MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   ...   4   5   6   7   8   9   10   11   12

qərara yenidən baxılması hüququna hər hansı məhdudiyyət qoyulmayıb (yuxarıda 61-

ci bəndə və ondan sonrakı bəndlərə bax): həmin qanunvericilikdə müəyyən edilməyib 

ki,  birinci  instansiya  məhkəməsi  müttəhimin  məhkəməyə  qədər  həbsdə  qalması 

məsələsinə neçə dəfə qayıda bilər. Prinsipcə, müdafiə tərəfi ərizəçinin azad olunması 

barədə  istədiyi  qədər,  hətta  lazım  bilsə  hər  gün  müraciət  edə  bilərdi.  Beləliklə, 

qanunda  ərizəçinin  azad  edilmək  barədə  yeni  vəsatəti  nə  vaxt  təqdim  etməsinə  dair 

aydın göstəriş yox idi. 

118.  Faktiki  olaraq  yeni  vəsatət  21  aprel  1999-cu  ildə  –  rayon  məhkəməsi  bu 

məsələ barədə qərarını elan etdikdən bir ay sonra verilmişdi. Həmin vəsatətdə ərizəçi 

səhhətinin  pis  olduğunu  qeyd  etmişdi.  Məhkəmənin  fikrincə,  bu  arqument  həbs 

barədə qərara yenidən baxılması üçün yeni hal sayıla bilər (xüsusən nəzərə alsaq ki, 

həbsdə  saxlanma  barədə  əvvəlki  məhkəmə  qərarı  əsaslandırılmamışdı  və  ərizəçi  bu 

məsələ  ilə  bağlı  əsaslı  iddia  irəli  sürmüşdü  –  yuxarıda  83  və  84-cü  bəndlərə  bax). 

Belə  olan  halda  Məhkəmə  bu  qənaətə  gəlir  ki,  ərizəçi  həbs  barədə  qərara  yenidən 

baxılması  hüququndan  sui-istifadə  etməyib  və  azad  edilmək  barədə  vəsatətinə  qısa 

müddətdə cavab gözləməkdə haqlı olub. 

119. Lakin rayon məhkəməsi azad edilmək barədə vəsatətə yalnız işin mahiyyəti 

üzrə  növbəti  iclasda  baxıb,  bu  tarix  məhkəmə  araşdırmasının  tələbatlarına  əsasən 

müəyyən  edilmişdi.  Vəsatətin  təqdim  edildiyi  andan  ona  məhkəmə  tərəfindən 

baxıldığı  tarixədək  üç  aydan  artıq  vaxt  keçmişdi.  Ekspert  müayinəsinin  nəticələrini 

almazdan  əvvəl  məhkəmə  iclası  keçirməyə  ehtiyac  olmadığı  barədə  Hökumətin 

arqumenti  Məhkəməyə  inandırıcı  görünmədi.  Bəlkə  də,  işin  mahiyyəti  üzrə  növbəti 

iclasın  vaxt  qrafiki  baxımından  bu  fikirlə  razılaşmaq  olar,  lakin  ərizəçinin  azad 

edilmək  barədə  vəsatətinə  baxılmasının  müddəti  baxımından  bu  fikirlə  razılaşmaq 

olmaz. Hökumət yubanma ilə bağlı hər hansı inandırıcı əsas gətirmədi və yubanmaya 

görə ərizəçinin hər hansı şəkildə təqsirkar olduğuna dair heç bir sübut yoxdur. 

120.  Məhkəmə  bu  qənaətə  gəlir  ki,  azad  edilmək  barədə  21  aprel  1999-cu  il 

tarixli vəsatətə baxılması əsassız olaraq yubadılıb və müvafiq surətdə, bu məsələdə 5-

ci maddənin 4-cü bəndi pozulub. 

 

b) Azad edilmək barədə 17 sentyabr 1999-cu il tarixli vəsatətə baxılmasının 



yubadılması haqqında 

 

121.  Azad  edilmək  barədə  ikinci  vəsatətə  gəldikdə,  Məhkəmə  qeyd  edir  ki,  27 



iyul  1999-cu  ildə  Butırski  rayon  məhkəməsi  qərara  alıb  ki,  ərizəçi  həbsxanada 

qalmalıdır. Bu qərar da əsaslandırılmayıb və orada həbsin müddəti göstərilməyib. Bu 

qərardan  1  ay  21  gün  sonra  –  17  sentyabr  1999-cu  ildə  ərizəçinin  nümayəndəsi 

ərizəçinin  azad  edilməsi  barədə  rayon  məhkəməsinə  vəsatət  verib.  Ona  1  ay  24 

gündən  sonra  baxılıb.  Yuxarıda  117-ci  bənddə  və  ondan  sonrakı  bəndlərdə  qeyd 

edilən mülahizələri nəzərə alaraq, Məhkəmə bu qənaətə gəlir ki, azad edilmək barədə 

ikinci  vəsatətə  baxılması  əsassız  olaraq  yubadılıb.  Buna  görə  də,  bu  məsələdə  5-ci 

maddənin 4-cü bəndi pozulub. 

 

c) Apellyasiya məhkəməsinə müraciət etmək imkanı haqqında 

 

122. Ərizəçi sonda iddia etdi ki, onun həbsdə qalmaqda davam etməsinə sanksiya 



verən 27 iyul 1999-cu il tarixli məhkəmə qərarına qarşı verdiyi apellyasiya şikayətinə 

ikinci instansiya məhkəməsi tərəfindən baxılmayıb. 

123.  Məhkəmə  diqqəti  Hökumətin  belə  bir  arqumentinə  cəlb  edir  ki,  30  iyul 

1999-cu  ildə  ərizəçinin  vəkili  tərəfindən  verilmiş  apellyasiya  şikayətində  birinci 




instansiya məhkəməsinin həbs qətimkan tədbiri ilə bağlı qərarına yenidən baxılması 

barədə  xahiş  yoxdur.  Lakin  Məhkəmənin  sərəncamında  olan  sənədlər  bunun  əksinə 

dəlalət edir. Doğrudur, 30 iyul 1999-cu il tarixli xüsusi apellyasiya şikayətində əsasən 

ərizəçinin  ruhi  sağlamlığı  məsələsinə  toxunulur.  Lakin  orada  ərizəçinin  həbsdə 

saxlanmasına da toxunulur: şikayətin mahiyyətində birinci instansiya məhkəməsinin 

qərarına  yenidən  baxılması  barədə  açıq-aydın  xahiş  vardır  (yuxarıda  17-ci  bəndə 

bax). 

124. Məhkəmə xatırladır ki, daxili qanunvericilikdə apellyasiya sistemi nəzərdə 



tutulubsa,  apellyasiya  orqanı  da  5-ci  maddənin  4-cü  bəndinin  tələblərinə  riayət 

etməlidir (bax: Tot Avstriyaya qarşı, 12 dekabr 1991-ci il tarixli məhkəmə qərarı, A 

seriyaları,  c.  224,  b.  84).  Buna  görə  də,  ərizəçinin  27  iyul  1999-cu  il  tarixli  qərara 

qarşı vəsatətinə baxılmaması onun 5-ci maddənin 4-cü bəndi ilə təmin edilən həbsinin 

qanuniliyinə yenidən baxılması hüququnun pozuntusunu təşkil edir. 

 

V. KONVENSİYANIN 6-cı MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU 

 

125.  Ərizəçi  ona  qarşı  cinayət  prosesinin  ədalətsizliyindən  şikayət  etdi.  O, 



konkret  olaraq  iddia  etdi  ki,  onu  narkotik  maddələrin  əldə  edilməsi  və  satışı 

cinayətlərini  törətməyə  öz  agentləri  xanım  T.-nin  vasitəsilə  hərəkət  etmiş  polis 

əməkdaşları  təhrik  ediblər.  O,  bu  məsələ  ilə  bağlı  Konvensiyanın  6-cı  maddəsinə 

istinad etdi, həmin maddənin bu işə aidiyyəti olan hissəsində deyilir: 

 

“Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... ağlabatan müddətdə 



işinin ədalətli ... araşdırılması hüququna malikdir. 

... 


3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir: 

... 


b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq ...”. 

 

A. Tərəflərin arqumentləri 

 

126.  Hökumət  iddia  etdi  ki,  ərizəçinin  hüquqları  pozulmayıb.  O,  qeyd  etdi  ki, 



“şərti alış” və ya dövlətdaxili terminlə desək, “əməliyyat eksperimenti” cinayətkarlığa 

qarşı  mübarizədə  məqsədəuyğun  metoddur;  Rusiya  qanunvericiliyinə  əsasən  belə 

“eksperimentlər”  zamanı  əldə  edilən  dəlillər  sübut  qismində  qəbul  edilə  və  hüquq 

pozuntusu törətmiş şəxsin məhkum olunmasına səbəb ola bilər. O, həmçinin bildirdi 

ki,  “şərti  alış  həyata  keçirilməzdən  əvvəl  polisin  sərəncamında  ərizəçinin  narkotik 

maddələrlə bağlı qanunsuz hərəkətlər törətməsi barədə hansı konkret informasiyanın 

olması  məsələsi  bu  cinayət  işində  sübutetmə  predmeti  deyildi”.  Şərti  alış  qanuni 

əsasda  həyata  keçirilmişdi  və  bu  yolla  əldə  edilmiş  sübutlar  lazımi  qaydada  işin 

materiallarına  daxil  edilmişdi.  Şahid  T.  bilirdi  ki,  ərizəçi  narkotik  maddə  alveri  ilə 

məşğuldur.  O,  şərti  alışda  iştirak  etməyə  razılıq  vermiş  və  ərizəçidən  narkotik 

maddələr almaq üçün ona heç bir təzyiq göstərməmişdi. 

127. Ərizəçi öz şikayətlərində israr etdi. O, 11 noyabr 1999-cu il tarixli məhkəmə 

qərarına istinadən iddia etdi ki, onun məhkum olunması yalnız “şərti alış” vasitəsilə 

əldə  edilmiş  sübutlara  əsaslanıb.  O,  qeyd  etdi  ki,  daxili  qanunvericilik  yalnız 

cinayətkar  fəaliyyətlərdə  iştirak  edən  şəxsə  qarşı  artıq  mövcud  olan  şübhəni  təsdiq 

etmək lazım gəldikdə “eksperimentlər” aparmağa icazə verir. Lakin sözügedən polis 

əməliyyatı ərizəçinin cinayət əməli barədə polisdə hər hansı məlumat olmadığı halda 

planlaşdırılmış və həyata keçirilmişdi, halbuki ərizəçi indiyədək cinayət törətməmişdi 

və onun barəsində qarşı ibtidai istintaq başlanmamışdı. Ərizəçi iddia etdi ki, onun işi 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə