meydanında yerləşən 
əvvəlki  binada  yerləşdirilmişdir.  2002-ci  ildə  kitabxana  qısa  müddət  ərzində  Ailə  Sağlamlıq  Mərkəzində 
yerləşmiş, 2005-ci ildən isə yeni dördmərtəbəli bina ilə təchiz olunmuşdur. 
1941-45-ci illərdə respublikanın kitabxanaları öz işlərini qələbə uğrunda mübarizə istiqamətində qurdu. 
Müharibənin ilk illərində kitabxana işinin inkişafı, əsasən, dayanmışdı. Bir çox kitab-xanalar, xüsusilə də kənd 
kitabxanaları bağlanmağa məruz qalmışdılar. 1943 il-də bu prosesin qarşısı alındı və kitabxanalar sürətlə bərpa 
olunmağa başladı. 
Artıq  1945-ci  ildə  respublikada  fondunda  2828499  nüsxə  kitab  olan  765  kütləvi  kitabxana  fəaliyyət 
göstərirdi. 
1947-ci ildə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsində kitabxanaçılıq şöbəsinin açılması ilə 
respublikada ali təhsilli kitabxanaçı kadrların hazırlanmasının əsası qoyuldu. 
1945-ci  ildə  SSRİ  EA  Azərbaycan  Filialının  Azərbaycan  SSR  Elmlər  Akademiyasına  verilməsi 
respublikada  zəngin  kitabxana  şəbəkəsinin  formalaşmasına  səbəb  oldu.  Bu  dövrdə  bir  sıra  yeni  ali  təhsil 
müəssisələrinin  yaranması  və  onların  nəzdində  kitabxanaların  təşkil  edilməsi  elm  və  təhsilin  kitabxana-
informasiya təminatının inkişafına təkan verdi. 
1950-ci illərdə kitabxana işinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar kitabxanaların 
maddi-texniki bazası xeyli möhkəmləndirildi, fondları əhəmiyyətli dərəcədə çoxaldı. 1955-ci ildə Azərbaycanda 
9614,2 nüsxə kitab fonduna malik olan 2394 kütləvi kitabxana fəaliyyət göstərirdi. Beş il müddətində 104 yeni 
kitabxana açılmış, onların kitab fondu isə 5811,1 nüsxə artmışdı. 
1958-ci ildə Azərbaycanda kitab fondu 20 milyon nüsxədən artıq olan 5776 kitabxana var idi. Bunların 
2583-ü kütləvi kitabxanalar idi. Ən böyük şəbəkəyə  malik olan Mədəniyyət Nazirliyinin ki-tab fondu 7921,1 
min nüsxə olan 1115 kütləvi kitabxanası fəaliyyət göstərirdi. Həmçinin həmkarlar təşkilatının kitab fondu 2229 
min nüsxə olan 157, kolxozların isə kitab fondu 8873 min nüsxə olan 492 kütləvi kitabxanası var idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə