Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə249/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   245   246   247   248   249   250   251   252   ...   265

Mehman Süleymanov 

 

562



 

 

General Rtişşev 

 

İngilis elçisi Qor Uzeley general Rtişşevə göndərdiyi məktubunda iki 



ölkə arasında müqavilənin müzakirəsi və imzalanması üçün yenidən 

Qacar sarayının səfirinin Rusiyaya göndərilməsi məsələsini qaldırdı. 

General Rtişşev isə yenə  də bu təklifin  əleyhinə  çıxdı  və  səfirlərin 

mübadiləsinin yalnız sülh müqaviləsinin imzalanmasından sonra 

mümkün olacağını bildirdi. Bir daha o, ingilis elçisinə çatdırdı ki, Qacar 

dövləti ilə sülh müqaviləsinin imzalanması səlahiyyəti ona verilmişdir və 

bunun üçün Rusiya paytaxtına elçi göndərməyə ehtiyac yoxdur (83). 



Gülüstan müqaviləsi 

 

563



Qacar sarayı çalışırdı ki, sülh müzakirələrinin Peterburqa keçirməsinə 

nail olsun. Güman edilirdi ki, bir başa Rusiya sarayının iştirakı ilə 

aparılan müzakirələrdə müəyyən güzəştlər  əldə etmək mümkün olacaq, 

Qacar nümayəndələri tərəfindən qaldırılan təkliflərə Rusiya sarayı 

diqqətlə yanaşacaqdır. Bu təklif general Rtişşev tərəfindən qətiyyətlə 

rədd ediləndə Qacar sarayı kiçik sülh müqaviləsi təklifini irəli sürdü. Bu 

təklifin də mahiyyəti ondan ibarət idi ki, böyük sülh müqaviləsinin 

razılaşdırılması Peterburqa keçirilsin və orada Rusiya sarayı qarşısında 

işğal edilmiş  ərazilərin müəyyən hissəsinin azad edilməsi məsələsi 

qaldırılsın. Hər halda Qacar sarayında Rusiya imperatorunun yumşaqlıq 

nümayiş etdirəcəyinə bir ümid var idi (84). 

General Rtişşev sülh müzakirələrini başa çatdırılması üçün 50 günlük 

barışıq elan edilməsi ilə razı olduğunu bildirdi. O eyni zamanda sülh 

müzakirələrinin aparılması üçün yer də təklif etdi. Bu yer İrəvan xanlığı 

ilə Naxçıvan xanlığının sərhədində, Araz çayı yaxınlığında, Ağoğlanla 

üzbəüz olan Gülüstan kəndi idi. Müzakirələrin aparılması üçün bir də 

Lənkəran xanlığı sərhədi yaxınlığında münasib bir məkan təklif olundu. 

General Rtişşev ingilis səfirinin nəzərinə çatdırdı ki, sülh müzakirələrini 

aparacaq  şah nümayəndəsi konkret səlahiyyətə, aydın təsəvvürə malik 

olsun. O xəbərdar edirdi ki, Qacar nümayəndəsi müvafiq səlahiyyətə və 

avtoritetə malik olmasa, onda onunla müzakirələr aparılmayacaqdır (85). 

General Rtişşev tərəfindən Gülüstan kəndinin müzakirə yeri kimi 

seçilməsi təsadüfi deyildi. Gülüstan kəndi Qarabağ xanlığının ərazisində 

yerləşməklə Araz çayına da yaxın idi. Həm də bu məntəqədə çoxlu ərzaq 

ehtiyatları var idi. Konkret tarixi şərait üçü Gülüstan kəndinin sülh 

müzakirələrinin yeri kimi seçilməsi həm də hərbi-strateji əhəmiyyət kəsb 

edirdi. Gülüstanda olduğu vaxt ərzində general Rtişşev həm Gürcüstanı, 

həm Talış xanlığını, həm də  Pəmbəki ciddi nəzarət altında saxlaya 

bilərdi. Həmin məntəqələrdə Rusiya əleyhinə həyəcanlar və ya rus qüv-

vələrinə qarşı döyüşlər baş versəydi, general Rtişşev  ətrafındakı 

qüvvələri tez bir zamanda həmin məntəqələrə ata bilərdi. 

General Rtişşev 1813-cü ilin iyul ayının ortalarında bu təkliflərinin 

məktub halına salaraq Kembpel vasitəsilə Qor Uzeleyə göndərdi. Bu 

məktuba cavab almaq və bununla qarşı  tərəfin irəli sürülən təkliflərə 

münasibətini öyrənmək üçün general Rtişşev xeyli gözləməli oldu. Çünki 

Qor Uzeleyin məktubuna cavab bir də avqust ayının sonlarında alındı. 

Yazılanlardan aydın olur ki, general Rtişşevin məktubunu alandan sonra 

onun təkliflərinin qəbul edilməsi üçün Qor Uzeley Qacar sarayının 

əyanları ilə xeyli iş aparmalı olmuş və nəhayət bu təkliflərin qəbul edil-

məsinə nail olmuşdu. Bununla da Qacar sarayı  nəhayət ki, sülh müqa-




Mehman Süleymanov 

 

564



viləsinin imzalanmasına razı oldu. O da bəlli olur ki, Qacar sarayı verilən 

təklifləri heç də asanlıqla qəbul etmədi. Heç şübhəsiz ki, onların qəbul 

edilməsi üçün Qor Uzeley yenidən şantaj və təhdid yolunu tutdu və əldə 

edilən nəticəyə görə Qor Uzeley yenidən general Rtişşevin səxavətli 

tərifləri ilə qarşılaşdı (86). 

Sülh müqaviləsinin imzalanması ilə bağlı Qacar sarayında son 

müzakirələr və məsləhətləşmələr aparılandan sonra nümayəndə heyətinin 

rəhbəri kimi Mirzə  Əbülhəsən xan təyin edildi. General Rtişşev Mirzə 

Əbülhəsən xanın  şah heyətinin rəhbəri təyin edilməsini məmnunluqla 

qarşıladı. Sülh müzakirələrinin aparılacağı yerin müəyyənləşdirilməsi isə 

general Rtişşevin öhdəsinə buraxıldı. O isə yenidən müzakirələrin 

Gülüstanda aparılmasını  təklif etdi və bu təklif Qacar sarayı  tərəfindən 

qəbul olundu. O cümlədən,  şah sarayı  tərəfindən sülh müzakirələrinin 

aparılması üçün 50 günlük barışığın elan edilməsi təklifi də qəbul olundu. 

Bununla da iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün 

ilkin  şərtlər yaradılmış oldu. Bununla belə, Qacar sarayı Rusiya 

tərəfindən işğal edilmiş müəyyən  ərazilərin azad edilməsində israrlı idi. 

Ona görə Rusiya tərəfinə  təklif olundu ki, Rusiya tərəfindən işğal 

olunmuş  ərazilərin müəyyən hissəsinin gələcəkdə azad edilməsinin 

mümkünlüyü haqqında müqaviləyə xüsusi bir bənd əlavə edilsin. İngilis 

elçisi Qor Uzeley bu barədə  məktubunda general Rtişşev qarşısında 

məsələ qaldırdı. Rtişşev isə bu təklifi birmənalı  şəkildə  rədd etdi. O 

bildirdi ki,bölgədə status-kvonun saxlanması  şərti ilə müqavilə 

imzalanması Qacar sarayı tərəfindən qəbul edilmişdir. Bu şərtlə müqavilə 

imzalanmasından sonra gələcəkdə hansısa  ərazilərin azad edilməsi artıq 

mümkün olmayacaqdır. İngilis elçisinin məktubunda eyni zamanda kiçik 

sülh müqaviləsinin imzalanması  təklifi də xatırlanırdı. Bu təklif də 

Rtişşev tərəfindən rədd edildi və bu təkliflərin irəli sürülməsini o, Qacar 

sarayının sülh müqaviləsinin imzalanmasına etimadsızlıqla yanaşması 

kimi qiymətləndirirdi. Qacar sarayının sülh müzakirələrindən yayınması 

ehtimalının qarşısını almaq üçün general Rtişşev başqa bir təklif irəli 

sürdü. O təklif etdi ki, onun irəli sürdüyü tələblər  əsasında sülh 

müqaviləsinin imzalanan sülh müqaviləsinə ayrıca  bir əlavə  qəbul 

edilsin və  həmin  əlavədə  nəzərdə tutulsun ki, sülh müqaviləsinin 

imzalanmasından sonra şah sarayının heyəti Rusiya paytaxtına yollansın 

və  İran tərəfinin bütün xahişləri və  təklifləri Rusiya sarayı qarşısında 

qaldırılsın. Əlavə o da bildirilməli idi ki, Qacar heyəti tələb yox, yalnız 

xahiş irəli sürə bilərdi. General Rtişşev öz tərəfindən də  vəd etdi ki, 

Qacar sarayının xahişlərini və  təkliflərini Rusiya imperatoruna çatdıra-

caqdır. Baş komandan onu da çatdırdı ki, müqaviləyə  əlavə  əsas sülh 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə