MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   2   3   4   5   6   7   8   9   ...   12

müttəhimə  məcburi  tibbi  müalicə  təyin  edə  bilər  (Cinayət  Prosessual  Məcəlləsinin 

410-cu  maddəsi).  Lakin  məhkəmə  müttəhimin  təqsirli  olduğunu  göstərən  hər  hansı 

yetərli  əlamətin  olmadığını  müəyyən  edərsə,  icraat  məhz  bu  əsasa  görə 

dayandırılmalıdır. Məhkəmə bu halda da müttəhimə məcburi tibbi müalicə təyin edə 

bilər. 

 

B. Araşdırma üsulları 



 

59.  5  iyul  1995-ci  il  tarixli  Əməliyyat-axtarış  fəaliyyəti  haqqında  Qanunun  6-cı 

maddəsində  (sonrakı  əlavələrlə)  bir  neçə  təhrikedici  üsullar  sadalanır  ki,  hüquq-

mühafizə və ya təhlükəsizlik orqanları cinayətlərin araşdırılması məqsədi ilə onlardan 

istifadə  edə  bilərlər.  Qanunun  6-cı  maddəsinin  1-ci  bəndinin  4-cü  yarımbəndinə 

əsasən,  polis  qadağan  olunmuş  malların,  yəni  narkotik  vasitələrin  “şərti  alışını” 

həyata keçirə bilər. 

60.  Qanunun  7-ci  maddəsinin  2-1-ci  bəndinə  əsasən,  “şərti  alışını”  həyata 

keçirmək  üçün  polis  cinayətin  planlaşdırıldığına  və  ya  artıq  törədildiyinə  dair 

müəyyən  ilkin  informasiyaya  malik  olmalıdır.  Şərti  alış  müvafiq  polis  bölməsinin 

başçısının  yazılı  göstərişi  əsasında  həyata  keçirilir.  Əgər  “şərti  alış”  mənzilə  daxil 

olmanı,  yazışmaların  oxunmasını  və  konstitusiya  ilə  qorunan  digər  hüquqlara 

müdaxiləni nəzərdə tutursa, onda məhkəmə nəzarəti təmin olunmalıdır. Formal tələb 

“protokolun”  doldurulmasından  ibarətdir,  orada  şərti  alışın  nəticələri  qeydə  alınır. 

“Protokol” sonradan cinayət prosesində sübut qismində istifadə oluna bilər. Qanunda 

“şərti  alışın”  həyata  keçirilə  biləcəyi  digər  mümkün  situasiyalar  da  yer  almışdır 

(məsələn,  cinayət  istintaqı  başlandıqda;  “şərti  alışın”  həyata  keçirilməsi  barədə 

məhkəmə və ya cinayət təqibi orqanlarından müraciət alındıqda və s.); lakin bu işin 

məqsədlərinə onların aidiyyəti yoxdur. 

 

C. Həbs qətimkan tədbiri 

 

1. Həbsin əsasları 

 

61.  Keçmiş  Cinayət  Prosessual  Məcəlləsində  (CPM,  2002-ci  ilədək  qüvvədə 



olmuşdur)  müttəhimin  məhkəməyə  gəlməsini  və  ədalət  mühakiməsinin  lazımi 

qaydada həyata keçirilməsini təmin edən bir neçə müvəqqəti tədbirlər nəzərdə tutulur. 

Bu  “preventiv  tədbirlər”  və  ya  “qətimkan  tədbirləri”  şəhəri  və  ya  rayonu  tərk 

etməmək  öhdəliyini,  şəxsi  təhlükəsizliyi,  girov  müqabilində  azad  olunmanı  və  ya 

həbs qətimkan tədbirini özündə ehtiva edir (keçmiş CPM-in 89-cu maddəsi). 

62.  Keçmiş  CPM-ə  əsasən,  həbs  qətimkan  tədbiri  barədə  qərar  prokuror  və  ya 

məhkəmə tərəfindən qəbul oluna bilər (11, 89 və 96-cı maddələr). Qətimkan tədbiri 

qismində  təqsirləndirilən  şəxsi  həbsə  almaq  barədə  qərar  çıxararkən  səlahiyyətli 

orqan  onun  istintaq  və  ya  məhkəmə  araşdırması  zamanı  qaçıb  gizlənəcəyini  və  ya 

həqiqətin  aşkar  edilməsinə  mane  olacağını,  yaxud  da  təkrar  cinayət  törədəcəyini 

“düşünmək  üçün  kifayət  qədər  əsasların”  olub-olmadığını  nəzərdən  keçirməlidir 

(keçmiş CPM-in 89-cu maddəsi). 

63. 14 mart 2001-ci ilədək həbs qətimkan tədbirinə o halda sanksiya verilirdi ki, 

təqsirləndirilən  şəxs  ən  azı  bir  il  azadlıqdan  məhrum  edilmə  cəzası  təyin  edilən 

cinayət əməlini törətməkdə ittiham olunsun və ya işdə “müstəsna hallar” olsun (96-cı 

maddə).  Keçmiş  CPM-ə  əsasən,  səlahiyyətli  orqan  həmçinin  ittihamın  ağırlığını, 

təqsirləndirilən  şəxsin  xarakteri,  peşəsi,  yaşı,  səhhəti,  ailə  vəziyyəti  barədə 

məlumatları və digər halları nəzərə ala bilərdi (keçmiş CPM-in 91-ci maddəsi). 




 

2. Həbs qətimkan tədbirinin müddətləri 

 

64.  Məcəllədə  iki  növ  həbs  qətimkan  tədbiri  arasında  fərq  qoyulur:  birincisi, 



“istintaq dövründə”, yəni səlahiyyətli orqan – polis və ya prokurorluq tərəfindən işin 

istintaqının  aparıldığı  müddətdə  həbs  qətimkan  tədbiri;  və  ikincisi,  “məhkəməyə 

qədər”  (və  ya  “məhkəmə  araşdırması  dövründə”),  yəni  işə  məhkəmədə  baxıldığı 

müddətdə həbs qətimkan tədbiri. Təcrübədə bunlar arasında fərq olmasa da (belə ki, 

məhbus eyni həbs yerində saxlanılır), müddətlərin hesablanmasında fərq var. 

 

a) “İstintaq dövründə” həbs qətimkan tədbirinin müddətləri 

 

65.  Həbsə  alındıqdan  sonra  şübhəli  şəxs  “istintaq  müddətində”  həbsxanaya 



salınır. “İstintaq müddətində” həbsdə saxlanmanın yol verilən maksimal müddəti iki 

aydır, lakin “müstəsna hallarda” bu müddət on səkkiz ayadək uzadıla bilər. Müddətin 

uzadılmasına  iyerarxiya  pillələri  üzrə  yuxarı  prokurorlar  tərəfindən  sanksiya  verilir, 

bunun üçün onlar məhkəməyə müraciət edirlər. “İstintaq dövründə” həbsdə saxlanma 

müddətinin on səkkiz aydan yuxarı artırılması mümkün deyil (keçmiş CPM-in 97-ci 

maddəsi).  “İstintaq  dövründə”  həbsdə  saxlanma  müddəti  prokurorun  işi  birinci 

instansiya  məhkəməsinə  göndərdiyi  gündən  hesablanır  (keçmiş  CPM-in  97-ci 

maddəsi). 

 

b)  “Məhkəməyə  qədər”  və  ya  “məhkəmə  araşdırması  dövründə”  həbs 

qətimkan tədbirinin müddətləri 

 

66.  Prokurorun  işi  birinci  instansiya  məhkəməsinə  göndərdiyi  tarixdən 



başlayaraq  müttəhim  barəsindəki  həbs  qətimkan  tədbiri  “məhkəməyə  qədər”  və  ya 

“məhkəmə  araşdırması  dövründə”  həbs  qətimkan  tədbiri  sayılır.  14  mart  2001-ci 

ilədək  keçmiş  CPM-də  “məhkəmə  araşdırması  dövründə”  həbsdə  saxlanma 

müddətinə  məhdudiyyət  qoyulmurdu.  Məhkəmə  araşdırması  hər  hansı  müddətlə 

məhdudlaşdırılmırdı  (hərçənd,  hakim  işin  materiallarını  prokurordan  aldıqdan  sonra 

məhkəmə araşdırmasına müəyyən müddət ərzində başlamalı idi). 

 

3. Həbsin qanuniliyinin araşdırılması üzrə icraat 

 

a) “İstintaq dövründə” həbs qətimkan tədbiri 

 

67.  Həbs  olunmuş  şəxs,  yaxud  onun  vəkili  və  ya  nümayəndəsi  həbs  barədə  və 



sonradan  həbs  müddətinin  uzadılması  barədə  prokurorun  verdiyi  qərardan 

məhkəməyə şikayət edə bilərlər. Hakim müvafiq sənədləri aldıqdan sonra üç gündən 

gec  olmayaraq  həbs  barədə  və  ya  həbs  müddətinin  uzadılması  barədə  qərarın 

qanuniliyini  və  əsaslılığını  yoxlamalıdır.  Hakim  ya  şikayəti  rədd  etməli,  ya  da 

məhkəməyə qədər həbsdə saxlanma qərarını ləğv etməli və həbs olunmuş şəxsin azad 

edilməsi barədə qərar çıxarmalıdır (220-1 və 220-2-ci maddə). 

68. Hakimin qərarından yuxarı məhkəməyə şikayət verilə bilər. Bu şikayətə işin 

mahiyyəti  üzrə  məhkəmə  qərarından  verilən  apellyasiya  şikayəti  ilə  eyni  müddət 

ərzində baxılır (331-ci maddə). 

 

b) Məhkəmə araşdırması dövründə həbs qətimkan tədbiri 

 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə