MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

 
 
141
  
  
 
 
 
 
 
Şə
kil 5.
 Elektron ödənişlər sisteminin sxemi 
 
Sxem göstərir ki, malın alıcısı brauzer, yəni proqram tə-
minatı vasitəsilə öz sifarişini və malın haqqının ödənişi barədə 
informasiyanı  (elektron  çek,  bank  kartı  və  s.)  satıcının  ser-
verində
  yerləşdirir. Brauzerdən informasiya satıcının serverinə 
daxil olur, orada işlənilir və məlumat bazasına əlavə olunur.  
nformasiya  satıcının  serverinə  daxil  olduqdan  sonra  bu 
serverin proqram təminatı autentifikasiyanı (oxşarlığı, eyniliyi) 
yoxlayır  və  pulların  bankdan  köçürülməsi  razılığını  alır.  Ra-
zılığın alınması bir qayda olaraq, şlüz vasitəsilə həyata keçirilir 
ki,  bu da öz növbəsində  nternet vasitəsilə bankla əlaqəyə girir. 
Ş
lüz 
–  müxtəlif  protokoldan  istifadə  edən  iki  şəbəkəni 
birləşdirən proqramdır ki, bunun nəticəsində onlar arasında mə-
lumat mübadiləsi aparılır. Bir şəbəkədən digərinə məlumatların 
verilməsi  üçün  proqram  onların  çevrilməsini  və  protokolların 
bir-birilərinə uyğun gəlmələrini təmin edir.  
 Elektron ödənişin son mərhələsi avtorizasiya və alış üzrə 
hesablaşmaların 
edilməsidir  (alıcının  hesabından  pulların 
satıcının hesabına köçürülməsidir). 
Elektron ödənişlər sisteminə aşağıdakı tələblər qoyulur: 
 
Konfidensiallıq (məxfilik).  
nam,  yəni  məlumatın  yayılmaması  deməkdir.  Tranzak-
siyanın məxfiliyi onda özünü göstərir ki, satıcıya bildirilən he-
sabın nömrəsi və bank kartının nömrəsi məxfidir və onu bilmək 
hüququna malik olana, məsələn, bank-emitentə məlumdur.  
 
nformasiyanın bütövlüyü. 
Brauzer 
Alıcı 
Satıcının 
serveri 
Tranzaksiya
nın idarə 
edilməsi 
Ş
lüz 
Dəyişmələr 
Satıcının 
bankı 
Avtorizasiya 
və 
hesablaşma 


 
 
142
nformasiya  bütövlükdə,  tam  olaraq  saxlanılmalı  və  alı-
nan mal və alışın məbləği heç kimə məlum olmamalıdır. 
 
Autentifikasiya. 
Onu  təsdiq  edir  ki,  ödənişdə  iştirak  edən  digər  tərəf  hə-
qiqətən həmin şəxsdir. Bu, o deməkdir ki, nağdı deyil, məsələn, 
bank  kartı  vasitısilə  hesablaşmalar  zamanı  satıcı  alıcıdan 
şə
xsiyyət  vəsiqəsini  təqdim  etməyi  xahiş  edir  və  yaxud  onun 
imzasını nümunə ilə tutuşdurur.  
 
Avtorizasiya. 
Bu,  alıcının  bankdakı  hesabının  yoxlanılması  deməkdir. 
Avtorizasiya  saticiya  imkan  verir  ki,  alıcının  bank  hesabında 
lazım olan pul məbləğinin olub-olmamasını yoxlasın. 
 
Ödənişlər üzrə əməliyyatların qorunması. 
Oğruların  (hakerlərin)  nternet  şəbəkəsinə  müdaxilə  et-
məsi  qarşısında  maneə  və  sədlərin  yaradılması  və  informasi-
yanın  konfidensiallığının  və  bütövlüyünün  saxlanılması  üsul-
ları deməkdir.  
nformasiyanın  qorunmasının  müxtəlif  üsulları  mövcud-
dur. Məsələn, hipermətnin ötürülməsinin qorunan protokolu (S-
HTTP). S-HTTP (Secure Hyper Text Transfer Protocol) – ser-
verlərin  və  brauzerlərin  həqiqiliyini  müəyyən  etməyə  (auten-
tifikasiyasına) imkan verən və brauzerin Web-server ilə birləş-
dirilməsi zamanı məlumatların konfidensiallığına (məxfiliyinə) 
və bütövlüyünə təminat verir.  
Elektron  ödənişlər  sistemi  aşağıdakı  hesablaşma 
formalarını özündə cəmləşdirir: 
1.  Bank kartı; 
2.  Elektron çeklər; 
3.  Rəqəmli pullar; 
4.  Elektron pullar. 
 Bank  kartları  iri  və  orta  ödənişlərdə  istifadə  olunur. 
Elektron  çekləri  və  rəqəmli  pullar  adətən  təcili  xırda  ödəniş-
lərdə  istifadə  olunur.  Pul  vəsaitlərinin  köçürülməsini  nəzərdə 
tutan elektron pullar iri ödənişlərdə istifadə olunur. 


 
 
143
 
 3.  Plastik  kart  adlandırılan  bank  kartı  kartın  sahibi 
hesabına  ödəniş  üçün  nəzərdə  tutulan  hesablaşma  və  digər 
sənədlərin tərtib olunması vasitəsidir.  
 Kredit  təşkilatları  fiziki  və  hüquqi  şəxslər  üçün  bank 
kartları  buraxırlar.  Əgər  bank  kartının  sahibinə  transsərhəd 
ödənişləri  etmək  hüququ  verilmişdirsə,  onu  ancaq  səlahiyyətli 
banklar  yerinə  yetirə  bilər.  Transsərhəd  ödənişləri  –  dövlətin 
ə
razisindən kənar yerlərdə və onların ərazisində emissiya olun-
muş bank kartları vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə 
ödənişlərdir.  
Bank  kartlarının  emissiyası  kredit-təşkilatları-rezidentlər 
tərəfindən  həyata  keçirilir.  Təşkilatlar  –  rezidentlər  tərəfindən 
digər emitentlərin kartlarının və qabaqcadan ödənilmiş maliyyə 
məhsullarının  (American  Express,  Diners  Club,  Visa  Travel 
Money,  VISA  CASH,  Mondex,  çeklər  və  onlara  oxşar  olan 
çeklər) emissiyası ancaq Mərkəzi Bankın xüsusi razılığı ilə hə-
yata  keçirilə  bilər.  Müştəriyə  bank  kartının  verilməsi  onunla 
bağlanılan  müqavilə  əsasında  həyata  keçirilə  bilər.  Bank 
kartında  emitenti  birmənalı  identifikasiya  edən  (eyniləşdirən) 
adı və onun loqotipi olmalıdır.  
Həm  rezident,  həm  də  qeyri-rezident  fiziki  şəxslərə 
aşağıdakı tipdə bank kartları verilə bilər: 
 
hesablaşma  kartı
  –  bank  hesabında  vəsaitlər  sa-
hibinə verilən bank kartıdır ki, bundan istifadə olunması onun 
sahibinə  emitent  ilə  müştəri  müqavilənin  şərtlərinə  əsasən  pul 
vəsaitlərinə  (emitent  tərəfindən  malların  (xidmətlərin)  ödənişi 
və  yaxud  nağd  pul  vəsaitlərinin  alınması  üçün  müəyyən 
olunmuş xərc limiti çərçivəsində) sərəncam vermək hüququnu 
verir.  
 
kredit  kartı
  –  bank  kartı  olmaqla,  ondan  istifadə 
kartın  sahibinə  müqavilənin  şərtlərinə  əsasən  emitent  tərəfin-
dən  açılmış  kredit  xətti  ölçüsündə  əməliyyatları  emitent  tərə-
findən  malların  (xidmətlərin)  ödənişi  və  (və  yaxud  nağd  pul 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə