Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə252/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   248   249   250   251   252   253   254   255   ...   265

Mehman Süleymanov 

 

570



sarayının xahişi əsasında general Rtişşevin bu Əlavənin qəbuluna razılaş-

dıqdan sonra sülh müqaviləsinin müzakirəsi başlanmalıdır. Mirzə Əbül-

həsən xan bu məsələdə xeyli təkid göstərdi və general Rtişşevin etiraz-

larını da qəbul etmədi. General Rtişşev bəyan etdi ki, müqaviləyə 

Əlavənin nə vaxt qəbul ediləcəyi barədə  təklifi  əvvəlcə  şah sarayı 

tərəfindən qəbul olunmuşdu və indi tamam başqa bir mövqe nümayiş 

etdirilməsini o, anlaşılmazlıq kimi dəyərləndirdi. General Rtişşev əvvəlki 

razılaşma haqqında Rusiya sarayına da məlumat göndərmiş  və orada 

Rusiya rəhbərliyinə çatdırmışdı ki, şah sarayının təklifi rədd edilmiş  və 

şah sarayı da bu mövqe ilə razılaşmışdır. Ona görə də general Rtişşev şah 

nümayəndəsinin yeni təkidli tələbi qarşısında çətin seçim qarşısında qaldı 

(96). 


Amma görünür ki, Mirzə Əbülhəsən xanın təkidi çox ciddi olmuş və 

general Rtişşev də onun qarşısında güzəştə getmək məcburiyyətində 

qalmışdı. Ola bilsin ki, sülh müzakirələrinin dayandırılması təhlükəsi də 

yaranmışdı. Çünki Mirzə Əbülhəsən xan bəyan etdi ki, müqaviləyə Əlavə 

imzalanandan sonra bu Əlavəni şah sarayına göndərməli və şah sarayı bu 

Əlavəyə öz razılığını bildirəndən sonra sülh müqaviləsi üzərində 

müzakirələrə başlamalı idi. Mirzə  Əbülhəsən xan öz təhlükəsizliyi,  şah 

sarayında sülh müqaviləsi ilə bağlı ortaya çıxa biləcək ittihamların 

qarşısının alınması üçün bu addımı atmalı oldu. Belə olanda general 

Rtişşev müqaviləyə  Əlavənin qəbul edilməsinə razılıq verdi. Lakin bu 

Əlavənin təklif olan mətnini dəyişdirdi. Müqaviləyə  Əlavənin mətninin 

nədən ibarət olduğu haqqında general Rtişşevin yazışmalarında geniş 

məlumat yoxdur. O öz yazışmalarının bir yerində ötəri olaraq bildir-

mişdir ki, müqaviləyə qəbul edilmiş Əlavəyə görə, Rusiya öz səfirini Qa-

car sarayına, Qacar dövləti də öz səfirini Rusiya sarayına göndərəcəkdir 

(97). Güman etmək olar ki, Əlavədə general Rtişşevin  əvvəlcə  təklif 

etdiyi məqam öz əksini tapmışdı. Yəni, müqavilə imzalanandan sonra 

Qacar sarayının elçisi Rusiyaya gedib müqavilənin  şərtləri ilə bağlı 

xahişləri Rusiya imperatoruna çatdıra bilərdi. 

Rusiya sarayı birmənalı  şəkildə  işğal olunmuş  əraziləri öz hakimiy-

yəti altında saxlamaq istəyirdi və bu məsələdə  İran tərəfi ilə yeni danı-

şıqlar başlanmasını istəmirdi. Ona görə  də, Rusiya sarayının xüsusi 

razılığı olmadan sülh müqaviləsinə Əlavənin imzalanması və bu Əlavəyə 

əsasən Qacar sarayının Cənubi Qafqazın bəzi  ərazilərindən rus qoşun-

larının geri çəkilməsi haqqında Rusiya imperatoru qarşısında məsələ 

qaldırmaq hüququnu narazılıqla qarşıladı (98) 

Müqaviləyə  Əlavə imzalanandan sonra Mirzə  Əbülhəsən xan onu 

razılaşdırmaq üçün çaparla Qacar sarayına göndərdi. Ona görə danışıq-




Gülüstan müqaviləsi 

 

571



larda fasilə yaranması ehtimalı ortaya çıxdı. Çünki Mirzə Əbülhəsən xan 

çaparın geri qayıtmasından sonra müzakirələrin davam etdirilməsinin 

mümkünlüyünü bəyan etdi. Onun bu bəyanatı general Rtişşev tərəfindən 

həm vaxtın uzadılması, həm də müqavilənin müzakirəsinə maneəçilik 

yaradılması kimi qiymətləndirildi. Onun fikrincə, sülh müqaviləsinin 

maddələrinin razılaşdırılması üçün bu qədər vaxt itirilsəydi, onda danı-

şıqlar yarımçıq qala bilərdi. Ona görə Mirzə  Əbülhəsən xan çapar 

göndərməsi ilə bir vaxtda general Rtişşev də Qor Uzeleyə məktub yazdı 

və onu Tehrana göndərdi. General Rtişşev yaranmış vəziyyəti ingilis elçi-

sinin nəzərinə çatdıraraq ondan şah sarayına yenidən təzyiq göstərməsini 

xahiş etdi. General Rtişşev istəyirdi ki, Mirzə  Əbülhəsən xan müqavi-

lənin  şərtləri ilə bağlı özü qərar qəbul etsin və ona belə bir səlahiyyət 

verilsin. Bununla da hər maddə üzrə  əldə edilmiş razılaşmaya  şah 

sarayının münasibətini gözləməyə ehtiyac qalmasın.  Əks təqdirdə, ge-

neral Rtişşev müzakirələri dayandıracağı ilə  hədələdi (99). General 

Rtişşevin Qor Uzeleyə yazdığı  məktubu da Tehrana Mirzə  Əbülhəsən 

xanın çaparı apardı. 

Oktyabrın 2-dən başlayaraq sülh müqaviləsi üzərində müzakirələr 

davam etdirildi. Müzakirələrin belə tezliklə başlamasından belə güman 

etmək olar ki, general Rtişşev Mirzə  Əbülhəsən xanı Qacar sarayına 

göndərdiyi çaparın qayıtmasını gözləmədən birgə  işi davam etdirməyə 

razı sala bilmişdi.  

1813-cü il oktyabr ayının 12-də iki dövlət arasında sülh müqa-

viləsinin bütün şərtlərini razılaşdırmaq mümkün oldu və elə  həmin gün 

də Rusiya tərəfindən general Rtişşev və Qacar sarayı  tərəfindən Mirzə 

Əbülhəsən xan sonradan Gülüstan müqaviləsi kimi tanınan bu müqa-

viləni imzalayaraq möhürlədilər. General Rtişşevin yazışmalarında bu 

müqavilə həm də “İran dövləti ilə ümümrusiya imperiyası arasında əbədi 

sülh haqqında traktat” kimi təqdim olunur. Qeyd etmək lazımdır ki, sülh 

müqaviləsinin maddələrinin razılaşdırılması üzərində  də  iş xeyli gərgin 

keçdi. Qacar sarayını bu müqavilənin bağlanmasına meylləndirmək üçün 

Qor Uzeley də xüsusi canfəşanlıq göstərdi ki, general Rtişşev də öz 

yazışmalarında Rusiya maraqlarının qorunmasına kömək edən bu ingilis 

diplomatına minnətdarlığını çatdırdı. 

Gülüstan müqaviləsi giriş  və 11 maddədən ibarətdir. Müqavilənin 

mətni öz dövrünün dil üslubiyyatına uyğun olaraq hazırlanmışdır. Ona 

görə bugünkü gün üçün onun dili həm rus dilində, həm də fars dilində 

kifayət qədər ağırdır və bu mətnin Azərbaycan dilinə  tərcüməsi  əlavə 

şərhləri və izahatları tələb edir. Azərbaycan dilində bu müqavilənin mətni 

kütləvi informasiya vasitələrində çap olunsa da, onun yenidən və daha 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə