Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə259/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   255   256   257   258   259   260   261   262   ...   265

Mehman Süleymanov 

 

584



yasında edildiyi kimi öz istəklərinə  və xeyirlərinə uyğun olaraq kimə 

istəsələr satsınlar. 

Bu maddə iki dövlət arasında ticarət  əlaqələrinin qurulmasına və 

genişləndirilməsinə  şərait yaradılması ilə bağlı idi. Rusiya ərazilərin 

işğalının rəsmiləşdirilməsinə nail olduqdan sonra iki dövlət arasında 

ticarət əlaqələrinin genişləndirilməsində maraqlı idi və ona görə də ticarət 

məsələləri ilə bağlı olan maddələr elə bir mübahisə doğurmadan hər iki 

tərəfin razılığı ilə qarşılandı. Rusiya tərəfi bu maddədə ona da nail oldu 

ki, rus tacirləri yalnız İranda azad şəkildə ticarət etmək hüququ almadılar, 

onlar eyni zamanda İran  ərazisindən tranzit kimi istifadə etməklə digər 

ölkələrə adlamaq hüququ da əldə etdilər. Bu zaman şah dövləti rus 

tacirləri üçün lazımi şəraiti yaratmalı idi. Maddədə tacirlərin fəaliyyətinin 

təşkili ilə bağlı bəzi digər məsələlər də öz əksini tapdı. 



Doqquzuncu maddə  - Rus tacirlərinin  İran  şəhərlərinə  və liman-

larına gətirdikləri yüklərdən 5 faizdən artıq rüsum tutulmasın və tacirlər 

həmin yüklərlə hara getsələr də onlardan ikinci dəfə  tələb olunmasın. 

Eyni ilə  də oradan çıxarılan  İran yüklərindən. Daha heç bir səbəb və 

bəhanə ilə heç bir rüsum, vergi və hədiyyə tələb  olunmasın. Oxşar rüsum 

bu qaydada bir dəfə  İran təbəələri tərəfindən Rusiya şəhərlərinə  və 

limanlarına gətirilən və çıxarılan İran yüklərinə də tətbiq edilməlidir. 

Doqquzuncu maddə  də ticarət  əlaqələrinin  tənzimlənməsi haqqında 

idi. General Rtişşev bu maddələrdə Rusiyanın maraqlarının qorunmasını, 

iki ölkə arasında ticarət  əlaqələrinin genişləndirilməsini  şərtləndirən 

maddələrin qəbul olunmasına çalışdığını yazırdı. O bildirirdi ki, bu 

maddələrin qəbulu zamanı Rusiyanın ticarətlə bağlı qanunlarından uzaq-

laşmamışdı. Rusiyadan İrana daşınan ticarət yüklərindən 5 faiz gömrük 

rüsumu tutulurdu. Bu rüsum forması Rusiya ərazisində ticarət edən İran 

tacirlərinə də şamil edilməli idi. General Rtişşev onu da qeyd edirdi ki, 

rus qoşunları bir qayda olaraq İranın sərhəd bölgələrində ticarətlə məşğul 

olurlar.  İran tacirləri isə  əksinə. Ölkənin müxtəlif bölgələrindən olan 

tacirlər Rusiyanın müxtəlif bölgələrində ticarət edirdilər və bu zaman 

ticarət balansında üstünlük əldə edirdilər. Rus generallarının fikrincə, iki 

dövlət arasında sülh müqaviləsi imzalandıqdan sonra rus tacirləri yalnız 

sərhəd bölgələrində deyil, İrandan keçməklə digər ölkələrdə  də ticarət 

etmək imkanı  əldə edəcəkdilər. Ticarət yüklərindən 5 faiz gömrük 

rüsumu tutulması haqqında razılaşmanın  əldə edilməsi üçün Mirzə 

Əbülhəsən xanla xeyli müzakirə aparılması lazım gəldi. Şah elçisi dövlət 

xəzinəsinin doldurulması üçün ən azı 10-12 faiz vergi tutulması üzərində 

təkid edirdi. General Rtişşevin mövqeyi isə belə idi ki, gömrük 

vergilərinin münasib olması ticarət əlaqələrinin genişlənməsinə və bunun 



Gülüstan müqaviləsi 

 

585



nəticəsində gömrükdən  əldə edilən daxil olmaların artmasına səbəb ola 

bilər. Son nəhayətdə general Rtişşevin bu təklifi də  qəbul olundu. Bu 

maddələrin müzakirəsi zamanı diqqət yetirilən ciddi məqamlardan biri də 

ticarət yükləri ölkəyə daxil olarkən onlardan yalnız bir dəfə vergi 

tutulmasını qanuniləşdirmək idi. General Rtişşevə görə,  İran  ərazisində 

xanlar üzərində mərkəzi hakimiyyətin nəzarəti zəif idi. Ona görə də, hər 

bir xan öz ərazisində ticarət yüklərindən özü istədiyi miqdarda gömrük 

rüsumu tuturdu. Bu məsələdə  də razılığı  gəlindi ki, ölkəyə daxil olan 

yüklərdən yalnız bir dəfə gömrük vergisi tutulsun və bundan sonra yüklər 

ölkə daxilində azad şəkildə dövriyyə edilsin (112). 



Onuncu maddə - Müqavilə  tərəfdaşı olan səltənətlərin hər birinin 

sahilinə  və ya limanına və ya quru yolla sərhəd  şəhərlərinə yük gəti-

rilərkən hər iki tərəfin tacirlərinə öz mallarını vəzifəsi ticarətin maneəsiz 

dövriyyədə olmasına, satıcıdan və alıcıdan könüllü şəkildə  xəzinəyə 

qanuni rüsumların ayrılmasına nəzarət etmək olan gömrük məmurlarının 

və kirayədarların (topdan mal alanların-M.S.) icazəsini almadan satmaq, 

başqalarını almaq və ya dəyişdirmək hüququ verilir. 

Bu maddədə  əsas diqqət qarşılıqlı ticarətin tənzimlənməsinə yönəl-

dilmiş və bununla bağlı tərəflərin öhdəlikləri müəyyənləşdirilmişdir. 

On birinci maddə - Bu müqavilə imzalanandan sonra ali səltənətlərin 

səlahiyyətliləri qarşılıqlı  şəkildə, gecikdirmədən hər yerə lazımi 

məlumatlar və  hər yerdə  hərbi  əməliyyatların dərhal dayandırılması 

haqqında göstərişlər göndərəcəkdir. 

Əbədi sülh haqqında hazırkı müqavilə fars dilinə tərcümə edilməklə 

iki bərabər hüquqlu nüsxədə, ali müqavilə  tərəflərinin yuxarıda göstə-

rilən səlahiyyətliləri tərəfindən imzalanmış, möhürləri ilə təsdiq edilmiş 

və mübadilə olunmuşdur və  əlahəzrət Ümumrusiya imperatoru və 

əlahəzrət İran şahı tərəfindən təsdiqlənərək əlahəzrətlərin öz imzaları ilə 

təntənəli ratifikasiya olunacaqdır. Müqavilələrin təsdiq olunmuş nüs-

xələri ali saraylar tərəfindən onların yuxarıda göstərilən səlahiy-

yətlilərinə üç ay müddətində göndəriləcəkdir.   

Qarabağ  əyalətində, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndindəki 

Rusiya düşərgəsində  İsanın miladının min səkkiz yüz on üçüncü ilin 

oktyabr ayının on ikinci günündə, fars təqviminə görə isə min iki yüz 

iyirmi səkkizinci ilin şəvval ayının iyirmi doqquzuncu günündə  bağlan-

mışdır. 

İmzalamışlar: 

Səlahiyyətləndirilmiş və Gürcüstanın baş komandanı Nikolay Rtişşev 

Çox şöhrətli İran dövlətindən səlahiyyətləndirilmiş Mirzə Əbülhəsən 

xan 



Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə