Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə254/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   250   251   252   253   254   255   256   257   ...   265

Mehman Süleymanov 

 

574



ləqəblər yazıldı - padşahın xüsusi lütfünə sahib olaraq almazlarla bəzə-

dilmiş xəncər, bıçağa və qılınca, şal libasa, layiq görülmüş” ( 101)   

Mirzə Əbülhəsən xanın Rusiyaya elçi təyin edilməsi haqqında Fətəli 

şahın xüsusi fərmanı vardır. Həmin fərmanda yuxarıdakı  ləqəblər 

sadalanmışdır.  Əlavə olaraq Mirzə Əbülhəsən xanın almazlarla bəzədil-

miş at yarağı ilə mükafatlandırıldığı da bildirilmişdir. Çox güman ki, 

Mirzə  Əbülhəsən xanın Rusiya sarayına elçi təyin edilməsi Gülüstan 

müqaviləsinin imzalanmasından  əvvəl baş vermişdi və sonra şah 

fərmanında olan ləqəblər və mükafatlar Gülüstan müqaviləsinin girişinə 

də əlavə edilmişdi. Girişdə Mirzə Əbülhəsən xanın Türkiyə və İngiltərə 

sarayında elçi olması da xatırlanmışdır. Bəzi farsdilli tarixi ədəbiyyatda 

Mirzə Əbülhəsən xanın Rusiya və İngiltərə sarayında elçi olması göstə-

rilmişdir. Mətnin farsca variantında “Rum və İngiltərə” göstərilmişdir ki, 

burada “Rum” Osmanlı Türkiyəsinə  işarədir. Rusiyada isə Mirzə 

Əbülhəsən xan Gülüstan müqaviləsinin  imzalanmasından sonra elçi kimi 

olmuşdur. Bütünlükdə isə, Mirzə  Əbülhəsən xanın Gülüstan müqa-

viləsindən  əvvəl  İngiltərədə, sonra isə Rusiya və Fransada elçi olması 

haqqında geniş məlumatlar vardır. Osmanlı Türkiyəsində isə ola bilsin ki, 

qısa müddətli səfərdə olmuşdur və ona görə  də tarixi ədəbiyyatda bu 

səfərə xüsusi yer ayrılmamışdır. 



Birinci maddə - Bu müqavilə ilə indiyə kimi Rusiya imperiyası ilə 

İran dövləti arasında mövcud olmuş düşmənçiliyə  və  ədavətə son 

qoyulur. Qoy əlahəzrət ümumrusiya hökmdarı ilə  əlahəzrət  İran  şahı, 

onların vəliəhdləri və taxt-tac varisləri və onların ali dövlətləri arasında 

əbədi sülh, dostluq və möhkəm anlaşma olsun. 

Müqavilənin ilk maddəsində müqavilənin bağlanması ilə  tərəflərin 

qarşısına qoyduğu məqsəd açıqlanır. Burada bildirilir ki, əvvəllər iki 

dövlət arasında mövcud olmuş düşmənçiliyə  və  ədavətə son qoyulur.  

Müqavilədə iki dövlət arasında möhkəm sülhün olması    niyyəti ifadə 

olunmuşdur. Bu niyyətlə bağlı bir daha yuxarıda söylənilən fikrə 

qayıtmaq olar ki, tərəflər sülhə müxtəlif səviyyələrdən yanaşırdılar. Bu-

nunla belə, birinci maddə müqavilənin az maddələrindəndir ki, tərəflərin 

xüsusi iradları ilə qarşılaşmadı və fikir ixtilafı olmadan qəbul edildi. 

Bu maddədə diqqəti çəkən başqa bir məqam bir daha İran şahının və 

onun varislərinin statusunun təsbit edilməsidir. Məlumdur ki, müqa-

vilənin imzalandığı vaxt ölkə şahı Fətəli şah idi və onun vəliəhdi və taxt-

tac varisi də Abbas Mirzə idi. Gülüstan müqaviləsi imzalanan kimi 

Rusiya hələ də Fətəli şahı şah kimi və Abbas Mirzəni də onun vəliəhdi 

kimi tanımamışdı. Gülüstan müqaviləsinin birinci maddəsi ilə Rusiya 

dolayısı yolla Fətəli şahın dövlət başçısı olmasını qəbul etməli olmuşdu. 




Gülüstan müqaviləsi 

 

575



İkinci maddə - İki ali dövlət arasındakı ilkin təmaslarla qarşılıqlı 

razılaşmaya görə sülhün status-qvo and presentem əsasında qurulması 

qərara alındı. Yəni, tərəflər hazırda onların tam ixtiyarında olan 

ərazilərin, xanlıqların və mülklərin sahibi olaraq qalırlar. Ona görə 

Ümumrusiya imperiyası ilə  İran dövləti arasında sərhəd bu gündən 

başlayaraq aşağıdakı xətt olacaqdır: Adınabazar adlanan yerdən başla-

yaraq düz xəttlə Muğan düzündən keçməklə Araz çayının Yeddibulaq 

keçidinə qədər, oradan da üzü yuxarı Kəpənək çayının Araza qovuşduğu 

yerədək, sonra da Kəpənək çayının sağ  tərəfi ilə Mehri sıra dağ-

larınadək, oradan isə  sərhəd xanlıqlar arasından davam edəcək: 

Qarabağ  və Naxçıvan xanlıqları arasından, Alagöz sıra dağlarından, 

Qarabağ, Naxçıvan və  İrəvan xanlıqlarının Yelizavetpolun (keçmiş 

Gəncə xanlığı)bir hissəsinin qovuşduğu Dərələyəz yaylasından, oradan 

da  İrəvan xanlığını Yelizavetpol dairəsindən, Qazax və  Şəmşəddili isə 

Eşşəkmeydan yaylasından ayıran xətt üzrə, oradan da dağlar silsiləsi ilə 

Həmzəçəmən çayının axarının və yolunun sağ  tərəfi ilə, Pəmbək sıra 

dağları ilə Şuragölü ayıran döngəyə qədər, həmin döngədən qarlı Alagöz 

dağının zirvəsi ilə, oradan Mastaras və Artik arası Şuragöl sıra dağları 

ilə Arpaçayadək. Talış vilayəti  müharibə gedişində  əldən  ələ keçdiyinə 

görə bu xanlığın sərhədi  Ənzəli və  Ərdəbil tərəfdən daha böyük 

düzgünlük üçün bu müqavilənin qəbulu və  təsdiqindən sonra qarşılıqlı 

razılaşma  əsasında hər iki tərəfdən seçilmiş komissarlar hər iki tərəfin 

baş komandanlarının rəhbərliyi altında hazırda tərəflərin tam ixtiyarında 

olan torpaqların, kəndlərin, dərələrin, çayların, dağların, göllərin, 

düzlərin doğru və mükəmməl təsvirini hazırlayacaq. Onda Talış 

xanlığının status-quo presentem əsasında sərhəd hüdudları müəyyənləşə-

cək ki, tərəflər ixtiyarında olan ərazidə qalsınlar. Eləcə  də yuxarıda 

xatırlanan sərhəddə  nə isə bu və ya digər tərəfə  aşarsa ali dövlətlərin 

komissarlarının araşdırması zamanı  tərəflər status-qvo presentum 

əsasında razılaşacaqlar. 

Bu maddənin razılaşdırılması üzərində  iş xeyli vaxt apardı  və bunu 

general Rtişşev də etiraf edirdi. Bu maddə  əslində Gülüstan sülhünün 

mahiyyətini təşkil edirdi və onun təsdiqlənməsi ilə  İrəvan və Naxçıvan 

xanlıqları istisna olmaqla Azərbaycan xanlıqlarının Rusiya tərəfindən 

işğalı  rəsmiləşdirirdi. Eyni zamanda bu maddənin təsdiqlənməsi ilə 

Qacarlar dövləti də Arazın  şimalında olan Azərbaycan xanlıqlarına və 

Gürcüstana olan iddialarından əl çəkməli olurdu. Bu maddədə iki dövlət 

arasındakı  sərhəd xəttinin haradan keçməsi təsbit olunmalı idi. General 

Rtişşevə görə, bu maddənin razılaşdırılmasındakı  çətinliyin bir səbəbi 

Mirzə  Əbülhəsən xanın xəritə ilə  işləmək təcrübəsinin olmaması  və 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə