Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə253/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   249   250   251   252   253   254   255   256   ...   265

Mehman Süleymanov 

 

572



peşəkar səviyyədə  tərcüməsinə ehtiyac vardır. Çünki bu mətnin hər 

ifadəsi özlüyündə hüquqi öhdəliklərin daşıyıcısıdır və onların tərcümə-

sindəki yanlışlıq həmin öhdəliklərin lazımınca təsəvvür edilməsini 

çətinləşdirə bilər. 

Müqavilənin sonuncu maddəsindən göründüyü kimi, Gülüstan mü-

qaviləsi rus dilində tərtib olunub və sonra da fars dilinə tərcümə edilibdir. 

Qeyd etmək lazımdır ki, müqavilənin fars dilinə  tərcüməsində kifayət 

qədər sərbəstliyə yol verilib, mətndə fars dilinin üslubiyyatından irəli 

gələn çoxlu təkrar məzmunlu ifadələr işlədilibdir. Sülh müqaviləsinin 

bağlanması üçün aparılan müzakirələrin  şahidi olmuş  İngiltərənin  İran-

dakı elçiliyinin katibi Moriyer də bu məqamı müşahidə edərək yazmışdı 

ki, Gülüstan müqaviləsinin “farsca nüsxəsi İran ibarələri ilə yazılmışdı” 



(100) 

Aşağıda müqavilənin istinad edilən maddələri rusca mətndən tərcümə 

edilmişdir.  

Müqavilənin giriş hissəsi :  

İmperator həzrətləri, ali şöhrətli və qüdrətli hökmdar imperator və 

ümumrusiya hakimi-mütləqi  və alicənab padşah və  İran dövlətinin 

maliki və amiri öz təbəələrinə yüksək hökmdar şəfqəti ilə qarşılıqlı 

səmimi istəklə  onların ürəyincə olmayan müharibə  fəlakətlərinə son 

qoymaq və  qədimdən ümumrusiya  imperiyası  və  İran dövləti arasında 

mövcud olan möhkəm sülhü və xeyirxah dost qonşuluğu bərqərar etmək 

məqsədilə  nəcib qənaətə  gəldilər ki, bu doğru və nicatverici iş üçün: 

Əlahəzrət ümumrusiya imperatoru general-leytenant, Gürcüstanda və 

Qafqaz xəttindəki qoşunların baş komandanı, Həştərxanda, Qafqazda

Gürcüstanda mülki işlər üzrə və bütün sərhəd məsələlər üzrə baş hakimi, 

Xəzər hərbi donanması komandanı, Müqəddəs Aleksandr Nevski 

ordeninin, I dərəcəli Müqəddəs Anna ordeninin, Müqəddəs  Əzabkeş  və 

Qalib Georgi ordeninin 4-cü dərəcəli kavalerini, üzərində  “İgidliyə 

görə” yazısı olan qızıl qılınc sahibi alicənab Nikolay Rtişşevi,Əlahəzrət 

İran padşahı isə özünün yüksək nüfuzlu və yüksək  şərəfli, Türkiyə  və 

İngiltərə saraylarındakı keçmiş fövqəladə  səfiri,  İran  əyanları arasında 

hökmdarın  ən yaxın  əmiri seçilmiş  İran sarayının sirli işlər müşavirini, 

vəzir xanədanına mənsub olan İran sarayında 2-ci dərəcəli  əmir, pad-

şahın xüsusi lütfünə sahib olaraq almazlarla bəzədilmiş  xəncər və 

qılınca,  şal libasa, almazlarla bəzədilmiş at yarağına layiq görülmüş 

Mirzə  Əbülhəsən xanı öz səlahiyyətliləri  təyin etsinlər. Nəticədə biz 

adları yuxarıda çəkilən səlahiyyətlilər Qarabağ vilayətinin Zeyvə çayı 

yaxınlığındakı Gülüstan kəndinə  gələrək vəkalətnamələrin mübadi-

ləsindən sonra bizə verilmiş ixtiyar və yüksək səlahiyyət çərçivəsində hər 



Gülüstan müqaviləsi 

 

573



kəs öz tərəfindən bizim hökmdarlarımız adından qərara alacağımız sülh 

və dostluqla bağlı  hər  şeyi müzakirə edərək aşağıdakı maddələri  əbədi 

olaraq qərara aldıq və təsdiq etdik. 

Müqavilənin rusca mətninin heç bir maddəsində  “İran” kəlməsi 

işlədilməmişdir. Bütün mətn boyu “Persiya” və ondan törəyən sözlər 

işlədilmişdir. Farsca mətndə isə bu sözlər bütün maddələrdə “İran” kimi 

verilmişdir. Giriş hissəsinin ilk cümlələrində  hər iki dövlətin padşahı 

xüsusi epitetlərlə xatırlanır. Qacar sarayı üçün İran padşahının epitetləri 

xüsusi hüquqi anlam və  əhəmiyyət kəsb edirdi. Məlumdur ki, Rusiya 

sarayı  Fətəli  şahı  İran padşahı kimi tanımamışdı. Giriş hissədə  İran 

hökmdarı  İran dövlətinin maliki, amiri, İran dövlətinin təmsilçisi kimi 

qəbul edilirdi. Eyni zamanda burada İran şahının iki dövlət arasında sülh 

müzakirələrinin aparılması üçün səlahiyyətli şəxs təyin etmək səlahiyyəti 

də  təsbit olunmuşdur. Bununla bir növ Qacar sarayı  Fətəli  şahın 

padşahlığının rəsmən tanınmasına Rusiya ilə imzalanan müqavilədə nail 

olmuşdu. Müqavilənin farsca mətnində hökmdarlara daha çox epitetlər 

əlavə edilmişdir. Məsələn, Rusiya imperatoruna fars dilində “cəmcah” 

epiteti şamil edilmişdir. Bu sözün mənası “Cəmşid cəlallı” anlamındadır. 

Müqavilənin rusca mətnində bu ifadə yoxdur. İran şahına isə “ padşah-e 

əzim-e Süleyman cah” epiteti şamil edilmişdir. Bu ifadənin tərcüməsi 

belədir – Süleyman cəlallı böyük padşah. 

Müqavilənin giriş hissəsində bildirilir ki, iki dövlət arasında möhkəm 

sülhün və xeyirxah qonşuluğun bərqərar edilməsi üçün sülh müqavilə-

sinin imzalanması  qərara alındı. Bu ifadələr əslində protokol ifadələrin-

dən başqa bir şey deyildi. Çünki məlumdur ki, Qacar sarayı Rusiya ilə 

sülh müqaviləsinin imzalanmasına getmək istəmirdi və imzalanacaq sülh 

müqaviləsinin də iki dövlət arasında sülh yaradacağına  əmin deyildi. 

Qacar sarayı  hətta sülh müzakirələrinin aparılması zamanı da yeni və 

fərqli bir müqavilənin imzalanması yollarını arayırdı. 

Girişdə dövlət hökmdarları ilə  bərabər, tərəflərin səlahiyyətli 

nümayəndələrinin adlarının qarşısında da bir sıra epitetlər sadalanmışdır. 

Görünür, müqavilədə Rusiyanın səlahiyyətli nümayəndəsi olan general-

leytenant Rtişşevin adının qarşısında bir sıra epitetlərin sadalanacağı şah 

sarayına məlum idi. Ona  görə Mirzə Əbülhəsən xanın adının qarşısında 

hansı epitetlərin sadalanması şah sarayında müəyyən müzakirələrə səbəb 

olmuşdu. Bu məqamla bağlı ingilis elçiliyinin katibi Ceyms Moriyer belə 

yazırdı: “ Rus nümayəndəsi general Rtişşev xüsusi ləqəblər və imtiyazlar 

sahibi idi. İran nümayəndəsi üçün də istəyirdilər ki, bir sıra ləqəblər və 

imtiyazlar tapılsın ki, rusun ləqəblərinin və imtiyazlarının qarşısında 

cilvələnsin. Ona görə müqavilədə  İran nümayəndəsinin qarşısında bu 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə