135
meydana çıxmasının əsas səbəblərindən biri olmuşdur.
Alternativ ödəniş texnologiyalarının inkişafının digər səbəbi –
tranzaksiyaların dəyərində ciddi uduşlardadır. Kredit kartla-
rının prosessinqi elektron pullarla müqayisədə baha başa gəlir.
Hadisələrin gedişatını qısa xronoloji izləmədə görmək
olar.
1994-cü il. nternet şəbəkəsi vasitəsilə alışlar etmək im-
kanı yaranır. Ödəniş vasitəsi kimi maqnit zolaqlı kartlardan
istifadə edilməsi təklif olunur.
Hollandiyanın DigiCash elektron pullar (Ecash) vasitəsilə
hesablamalar texnologiyasının işlənilib hazır olması haqqında
bildirirdi.
1995-ci il. ngiltərənin Mondex şirkəti ilk elektron çox-
valyutalı pul kisəsinin işlənilməsi haqqında bildirdi. lk
sınaqlar Suindon şəhərində ( ngiltərə) keçirildi.
Amerikanın Mark Twain Bank dünyada ilk dəfə olaraq
elektron pulların DigiCash texnologiyası ilə emissiyasına
başladı.
1996-cı il. Beynəlxalq hesablaşmalar bankı (Bazel) elek-
tron pullar üzrə ilk sistemləşdirilmiş rəsmi tədqiqatları çap edir.
Bu tədqiqatlarda ilk dəfə olaraq Mərkəzi Banklar tərəfindən
elektron pulların emissiyası haqqında rəsmi ideya irəli sürülür.
ri «kard» assosiasiyaları VISA, MasterCard və Europay
mikroprosessor kartlarının hazırlanmasına vahid tələblərin işlə-
nilməsi haqqında (EMV-spesifikasiya) bildirirlər. Amerikanın
E-Gold ödəniş sistemi öz işinə başlayır.
1997-ci il. ri «kart» assosiasiyaları VISA, MasterCard və
texnoloji şirkətlər nternetdə təhlükəsiz tranzaksiyaların həyata
keçirilməsi üçün SET (Secure Electronic Transaction) proto-
kolunu işləyib hazırlayır.
Amerikanın Cardinal Bank Shares ilk virtual bankı –
Security First Network Bank təsis edir ki, burada nternet
vasitəsilə bütün bank xidməti növləri təklif olunur.
136
1998-ci il. MasterCard şirkəti Mondex elektron pullarla
ilk beynəlxalq tranzaksiyanı həyata keçirir.
Amerikanın PayPal ödəniş sistemi öz işinə başlayır.
1999-cu il. CyberPlat, nstant sistemləri öz işlərinə
başlayırlar.
2000-ci il. E-Port, Eaccess, Cashew sistemləri öz işlərinə
başlayırlar.
Beləliklə, nternetdə ödəniş sistemlərinin inkişafının dörd
mərhələsini ayırmaq olar:
• məlumatların təhlükəsiz ötürülməsini təmin edən rabitə
ə
laqəsi seansı protokolları;
• plastik kartlar əsasında sistemlər;
• smart-kart əsasında protokollar;
• elektron pullar əsasında protokollar.
Məlumatların təhlükəsiz ötürülməsini təmin edən
rabitə əlaqəsi seansı protokolları
nternet vasitəsilə malların ödənişinin birinci və ən sadə
üsulu – açıq mətnlə mübadilədir. Öz mahiyyətinə görə onu heç
ödəniş sistemi də adlandırmaq olmaz. Ödənişin bu üsulunda
alıcı heç bir təhlükəsizlik tədbirləri görmədən telefonla sifa-
rişdə olduğu kimi özünün kredit kartları haqqında məlumatı və
digər informasiyanı açıq mətnlə verir. Bu üsulun çatışmazlığı
göz qabağındadır: informasiyanı xüsusi filtrlər vasitəsilə ələ
keçirmək və ondan öz məqsədləri üçün istifadə edə bilərlər. Bu
üsuldan indi demək olar ki, istifadə olunmur. Onu mübadiləni
ş
ifrləyən sistemlər əvəz etmişdir. Ödənişlər, verilən məlu-
matların şifrlənməsini təmin edən təhlükəsiz və qorunan rabitə
ə
laqəsi protokolları vasitəsilə informasiyanın nternetlə ötü-
rülməsi ilə həyata keçirilir. lkin mərhələdə ən yayılmışı əlaqə
seansı protokolu Secure Socket Layer Protocol (SSL) –
Netscape şirkəti tərəfindən yaradılmış protokol olmuşdur. Öz
mahiyyətinə görə SSL ödəniş sistemi deyil və onun əsas ma-
hiyyəti nternet vasitəsilə ödənişlərin və bütün digər məlumat-
ların təhlükəsiz və qorunulmuş formada ötürülməsini təmin
137
etməkdən ibarətdir. Hazırda onun əvəzinə daha təhlükəsiz
protokol olan SET gəlmişdir.
Plastik kartlar əsasında sistemlər
Mövcud ödəniş sistemləri arasında lider yeri kredit
kardlarından istifadə edilən sistemlər tutur. Plastik kartların
nternetdə hesablaşmalarda geniş istifadə olunması bu ödənişin
real həyatdakı ödənişlə uyğun olaması ilə bağlıdır və hazırda
nternetdə aparılan tranzaksiyaların çox hissəsi məhz bu ödəniş
növü ilə həyata keçirilir.
Lakin bu üsul bir sıra çatışmazlıqlara malikdir. Baxma-
yaraq ki, tranzaksiya vaxtı informasiyanı ələ keçirmək praktiki
olaraq mümkün olan bir iş deyil, lakin informasiyanın satıcının
serverində pis, səliqəsiz saxlanılması ona bədəməllərin girməsi
təhlükəsini artırır. Bundan başqa, ticarət edənlərin həqiqiliyini
və istifadəçinin şəxsiyyətini (identifity) həm satıcılar, həm də
alıcılar tərəfindən saxtalamaq və yaxud dəyişdirmək təhlükəsi
vardır. Firma özü haqqında düzgün olmayan informasiya verə
bilər, alıcı isə alışı edib sonradan onun pulunu ödəməkdən
imtina edə bilər – imzanın olmaması səbəbindən məhz onun
tərəfindən kartdan istifadə olunmasını sübut etmək çox çətin-
dir. Bu çatışmazlıqları aradan götürən yeni texnologiya - SET
(Secure Electronic Transaction) protokolu MasterCard, VISA
ş
irkətləri tərəfindən Netscape, IBM, Verisign və digərlərin
yardımı ilə işlənib hazırlanmışdır. SET spesifikasiyasının əsa-
sında açıq açarlardan və rəqəmli sertifikatlardan istifadə edilən
kriptoqrafiya durur. Texnologiyaya əsasən şəbəkə vasitəsilə
verilən kartoçkanın nömrəsi müştərinin elektron imzasından
istifadə etməklə şifrlənir. Şifrlərin açılmasını ancaq kartoçkalar
üzrə tranzaksiyaların işlənilməsini həyata keçirən müvəkkil
banklar və şirkətlər yerinə yetirə bilər.
SET dörd elementdən ibarətdir. Birinci element – Kart
sahibinin pul kisəsi
(Cashholder Wallet) on-line rejimində
işləyərək qorunan ödənişləri etməyə imkan verir. kinci
element – Satıcının server hissəsi (Merchant Server) ödəniş
Dostları ilə paylaş: |