MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   ...   4   5   6   7   8   9   10   11   12

onun  sağlamlıq  durumunu  ağırlaşdırmış  və  digər  xəstəliklərə,  xüsusən  mütəmadi 

pnevmoniyaya  tutulma  ehtimalını  artırmışdır.  Bir  dəfə  yüksək  hərarəti  olan  ərizəçi 

irinli pasiyentlərin saxlandığı xəstəxana kamerasına yerləşdirilmişdir. 1999-cu ildə o, 

bronxo-pnevmoniya ilə xəstələnmiş, lakin yalnız on gün sonra müalicə almışdır. İndi 

Məhkəmə,  ərizəçinin  bildirdiyi  kimi,  işin  digər  müvafiq  halları  ilə  birlikdə 

götürülməklə bu faktların “qeyri-insani və ya ləyaqəti alçaldan rəftar” hesab edilməsi 

məsələsini araşdıracaqdır. 

 

b) Şikayətin araşdırılması 

 

90. Məhkəmə xatırladır ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin 



ən  əsas  dəyərlərindən  birini  təsbit  edir.  O,  qurbanın  davranışından  asılı  olmayaraq, 

işgəncəni, qeyri-insani və  ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq ifadələrlə 

qadağan  edir  doğurur  (bax:  Labita  İtaliyaya  qarşı,  6  aprel  2000-ci  il  tarixli  qərar, 

Məhkəmə qərarları toplusu, 2000-IV, §119).  

91. 90. Məhkəmə daha sonra xatırladır ki, onun presedent hüququna əsasən, pis 

rəftarın  3-cü  maddənin  tətbiq  dairəsinə  düşməsi  üçün  o,  minimal  qəddarlıq 

səviyyəsinə  çatmalıdır.  Bu  minimumun  qiymətləndirilməsi  nisbidir;  o,  işin 

hallarından,  məsələn,  rəftarın  davam  etdiyi  müddətdən,  onun  fiziki  və  ruhi 

təsirlərindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundan 

asılıdır  (digər  qərarlar  arasında  bax:  İrlandiya  Birləşmiş  Krallığa  qarşı,  18  yanvar 

1978-ci  il  tarixli  qərar,  A  seriyaları,  c.  25,  s.  65,  b.  162).  Pis  rəftarın  məqsədi,  yəni 

konkret  olaraq  həmin  rəftarın  qurbanın  alçaldılması  və  özünü  aciz  hiss  etməsi 

məqsədi  daşıyıb-daşımaması  də  nəzərə  alınmalı  amildir,  lakin  bu  cür  məqsədin 

olmaması  hökmən  o  demək  deyil  ki,  3-cü  maddənin  pozuntusunun  baş  vermədiyi 

barədə nəticə çıxarılacaqdır (bax: Pirs Yunanıstana qarşı, ərizə Nº 28524/95, 74-cü 

bənd, AİHM 2001-III). 

92.  Müstəsna  hallarda  həbs  olunmuş  şəxsin  səhhəti  onun  həbsdə  saxlanmasına 

qətiyyən  imkan  vermədikdə,  3-cü  maddə  belə  şəxsin  müəyyən  şərtlərlə  azadlığa 

buraxılmasını  tələb  edə  bilər  (bax:  Papon  Fransaya  qarşı  (Nº  1)  (ərizənin 

qəbuledilənliyinə  dair  qərar),  ərizə  Nº  64666/01,  CEDH  2001-VI;  Pribke  İtaliyaya 



qarşı  (ərizənin  qəbuledilənliyinə  dair  qərar),  ərizə  Nº  48799/99,  5  aprel  2001). 

Ərizəçinin səhhətinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə bağlı üç 

konkret element nəzərdən keçirilməlidir: a)  həbsdə saxlanma yerinin tibbi şəraiti; b) 

həbsdə  saxlanma  yerində  göstərilən  tibbi  yardımın  və  qulluğun  adekvatlığı;  c) 

ərizəçinin  sağlamlıq  durumu  baxımından  həbs  tədbirinin  qüvvədə  saxlanmasının 

məqsədəuyğunluğu (bax: Muisel Fransaya qarşı, ərizə Nº 67263/01, b. 40-42, AİHM 

2002-IX). 

93.  Lakin  3-cü  maddə  həbsdə  saxlanılan  şəxsləri  sağlamlıq  durumu  səbəblərinə 

görə  azad  etməkdən  ibarət  ümumi  öhdəlik  müəyyən  edən  maddə  kimi  şərh  oluna 

bilməz.  Əslində,  o,  dövlətin  üzərinə  azadlıqdan  məhrum  edilmiş  şəxslərin  fiziki 

sağlamlığını  qorumaq  öhdəliyini  qoyur.  Məhkəmə  razılaşır  ki,  həbsxana 

xəstəxanalarındakı  tibbi  yardım  heç  də  həmişə  əhali  üçün  nəzərdə  tutulan  ən  yaxşı 

tibb  müəssisələri  ilə  eyni  səviyyədə  ola  bilməz.  Bununla  belə,  dövlət  həbsdə 

saxlanılan  şəxslərin  sağlamlığının  və  rifahının  lazımi  qaydada  qorunmasını  təmin 

etməli və digər məsələlərə yanaşı, onları zəruri tibbi yardımla təmin etməlidir (bax: 

Kudlya Polşaya qarşı [GC], ərizə Nº 30210/96, b. 94 AİHM 2000-IX; həmçinin bax: 

Hurtado İsveşçrəyə qarşı, 28 yanvar 1994-cü il tarixli qərar, A seriyaları, c. 280-A, 

Komissiyanın rəyi, s. 15-16, b. 79; Kalaşnikov Rusiyaya qarşı, ərizə Nº 47095/99, b. 

95  və  100,  AİHM  2002-VI).  Yuxarıda  adı  çəkilən  Farbtusun  işində  Məhkəmə  qeyd 



etmişdir  ki,  dövlət  orqanları  ciddi  xəstəliyi  olan  şəxsi  həbsxanaya  salmağı  və  orada 

saxlamağı  qərara  almışlarsa,  onun  əlilliyindən  irəli  gələn  xüsusi  ehtiyaclarına  cavab 

verən həbsxana şəraitinin təmin olunmasına xüsusi diqqət göstərməlidirlər (b. 56). 

94.  Hazırkı  işə  gəldikdə,  Məhkəmə  xatırladır  ki,  müxtəlif  tibbi  mənbələrdən 

alınan  sübutlar  təsdiq  edir  ki,  ərizəçinin  mütəmadi  tibbi  qulluq  tələb  edən  bir  neçə 

ciddi  xəstəliyi  olub.  Lakin  prinsipcə  ərizəçinin  xəstəliklərinin  onun  həbsdə 

saxlanmasına imkan vermədiyini düşünməyə heç bir əsas  yoxdur. Həbsdə saxlanma 

yerində tibb bölməsi olub, ərizəçi bir neçə dəfə oraya  yerləşdirilib və güman etmək 

olar ki, onun xəstəlikləri həmin bölmədəki şərait çərçivəsində müalicə oluna bilərdi. 

95. Eyni zamanda, Məhkəmə ərizəçiyə zəruri tibbi yardım göstərilmədiyi barədə 

gəldiyi  nəticəni  qeyd  edir.  Hətta  həbsxana  xəstəxanasında  olduğu  müddətdə  ərizəçi 

oradakı tibbi şəraitin doğurduğu fiziki nəticələrdən açıq-aydın əziyyət çəkirdi. Həmin 

şəraitin  doğurduğu  ruhi  nəticələrə  gəldikdə,  yəqin  ki,  ərizəçi  bilirdi  ki,  o,  istənilən 

anda çox ciddi nəticələrə səbəb ola bilən ağır vəziyyətə düşə və təxirəsalınmaz tibbi 

yardıma ehtiyac duya bilər və bu zaman ona heç bir ixtisaslı yardım göstərilməyəcək 

(yuxarıda  29-cu  bəndə  və  ondan  sonrakı  bəndlərə  bax).  Həbsxana  mərkəzinin 

müvafiq orqanları nəinki ərizəçinin müvafiq tibbi yardım almasına imkan verməmiş, 

hətta  onun  digər  mənbələrdən  həmin  yardımı  almasına  da  imkan  yaratmamışlar 

(yuxarıda  27-ci  bəndə  bax).  Bu,  yəqin  ki,  onun  ciddi  həyəcan  keçirməsinə  səbəb 

olmuşdur. 

96.  Üstəlik,  ərizəçi  HİV  daşıyıcısı  idi  və  ciddi  ruhi  çatışmazlıqdan  əziyyət 

çəkirdi. Bu, həbsdə olduğu müddətdə ondakı istənilən xəstəliklə bağlı riskləri artırır 

və  onun  bu  məsələ  ilə  bağlı  qorxularını  gücləndirirdi.  Belə  vəziyyətdə  vaxtında  və 

ixtisaslı  tibbi  yardımın  göstərilməməsi,  habelə  onun  sağlamlıq  durumunun  müstəqil 

tibbi müayinədən keçirilməsinə müvafiq orqanların icazə verməməsi onda elə güclü 

köməksizlik  hissi  yaratmışdı  ki,  ərizəçidə  bu  hissin  yaranmasına  və  onun  fiziki 

iztirablarına  səbəb  olmuş  rəftar  3-cü  maddədə  nəzərdə  tutulmuş  ləyaqəti  alçaldan 

rəftar sayıla bilər. 

97.  Müvafiq  surətdə,  bu  məsələ  ilə  bağlı  Konvensiyanın  3-cü  maddəsi 

pozulmuşdur. 

 

2. Həbsdə saxlanma yerindəki ümumi şərait 

 

98.  Moskvadakı  48/1  saylı  həbsdə  saxlanma  yerindəki  və  orada  olan  xəstəxana 



bölməsindəki  ümumi  şəraitlə  bağlı  ərizəçinin  şikayətinə  gəldikdə,  Məhkəmə  hesab 

edir  ki,  orada  lazımi  tibbi  yardımın  olmaması  barədə  3-cü  maddə  çərçivəsində 

Məhkəmənin  gəldiyi  nəticələri  nəzərə  alaraq,  həbsdə  saxlanma  yerindəki  ümumi 

şəraitlə bağlı şikayəti araşdırmağa ehtiyac yoxdur. 

 

III.  KONVENSİYANIN  5-ci  MADDƏSİNİN  3-cü  BƏNDİNİN  İDDİA 

EDİLƏN POZUNTUSU 

 

99.  Ərizəçi  şikayət  etdi  ki,  onun  barəsindəki  həbs  qətimkan  tədbirinin  müddəti 



ağlabatan müddət həddini aşıb və əsassız olub. O, bu məsələ ilə bağlı Konvensiyanın 

5-ci maddəsinin 3-cü bəndinə istinad etdi, həmin bənddə deyilir: 

 

“Bu  maddənin  1-ci  bəndinin  “c”  yarımbəndinə  müvafiq  olaraq  tutulmuş  və  ya  həbsə 



alınmış  hər  kəs  ...  ağlabatan  müddət  ərzində  məhkəmə  araşdırması  və  ya  məhkəməyə 

qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının 

təqdim edilməsi ilə şərtləndirilə bilər”. 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə