Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə257/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   253   254   255   256   257   258   259   260   ...   265

Mehman Süleymanov 

 

580



tapmaması idi. Maddədə  təsbit olunan “əvvəl olduğu kimi” ifadəsinin 

əslində  hüquqi bazası yox idi. Məlumdur ki, Əfşarlar dövləti dövründə 

Nadir şah ingilis mühəndislərinin vasitəsilə Xəzər dənizində hərbi gəmi-

lərin quraşdırılmasına başlamışdı. Nadir şahın qətlə yetirilməsi ilə bu iş 

yarımçıq qaldı. Qacar sarayı ilə İngiltərə arasında olan  razılaşmaya görə 

də ingilislər Xəzər dənizində  hərbi gəmilərin quraşdırılmasına kömək 

etməli idilər. Rusiyanın təklifinin qəbul edilməsi bu işin də qarşısını 

almalı idi. Ona görə də Mirzə Əbülhəsən xan Rusiyanın yeni şərtinə qarşı 

müqavimət göstərdi. General Rtişşev yazırdı ki, bu maddənin Rusiya 

maraqları üzərində qurulması üçün çox ciddi səylər göstərməli oldu. 

Mirzə Əbülhəsən xan rus generalının təkidləri qarşısında güzəştə getməli 

oldu. General Rtişşev isə onun bu addımını öz vətəninin dərindən 

sevməsinin  əlaməti kimi dəyərləndirdi. Rus generalı onun tələbləri 

qarşısında güzəştə gedən Mirzə  Əbülhəsən xan haqqında belə yazırdı – 

onun xarakterinin belə alicənab cəhəti hər cürə ehtirama layiqdir. 

Bununla belə, müqavilənin farsca variantında Xəzər dənizində Rusiyanın 

hegemonluğa malik olması bir qədər yumşaq  şəkildə ifadə edilmişdir. 

Görünür, Mirzə  Əbülhəsən xan müqavilənin rusca variantında təsbit 

olunmuş  şərtin kəskinliyinin Qacar sarayında ciddi narazılıqla qarşılana 

biləcəyindən nehtiyat etmişdi. Ona görə  də rusların tələbi müqavilədə 

saxlanmaqla onun ifadə tərzi dəyişdirilmişdi. 

  Bu  məsələ ilə bağlı maddənin fars variantının Azərbaycan dilinə 

hərfi tərcüməsi aşağıdakı kimi səslənir: “Rusiyanın hərbi əsgəri gəmiləri 

xüsusunda isə dostluq zamanında və hər zaman Rusiya dövlətinin əsgəri 

gəmiləri Xəzər dənizində  ələm və bayraqla necə olmuşdularsa, indi də 

dostluğa görə icazə verilir ki, əvvəlki qaydaya əməl edilsin və Rusiyadan 

başqa heç bir dövlətin Xəzər dənizində əsgəri gəmiləri olmasın”( 108). 

Mirzə  Əbülhəsən xan Rusiyaya getdiyi güzəştlərin qarşısında heç 

olmasa hansısa  ərazinin rus işğalı altından çıxarılmasını xahiş etdi. 

Bildirdi ki, Qacar sarayında  iki dövlət arasında sülh müqaviləsinin imza-

lanması əleyhinə olanların etirazlarını yatırmaq üçün onlara nə isə təqdim 

etmək lazımdır. General Rtişşev  şah elçisinin bu xahişinin nəzərə 

alınması üçün bir çıxış yolu tapdı və bəyan etdi ki, Mehriyə iddiadan əl 

çəkir. General Rtişşev yazırdı ki, Mehri mahalı Qarabağdan qoparılaraq 

güzəştə gedildi. Amma Qarabağ xanlığının bu mahalının qoparılaraq 

Qarabağ xanlığından ayrılmasını general Rtişşev sözsüz ki, bu mahalın 

sahibi olan Qarabağ xanı ilə məsləhətləşmədi. Çünki aydın idi ki, formal 

olaraq Qarabağ xanlığı öz mövcudluğunu saxlasa da, general Rtişşev 

işğal altında olan bu ərazilərin taleyinin müəyyənləşdirmək səlahiy-

yətində olduğunu güman edirdi. Sonra da Qarabağ torpaqlarının parça-




Gülüstan müqaviləsi 

 

581



lanması haqqındakı  qərarına haqq qazandırmaq üçün rus generalı 

Mehrini boş,  əhalisiz dağlıq  ərazi adlandırırdı. Mehri mahalı general 

Rtişşevin xatirində rus qoşunlarının böyük itkilər verdiyi  ərazi kimi 

qalmışdı. Coğrafi  şəraitinə görə, orada yerləşən rus qoşun dəstəsinə 

azuqə və təchizat çatdırılması çətin idi. Digər tərəfdən isə Mehrinin ab-

havası ruslar üçün heç də əlverişli deyildi və iki il yarım  ərzində ruslar 

Mehridə müxtəlif xəstəliklər üzündən 800 nəfər hərbçisini itirmişdilər. 

Ona görə general Rtişşev Mehri mahalının Qarabağ xanlığından 

qoparılaraq güzəştə getməsinə təəssüflənmədiyini bildirirdi (109). 

Burada belə bir məqama da diqqət yetirmək lazımdır ki, general 

Kotlyarevski Lənkəran xanlığı üzərinə hücum etməzdən əvvəl Mehridəki 

rus taboru xanlığın mərkəzinə  gətirildi. Rus taboru Mehrini tərk edən 

kimi, Abbas Mirzənin qüvvələri oranı nəzarət altına aldılar. Başqa sözlə, 

Gülüstanda sülh müzakirələri aparıldığı vaxt Mehri şah qoşunlarının 

nəzarəti altında idi. Ola bilsin ki, bu məqam da general Rtişşevin qərarına 

təsir göstərdi. 

Mehri ilə bağlı müqavilədə  hər hansı bir məqam öz əksini 

tapmamışdır. Yalnız 2-ci maddədə  sərhəd xəttinin müəyyənləşdirilməsi 

zamanı Mehri Rusiya ərazilərindən kənarda saxlanmışdır. 

 Rusiya sarayından təlimat verilmişdi  ki,  iki dövlət arasında əvvəllər 

imzalanmış müqavilələrin qüvvədə saxlanması haqqında yeni imzalanan 

müqaviləyə bir maddə  əlavə edilsin. Mirzə  Əbülhəsən xan birmənalı 

şəkildə bu təklifə qarşı çıxdı. Bildirdi ki, İranda tez-tez baş verən saray 

çevrilişləri nəticəsində  əvvəllər imzalanmış müqavilələr itib-batıbdır. 

Ona görə  həmin müqavilələrin saxlanmadığı  və bu müqavilələrdə hansı 

məsələlərin təsbit olunmasını bilmədiyi halda onların qüvvədə qalmasına 

zəmanət verə bilməz. General Rtişşev onun izahatlarını qəbul etməli oldu 

və belə bir maddə müqaviləyə salınmadı. Rus generalı bildirdi ki, Mirzə 

Əbülhəsən xanın təklifindən sonra həmin maddənin müqaviləyə 

salınmasına təkid etmədi. Onun sözlərinə görə,  əvvəllər imzalanmış 

müqavilələrin  əksər maddələri vaxt ötdükdən sonra öz əhəmiyyətini 

itirmişdir. Həmin müqavilələrdə yalnız ticarətlə bağlı  bəzi diqqət cəlb 

edən maddələr var idi. Ticarətlə bağlı maddələr isə ayrıca olaraq yeni 

müqavilədə öz əksini tapmışdı. Ona görə  də,  əvvəlki müqavilələrin 

qüvvədə saxlanması barəsində maddənin yeni müqaviləyə daxil edilmə-

məsi Rusiyanın maraqlarını heç də kölgə altında qoymur (110). 



Altıncı maddə - Hər iki tərəfdən döyüşdə götürülmüş  əsirlər 

müqavilənin imzalanmasından və təsdiqindən üç ay sonra azad edilirlər. 

Onlar Qarakilsəyədək hər iki tərəfdən  ərzaqla və yol xərcləri ilə  təmin  

edilirlər, orada sərhəd rəisləri  əsirlərin dəyişdirilməsi üçün qarşılıqlı 


Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə