Mehman süleymanov



Yüklə 51,54 Mb.
Pdf görüntüsü
səhifə263/265
tarix01.08.2018
ölçüsü51,54 Mb.
#60398
1   ...   257   258   259   260   261   262   263   264   265

Gülüstan müqaviləsi 

 

595



edilməsi ilə imzalandı. Bununla Arazın şimalında və cənubunda yerləşən 

Azərbaycan xanlıqları arasında siyasi əlaqələr qırıldı  və bu xanlıqlar 

fərqli dövlətlərin hakimiyyəti altında qaldılar. 

Gəncə  və Bakı xanlıqları  işğal edilən kimi ruslar tərəfindən orada 

xanlıq üsul-idarəsi dərhal, Quba xanlığında isə Gülüstan müqaviləsinin 

imza edilməsi ərəfəsində ləğv edildi. Digər xanlıqların xanlıq üsul-idarəsi 

bir müddət saxlanıldı. Lakin həmin xanlıqların Rusiya tərkibinə qatılması 

ilə ikitərəfli müqavilələr imzalandı  və xanlar Rusiyaya sədaqətli 

olacaqları barəsində and qəbul etdilər. Xanlıq üsul-idarəsinin saxlanıl-

masından istifadə etməklə yerli xanlar müstəqilliklərini qorumaq üçün 

göstərdikləri bütün cəhdlər rus generallarının ciddi müqaviməti ilə qarşı-

laşdı  və bununla həmin xanlara göstərildi ki, onların idarə etdikləri 

xanlıqlar artıq Rusiya dövlətinin tərkib hissəsidir.  

Bəzi tarixi ədəbiyyatda Gülüstan müqaviləsi Gülüstan sülh müqa-

viləsi kimi xatırlansa da, əslində bu müqavilə sülhə bağlı olmayan, 

Rusiyanın Azərbaycan xanlıqları və bütünlükdə Cənubi Qafqaz üzərində 

işğalını rəsmiləşdirən siyasi bir sənəd idi. Ona görə bu müqavilənin sülh 

müqaviləsi adlandırılması onun Cənubi Qafqaza gətirdiyi tarixi reallıq 

haqqında tam olmayan bir təsəvvür yarada bilər. 

Gülüstan müqaviləsini ortaya qoyduğu nəticələrdən biri də  hərbi-

siyasi nəticə idi. Bu müqavilə Azərbaycan xanlıqları  ərazisində  və 

bütünlükdə Cənubi Qafqazda cərəyan edən hərbi əməliyyatların nəticəsi 

kimi ortaya çıxmış bir sənəd idi. Rusiya öz hərbi üstünlüyünü bu sənədin 

imzalanması ilə qarşı tərəflərə qəbul etdirmiş oldu. 

Rusiya dövrün inkişaf etməkdə olan güclü dövlətlərindən biri idi. 

Onun iqtisadi sahədəki inkişafı silahlı qüvvələrin təchizatında da özünün 

ifadəsini tapdı və buna görə, Rusiyanın ordusu istər təchizat baxımından, 

istər təşkilatlanma baxımından, istər döyüş hazırlığı baxımından 

dövrünün güclü ordularından biri idi və onun bu inkişaf səviyyəsi də istər 

Azərbaycan xanlıqlarının silahlı qüvvələri ilə, istərsə də Qacar qoşunları 

ilə müqayisədə özünü nümayiş etdirdi. 

Azərbaycan xanlıqlarının silahlı qüvvələrinin Rusiya qoşunlarının 

hücumu qarşısında lazımi müqavimət göstərmək imkanına malik olma-

ması müəyyən obyektiv-tarixi səbəblərlə bağlı idi. Əvvəla, Azərbaycan 

xanlıqlarının hər biri Rusiya ilə müqayisədə kiçik potensiallı dövlətlər 

idilər. Bu xanlıqların iqtisadi inkişaf səviyyəsi, səfərbərlik imkanları, 

silahlı  dəstələrin təchizat imkanları Rusiya ilə müqayisədə son dərəcə 

məhdud idi. Bundan başqa Azərbaycan xanlıqları Nadir şah dövrünün 

müharibələrindən yenicə  çıxaraq hələ lazımi gücü əldə etməmişdilər. 

Daxili qarşıdurmalar da onların müdafiə qabiliyyətini zəiflətmişdi. Xan-




Mehman Süleymanov 

 

596



lıqların parçalanması, onların hər birinin ayrılıqda işğala qarşı  cəbhə 

tutması isə Rusiyanın hərbi uğuruna müəyyən zəmin yaradırdı. Bununla 

belə, xanlıqlar daxilində  işğala qarşı barışmaz  əhval-ruhiyyənin olması 

rus qoşunları üçün xeyli problemlər doğurdu. Faktların öyrənilməsi 

göstərir ki, konkret tarixi şəraitdə xanlıqlar arasında işğala qarşı    hərbi 

ittifaqın yaradılması  ən azı Rusiya işğalına qarı ciddi maneəyə çevrilə 

bilərdi. Lakin bu istiqamətdə qətiyyətli addımlar atılmadı. Hətta Şəki və 

Quba xanlıqları  ərazisində rus işğalına qarşı kütləvi üsyanlar qalxanda 

belə xanlıqlar arasında vahid fəaliyyət barəsində  səmərəli iş birliyi 

alınmadı. Ona görə  də rus komandanlığı öz qüvvələrini bu və ya digər 

istiqamətdə səfərbər etməklə bu üsyanları da yatırmağa müvəffəq olurdu. 

Gülüstan müqaviləsinin imzalanmasına qədər cərəyan edən 

müharibənin tərəflərinin müəyyənləşdirilməsi baxımından qeyd etmək 

lazımdır ki, Azərbaycan xanlıqları da bu müharibənin tərəfi idi. Yəni 

Azərbaycan xanlıqları ayrıca tərəf kimi bu müharibədə  iştirak etməli 

olmuşdu. Tarixi ədəbiyyatda bu müharibənin rus - İran müharibəsi 

adlandırılması ilk baxışda belə bir təsəvvür yaratmamalıdır ki, müharibə 

yalnız Rusiya və  İran qoşunları arasında baş vermişdi. Azərbaycan 

xanlıqlarının müstəqilliyi məsələsi bu xanlıqların silahlı  dəstələri ilə 

Rusiya qoşunlarının arasında baş verən müharibədə  həll olunurdu. Bir 

çox hallarda xanlar məzhəb, dil, mədəniyyət birliyi baxımından Qacar 

qoşunlarına kömək üçün müraciət edirdilər. Amma bu kömək ya gecikir, 

ya da Qacar qoşunları mövsümü çətinliklərə görə Arazın  şimalına çıxa 

bilmirdilər. Əslində, istər rus qoşunlarının, istərsə də Qacar qoşunlarının 

Azərbaycan xanlıqları üzərinə hücumu eyni mahiyyət daşıyırdı  və ona 

görə  də Azərbaycan xanlıqları ümumən, eyni səviyyədə bu təhlükələrin 

qarşısını almaqda maraqlı idi. 

Azərbaycan xanlqılarının işğal edilməsindən sonra təchizat, təminat, 

təşkilatlanma və hazırlıq baxımından rus qoşunlarından xeyli geri qalan 

Qacar qoşunlarının Arazın  şimalına planlaşdırılan hücumları  bəzi 

hallarda Azərbaycan xanlarının müəyyən ümidlərinə  səbəb olsa da, bu 

qoşunların qarşıya qoyduğu hərbi iddiaların həyata keçirilməsi həmin 

ümidləri də heçə endirirdi.  Çünki bu hücumların xalq gətirdiyi fəlakətlər 

rus qoşunlarının gətirdiyi fəlakətlərdən heç də az olmurdu.  

Azərbaycan xanlıqlarına olan iddiaların hərbi yolla həyata keçirilməsi 

üçün Qacar sarayının Fransadan və İngiltərədən kömək almaq ümidi də 

bir nəticə vermədi və istənilən halda Rusiyanın Cənubi Qafqazdan 

sıxışdırılması mümkün olmadı. Gülüstan müqaviləsinin imzalanması ilə 

Rusiya Qacar sarayını  məcbur etdi ki, işğal altında olan Azərbaycan 

xanlıqlarına irəli sürdüyü iddialarından müvəqqəti də olsa əl çəksin. 




Yüklə 51,54 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   265




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə