MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

 
 
78
EAN kodunun nəzarət rəqəminin hesablanması 
alqoritmi 
Nəzarət rəqəmi adətən aşağıdakı alqoritmlə hesablanır: 
 









10  11  12 
13 
4 
7 
6 
1 
2 
3 
4 
5 
6 
7 
8 
9 

                 
1.  12-ci  rəqəmdən  əks  istiqamətdə  cüt  yerdə  olan 
rəqəmləri toplayırıq: 9+7+5+3+1+7 = 32 
2.  Nəticəni 3-ə vururuq: 32x3 = 96 
3.  11-ci  rəqəmdən  başlayaraq  əks  istiqamətdə  tək  yerdə 
olan rəqəmləri toplayırıq: 8+6+4+2+6+4 = 30 
4.  Nəticələri toplayırıq: 96+30 = 126; nəzarət rəqəmi bu 
kod  üçün  o  rəqəm  olacaqdır  ki,  onu  bu  nəticənin  üstünə 
gələndə  10-a  bölünən  rəqəm  alına  bilsin,  yəni  bu  rəqəm  –  4-
dür. 
EAN-8 üçün alqoritm demək olar ki, eynidir: 








1 
2 
3 
4 
5 
6 
7 
0 
 
7+5+3+1 = 16;  16x3 = 48 
6+4+2 = 12;     12+48 = 60 
Bu kod üçün nəzarət rəqəmi 0-dır. 
Bəzən  13  rəqəmli  EAN  kodunun  sağ  tərəfində  iki  və 
yaxud  beşrəqəmli  ştrixli  kod  da  görmək  olar.  Belə  ştrixli  kod 
ə
lavə  kod  adlanır  və  malın  istehsalçısı  ilə  topdansatış  alıcı 
arasında xüsusi sazişə əsasən istifadə olunur. 
Kitab-jurnal  məhsulları  digər  mallardan  fərqli  olaraq  10 
rəqəmli  identifikasiya  (eyniləşdirmə)  nömrəsinə  malik  olur. 
Kitab  məhsullarının  nömrələnməsi  üzrə  beynəlxalq  standart  – 


 
 
79
ISBN (International Standard Book Number) mövcuddur ki, bu 
da Azərbaycanda tanınmışdır. 
Bu standarta əsasən hər bir kitab nəşri 9 rəqəmin, 3 ayrıcı 
tirenin  və  nəzarət  rəqəminin  köməyi  ilə  kodlaşdırılır.  Bu 
işarələrin  köməyi  ilə  kitabın  nəşr  edildiyi  ölkə  kodlaşdırılır, 
nəşriyyatın  kodu,  kitabın  unikal  nömrəsi  və  EAN-dakı  kimi 
eyni funksiyanı yerinə yetirən nəzarət rəqəmi göstərilir.  
ISBN və EAN nömrələri öz ölçülərinə görə fərqləndikləri 
üçün (müvafiq olaraq 10 və 13 rəqəm) ISBN-nin EAN koduna 
yenidən  kodlaşdırılması  üzrə  xüsusi  saziş  imzalanmışdır. 
Yenidən kodlaşdırılma aşağıdakı kimi yerinə yetirilir: 
1.  EAN kodunun birincü üç mövqeyində kitab məhsulla-
rının beynəlxalq kodu olan – 978 rəqəmləri yerləşdirilir. 
2.  ISBN  kodunda  üç  ayırıcı  tirelər  və  nəzarət  rəqəmi 
götürülür. 
3.  ISBN-nin qalan doqquz rəqəmi EAN-nın 4-cü mövqe-
yindən 12-ci mövqeyinə kimi yerləşdirilir. 
4.  Alınmış  12  rəqəmlər  üzrə  EAN  qaydalarına  əsasən 
nəzarət rəqəmi hesablanır. 
5.  Ştrixli  kodun  üzərində  ISBN-nin  nömrəsi  ilə  sətir 
göstərilir. 
                         ISBN 5-7020-0897-9 
            
 
 
                              9 78 57020 0897 4 
Dövri  jurnal-qəzet  məhsullarının  kodlaşdırılması  üçün 
beynəlxalq  standart  –  ISSN  (International  Standard  Serial 
Number)  kodu  EAN  koduna  yuxarıda  göstərildiyi  kimi  ke-
çirilir.  Bu  zaman  dövri  nəşr  məhsulu  üçün  beynəlxalq  “977” 
kodundan  istifadə  olunur  və  ondan  sonra  ISSN-nin  7  rəqəm 
kodu artırılır. Sonra EAN-nın 11 və 12-ci mövqeyinə iki rəqəm 
yerləşdirilir  (iki  “0”  və  yaxud  digər  rəqəmlər).  Alınmış  12 
rəqəmə görə nəzarət rəqəmi EAN-dakı kimi hesablanır.  


 
 
80
                       ISSN 0123-4560 
            
 
 
                       9 77 01234 5600 8 
 
Kobud  kartondan  düzəldilmiş  iri  qutularda  qablaşdırma 
kodundan 
istifadə  olunur.  Onun  çap  olunması  üçün 
«Interleaved  2  of  5»  (ITF)  kodunun  simvollar  standartından 
istifadə  olunur.  Bu  kod  iri  ştrixlərlə  çap  oluna  bilir  və  hətta 
büzmələnmiş  yerlərdə  də  yaxşı  oxunur.  Bu  kodda  EAN  ko-
dunda olan kodlaşdırma metodu tətbiq olunur. Lakin standartın 
tələblərinə  görə  ITF  kodunda  cüt  rəqəmlər  olmalıdır  və  buna 
görə  də  oraya  14-cü  rəqəm  –  lap  əvvəldə  sıfır  rəqəmi  əlavə 
edilmiş və o, ITF-14 adını almışdır.  
Bu  kod  kassadan  oxunmaq  üçün  nəzərdə  tutulmayıb, 
çünki kassaya birləşdirilmiş skaner onu «başa düşmür». ITF-14 
kodu  malların  daşınması  və  anbarda  yığılması  üçün  istifadə 
olunur. Onun nəzarət rəqəmi yoxdur. 
Ekspertlərin fikrincə, son onilliklər ərzində pərakəndə ti-
carət  sənayesini  ciddi  dəyişiklər  gözləyir,  özü  də  alışların  çox 
hissəsi  virtual  mağazalarda  deyil,  adi  mağazalarda  həyata  ke-
çiriləcəkdir.  Radiotezlikli  nişanələrin  RFID,  elektron  qiymət 
kağızlarının məftilsiz şəbəkələrlə birlikdə inkişafı, alışların hə-
yata keçirilməsi prosesini demək olar ki, avtomatlaşdıracaqdır.  


 
 
81
 
X.
  ELEKTRON POÇT VAS TƏS LƏ YAZIŞMALAR. 
FORUMLAR. ÇATLAR 
 
1.
  Elektron poçt vasitəsilə yazışmaların aparılması  
2.
  Forumlar 
3.
  Çatlar (chats) 
4.
  nternetdə  reklam  texnologiyalarından  istifadə 
olunması 
 
1.  Kommersiya  Web-serverində  e-mail  məktublarına 
cavablar  sistemi  mövcud  olmalıdır.  Müştəriyə  dərhal  cavabın 
verilməsi  ona  diqqət  göstərilməsi  deməkdir.  Əgər  dərhal  cavab 
verilməsi mümkün deyilsə, istifadəçiyə cavabın təxmini müddəti 
haqqında məlumat verilməlidir.  
2. E-mail-reklamın təşkili üçün opt-in metodundan istifa-
də  olunması  etik  cəhətdən  daha  əlverişlidir.  Bir  çox  marke-
toloqlar  və  spamın  əleyhdarları  belə  hesab  edirlər  ki,  opt-in 
metodu ilə göndərilən istənilən məlumat əvvəlcədən spam kimi 
sayılmalıdır.  
3.  Belə  ki,  nternetə  giriş  vaxta  görə  ödənilir,  çoxsaylı 
informasiyanın  göndərilməsi, ünvan  sahibinə  (adresata)  əvvəl-
cədən sorğu  edilməsi və onun razılığını aldıqdan sonra həyata 
keçirilməlidir.  
4.  Elektron  poçt  vasitəsilə  göndərilən  sənədlərin  format-
larından  biri  Word  redaktor  formatıdır.  Məlumdur  ki,  bu 
formatda  alınan  fayllar  virus  daşıyıcılarıdır  ki,  bu  da  məktub 
alanı narahat edə bilər. Elektron poçt vasitəsilə mətnlərin RTF 
formatı  ilə  göndərilməsi  kompyuter  virusları  problemini  həll 
edir və bu format çoxplatformalı olduğu üçün digər sistemlərlə 
uyğunlaşa bilir.  
5. Yazışmalar zamanı böyük hərflərlə yazılmış sözlərdən 
və  ifadələrdən  daha  az  istifadə  etməyə  çalışmaq  lazımdır: 
şə
bəkə  etiketi  bunu  yuxarı  tonda  (tərzdə)  danışıq  kimi  qəbul 
edir. Böyük hərflərdən sözün vacibliyini qeyd etmək istədikdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə