Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə258/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   254   255   256   257   258   259   260   261   ...   265

Mehman Süleymanov 

 

582



təmasa girirlər. Özbaşına və yaxud cinayət edərək qaçanlara könüllü 

şəkildə arzu edərlərsə azad şəkildə öz vətəninə qayıtmaq hüququ verilir. 

Milliyyətindən asılı olmayaraq qayıtmaq istəməyənlər isə  məcbur 

edilməsin.  Bu zaman qaçanlara hər iki tərəfdən amnistiya və ya əfv 

verilir. 

Müqavilənin 6-cı maddəsi əsirlərin dəyişdirilməsi haqqında idi. Hərbi 

əsirlərin dəyişdirilməsi haqqında tərəflər arasında fikir oxşarlığı mövcud 

idi. Mənbələrdə  hər iki tərəfin müxtəlif vaxtlarda əsirlər götürməsi 

haqqında məlumatlar verilmişdir. Qacar qoşunları qarşı  tərəfdən kütləvi 

şəkildə Sultanbud döyüşü zamanı çoxlu əsir götürmüşdü. Heç şübhəsiz 

ki, ruslar onları geri qaytarmaq istəyirdilər. Baxmayaraq ki, onlar 

bütünlüklə islam dinini qəbul etmiş  və bir çoxu da Qacar qoşunlarında 

xidmətə  qəbul edilmişdirlər. Ona görə  də müqavilədə  əsirlərin qaytarıl-

masının könüllü şəkildə həyata keçirilməsi təsbit olundu. Çünki onlardan 

geri qayıtmaq istəməyənlər də ola bilərdi. General Rtişşev burada mülki 

əhalinin geri qaytarılması haqqında məsələ qaldırdı. Ona yaxşı məlum idi 

ki, Azərbaycan xanlıqları  ərazisindən rus işğalına dözməyərək Arazın 

cənubuna çoxlu sayda əhali köçmüş  və bununla çoxlu sayda yaşayış 

məntəqələri boşalmışdı. Qarşılıqlı  məsləhətləşmələrdən sonra yaşayış 

yerlərini dəyişmiş  əhaliyə könüllü surətdə geri qayıtmaq hüququ müqa-

vilənin 6-cı maddəsində təsbit edildi (111). 

Yeddinci maddə  - Yuxarıda deyilənlərdən  əlavə  əlahəzrət Ümum-

rusiya imperatoru və  Əlahəzrət  İran  şahı  qərara gəlirlər ki, lazım 

olduqda göndərilən ali sarayların səfirləri və nümayəndələri onların 

rütbələrinə  və onlara tapşırılan işlərin  əhəmiyyətinə müvafiq olaraq 

qəbul edilsinlər, onlar tərəfindən  əvvəllər olduğu kimi ticarətə 

himayəçilik üçün lazım bilinən  şəhərlərə  təyin olunan müvəkkil və 

konsulların yanındakı məiyyətin sayı 10 nəfərdən artıq olmasın və onlar 

etibarlı  məmurlar kimi vəzifələrinə layiq hörmət və ehtiramla 

qarşılansınlar, onlar nəinki incidilməsin,  əksinə bu ölkələrin təbəələri 

incidilərsə onların şikayəti əsasında ədalətli məhkəmə qurulsun və inci-

dilmişlərin qanuni razılığı təmin edilsin. 

Müqavilənin 7-ci maddəsi iki ölkə arasında səfirlik və konsulluq 

heyətlərinin mübadiləsi haqqında idi. Bununla bağlı da tərəflər arasında 

müəyyən müzakirələr aparıldı.  İran tərəfi  əslində  səfirlik  əlaqələrinin 

qurulmasına tərəfdar  idi.  Amma  bir  məsələ  şah nümayəndəsinin 

nigarançılığı ilə qarşılaşırdı.  Şar sarayında belə bir ehtimal var idi ki, 

İranda Rusiya səfirliyinin və ya konsulluqlarının açılmasına icazə 

verilərsə, Rusiya tərəfi səfirlik heyəti adı altında  İran  ərazisinə silahlı 

bölmələr göndərə bilər. General Rtişşev müqavilədə səfirlik heyətlərinin 



Gülüstan müqaviləsi 

 

583



qarşı  tərəfin sarayında qəbul protokolu haqqında xatırlanmasını istədi. 

Mirzə Əbülhəsən xan bu təkliflə razılaşmadı və bildirdi ki, bu məqamım 

müqaviləyə salınması etik normalardan kənara görünə bilər. General 

Rtişşev təkid göstərsə  də Mirzə  Əbülhəsən xan ehtiyat edirdi ki, 

konsulluq heyəti adı altında  İran  şəhərlərinə qoşun bölmələri yeridilə 

bilər. Belə olanda general Rtişşev konsulluq heyətlərinin 10 nəfərdən 

artıq olmaması haqqında təklif irəli sürdü. Mirzə  Əbülhəsən xan bu 

təklifi qəbul etdi və  həmin təklif 7-ci maddə  də öz əksini tapdı.  Rus 

tacirlərinin  İran  şəhərlərində karvansara tikmək təklifinə  də Mirzə 

Əbülhəsən xan birmənalı yanaşmadı. Belə ki, ingilislər karvansara adı al-

tında Buşehrdə möhkəm qalalar tikmişdilər. Mirzə  Əbülhəsən xan 

ehtimal edirdi ki, ruslar da ticarət karvansaraları adı altında müdafiə 

qurğuları tikə bilərlər.  Şah elçisinin bu nigarançılığına görə general 

Rtişşev ticarət karvansaralarının tikilməsinin müqavilədə öz əksini 

tapmasına təkid etmədi. 

Səkkizinci maddə  -  əlahəzrətlərin təbəələri arasında ticarət  əlaqə-

lərinə gəlincə, əgər onlar öz hökumətlərindən, sərhəd rəislərindən Rusiya 

və  İran vətəndaşlığına mənsub tacir olduqlarını sübut edən sənədlərə 

malik olarlarsa quru yolla və ya dənizlə azad şəkildə bu razılığa gələn 

dövlətlərə gedə biləcəklər, orada kim nə  qədər istəyirsə yaşaya və 

ticarətlə  məşğul ola biləcək və o cümlədən də maneçilik olmadan geri 

qayıda biləcəklər. Rusiya imperiyasına aid olan ərazilərdən  İrana 

gətirilən mallar, eləcə  də  İrandan Rusiyaya aparılanlar satıla və ya 

dəyişdirilə bilər.  İki ali dövlətin tacirləri arasında borc və digər 

şikayətlər üzrə yaranan mübahisələr konsul və ya müvəkkil tərəfindən 

baxılır, onlar olmayan yerdə isə yerli rəislərə aid olunur. Onların xa-

hişləri əsil həqiqət əsasında  araşdırılmalı, özü yaxud lazım gələn adam 

vasitəsilə razılaşmanın  əldə olunmasını  təmin etməli və sonra onların 

incidilməsinə  və  sıxışdırılmasına imkan verilməməlidir.  İrana gəlmiş 

olan Rusiya tacirləri  əgər istəsələr azad şəkildə  İrana dost olan digər 

dövlətlərə  də gedə bilərlər.  İran dövləti onları  zəruri sənədlərlə  təmin  

edəcəkdir. Müvafiq olaraq ticarət işləri üçün Rusiyadan keçməklə 

Rusiyaya dost olan digər dövlətlərə getmək istəyən İran tacirlərinə qarşı 

Rusiya hökuməti tərəfindən bu qaydalara riayət ediləcəkdir. İrana səfər 

edən və ya orada yaşayan Rusiya təbəələrinin ölüm hadisəsi olarsa 

onların əmanətləri və digər daşınan və daşınmayan əmlakı dost dövlətin 

təbəəsinə mənsub əmlak kimi gizlədilmədən və maneəsiz, qanuni əsasda 

və  qəbzlə onların yoldaşlarına və ya qohumlarına verilməli və  həmin 

qohumlara imkan verilməlidir ki, digər mədəni dövlətlərdə  və  hansı 

hakimiyyətin mövcudluğundan asılı olmayaraq həmişə Rusiya imperi-



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə