MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   ...   4   5   6   7   8   9   10   11   12

yerinin və sabit ailə əlaqələrinin olması faktı onun azad edilmək barədə vəsatətlərinə 

diqqətlə baxılmasını və məhkəmə qərarlarında onların diqqətlə təhlil olunmasını tələb 

edirdi.  Belə  görünür  ki,  qərarların  əsaslandırılmaması  təsadüfi  və  ya  qısamüddətli 

səhv  deyil  və  azad  edilmək  barədə  müraciətlərə  bu  cür  baxılması  adət  şəklini  alıb. 

Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin məhkəməyə qədər istintaq 

müddətində  həbsdə  saxlanmasına  “müvafiq  və  yetərli”  əsaslarla  haqq  qazandırmaq 

mümkün deyil. 

109. Beləliklə, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi pozulmuşdur. 



 

IV.  KONVENSİYANIN  5-ci  MADDƏSİNİN  4-cü  BƏNDİNİN  İDDİA 

EDİLƏN POZUNTUSU 

 

110.  Ərizəçi  şikayət  etdi  ki,  daxili  məhkəmələr  onun  azad  edilmək  barədə  21 



aprel və 17 sentyabr 1999-cu il tarixli vəsatətlərinə “təxirə salınmadan” baxmayıblar. 

O, həmçinin şikayət etdi ki, onun Moskva şəhər məhkəməsinə 4 və 17 avqust 1999-cu 

ildə  verdiyi  apellyasiya  şikayətlərinə  baxılmayıb.  O,  bu  məsələ  ilə  bağlı 

Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə istinad etdi, həmin bənddə deyilir

 

“Tutulma  və  ya  həbsə  alınma  nəticəsində  azadlıqdan  məhrum  edilmiş  hər  kəs  həbsə 



alınmasının  qanuniliyinə  məhkəmə  tərəfindən  təxirə  salınmadan  baxılması  hüququna  və 

əgər  onun  həbsi  məhkəmə  tərəfindən  qanunsuz  hesab  edilibsə,  azad  edilmək  hüququna 

malikdir”. 

 

A. Tərəflərin arqumentləri 

 

111.  Ərizəçinin  azad  edilmək  barədə  müraciətlərinə  gec  baxılmasına  gəldikdə, 



Hökumət  qeyd  etdi  ki,  17  mart  1999-cu  ildə  müvafiq  məhkəmə  ərizəçinin  ruhi 

sağlamlığının əlavə müayinəsini təyin etmişdir. Nəticədə iş təxirə salınmışdır. Buna 

görə  də  azad  edilmək  barədə  21  aprel  1999-cu  il  tarixli  vəsatət  məhkəmə  iclasının 

keçirilmədiyi  dövrə  təsadüf  edir.  Məhkəmə  ekspert  müayinəsinin  nəticələrini  alan 

kimi  məhkəmə  iclasının  vaxtını  təyin  etmiş  və  həmin  iclasda  vəsatətə  baxmışdır. 

Azad edilmək barədə 17 sentyabr 1999-cu il tarixli vəsatətə münasibətdə də eyni hal 

baş  vermişdir:  həmin  vəsatət  məhkəmənin  ərizəçinin  sağlamlıq  durumu  ilə  bağlı 

dördüncü  ekspert  müayinəsinin  nəticələrini  gözlədiyi  müddətdə  verilmişdir.  17 

sentyabr  1999-cu  il  tarixli  vəsatətə  11  noyabr  1999-cu  ildə  işin  mahiyyəti  üzrə 

növbəti məhkəmə iclasında baxılmışdır. 

112.  Hökumət  daha  sonra  iddia  etdi  ki,  27  iyul  1999-cu  il  tarixli  məhkəmə 

iclasında müdafiə tərəfi ərizəçinin azad edilməsi barədə heç bir vəsatət verməyib. 27 

iyul  1999-cu  il  tarixli  vəsatəti  məhkəmə  faktiki  olaraq  2  avqust  1999-cu  ildə  alıb. 

Müvafiq  surətdə  Moskva  şəhər  məhkəməsi  sədrinin  müavininə  və  Ali  Məhkəmənin 

sədrinə  verilmiş  15  və  17  sentyabr  1999-cu  il  tarixli  vəsatətlərə  gəldikdə,  onlar 

“müəyyən olunmuş qaydada” Moskvanın Butırski rayon məhkəməsinə göndərilib və 

“işin materiallarına daxil edilib”. 

113.  Moskva  şəhər  məhkəməsinin  30  iyul  1999-cu  il  tarixli  apellyasiya 

şikayətinə  baxmadığı  barədə  iddiaya  gəldikdə,  Hökumət  iddia  etdi  ki,  bu,  həbsdə 

saxlanma  məsələsi  ilə  deyil,  yalnız  ərizəçinin  sağlamlıq  durumu  ilə  bağlı  digər  bir 

ekspert müayinəsinə ehtiyac olması ilə əlaqədar idi. 

114. Ərizəçi şikayətində israr etdi, lakin məsələyə aid hər hansı arqument təqdim 

etmədi. O, israrla bildirdi ki, onun həbs müddətinin uzadılması barədə 27 iyul 1999-



cu  il  tarixli  qərardan  vəkili  və  hüquqi  nümayəndələri  apellyasiya  məhkəməsinə 

şikayət vermişdilər, lakin həmin şikayətə baxılmayıb. 

 

B. Məhkəmənin qiymətləndirməsi 

 

1. Ümumi prinsiplər 

 

115.  Məhkəmə  xatırladır  ki,  5-ci  maddənin  4-cü  bəndi  həbsə  alınmanın 



“qanuniliyinə  məhkəmə  tərəfindən  təxirə  salınmadan  baxılmasını”  nəzərdə  tutur 

(kursiv  sonradan  əlavə  olunmuşdur).  Bu  tələbin  iki  aspekti  var:  birincisi,  həbsin 

qanuniliyinə məhkəmə tərəfindən yenidən baxılması şəxs həbsə alındıqdan sonra tez 

bir  zamanda  baş  verməlidir  və  bundan  sonra  zərurət  yarandıqda  yenidən  baxılma 

ağlabatan  intervallarla  təkrar  olunmalıdır.  İkincisi,  yenidən  baxılma  prosesi  lazımi 

səylə  həyata  keçirilməlidir.  Bundan  başqa,  Məhkəmə  xatırladır  ki,  daxili 

qanunvericilikdə  apellyasiya  sistemi  nəzərdə  tutulubsa,  apellyasiya  orqanı  da  5-ci 

maddənin  4-cü  bəndinin  tələblərinə  riayət  etməlidir  (bax:  Qrauzinis  Litvaya  qarşı

ərizə Nº 37975/97, 10 oktyabr 2000, b. 30-32). Bu, xüsusən həbsə alma barədə qərar 

çıxarmış  aşağı  məhkəmələrin  qərarlarına  apellyasiya  orqanı  tərəfindən  yenidən 

baxılmasının tez həyata keçirilməsinə aiddir. 

116.  Şəxsin  azad  edilmək  barədə  müraciətlərinə  “təxirə  salınmadan  baxılması” 

hüququna hörmət edilib-edilməməsi hər bir işin konkret hallarının işığında müəyyən 

edilir; mürəkkəb işlərdə azad edilmək barədə müraciətə baxılması adi işlərə nisbətən 

daha  çox  vaxt  apara  bilər.  Baranovski  Polşaya  qarşı  məhkəmə  işində  (ərizə  Nº 

28358/95,  AİHM  2000-III)  daxili  məhkəmələrin  azad  edilmək  barədə  vəsatətə 

baxması beş ay çəkmişdi. Hökumət sübut etmişdi ki, daxili məhkəmə azad edilmək 

barədə  birinci  vəsatətə  onun  təqdim  edilməsindən  sonra  ən  qısa  müddətdə  baxıb  və 

sonradan  o,  müvafiq  vəsatətlərə  baxılmasını  beş  dəfə  təxirə  salıb,  çünki  hələ  üç 

ekspertdən  ifadə  alınmalı  idi.  Lakin  bu  arqumentlərə  baxmayaraq,  Məhkəmə  5-ci 

maddənin 4-cü bəndinin pozulduğunu müəyyən etdi. Əcnəbilərin ölkədən çıxarılması 

üçün  həbsdə  saxlanması  ilə  əlaqədar  olan  Semi  Niderlanda  qarşı  məhkəmə  işində 

(ərizə Nº 36499/97, ərizənin qəbuledilənliyi barədə 4 dekabr 2001-ci il tarixli qərar) 

Məhkəmə müəyyən etdi ki, 25 günlük müddət 5-ci maddənin 4-cü bəndinə uyğundur. 

Eyni  zamanda,  Rebok  Sloveniyaya  qarşı  məhkəmə işində  (ərizə  Nº  29462/95,  b.  85, 

AİHM  2000-XII)  Məhkəmə  müəyyən  etdi  ki,  azad  edilmək  barədə  vəsatətə  həmin 

vəsatət birinci instansiya məhkəməsinə verildikdən sonra 23 gün müddətində baxılıb 

və  bu,  5-ci  maddənin  4-cü  bəndinin  tələb  etdiyi  “təxirə  salınmadan”  baxılma  sayıla 

bilməz. Digər bir işdə vəsatətə baxılmasının on yeddi gün yubadılması həmin bəndə 

zidd  hesab  edildi  (bax:  Kadem  Maltaya  qarşı,  ərizə  Nº  55263/00,  b.  43,  9  yanvar 

2003). 

 

2. Ümumi prinsiplərin bu işə tətbiqi 



 

a)  Azad  edilmək  barədə  21  aprel  1999-cu  il  tarixli  vəsatətə  baxılmasının 

yubadılması haqqında 

 

117. Məhkəmə qeyd edir ki, 17 mart 1999-cu ildə rayon məhkəməsi qərara alıb 



ki,  ərizəçi  məhkəməyə  qədər  həbsdə  qalmalıdır.  Lakin  o,  ərizəçinin  davamlı  olaraq 

həbsdə  saxlanmasının  səbəblərini  göstərməyib  və  həbsdə  saxlanmanın  hər  hansı 

müddətini  də  müəyyən  etməyib.  Məhkəmə  daha  sonra  qeyd  edir  ki,  bu  hala  tətbiq 

edilə  bilən  qanunvericilikdən  belə  çıxır  ki,  ərizəçinin  həbsdə  saxlanılması  barədə 




Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə