Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə256/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   252   253   254   255   256   257   258   259   ...   265

Mehman Süleymanov 

 

578



xan bu fikrini şah sarayından aldığı  təlimata  əsasən söyləyirdi. Çünki 

Mirzə  Əbülhəsən xan müqavilənin digər maddələrindən fərqli olaraq 4-

cü maddəsinin məhz onun dediyi kimi təsbit olunmasını istəyirdi və qarşı 

tərəfin bu məsələ ilə bağlı heç bir təklifini və izahatını  qəbul etmədi. 

Mirzə  Əbülhəsən xanın inadkarlığı general Rtişşevin narazılığı ilə 

qarşılaşsa da rus general sülh müqaviləsinin bağlanması naminə  şah 

elçisinin təklifini qəbul etmək məcburiyyətində qaldı. 4-cü maddədə 

konkret ad çəkilmədən Fətəli  şahın övladlarından birinin vəliəhdliyi ta-

nındı  və  zərurət yarananda vəliəhdə silahlı kömək göstərilməsi vəd 

olundu. Müqavilədə şahın vəliəhdi kimi konkret olaraq Abbas Mirzəinin 

adının çəkilməməsinin də öz səbəbi var idi. Mirzə Əbülhəsən xan general 

Rtişşevin nəzərinə çatdırırdı ki, Fətəli  şah çoxdandır ki, Abbas Mİrzəni 

taxt-tac varisi elan etmişdir və bu gün də bu qərar qüvvədədir. Lakin 

Fətəli  şahın oğlan övladları çox idi. Farsdilli tarixçilər öz əsərlərində 

onlardan 60-nın adlarını sadalamışlar və bildirilir ki, bu siyahı heç də tam 

deyildir. Abbas Mirzə şahın 4-cü oğlan övladı idi. Onun özündən böyük 

qardaşları bunlar idilər – Məhəmmədəli Mirzə, Məhəmmədqulu Mirzə və 

Məhəmmədvəli Mirzə. Bu qardaşların arasında yaş  fərqi elə  də böyük 

deyildi. Məsələn, Məhəmmədəli Mirzə cəmi 7 ay Abbas Mirzədən böyük 

idi. Bununla belə irsi hakimiyyətə böyük qardaş daha çox haqlı sayılırdı. 

Abbas Mirzənin vəliəhd elan edilməsi bir tərəfdən onun savadlı  və ba-

carıqlı olması ilə  əlaqələndirilir, bir tərəfdən də  Ağa Məhəmməd  şah 

Qacarın vəziyyəti ilə. Deyilənə görə o, Fətəli  şaha vəsiyyət edibmiş ki, 

taxt-tac vəliəhdi valideynlərinin hər ikisi Qacar tayfasına aid olan övlad 

elan edilsin (104). Fətəli  şahın Qacar tayfasından olan xanımından 

doğulan ilk oğlan övladı Abbas Mirzə idi və Fətəli şah da hakimiyyətin 

bütünlüklə Qacar qanına məxsus övladında qalması üçün Abbas Mirzəni 

vəliəhd elan etdi. Bu isə istər-istəməz digər qardaşlar arasında müəyyən 

narazılıqlara səbəb oldu. Qacar sarayı ehtiyat edirdi ki, Abbas Mirzənin 

taxt-tac varisi kimi hər hansı bir rəsmi sənəddə  təsbit olunması 

qardaşların narazılığının artmasına səbəb ola bilər. Güman edilirdi ki, bu 

narazılıq da Fətəli  şah xanədanı daxilində  və o cümlədən də ölkə 

daxilində sabitliyi poza bilər. Vəliəhdin adının müqavilədə  çəkilmə-

məsinə general Rtişşev heç də etiraz etmədi. Çünki əslində Rusiya tərəfi 

üçün vəlihədin kim olacağı elə  də mühüm deyildi. General Rtişşev 

yazırdı ki, Fətəli şahdan sonra hakimiyyətə iddia edənlər çox olacaqdır. 

Amma kimin gücü və iti qılıncı varsa hakimiyyətə də o yiyələnəcəkdir. 

Belə bir şəraitdə Rusiya isə onun üçün daha münasib olan şahzadələrdən 

birini müdafiə edər və ona hərbi yardım göstərər. Fətəli şahın sağlığında 



Gülüstan müqaviləsi 

 

579



qanuni vəliəhd təyin edildiyi təqdirdə isə bu hadisələr baş verməyə  də 

bilərdi (105). 

Qeyd etmək lazımdır ki, Abbas Mirzə Qacar şahı tərəfindən ölkə taxt-

tacının vəliəhdi kimi elan edilsə də,  Rusiya tərəfindən onun vəliəhdliyi 

bir də 1819-cu ildə tanındı (106).  Müqavilədə Abbas Mirzənin rəsmi 

vəliəhd kimi xatırlanması  İran tərəfindən məqsədəuyğun bilinməsə  də, 

onun Rusiya tərəfindən belə gec tanınması Rusiyanın Abbas Mirzəyə 

müəyyən təzyiq vasitələrinin saxlamaq cəhdi ilə  əlaqələndirilir.  İran 

tarixçilərinin fikrincə, bu maddənin qəbul edilməsi ilə Rusiya İranın 

daxili işlərinə qarışmaq üçün özünə bir yol da saxlamışdı. Yəni, xarici 

düşmənin  İran sarayının daxili işlərinə qarışmasının qarşısının alınması 

bəhanəsi ilə Rusiya İran ərazisinə hərbi qüvvələrini yeritməyə bir əsas da 

yaratmışdı ( 107). 

Beşinci maddə - Rus ticarət gəmilərinin  əvvəlki qayda üzrə  Xəzər 

dənizi sahilləri boyunca üzmək və sahilə yan almaq hüququ verilir. Özü 

də gəmi qəzaları zamanı İran tərəfindən dostluq köməyi göstərilməlidir. 

Belə bir hüquq İran ticarət gəmilərinə də şamil olunur - əvvəlki qayda ilə 

Xəzər dənizində üzsün və Rusiya sərhədlərinə yan alsın. Gəmi qəzaları 

zamanı isə qarşılıqlı olaraq iranlılara hər cürə kömək göstəriləcək. 

Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl olduğu kimi sülh dövrün-

də və hər zaman rus hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. 

Ona görə indi də ona təklikdə  əvvəlki ixtiyar verilir ki, Rusiya 

dövlətindən başqa heç bir dövlət Xəzər dənizində hərbi donanmaya malik 

ola bilməz. 

Bu maddə Xəzər dənizində gəmilərin üzməsinə təminat verilməsi ilə 

bağlı idi. Burada əsas məqam Xəzər dənizində  hərbi gəmilər saxlamaq 

üçün müstəsna hüququn Rusiyaya verilməsi idi. General Rtişşev bu 

barədə  də israrla təklif etdi ki, əvvəllər olduğu kimi yenə  də  Xəzər 

dənizində yalnız Rusiya hərbi gəmilər saxlaya bilər. Bununla Rusiya 

Xəzər dənizini həm bütünlükdə  nəzarət altına alırdı, həm də  İran 

tərəfindən ehtimal edilən təhlükə önlənirdi. Çünki Qacar dövləti Xəzər 

dənizinə  hərbi gəmilər çıxarsaydı bu gəmilərdən istifadə etməklə 

Xəzəryanı əraziləri təhlükə altında saxlayar və bu ərazilərə dənizdən hü-

cumlar təşkil edə bilərdilər. Mirzə  Əbülhəsən xan da Qacar dövlətinin 

Xəzər dənizində  hərbi donanma saxlamaq hüququnu müqavilədə  təsbit 

etməyə çalışdı.  Əvəzində general Rtişşev bildirdi ki, Rusiyanın təklifi 

qəbul edilməzsə onda müzakirələri və barışıq anlaşmasının icrasını 

dayandıracaqdır. Bu tələbin müqavilədə  əks etdirilməsinin çətinliklə-

rindən biri iki dövlət arasında əvvəllər imzalanmış sənədlərdə Rusiyanın 

Xəzər dənizində  hərbi hegemonluğunun rəsmi  şəkildə öz əksini 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə