MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   37   38   39   40   41   42   43   44   ...   59

 
 
138
kartlarının  avtorizəsini  (avtorizasiyası,  ixtiyar  verilməsi,  vəkil 
edilməsi)  və  işlənilməsini  yerinə  yetirir.  Üçüncü  element  – 
Ödənişlərin keçid şlüzləri 
(Payment Gateway) satıcını və ödə-
niş  təlimatlarını  avtorizə  edir  və  maliyyə  şəbəkələri  ilə 
qarşılıqlı əlaqədə olur. Nəhayət, dördüncü element – Sertifikat-
ların  buraxılışı  mərkəzi 
(Certifikate  Authority)  rəqəmli  ser-
tifikatlar buraxır və onları tutuşdurub yoxlayır. 
SET  protokolunun  qüsurlarından  biri  ondan  ibarətdir  ki, 
onun  bütün  iştirakçıları  özlərində  müvafiq  proqram  təminatını 
quraşdırmalıdırlar  ki,  bu  da  əhəmiyyətli  investisiyalar  tələb 
edir.  Bundan  başqa,  şifrlənmə  əməliyyatlarının  keçirilməsi  sə-
bəbindən  tranzaksiyaların  aparılma  sürətinin  lazımi  qədər 
yüksək olmaması haqqında fikirlər də yürüdülür. 
Smart-kard əsasında protokollar 
Müasir  smart-kard  prosessorlu,  yaddaşlı,  proqram  təmi-
natlı  və  informasiyanın  daxil  edilməsi/çıxarılması  sisteminə 
malik  olan  kiçik  kompyuterdir.  Smart-kardın  üstünlüklərindən 
biri  –  onların  çoxfunksiyalı  olmasıdır,  yəni  eyni  bir  kartoç-
kadan müxtəlif maliyyə  əlavələrində və kommunikasiya infra-
strukturlarında  istifadə  etmək  mümkündür.  Smart-kard  baza-
sında nağd elektron pulların olması lazımi məxfilik səviyyəsini 
təmin  etməyə  və  ödənişin  təsdiqlənməsi  üçün  mərkəzlə  əlaqə 
yaratmamağa  imkan  verir  ki,  bu  da  tranzaksiyaların  dəyərini 
sıfra  endirir.  Lakin  smart-kardların  nternet  vasitəsilə  ödəniş 
aləti  kimi  tətbiqi  nə  fərdi  kompyuterlər  üçün  oxuyan  periferik 
qurğuların geniş yayılması tələb olunur. 
Elektron pullar əsasında protokollar 
nternetdə hesablaşmaların yeni növü - elektron pullardır. 
«Elektron  pullar»  termini  nağdı  pulların  üstünlüklərini  real 
dünyadan  nternet  dünyasına  köçürməyə  can  atan  elektron 
ödəniş  sistemlərinin  kateqoriyasını  müəyyən  edir.  Avropa 
Birliyinin  2000-46-EU  nömrəli  direktivinə  əsasən:  «elektron 
pullar  –  emitentə  qarşı  qoyulan  tələbi  əks  etdirən  və  elektron 
qurğuda  saxlanılan  pul  dəyəridir;  buraxılan  pul  dəyərindən  az 


 
 
139
olmayan  ölçülərdə  vəsaitləri  aldıqdan  sonra  emissiya  olunur; 
emitentdən  fərqli  olan  digər  müəssisələr  tərəfindən  ödəniş  va-
sitəsi kimi qəbul edilir». 
Daha  tez-tez  rastlaşan  digər  tərif:«elektron  pul  kimi  çip 
kartı  tipli  qurğuya  və  yaxud  fərdi  kompyuterin  bərk  diskinə 
elektron şəklində yerləşdirilən dəyər başa düşülür». 
ABŞ-ın  Federal  Rezerv  Bankının  Consumer  Advisory 
Board  elektron  pulu  «elektron  formada  ötürülən  pullar»  kimi 
müəyyən edir. 
Elektron  pullar  özlüyündə  böyük  sayda  rəqəmlərdən  və 
yaxud pul nişanələri rolunu oynayan fayllardan ibarətdir. Digər 
ödəniş  sistemlərindən  fərqli  olaraq  bu  fayllar  pullar  haqqında 
yazılış deyil, elə onların özləridir. 
Elektron  pullardan  istifadə  olunması  ilə  sistemin  etibarlı 
işini  kriptoqrafiyanın  müasir  metodları:  açıq  açarla  kriptoqra-
fiya  alqoritmləri,  elektron  imzalar  təmin  edir.  Bu  sistemlərin 
fəaliyyəti üçün çəkilən xərclər minimaldır.  
Avropa  Birliyi  dövlətlərində  elektron  pulların  emissiya-
sının  aparılması  kredit  idarəsi  olmayan  müəssisələrə  və  şəxs-
lərə  qadağan  edilir.  Buna  görə  də  «kredit  idarəsi»  ifadəsinin 
mənası  genişləndirilərək  oraya  «elektron  pullar  sahəsində 
idarələr»  daxil  edilib.  Öz  növbəsində  «elektron  pullar  sahə-
sində idarələr» - «elektron pullar formasında ödəniş vasitələrini 
buraxan  müəssisə  və  yaxud  istənilən  digər  hüquqi  şəxslər» 
kimi izah edilir.  
 
2.  Biznesdə  hər  bir  sövdələşmə  pul  hesablaşmaları  ilə 
başa  vurulur.  Hesablaşmalar  özlüyündə  pul  tələbnamələri  və 
öhdəlikləri  üzrə  ödənişlərin  təşkili  və  nizamlanması  sistemini 
ə
ks etdirir. Ödəniş həm nağd, həm də nağdsız (nağdsız köçür-
mələr) yolu ilə həyata keçirilə bilər. 
 Nağdsız hesablaşmalar elə pul hesablaşmalarını nəzərdə 
tutur ki, bu zaman ödənişlər nağd pulların iştirakı olmadan pul 
vəsaitlərinin  ödəyicinin  hesabından  pul  alanın  hesabına 


 
 
140
köçürülməsi  yolu  ilə  həyata  keçirilir.  Nağdsız  hesablaşmalar 
müxtəlif  formalara  (bank  köçürməsi,  bank  kartları,  inkasso, 
akkreditiv, çek və s.) malik ola bilər. 
 Pul vəsaitlərinin hər hansı bir məqsəd üçün köçürülməsi 
ilə bağlı olan bank əməliyyatları tranzaksiya (lat. transaction – 
ə
məliyyat, sövdələşmə, razılaşma) adını almışdır.  
 Tranzaksiya aşağıdakı xüsusiyyətlərə malikdir: 
 
Bölünməzlik; 
 
Razılaşdırılmış; 
 
Təcrid olunma; 
 
Etibarlı; 
 
Kartın  sahibi  ilə  bu  kartı  xidmətə  qəbul  edən 
təsərrüfat subyekti arasında qarşılıqlı fəaliyyət. 
 Tranzaksiyanın  bölünməzliyi  o  deməkdir  ki,  onu  təşkil 
edən  bütün  əməliyyatlar  yerinə  yetirilməli  və  yaxud  onlardan 
heç  biri  yerinə  yetirilməməlidir.  Razılaşdırılmış  xüsusiyyət 
ondan  ibarətdir  ki,  o,  kartların,  hesabların,  qalıqların  məlumat 
bazasında  informasiyanın  düzgünlüyüni  pozmur.  Tranzaksi-
yanın tədric olunması – ayrıca götürülmüş tranzaksiyanın digər 
tranzaksiyadan  müstəqil  olmasıdır.  Etibarlılıq  –  başa  çat-
dırılmış  tranzaksiya  özündən  sonra  bərpa  oluna  bilər,  başa 
çatdırılmamış isə ləğv olunur. Kartın sahibi ilə bu kartı xidmətə 
qəbul edən (bank, merçant) arasında qarşılıqlı fəaliyyə
elə bir 
ə
laqəni nəzərdə tutur ki, bu zaman kart sahibinin vəziyyətinin 
dəyişilməsi baş verir.  
 Tranzaksiya  sənədli  formada  (bank  köçürməsi,  inkasso, 
akkreditiv) və ya elektron formasında həyata keçirilə bilər. 
 Elektron  ödənişlər  özlüyündə  sifarişləri  telefonla  qəbul 
edən  adi  mağazalarda  istifadə  olunan  ödənişlərə  bənzəyir. 
Elektron  ödənişlərin  fərqli  cəhəti  odur  ki,  malın  alınmasına 
görə  həyata  keçirilən  ödənişin  bütün  prosesi  sifarişçinin  kom-
pyuteri  və  malın  satıcısınin  Web-serverindən  istifadə  olun-
maqla baş verir (şəkil 5).   
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə