Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   35   36   37   38   39   40   41   42   ...   94

69 
 
C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinin tamaşasının quruluşçu rəssamları kimi müasir sənətşünaslığa 
səhnəqrafiya anlayışını gətirmişlər. 
İkinci dünya müharibəsindən sonra Azərbaycanda monumental və dəzgah heykəltəraşlığı yeni inkişaf 
mərhələsinə  qədəm  qoydu.  N.Gəncəvinin  Gəncədə  (1946;  SSRİ  Dövlət  mükafatı,  1947)  və  Bakıda  (1949) 
abidələri  SSRİ  Rəssamlıq  Akademiyasının  müxbir  üzvü  Fuad  Əbdürrəhmanovun  yaradıcılığında  mühüm 
mərhələ  idi.  Onun  Bakıda  qoyulmuş  "Azad  qadın"  heykəli 
(1960), S.Vurğunun (1961), Sovet İttifaqı Qəhrəmanı Mehdi 
Hüseynzadənin  (1973),  Düşənbədə  şair  Rudəkinin  (1964, 
SSRİ  Rəssamlıq  Akademiyasının  Qızıl  medalı)  abidələri 
təkcə  Azərbaycanın  deyil,  müasir  dünya  monumental 
heykəltəraşlığının 
uğurlu 
nümunələrindəndir. 
SSRİ 
Rəssamlıq  Akademiyasının  həqiqi  üzvü  P.V.Sabsay  əmək 
adamlarının, elm və mədəniyyət xadimlərinin ("Neftçi M.P. 
Kaveroçkin",  "Rəssam  S.Bəhlulzadə",  "Neftçi  Babayev", 
"Yazıçı S.Rəhimov", S.Vurğunun mənzil-muzeyi üçün şairin 
monumetal portreti və s.) portretlər qalereyasını yaratmışdır. 
"Elegiya"  (A.S.  Puşkinin  portreti)  heykəltəraşın  ən  uğurlu 
əsərlərindəndir. 
C.Qaryağdınm  monumental-dekorativ heykəltəraşlıq 
əsərləri bədii ifadəliliyi və dinamikliyi ilə diqqəti cəlb edir. 
M.Ə.Sabirin  (1958),  N.Nərimanovun  (1972)  heykəlləri,  iki 
dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  general  H.Aslanovun  abidəsi 
(1983,  Lənkəran)  Azərbaycan  heykəltəraşlığının  qiymətli 
nümunələri sırasına daxildir. 
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ö.Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir 
üzvü  T.Məmmədovun  birgə  yaratdıqları  "Füzuli"  abidəsi  (1962,  Bakı)  kamil  sənət  əsərlərindəndir. 
T.Məmmədovun  "Ü.Hacıbəyov"  (1962),  "M.Əzizbəyov"  (1977),  "Nəsimi"  (1979;  İ.Zeynalovla  birgə)  və  s. 
monumental  abidələri  Azərbaycan  heykəltəraşlığının  ən  yaxşı  nümunələrindəndir.  Ö.Eldarov  "X.Natəvan" 
(1960),  "H.Zərdabi"  (1973,  Zərdab),  "77-ci 
Azərbaycan  diviziyasına"  (1975,  Sapun-
Qora,  Sevastopol),  "M.Maqomayev"  (1987) 
və  "H.Cavid"  (1993,  Bakı)  abidələrində 
heykəltəraşlıqla  memarlığın  sintezinə  nail 
olmuşdur. 
Onun 
"Neftçilər"  (1963), 
"S.Bəhlulzadənin  portreti"  (1966),  "Ömrün 
dörd  çağı"  (1974)  kimi  kompozisiya  və 
portretləri  üçün  obrazların  yığcamlığı  və 
milli  kolorit  səciyyəvidir.  Ümummilli  lider 
Heydər  Əliyevin  Naxçıvanda  qoyulmuş 
abidə-büstü  (1983)  və  Bakıda  qəbirüstü 
abidəsi  (2004),  akademik  Zərifə  Əliyevanın 
xatirəsini  əbədiləşdirən  "Elegiya"  (1989) 
kompozisiyası,  türk  alimi  İ.Doğramacının 
Bilkənd  şəhərində  qoyulmuş  abidəsi  (2002) 
Ö.Eldarovun böyük yaradıcılıq uğurlarıdır. 
Məşhur  xeyriyyəçi  H.Z.Tağıyevin 
büstü  (yaşadığı  evdə,  indiki  Milli 
Azərbaycan  Tarixi  Muzeyi),  Bakıda  Şah 
İsmayıl  Xətainin  abidəsi  (1993)  heykəltəraş 
İ.Zeynalovun 
əsərlərindəndir. 
Müasir 
formalara  meyil  göstərən  F.Nəcəfov 
"Analıq",  "Qocaman  həkim",  F.Salayev 
"S.Yesenin", 
A.Əsgərov 
"Akademik 
Y.Məmmədəliyev",  N.Əliyev  "Ə.Vahid" 
kimi  əsərləri  ilə  heykəltəraşlığın  forma 
rəngarəngliyini 
nümayiş 
etdirirlər. 
M.Mirqasımovun 
"C.Məmmədquluzadə" 


70 
 
(1974,  Naxçıvan),  "C.Cabbarlı"  (1982,  Bakı)  abidələri  və  "Uxuru"  ("Azadlıq"),  "Neftçi",  "Xəzri"  kimi  lirik 
səpgili əsərləri Azərbaycan heykəltəraşlığının nailiyyətlərindəndir. 
Moskva  (1991,  heykəltəraşlar  Telman  və  Eldar  Zeynalov  qardaşları)  və  Sankt-Peterburqda  (2002, 
heykəltəraş Görüş Babayev) dahi Nizaminin, Brüsseldə Dədə Qorqudun (2004, heykəltəraş Namiq Zeynalov), 
Vyanada  Ü.Hacıbəyovun  (2006,  heykəltəraş  Ömər  Eldarov)  abidələrinin  qoyulması  Azərbaycan 
heykəltəraşlığının  yeni  uğurlarıdır.  İstedadlı  qadın  heykəltəraşlar  -  Zivər  Məmmədova  ("Ə.Əzimzadənin 
portreti", 1941; "Ü.Hacıbəyovun portreti", 1946), H.Abdullayeva (Şuşada M.P.Vaqifin abidəsi, 1957; "Laylay" 
heykəl  kompozisiyası,  1963),  E.Hüseynova  ("Ailə", 1960; "Ana",  1970;  Bakıda  H.Zərdabinin  abidəsi,  1983), 
M.Rzayeva,  Z.Əliverdiyeva  öz  əsərlərində  müxtəlif  mövzulara  müraciət  etmişlər.  E.Şamilov,  Q.Sücəddinov, 
A.Mustafayev,  S.Qurbanov,  F.Salayev,  Ə.Salikov,  F.Nəcəfov,  F.Bakıxanov,  A.Qazıyev,  M.Rüstəmov, 
K.Ələkbərov,  Ə.Mirzəyev,  A.Rüstəmov,  H.Musayev,  V.Şərifov,  G.Babayev,  Ş.Şərifov,  Telman  və  Eldar 
Zeynalov qardaşları, A.Əsgərov, X.Əhmədov, Z.İsgəndərov, H.Haqverdiyev, S.Zakiri və başqa heykəltəraşların 
əsərlərində milli ənənələrlə yanaşı yenilik, forma emosionallığı məsələləri xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycan  qrafika  sənətinin  inkişafında  mövzu,  janr,  bədii  üslub  rəngarəngliyi  sahəsində  axtarışlar 
həlledici yer tutur. Dəzgah qrafikası növlərində silsilə əsərlər yaradılmışdır. Xalq rəssamı Maral Rəhmanzadənin 
yaradıcılığında qrafikanın bütün növləri öz dolğun, kamil təzahürünü tapmışdır. O, həm bədii-estetik, həm də 
texniki ifadə cəhətdən mürəkkəb bədii problemləri ustalıqla həll etmişdir. Onun əmək və məişət mövzusunda 
"Bizim  Xəzərdə"  (1953-56),  "Vətənim"  (1964),  "Mənim  bacılarım"  (1965-82)  qrafik  silsilələri  obrazların 
həyatiliyi  və  milli  xüsusiyyətləri  ilə  fərqlənir.  Rəssam  doğma  Bakının  keçmişi  və  müasir  simasını  bir  neçə 
silsilədə  əks  etdirmişdir.  O,  Nizami, 
Füzuli,  Heyran  xanım,  M.S.Ordubadi, 
Ə.Cəfərzadə  və  başqalarının  əsərlərinə 
maraqlı illüstrasiyalar çəkmişdir. 
Ə.Rzaquliyevin  "Köhnə  Bakı", 
"Xalçaçılar",  R.Babayevin  "Qobustan", 
"Xınalıq"  linoqrvavüra  silsilələri  xalq 
məişətinin  real  lövhələri,  ifadə  yetkinliyi 
ilə seçilir. 
Y.Hüseynov kitab tərtibatı, dəzgah 
qrafıkası  və  boyakarlıq  sahələrində 
fəaliyyət 
göstərir. 
Onun 
"Xəzərin 
ənginliklərində" 
rəngli 
linoqravüra 
silsiləsi, "Xınalıq", "Odlar yurdu",  "Xəzər 
balıqçıları"  əsərləri  Azərbaycan  qrafika 
sənətinin uğurlarıdır.  
Rəssamlardan 
A.Hacıyev, 
R.Mehdiyev,  Ə.Məmmədov,  E.Aslanov, 
C.Müfidzadə,  N.Babayev,  B.Hacıyeva  və 
başqalarının  linoqravüra,  ofort  və  rəsm 
silsilələri, 
illüstrasiyaları 
obrazların 
müasirliyi ilə fərqlənir. Orta nəslin nümayəndələrindən A.Hüseynov, A.Rüstəmov, A.Ələsgərov, Ə.Səlimov və 
R.Hüseynovun yaradıcılığı rəsm və kompozisiya ahəngdarlığı, fərdi üslub orijinallığı ilə diqqəti cəlb edir. 
Tanınmış qrafik, xalq rəssamı K.Kazımzadənin yaradıcılığı epik və lirik xarakter daşıyır. O, Nizaminin 
"Xəmsə"sinə  (1957),  "Dədə  Qorqud"  dastanına  (1967),  Əlişir  Nəvainin,  Şah  İsmayıl  Xətainin  və  başqa 
klassiklərin əsərlərinə maraqlı illüstrasiyalar çəkmişdir. 
Q.Xalıqov,  İ.Axundov,  Ə.Hacıyev  klassik  Azərbaycan  ədəbiyyatı  və  folklor  nümunələrinə,  xüsusilə 
Nizami və Xaqaninin əsərlərinə, M.Abdullayev "Kitabi-Dədə Qorqud" boylarına, Füzulinin "Leyli və Məcnun" 
poemasına, S.Rəhimovun "Şamo" romanına maraqlı illüstrasiyalar çəkmişlər. 
O.Sadıqzadə Qərbi Avropa, rus və Azərbaycan klassiklərinin (V.Hüqo, İ.Turgenev, M.Qorki, Nizami, 
Xaqani, Nəsimi, C.Məmmədquluzadə və başqa) əsərlərinə silsilə illüstrasiyalar həsr etmişdir. 
Plakat  janrının  inkişafı  Q.Xalıqov,  Ə.Hacıyev,  K.Kazımzadə,  H.Əliyev  və  Y.Ağayev,  Elmira 
Şahtaxtinskaya, H.Nəzərov, C.Qasımov, A.Əzizov, M.Qumriyev, V.Ağababayeva, Q.Yolçuyev və başqalarının 
adları ilə bağlıdır. 
Xalq  rəssamı  E.Şahtaxtinskaya  "Azərbaycan  qədim  mədəniyyət  diyarıdır"  silsilə  portret  plakatlarında 
görkəmli alim və mütəfəkkirlərin, klassik şairlərin, sənət xadimlərinin obrazlarım canlandırmışdır. 
Nəcəfqulu, Q.Xalıqov, İ.Axundov, K.Kazımzadə, S.Şərifzadə, H.Haqverdiyev, həmçinin Z.Kərimbəyli, 
A.Quliyev,  R.Qədimov,  Ə.Zeynalov  və  digər  rəssamların  karikaturaları  satirik  janrın  inkişafında  əhəmiyyətli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə