MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

 
 
131
–  istifadəçi  ilə  əks  əlaqə,  onun  münasibətinin  (reaksi-
yasının) alınması və işlənilməsi imkanları; 
–  məqsədli  auditoriyaya  və  konkret  istifadəçilərə  fokus-
laşdırılmış təsirin (targetinq) effektiv üsulları: reklamın müəy-
yən  tematik  serverlərdə  göstərilməsi,  müəyyən  regionlardan 
olan  istifadəçilər  üçün  göstərilmə,  müəyyən  vaxtda  və  müəy-
yən olunmuş intensivliklə göstərilmə və s.; 
– şəbəkə vasitəsilə yaradılan əlaqənin yüksək keyfiyyətdə 
olması.  Reklam  üzrə  mütəxəssislər  təsdiq  edirlər  ki,  istehsal-
çılar daha çox "gözləri ilə sevirlər": Şəbəkə ilə yayımlanan ani-
masiyalı reklam daha yaxşı qavranılır.  
Profaylingin  müasir  texnologiyaları  nternet-istifadəçilər 
haqqında  informasiyanı  (onların  maraqlarının  mövzularını, 
indentifikasiya xarakteristikalarını) avtomatik olaraq toplamağa 
imkan  verdiyi  üçün  reklamverənlər  reklam  kampaniyasını  dar 
istehlakçı  qruplarına  istiqamətləndirə  bilirlər.  Məqsədli  audi-
toriyaya  əlverişli  çıxışın  olması  reklamverənlərə  reklam  kam-
paniyası  qarşısında  qoyulan  məqsədlərə  çəkilən  xərcləri  azalt-
mağa imkan verir.  
nternetdəki  reklam  kampaniyası:  mediaplanlaşdırma-
dan,  kampaniyanın  aparılmasından 
(lazımi  hallarda  planın 
dəqiqləşdirilməsi  ilə)    nəticələrin  qiymətləndirilməsində
ibarətdir. 
Mediaplanlaşdırma
  —  reklam  kampaniyasının  planının 
tərtib olunmasıdır. Plan - reklam materiallarının növlərini, rek-
lam meydançalarını, orada reklamın yerləşdirilməsinin müddəti 
və  növlərini,  reklamın  tarifləşdirilməsini,  reklamın  yekun 
dəyərini və kampaniyanın ehtimal olunan effektivliyini şərtlən-
dirir.  Bəzi  hallarda  daimi  müştərilər  dairəsinin  –  dəfələrlə 
alışlar edən istifadəçilərin sayının - formalaşdırılması da müm-
kündür.  
 
3. Bir tərəfdən yeni daxil olanların cəlb olunması və satış 
həcmlərinin  artırılması  metodları  kimi,  dıgər  tərəfdən  isə 


 
 
132
komisyon  haqlarının  alınması  üsulları  kimi  elektron  kommer-
siyada partnyor (tərəf-müqabil) proqramları geniş yayılmışdır.  
Partnyor  proqramlarında  malların  və  xidmətlərin  sayt-
satıcıları  və  sayt-partnyorlar  iştirak  edirlər.  Partnyorlar  öz-
lərində loqotipləri, bannerləri, axtarış formalarını, konkret mal-
ların  və  xidmətlərin  sifariş  səhifəsini  və  yaxud  sadəcə  olaraq 
satıcıının serverinə istinadı yerləşdirirlər. Bu tipdə istinadlar bir 
qayda olaraq, Direct storefront entry (birbaşa çıxış) prinsipi ilə 
təşkil  olunur  ki,  bu  da  daxil  olanların  web-serverin  müəyyən 
səhifəsinə,  məsələn,  nternet-mağazanın  kataloquna,  köçürül-
məsi prosesini əhatə edir.  
Sayt-satıcı  hər  bir  partnyordan  gələn  sifarişləri  qeydiy-
yatdan  keçirir  və  partnyorlara  komisyon  mükafatını  köçürür. 
Web-naşir  (partnyor)  onun  saytından  gələn  daxil  olanlar  tərə-
findən  edilmiş  və  haqqı  ödənilmiş  sifarişlərin  statistikasını 
apara bilər.  
Proqramın  variantından  asılı  olaraq  komisyon  haqları 
aşağıdakı hallarda ödənilə bilər: 
–  kliklərə  görə  və  yaxud  partnyorun  saytından  reklam-
verənin saytına keçilməsinə görə; 
–  qeydiyyatdan  keçmə  və  yaxud  abunəyə  görə  (əgər 
partnyor istinadı ilə gələn istifadəçi anketi doldurursa və yaxud 
səsvermənin suallarına cavab verirsə, saytın sahibinə müəyyən 
məbləğ  ödənilir.  Bu  isə  müxtəlif  marketinq  tədqiqatlarının 
təşkil  olunması,  potensial  müştərilərin  məlumat  bazasının 
yaradılması və s. üçün yararlı ola bilər); 
–  satışa  görə  (reklamverənləri  daha  çox  təmin  edən 
variant: partnyora istifadəçilər tərəfindən edilən alışlardan asılı 
olaraq  ödənilir;  pullar  malın  pulunun  ödənişi  faktı  üzrə 
hesablanır). 
Partnyor  proqramlarına  yeni  web-naşirlərin  cəlb  olun-
ması  üçün  çoxsəviyyəli  referral-proqramlardan  istifadə  olu-
nur. Bu ona əsaslanır ki, mövcud partnyor cəlb olunmuş web-


 
 
133
naşirlərin  qeydiyyatına  görə  pul  alır  və  yaxud  onların 
gəlirindən faiz götürür. 
Partnyor  proqramları  —  malların  nternetdə  yeridil-
məsinin effektiv alətlərindən biridir.  
Web-halqa  
Web-resursun  saytpromoutinqi  məsələsinin  həllinə 
Webring,  və  yaxud  web-halqa  adlandırılan  texnologiya 
köməklik edir ki, bu da: 1) bir qayda olaraq mövzu (tematika) 
üzrə  oxşar  olan  bir  neçə  nternet-saytların  toplusudur  ki, 
onlarda bir-birləri ilə şəbəkə naviqasiyasının xüsusi alətləri ilə 
bağlıdır.  Webring  məqsədi  —  sayt-iştirakçıların  Şəbəkədə 
axtarışını  asanlaşdırmaq,  onların  daha  əlçatan  olmasını  təmin 
etməkdir; 
2) 
web-resursun 
saytpromoutinqinin 
texnologiyalarından biridir. 
Web-halqa
  —  nternetdə  naviqasiyanın  ən  sadə  və  ef-
fektiv  üsullarından  biridir.  O,  faktiki  olaraq  o  deməkdir  ki, 
istifadəçi qrupun istənilən saytından istənilən digər sayta daxil 
ola  bilər,  özü  də  bir  neçə  üsullarla.  Bunun  üçün  saytın 
səhifələrində (yaxşı olar ki, birincidə) yuxarı hissədə və yaxud 
aşağıda  naviqasiya  paneli  yerləşdirilir  —  bu  da  Webringdə 
səyahət aparatıdır. 
 
 


 
 
134
 
XIX.
 ELEKTRON ÖDƏŞ S STEMLƏR  
 
1.
  nternetdə ödənişin mahiyyəti 
2.
  Elektron ödənişlərin mahiyyəti və məzmunu  
3.
  Bank kartları 
4.
  Elektron ödənişlərinin digər formaları 
 
1.  nternet  hələ  yenicə  formalaşdığı  vaxt  daha  işgüzar 
istifadəçilər Şəbəkədə ticarəti açıb genişləndirməyin vacibliyini 
tez dərk etdilər. 1992-ci ildə World Wide Web, WWW termini 
yarandı,  artıq  1994-cü  ildə  isə  ilk  kommersiya  saytı  istifadə-
çilərinə  özlərinin  xidmətlərinin  ödənişini  etmək  üçün  kredit 
kartlarının rekvizitlərini daxil etməyi təklif elədi. Bu məsələdə 
kimin  birinci  olmasına  indi  də  fəaliyyət  göstərən  saytların  bir 
neçəsi  iddiaçıdırlar  (məsələn,  Hotwired.com).  Kimin  birinci 
olmasını isə müəyyən etmək çox çətindir, çünki amerikanlar o 
vaxtlar kredit kartları ilə demək olar ki, hər şeyə görə hesabla-
ş
ırdılar.  Lakin  saytla  bankomat  arasındakı  fərq  mövcud  idi  və 
bunu  çoxları  öz  hesablarında  iri  məbləğdə  pulları  ğörmədikdə 
tezliklə  başa  düşdülər.  Belə  ki,  internet-mağazalar  da  onu  da 
tez başa  düşdülər ki, POS-terminal vasitəsilə kartları keçirmək 
bir şeydir, sahibi məlum olmayan və heç kim tərəfindən təsdiq 
olunmamış  kart  rekvizitlərini  sayt  vasitəsilə  qəbul  etmək  isə 
tamamilə başqa bir şeydir.  
Beləliklə,  öz  dramatizmi  ilə  dolu  olan  ödənişlərin 
nternetdə təhlükəsizliyi uğrunda mübarizə başlandı.  
Yarannış rişklərin minimallaşdırılması məqsədilə ixtisas-
laşdırılmış  prosessinq  mərkəzləri  və  etibarlı  elektron  tran-
zaksiya  protokolu  (SET),  virtual  birdəfəlik  kredit  kartları  və 
«elektron  pullar»  yaradıldı.  Keçmiş  illər  ərzində  çox  şeylər 
dəyişmişdir,  lakin  kredit  kartlarının  geniş  yayıldığı  ölkələrdə 
onlar elektron kommersiyanın əsas ödəniş aləti olaraq qalır və 
pullar  yenə  də  hərdənbir  hara  isə  itir.  Bu  vəziyyət  elektron 
pulların  (EP)  bazasında  ödəniş  nternet-sistemlərin  (ÖIS) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə