Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   38   39   40   41   42   43   44   45   ...   94

75 
 
Şahqulu  və  Vəlican  saray  emalatxanasına  rəhbərlik  etmişlər.  Xalçaçılıq,  bədii  parça,  bədii  metalişləmə  və 
keramika sahələrində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir 
çox dəyərli əsərlər yaradılmışdır. 
Azərbaycan  miniatür  sənəti  XIX  əsrin  sonlarına  qədər  davam  etmişdir.  Lakin  XVIII-XIX  əsrlərdə 
əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər artıq klassik miniatür sənətinin tənəzzülünü göstərirdi. 
XX əsrdə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı 
surətdə istifadə edilməyə başlanmışdır. Hələ 1930-40-cı illərdə bir sıra Azərbaycan rəssamları öz tablolarında, 
xüsusən  kitab  qrafikasında  miniatür  sənətinin  bədii forma  və  təsvir  vasitələrindən  istifadə etməyə  çalışmışlar 
(Ə.Əzimzadə,  Q.Xahqov,  Ə.Hacıyev,  R.Mustafayev,  İ.Axundov,  K.Kazımzadə  və  başqa).  Bu  baxımdan 
Ə.Əzimzadənin  akvarelləri,  Nizami  Gəncəvinin  poemalarının  yubiley  nəşrinə  çəkilmiş  illüstrasiyalar,  Nizami 
əsərlərinin  motivlərini  əks  etdirən  süjetli  xalçalar  rəssamların  bu  sahədə  yaradıcılıq  axtarışlarının  uğurlu 
nəticələridir. 
Klassik  miniatür  sənətinin  üslub  xüsusiyyətlərindən  istifadə  edilməsi  Azərbaycan  təsviri  sənətinin 
sonrakı inkişaf dövrlərində daha da genişlənmiş, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir 
sıra  rəssamların  yaradıcılıq  axtarışları  uğurlu  əsərlərlə  nəticələnmişdir.  M.Abdullayev  boyakarlıq,  qrafika, 
monumental  boyakarlıq  və  teatr 
tərtibatı  sahələrində  bir  sıra  dəyərli 
əsərlər  yaratmışdır.  Rəssamın  "Kitabi-
Dədə Qorqud"a (1962-ci il və 1979-cu 
il nəşrləri) çəkdiyi illüstrasiyaları, Bakı 
metropoliteninin 
"Nizami" 
stansiyasında 
Nizami 
əsərlərinin 
motivləri  əsasında  yaratdığı  mozaika 
lövhələri diqqəti cəlb edir. 
K.Kazımzadə, 
O.Sadıqzadə, 
Əli  Minayi,  F.Məmmədov  və  başqa 
rəssamların 
kitab 
illüstrasiyaları, 
M.Rəhmanzadə və E.Şaxtaxtinskayanın 
qrafik lövhələri, O.Şıxəliyev, Dərabadi, 
Pariyab qardaşları və başqa rəssamların 
dekorativ-tətbiqi  sənət  sahəsində  bir 
sıra  əsərləri  miniatür  üslubunda 
işlənmiş maraqlı örnəklərdəndir. 
Miniatür  sənətinin  mütərəqqi 
ənənələrindən,  üslub  xüsusiyyətlərindən  yaradıcılıqla  bəhrələnən  Azərbaycan  rəssamları  onu  müstəqil  bədii 
yaradıcılıq  sahəsi  kimi  inkişaf  etdirirlər.  E.Şaxtaxtinskaya,  Hacıyeva,  E.Aslanov,  S.Qurbanov,  R.Nəzirov, 
N.Sultanova, Ə.Bayramov, T.Qorçiyev və başqa rəssamların qrafik əsərləri, dekorativ-tətbiqi sənət nümunələri 
müasir miniatür sənətinin yalnız kitab illüstrasiyası ilə bağlı olan təsvir növü kimi deyil, daha geniş məna kəsb 
etdiyini göstərir. 
Müasir incəsənətin bütün növ və janrlarında klassik miniatürlərin təsiri özünü büruzə verir. 1983-cü ildə 
Azərbaycan  miniatür  sənətinin  öyrənilməsində  mərkəzə  çevrilən  miniatür  bölməsi  yaradıldı  (E.Aslanovun 
rəhbərliyi  ilə).  Bir  çox  Azərbaycan  rəssamları  öz  yaradıcılıqlarında  miniatür  sənətinin  obraz  və  üslubuna 
müraciət  edirlər  (rəngkarlar  -  M.Abdullayev,  T.Nərimanbəyov,  R.Babayev,  Q.Yunus,  qrafika  rəssamları  - 
S.Qurbanov, R.Nəzirov, keramika ustaları Ə.Bayramov, N.Sultanova, M.Əfşar). 
 
Cəmilə Həsənzadə 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “ Miniatür” 
məqaləsi, səh.766-774. 
 


76 
 
Dekorativ-tətbiqi sənət 
 
Azərbaycanda  dekorativ-tətbiqi  sənətin  tarixi  çox  qədimdir.  Azıx  mağarasından  (Alt  Paleolit  dövrü) 
tapılmış əşyalar, Qobustan (Yuxarı Paleolit dövrü) və Gəmiqaya təsvirləri (Tunc dövrü) Azərbaycan ərazisində 
yurd  salmış  insanların  hələ  uzaq  keçmişlərdə  bədii  yaradıcılıqla  məşğul  olduğunu  göstərir.  Qazax  şəhəri 
yaxınlığındakı  Babadərviş  və  Naxçıvan  ərazisindəki  I  Kültəpə  qədim  yaşayış  məskənlərindən  e.ə.  53-cü 
minilliklərə aid bəzəkli məişət əşyaları, heyvan fiqurları, üzərində həndəsi naxışlar və quş təsvirləri olan cilalı 
gil  qablar,  mis  məmulatlar  aşkar  edilmişdir.  Dulusçuluq,  şüşə  məmulatı,  oyma  naxışlı  daş,  ağac  nümunələri, 
bədii metalişləmə, keçəçilik, həsir, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və s. Azərbaycanda 
dekorativ-tətbiqi sənətin ən geniş yayılmış sahələrindəndir. 
Azərbaycan dekorativ-tətbiqi sənəti ustalarının məharəti daş üzərində oyma (qəbir daşları, kiçik plastika 
və  s.),  zərgərlik  (tökmə-qəlib,  kəsmə  şəbəkə,  şəbəkə,  qara-savad  və  s.  üsullarla  düzəldilən  zinət  əşyaları), 
toxuculuq sənəti, parça və tikmələrdə, xüsusilə bu sənətin ən inkişaf etmiş sahəsi olan xalçaçılıqda bədii şəkildə 
əksini tapmışdır. 
Azərbaycan  dekorativ-tətbiqi  sənəti  bir  çox  inkişaf  mərhələləri 
keçmiş, siyasi, iqtisadi və  ictimai quruluşdan asılı olaraq müxtəlif forma və 
bədii xüsusiyyətlər əldə etmişdir. 
Azərbaycan  incəsənətinin  formalaşmasında  qədim  azərbaycanlıların 
fəlsəfi və dini görüşlərini özündə əks etdirən totemizm, animizm, şamanlıq, 7 
ulduza  sitayiş  və  bundan  yaranan  zərdüştilik,  Qafqaz  Albaniyasında  bizim 
eranın 4 əsrindən xristianlıq, VIII əsrdən islam dini mühüm rol oynamışdı. 
Orta əsrlərə aid Azərbaycan dulusçuluq sənətinin nümunələri (şirli və 
şirsiz saxsı qablar, kaşı, kuzə, piyalə, muncuq, sürahi və s.), metal məmulatlar 
(qızıl və gümüş qablar, dəmir, mis və bürüncdən aftafaləyən, nimçə, dolça və 
s.) orijinal forması, bəzəklərinin müxtəlifliyi, həndəsi, nəbati ornamentlərinin 
zənginliyi  ilə  fərqlənir.  Dulusçuluq  məmulatları  ölçüsü, forması,  üzərindəki 
naxışları, materialı və hazırlanma texnologiyasına görə boyalı, cilalı, fiqurlu, 
şirəli, basmanaxışlı, yapışmanaxışlı, minalı keramika kimi qruplaşdırılmışdır. 
Naxçıvan ərazisi qırmızı keramikanın (I Kültəpə, Şahtaxtı, Şortəpə və 
s., e.ə. 2-ci minillik) əsas mərkəzi olmuşdur. Qırmızı keramika məmulatının 
üzəri həndəsi naxışlar, həmçinin ən qədim simvollardan biri olan səkkizguşəli ulduz (Naxçıvan, II Kültəpə, e.ə. 
31-ci  minilliklər),  quş,  heyvan  və  stilizə  edilmiş  insan  təsvirləri  ilə  bəzədilirdi.  Naxçıvan  MR-in  Şahtaxtı 
kəndindən e.ə.XVIII-XVII əsrlərə aid qırmızı keramikanın maraqlı nümunəsi tapılmışdır. 
Eneolit dövründən məlum olan cilalı qara keramika nümunələrinə Mingəçevir, Xanlar, Daşkəsən, Qazax 
və s. rayonların ərazisində daha çox təsadüf edilir. Bu məmulatların üzərində spiral və qoşa eynəkvarı spiral, 
yeriyən svastikalar, paxlava naxışlı tor, üçbucaq, romb (Babadərviş, e.ə. 4-3-cü minillik) və s. naxış elementləri 
tətbiq  edilirdi.  Dulusçuluq  sənətinin  maraqlı  sahələrindən  olan  fiqurlu  keramika  nümunələrində  quş,  heyvan 
təsvirlərinə,  ev  və  araba  modellərinə  daha  çox  təsadüf  olunur.  Arxeoloji  qazıntılar  zamanı  Mingəçevirdən 
tapılmış  2  və  4  təkərli  evə  oxşar  modellər  xüsusilə  diqqəti  cəlb  edir.  E.ə.  1-ci  minillikdə  fiqurlu  keramika 
məmulatları daha çox zoomorf qablar formasında olmuşdur. 
Qədim  dövrlərdə  Azərbaycanda  metal  az  miqdarda  istehsal 
edildiyindən,  ondan  çox  nadir  hallarda  adi  məişət  məmulatları 
düzəldilirdi.  Metaldan  dini  məzmun  daşıyan  bədii  sənət  əsərlərinin 
düzəldilməsində  daha  çox  istifadə  olunmuşdu.  Arxeoloji  qazıntılar 
zamanı  Qarabağ,  Qazax,  Gədəbəy,  Xanlar  rayonlarından  tapılmış  tunc 
məmulatlar, 
Mingəçevir,  Yaloylutəpə,  Xocalı,  Qəbələ,  Xınıslı,  İsmayıllı, 
Qaratəpə  və  s.  yerlərdən  aşkar  edilmiş  qiymətli  bəzək  əşyaları 
metalişləmə sənətinin hələ qədimdən Azərbaycan ərazisində geniş yayıldığını göstərir. Mingəçevir və Xocalıdan 
tapılmış tunc kəmərlər (e.ə. 3-cü  minillik), Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilən qızıl 
cam (e.ə. IX-VIII əsrlər), Ziviyə  mahalından tapılmış qızıl döşlük (e.ə. VIII əsr) metalişləmə sənətinin örnək 
nümunələrindəndir. 
Erkən  orta  əsrlərdə  Azərbaycanda  ən  geniş  yayılmış  sənət  sahələrindən  biri  dulusçuluq  dəzgahında 
düzəldilən  saxsı  məmulatı  (keramika)  olmuşdur.  Saxsı  məmulatın  isti  və  soyuğa  davamlı  olması  və  gözəl 
görünməsi üçün onların üzərinə şüşəyə bənzər şəffaf maye  şirə çəkilirdi. 
Şirəli  keramikanın  ilk  örnəkləri  Qəbələ,  Gəncə,  Beyləqan, Mingəçevir  və  Şamaxıda aşkar edilmişdir. 
Yaxın  Şərqdə  məlum  olan  bütün texnoloji  üsullar  Azərbaycan  keramika  məmulatında  tətbiq  edilmişdi.  Belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə