Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

79 
 
Bir  sıra  dəyərli  şəbəkə  nümunələri  Azərbaycan  Xalçası  və  Xalq  Tətbiqi  Sənəti  Dövlət  Muzeyində 
saxlanılır.  Yüksək  sənətkarlıqla  hazırlanmış  bədii  taxta  nümunələrinə  ictimai  binaların  (muzeylər  və  s.) 
tərtibatında  daha  çox  təsadüf  olunur.  Nizami  ad.  Azərbaycan  Ədəbiyyatı  Muzeyinin  salonlarındakı  şəbəkəli 
arakəsmələr,  müxtəlif  kürsülər,  rəhillər  qiymətli  dekorativ-tətbiqi  sənət  örnəkləridir.  "Koroğlu"  dastanı 
mövzusunda  xatəmkarlıq  üslubunda  işlənmiş  mücrü  gözəl  sənət  əsəridir.  Hazırda  təkəlduz  sənətinin  bir  sıra 
növləri  inkişaf  etdirilir.  Azərbaycanda  dekorativ-tətbiqi  sənət  yeni  yüksəliş  dövrü 
keçirir.  Rəssamlar  və  xalq  sənətkarları  metal,  gil,  ağac  və  daşdan  orijinal  əsərlər 
yaradır,  dekorativ-tətbiqi  sənətdə  ənənələri  yaşatmaqla  bərabər,  yeni  bəzək 
elementləri  tətbiq  edir,  naxışlarla  yanaşı,  süjetli  rəsmlərə  də  geniş  yer  verirlər.  Bu 
baxımdan xalçaçılıq sahəsində xüsusilə böyük nailiyyətlər qazanılmışdır. 
Azərbaycan sənətkarlarının müxtəlif vaxtlarda yaratdıqları nadir sənət inciləri 
dünyanın  məşhur  muzeylərini  bəzəyir.  Şərq  Xalqları  İncəsənəti  Muzeyi  (Moskva), 
Ermitaj  (Sankt-Peterburq),  Kiyev  Qərb  və  Şərq  İncəsənəti  Muzeyi,  Luvr  (Paris), 
Viktoriya  və  Albert  Muzeyi  (London),  Metropoliten-muzey  (Nyu-York),  Topqapı 
Muzeyi, Türk və İslam İncəsənəti Muzeyi (İstanbul) və s. Azərbaycanın xalça, tikmə, 
metal, dulusçuluq və zərgərlik məmulatlarının toplandığı ən zəngin muzeylərdir. 
XX əsrdə saxsı və çini qablar istehsalı xüsusilə genişlənmişdi. Bakı, Gəncə, 
Şəki  və  s.  şəhərlərdə  forma  və  naxış  baxımından  milli  ənənələrə  uyğun  keramika 
nümunələri  kütləvi  istehsal  edilirdi.  Son  illərdə  bu  sahədə  çalışan  Azərbaycan 
rəssamları  saxsı  və  çinidən  maraqlı  kiçik  heykəllər  yaratmışlar.  Bunlardan 
Q.Qarayevin  "Yeddi  gözəl"  baleti  əsasında  Həyat 
Abdullayevanın  hazırladığı  rəqqasə  fiqurları,  Səkinə 
Şahsuvarovanın  şüşə  və  büllurdan  yaratdığı  və  Azərbaycan 
mədəniyyət 
xadimlərinə 
(Ü.Hacıbəyov, 
S.Vurğun, 
C.Cabbarlı və başqalarına) həsr etdiyi fiqurlu bədii vazalar, 
Rasim  Xələfovun  "Molla  Nəsrəddin  lətifələri"  və 
"Azərbaycan  nağılları"  üzrə  hazırladığı  əsərlər  maraqlıdır. 
Moskvanın  Qurultaylar  Sarayında  istifadə  etmək  üçün 
Gəncədə hazırlanmış və nəbati ornamentlərlə bəzədilmiş çay 
və yemək dəstləri qiymətli sənət nümunələrindəndir (rəssam 
Qalib Bağırov). 
Hazırda  keramika,  çini  məmulat  sahəsində 
ixtisaslaşmış  rəssamlar  müxtəlif  üsullarda  işləyirlər.  Böyük 
ölçülü  bədii  vazalardakı  rəsmlər  orta  əsrlər  Azərbaycan 
miniatür sənətinə xas olan süjet və obrazların çoxluğu, milli kolorit və naxışların zənginliyi ilə fərqlənir. Fidan 
Muradəliyevanın çinidən hazırladığı süjetli-fiqurlu kompozisiyalar, o cümlədən "Dədə Qorqud" mövzusuna aid 
dinamik  süjetli  "Bamsı  Beyrək"  (11x119  sm  ölçülü),  "Banı  Çiçək"  (15x14,5  sm)  əsərləri  maraqlı  və  orijinal 
sənət nümunələridir (Parisdə YUNESKO-nun fondundadır). 
 
Rasim Əfəndiyev 
 
Ədəbiyyat: Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Az ərbaycan” cildi. Bakı, 2007, “Dek orativ-
tətbiqi sənət” məqaləsi, səh. 777-781. 


80 
 
Bədii daşyonma sənəti 
 
Bədii  daşyonma  sənəti  Azərbaycanda  dekorativ  bədii  yaradıcılığın  yüksək  inkişaf  etmiş  sahələrindən 
biridir.  O,  memarlıq  binalarının  monumental  dekorativ  bəzəklərində,  məzar  daşlarında,  girdə  heykəltəraşlıq 
nümunələrində geniş tətbiq olunmuşdur. Azərbaycan həkkaklarının özümlü əsərlərində dünyanın dekorativ və 
təsviri üsulda əks olunması uzun əsrlər boyu formalaşmışdır. 
Orta  əsr  Şərqində  xəttatlıq  tətbiqi  sənət  sahələrindən  biri  idi  və  onun  digər  sahələri  ilə  birgə  inkişaf 
edirdi.  Həkkak  və  xəttatlar  abidələrə  vurduqları  naxışlarla  yanaşı,  kitabə  motivli  haşiyə,  yelən  və  cürbəcür 
xonçalar da işləyirdilər. 
Azərbaycan  xalqının  yaşadığı  ərazilərdən toplanmış materiallar  kitabələrin  bədii tərtibatını,  üslubunu, 
memarlıq  və  qəbirüstü abidələrin  meydana  gəlməsi  və  inkişaf  tarixini  daha  düzgün müəyyənləşdirməyə  və 
bəzən də təyinatmı dəqiqləşdirməyə imkan verir. 
Epiqrafik abidələr XIV əsrin birinci yarısına qədər kufi xətti ilə yazılmış və müxtəlif həndəsi formalara 
malik olmuşdur. Kufi xəttinin formalaşmasının birinci dövründə (IX-XI əsrlər) mətn sadə daşıcızma üsulu ilə 
yazılmışdır  (indiki  Ermənistan  ərazisindəki  Qərni  qalasında,  Şamaxı,  Dərbənd,  Bakı  şəhərlərindəki  məzar 
daşları və başqa abidələr üzərində qalmış kitabələr). 
İkinci  dövrə  (XI  əsrin  sonu  -  XIV  əsrin  birinci 
yarısı)  aid  kitabələr  çiçəkli  kufi  xətti  ilə  yazılırdı  və 
bunlar müəyyən bədii tərtibata malik idi. 
İslamın  ilk  dövrlərində  istər  monumental 
memarlıq  abidələrində,  istərsə  də  saxsı,  metal 
məmulatları,  bədii  tikmələrdə  və  s.  məişət  əşyalarında 
müxtəlif  formada  kufi  xətti  tətbiq  edilmişdir.  Sonralar 
kitabələrdə vertikal yazılan hərflər abidələrin friz, haşiyə 
və  s.  memarlıq  bəzəklərində  həndəsi  elementlərlə  tərtib 
olunmuşdur. 
Dekorativ motivlərdə kufi xətti ustalar tərəfindən 
həddindən  artıq  şərtiləşdirilirdi  ki,  bu  da  kitabələrin 
oxunmasını  çətinləşdirirdi.  Sonralar  Azərbaycan 
xəttatları daha aydın yazı növünə nəsx xəttinə keçmişlər. 
Lakin  kufi  elementləri  keçid  dövrünü  əks  etdirən 
epiqrafik abidələrdə bir müddət işlənmişdir. 
Epiqrafikada  bədii  cəhətdən  inkişaf  etmiş  daha  sonrakı  mərhələ  süls  xəttinə  üstünlük  verilməsi  ilə 
fərqlənir. Əgər nəsx yazını aydınlaşdırırdısa, süls xətti ayrı-ayrı hərflərə elastiklik verməklə, onun bədii-estetik 
əhəmiyyətini artırırdı. Nəsx, süls xətləri də kufi xətti kimi müəyyən dövrlərdə müxtəlif bədii formalara malik 
olmuşdur.  XIII-XIV  əsr  nəsx,  süls  xətli  kitabələrin  bədii  tərtibatı  XV-XVII  əsr  abidələrinkindən  fərqlidir. 
Dekorativ-bədii  xüsusiyyətlərinə  görə,  Bayıl  kitabələrini  çıxmaq  şərti  ilə,  epiqrafik  abidələr  üçün ən  dolğun 
dövr  XV-XVII  əsrlərdir.  Bayıl  Qəsri  kitabələri  bədii  tərtibatına  görə  islam  dünyasında  yeganə  abidə  olaraq 
qalmaqdadır.  Kitabədə  Şirvanşahların  adları  yazılmış  sözlərin  üstündə  başında  tac  olan  insan  başları,  güclü 
heyvanların təsvirləri həkk olunmuşdur ki, bu da Şirvanşahlar dövlətinin XII-XIII əsrlərdə iqtisadi-siyasi, sosial-
mədəni cəhətdən inkişaf etməsini göstərir. 
XVIII-XIX  əsr  inşaat  və  xatirə  kitabələrində,  əsasən,  daha  sərbəst  ifadə  tərzinə  malik  nəstəliq  xətti 
tətbiq  edilmişdir.  XV  əsrdə  Təbriz  xəttatlıq  məktəbində  yaranıb,  bütün müsəlman  ölkələrində  geniş  yayılmış 
nəstəliq xəttində üfüqi cizgilər uzanır, şaquli cizgilər isə gödəlir. Kufi, nəsx, sülsdə bunun əksi müşahidə olunur. 
Nəstəliq xətti ilə yazılmış kitabələrdə hərflərin və hecaların düzülüşü ardıcıl olmayıb, kitabənin bədii 
xüsusiyyətindəki  ifadə  formasına  görə  simmetriyaya  tabe  edilirdi.  Bu,  kitabələrin  oxunmasını  çox 
çətinləşdirirdi. 
Əcəminin  şah  əsəri  sayılan  Mömünə  xatın  türbəsinin  frizində,  tərəflərinin  haşiyələrində,  səthlərində, 
stalaktitli  taxçaların  üstündə  al-əlvan  kaşılardan  düzülmüş  həndəsi  ornamentlərə  bənzər  kitabələr  və  onların 
aralıqlarını  dolduran,  döymə  üsulu  ilə  işlənmiş  krujeva  naxışlı  nəbati  ornamentlər  tikiliyə  əsrarəngiz  görkəm 
verir. 
XIV əsrdən başlayaraq abidələrin silindrvarı gövdələrinin səthlərində, günbəz örtüklərində ornamentlər 
bir və ya bir neçə söz qrupunun çoxlu təkrarından alınırdı. Naxçıvan memarlıq məktəbinin qiymətli əsərlərindən 
olan Qarabağlar və Bərdə türbələrinin, Ərdəbildəki Şeyx Səfi türbəsinin silindrvarı gövdəsini çox sayda təkrar 
olunmuş "Allah" sözü əhatə edir. 
Memarlıq abidələrinin və məzar daşlarının bəzəklərində prizmatik, sxematik stalaktitlər, şəbəkə, oyma, 
qabartma  üsulu  ilə  həm  mürəkkəb,  həm  də  sadə  kompozisiyalı  çoxtəbəqəli  nəbati  və  həndəsi  ornamentlər, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə