MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

 
 
86
2.  Elektron kommersiya üçün əlavələr: kommersiya əmə-
liyyatlarının  təhlükəsiz  qaydada  həyata  keçirilməklə  bu  cür 
ə
lavələr mövcud olan müştərilərlə əlaqələri yaxşılaşdırmağa və 
yenilərini  cəlb  etməyə,  malları  reklam  etməyə  və  onları  sat-
mağa,  informasiya  məhsullarının  satışı  zamanı  isə  malı  müş-
təriyə çatdırmağa   imkan verir.  
2.
  Elektron  kommersiya  sistemlərinin  təsnifləşdirilməsi 
elektron kommersiya metodları ilə əməliyyatları həyata keçirilə 
bilən  biznesin  və  biznes-proseslərin  növləri  ilə  müəyyən 
olunur. 
Elektron  kommersiya  vasitəsilə  əməliyyatları  həyata 
keçirilə bilən biznesin növlərini: fəaliyyət dairəsinə görə; coğ-
rafi  əhatəsinə  görə;  mülkiyyət  formasına  görə  və  biznes  nö-
vünün həyat dövriliyi mərhələsinə (tsiklinə) görə bölmək olar. 
A)
  Fəaliyyət  dairəsinə  görə  aşağıdakıları  qeyd  etmək 
olar: 
• Ticarət: topdansatış və pərakəndəsatış ticarət. Real mal-
lar və xidmətlərlə elektron ticarətlə informasiya materialları ilə 
elektron  ticarət  arasında  fərq  qoymaq  lazımdır,  çünki  axırın-
cılar (mətn, səs, qrafika, proqram təminatı və s.) şəbəkə vasitə-
silə alına bilər.  
Real mallar və xidmətlərlə elektron ticarət - ticarət əmə-
liyyatlarının  aparılmasında  texnologiyalar  tərəfindən  verilən 
yeni imkanlar açır. 
• Distribusiya 
•  nformasiya xarakterli xidmətlər 
• Bankinq  və  ödəniş  sistemləri  (elektron  ödənişlər,  tö-
rəmə alətlər, ipoteka kreditləşdirilməsi, sindikatlaşdırılmış kre-
ditlər, kredit kartları, fiziki şəxslərə interaktiv bank xidmətinin 
göstərilməsi və s.)  
• Turizm və restoran-mehmanxana biznesi 
• Rabitə 
• Distant təhsil 
•  stirahət və əyləncələr 


 
 
87
• Dövlət sifarişinə xidmət edilməsi 
B)
  Coğrafi əhatəsinə görə: 
• Yerli miqyasda fəaliyyət  
• Regional miqyasda fəaliyyət 
• Bir ölkə daxilində fəaliyyət 
• Qlobal fəaliyyət 
C)
  Mülkiyyət formasına görə:  
• Xüsusi mülkiyyətə əsaslanan biznes 
• Korporativ biznes 
• Dövlət müəssisələri 
Ç)  Biznes  növünün  həyat  dövriliyi  mərhələsinə  (tsiklinə
görə

• Yenidən yaradılan biznes 
• Mövcud biznesin inkişaf etdirilməsi 
• Mövcud biznesin yenidən təşkili və reinjinirinqi 
Elektron  kommersiya  vasitəsilə  əməliyyatları  həyata 
keçirilə  bilən  biznes-proseslərin  növlərini:  prosesin  növünə 
görə;  ətraf  mühitə  münasibətinə  görə  prosesin  elektron  kom-
mersiyaya mümkün cəlb olunma dərəcəsinə görə bölmək olar. 
A)
 Prosesin  növünə  görə  onları  aşağıdakılara  bölmək 
olar: 
• Alış-satış prosesləri 
• Axtarış,  müəyyənetmə  və  müştərilərlə  əlaqələrin  sax-
lanılması prosesləri  
• Sənəd dövriyyəsi 
• Satışdan  qabaq  və  sonrakı  yardım  (məhsullar  və  xid-
mətlər haqqında təfsilatlı informasiya, məhsulun istifadə olun-
ması haqqında təlimat, sifarişçilərin suallarına cavab verilməsi) 
• Elektron  ödəniş  (pulların  elektron  formada  köçürülmə-
sindən,  kredit  kartlarından,  elektron  çeklərindən,  elektron  pul-
lardan istifadə etməklə) 
• Şirkət və onun ticarət tərəfdaşları ilə birgə idarə olunan, 
bölünən biznes-proseslər 


 
 
88
•  nformasiyanın  istənilən  digər  saxlanılma,  işlənilmə, 
axtarış və ötürülmə prosesləri 
Tam  kommersiya  əməliyyatı  (sifariş,  daşınma,  malın 
alınması,  hesabların  yazılması  və  ödəniş  tsikli  də  daxil  ol-
maqla), elektron üsulla həyata keçirilə bilər. Lakin bir sıra mə-
qamlar, məsələn, təhlükəsizlik, intellektual mülkiyyət hüququ-
nun  qorunması,  hüquqi  məsələlər  və  elektron  kommersiyanın 
tərkib hissəsi olan proseduralar, hələ də aydın deyillər.  
Bundan başqa, elektron kommersiya kommunikasiya tex-
nologiyalarının geniş spektrini (elektron poçtu, faks, məlumat-
larla  elektron  mübadilə  texnologiyasını  (EDI)  və  elektron 
ödənişləri (EFT) də daxil olmaqla) özündə birləşdirir.   
B)
 Xarici mühitə münasibətinə görə: 
•  Daxili proseslər 
•  Xarici proseslər 
C)
 Prosesin  elektron  kommersiyaya  mümkün  ola  bilə
cəlb olunma dərəcəsinə görə:
 
• Elektron  kommersiyaya  tamamilə  keçirilə  bilən  pro-
seslər 
• Elektron  kommersiyaya  ancaq  ayrı-ayrı  mərhələləri  və 
elementləri keçirilə bilən proseslər 
• Elektron kommersiya əsas prosesə ancaq bir əlavə kimi 
cəlb oluna bilən proseslər 
Elektron  kommersiya  sistemlərinin  təsnifatını  adətən 
obyektlərə  və  subyektlərə  görə,  elektron  kommersiya  sistemi-
nin  müəssisədə  yerinə  görə,  fəaliyyətin  yenilik  dərəcəsinə  və 
yaxud  elektron  kommersiya  sistemi  tərəfindən  göstərilən  xid-
mətlərə  görə,  müəssisənin  elektron  kommersiya  sisteminə 
münasibətinə görə həyata keçirmək olar. 
A)
  Sistemin obyektlərinə və subyektlərinə görə: 
• B2B (bi-tu-bi) sistemləri (Business-to-Bisiness, Biznes-
Biznes).  Elektron  kommersiyanın  bu  növü  müxtəlif  təşkilatlar 
arasında qarşılıqlı fəaliyyət üsullarını nəzərdə tutur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə