Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə250/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   246   247   248   249   250   251   252   253   ...   265

Gülüstan müqaviləsi 

 

565



müqaviləsinin imzalanmasından və qarşılıqlı  şəkildə  təsdiqlənməsindən 

sonra qəbul edilə bilər (87).  

General Rtişşev  şah sarayının  irəli sürdüyü yeni təkliflərlə 

münasibətini növbəti məktubunda yazıb  şah elçisi Məhəmmədəli bəy 

vasitəsilə geri, Qor Uzeleyə göndərdi. Məhəmmədəli bəylə birlikdə 

Cənubi Qafqazdakı rus qoşunlarının növbətçi generalı  vəzifəsini icra 

edən mayor Mandrıkin də Qacar sarayına göndərildi. Qacar sarayı 

tərəfindən sülh müzakirələrinin başlanmasına qərar verilsəydi mayor 

Mandrıkin Mirzə  Əbülhəsən xanın heyətini Gülüstana kimi müşayiət 

etməli idi. Qor Uzeleyə göndərdiyi məktubunda general Rtişşev bir daha 

bildirdi ki, Qacar sarayının irəli sürdüyü  son təkliflər qəbul edilməzdir 

və əgər Qacar heyəti yalnız həmin təkliflərin nəzərə alınacağı şərtilə sülh 

müzakirələrinə yollanmaq istəyirsə, bunun bir nəticəsi olmayacaqdır və 

o, ümumiyyətlə müzakirə yerinə gəlməyəcəkdir. General Rtişşev ser Qor 

Uzeleydən bir daha bu məsələ ilə məşğul olmağı və Qacar sarayının öz 

mövqeyini dəyişməyəcəyi təqdirdə mayor Mandrıkini geri yola salmağı 

xahiş etdi (88). 

General Rtişşev bu dəfə də şərtlərini Qacar sarayına qəbul etdirməyə 

müvəffəq oldu. Onun yazışmalarından aydın olur ki, 1813-cü il sentyabr 

ayının  əvvəllərində ingilis elçisi Qor Uzeleydən məktub aldı  və Qor 

Uzeleyin Qacar sarayında apardığı  işlərdən məlumatlandı. Qor Uzeley 

ona Qacar sarayının irəli sürülən bütün təkliflərlə razılaşmasını açıqladı. 

Müqavilə imzalanmasından sonra Rusiyanın bəzi əraziləri boşaltmasının 

çətinliyi barəsində maddəyə gəlincə isə, ingilis elçisi bildirirdi ki, general 

Rtişşev həmin maddəni dəyişə bilər. Baş komandan  təkliflərini qəbul 

edilməsini şah sarayının Rusiya təklifləri qarşısında güzəştə getməsi kimi 

qəbul etdi. O bəyan edirdi ki, Qacar sarayı Rusiyanın gücü qarşısında 

güzəştə getmək məcburiyyətində qalmışdı. Bu baxımdan o, rus 

eskadrilyasının Lənkərana çıxarılmasını Rusiyanın gücünün nümayişi 

kimi dəyərləndirirdi. Onun fikrincə,  şah sarayı rus hərbi gəmilərinin 

Xəzər dənizinin cənubuna doğru irəliləyəcəyindən ehtiyat edirdi və ona 

görə  də sülh müqaviləsinin imzalanmasına razı oldu. Qacar sarayı da-

nışıqların nə vaxt başlaması haqqında da qərarını açıqladı. Gözlənilirdi 

ki, Mirzə  Əbülhəsən xan sentyabrın 20-də Gülüstana yetişəcək. Onun 

yetişməsi ilə də danışıqlar başlana bilərdi. Bununla belə, general Rtişşev 

şah sarayının sülh müzakirələrindən yayınmağa cəhd göstərməsini də 

istisna etmirdi. Bunun üçün əslində  səbəb də var idi. Sülh müqaviləsi 

Qacar sarayı  tərəfindən arzu olunmayan şərtlər üzərində qurulmuşdu. 

General Rtişşev həm də ehtiyat edirdi ki, 50 günlük barışıqdan istifadə 

edərək Qacar sarayı yeni döyüşlərə hazırlaşmağa başlaya bilər. Ona görə 




Mehman Süleymanov 

 

566



də general Rtişşev rus qoşunlarına da döyüşə tam hazır vəziyyətdə olmaq 

tapşırığı verdi. General Rtişşev onu da istisna etmirdi ki, şah sarayı 

danışıqlara başlamaqla vaxt udmaq istəyir.  Şah sarayının müqavilənin 

imzalanmasına meylli olmayacağı halda general Rtişşev sülh müzaki-

rələrini dərhal dayandıracağını  və Qacar sarayını sülh müqaviləsini 

imzalamağa məcbur etmək üçün yenidən silaha əl atacağını bildirdi (89). 

 

 

 



Mirzə Əbülhəsən xan 

 



Gülüstan müqaviləsi 

 

567



Hər halda Qacar sarayı  çıxılmaz vəziyyətdə qalaraq sülh mü-

zakirələrinin başlanmasına qərar verdi. Sülh müzakirələrinin aparıl-

masına səlahiyyətli olması barəsində  şah sarayı  tərəfindən Mirzə 

Əbülhəsən xana fərman verildi və o, heyəti ilə birlikdə Gülüstan kəndinə 

yola salındı. General Rtişşev isə sentyabr ayının 10-da sülh müzaki-

rələrinin aparılması üçün Tiflisdən Gülüstana doğru irəliləməyə başladı 

və sentyabr ayının 21-də Gülüstana yetişdi. O dərhal da öz adyutantını və 

kiçik bir silahlı dəstəni Mirzə Əbülhəsən xanın qarşılanmasına göndərdi. 

Mirzə Əbülhəsən xan Qarabağ xanlığı ərazisində ehtiramla qarşılandı və 

Gülüstan kəndinə müşayiət olundu. Gülüstan kəndinə yaxınlaşanda isə 

onun pişvazına bir eskadron çıxarıldı. Bir neçə şah əyanı və 350-yə qədər 

adamla müşayiət olunan Mirzə Əbülhəsən xan nəhayət sentyabrın 27-də 

Gülüstana yetişdi (90).  

Farsdilli mənbə və araşdırmaların məlumatına görə, general Rtişşevin 

xüsusi nümayəndəsi olan yavəri Təbrizə  gəldi ki, şah sarayının nüma-

yəndəsini sülh müqaviləsinin imzalanması üçün Gülüstana müşayiət 

etsin. General Rtişşevin xüsusi nümayəndəsi bir eskadron kazak tərə-

findən müşayiət olunurdu. Xüsusi nümayəndə bölgəyə  gəlmiş olan şah 

tərəfindən də qəbul edildi və  

bununla da əslində  şah sarayının ikitərəfli müqavilə imzalanmasına 

razılığı ifadə olundu. Bundan sonra xüsusi nümayəndə  şah sarayının 

təmsilçisi ilə birlikdə Gülüstana doğru üz tutdu (91). 

Burada sözsüz ki,  söhbət mayor Mandrıkindən gedir. Mayor Mandrı-

kin sentyabr ayının 20-də  Təbrizdən general Rtişşevə  məktub göndərdi 

və bildirdi ki, nümayəndə heyətinin sentyabrın 23-də Gülüstana yetişməsi 

gözlənilir. Elə həmin gün general Rtişşev ingilis elçisi Qor Uzeleydən də 

məktub aldı. Amma şah sarayının nümayəndə heyəti sentyabr ayının 23-

də deyil, yuxarıda qeyd edildiyi kimi, sentyabrın 27-də Gülüstana yetişdi. 

Heyətin yolda ləngiməsinin nə ilə bağlı olduğunu söyləmək çətindir. 

Bununla belə, heyətin səfəri general Rtişşevin nəzarəti altında idi. Araz 

çayının  şimalına adlayandan sonra Mirzə  Əbülhəsən xanın heyəti üç 

yerdə xüsusi şəkildə qarşılandı. Araz çayını adlayanda heyəti general 

Rtişşevin yavəri və kiçik kazak dəstəsi qarşıladı. Gülüstan yaxınlığında 

isə heyətin qarşılanmasına bir eskadron draqun və general Rtişşevin 

dəftərxanasının vəzifəli məmurları göndərildi. General Rtişşev sentyabr 

ayının 21-dən Gülüstanda idi və o dərhal da şah heyətinin yerləşməsi 

üçün xüsusi çadırların qurulmasına göstəriş verdi (92). 

İkitərəfli müqavilənin imzalanması üçün çox fəallıq göstərmiş olan 

ingilis səfiri Qor Uzeley Gülüstan danışıqlarında iştirak etmədi. Müqa-

vilənin hansı  şərtlərlə bağlanacağı artıq ona bəlli idi və  əslində o, 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə