“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu


Başvermə və maya dəyərinə aid olunma



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   ...   7   8   9   10   11   12   13   14   ...   42
liyev-R-hman

Başvermə və maya dəyərinə aid olunma 
dövrünə görə xərclər cari, gələcək dövrün 
xərclərinə və qarşıdakı xərclərə bölünür:
Cari xərcləri – hazırki dövrün məhsulunun istehsalı və satışına çəkilən 
xərclərdir.
Gələcək dövrün xərclərinə cari dövrdə çəkilmiş, lakin gələcəkdə 
buraxılacaq məhsulun maya dəyərinə daxil edilməli olan xərclər (istehsalın 
hazırlanması və mənimsənilməisnə çəkilən xərclər) aiddir.
Qarşıdakı xərclər cari hesabat dövrünün hələlik baş verməmiş, lakin həqiqi 
maya dəyərinin düzgün müəyyən edilməsi üçün cari hesabat dövründə 
istehsal xərclərinin tərkibinə plan həcmi aidəsində daxil edilməli 
xərclərdən ibarətdir. Məsələn, belə xərclərə fəhlələrin növbəti məzuniyyəti 
üçün yaradılan ehtiyatlar, əsas vəsaitlərin təmiri üçün yaradılan fonda 
ayırmalar və s. xərclər daxildir.


23 
II FƏSİL. MƏHSUL İSTEHSALI VƏ SATIŞI İLƏ ƏLAQƏDAR 
ƏMƏLİYYATLARIN UÇOTU 
2.1. Məhsul istehsalı və satışı ilə əlaqədar məsrəflərin uçotunun sistemi 
Yuxarıda qeyd etdiyimiz kimi istehsal və qablaşdıma proseslərini tamam-
lamış, müvafiq standartlara və müqavilə şərtlərinə cavab verən, texniki nəzarətdən 
keçərək ambara təhvil verilmiş və ya alıcıya göndərilmiş mal hazır məhsul sayılır. 
Mövcud istehsal və qablaşdırma məhrələrini tam keçməmiş, eləcə də ambara tam 
təhvil verilməmiş məhsul yarımçıq vəziyyətdə qalan işlərin uçotu kimi qeydə 
alınır. 
Satışdan əldə ediləna gəlirin həcmi müəssisənin maliyyə-təsərrüfat fəaliyətini 
əks etdirən vacib göstəricidir. Məhsul satışı müəssisənin vəsaitinin dövriyyəsini 
yekun mərhələsidir. Satış prosesinin tamamlanması nəticəsində daxil olan 
vəsaitdən müəssisəinin yeni istehsal çiklini başlamaq üçün mal-material 
ehtiyatlarını əldə etmək, işçilərlə əmək ödənişləri uyğun hesablaşamalar aparmaq, 
büdcə və başqa öhdəliklər uyğun ödənişlər etmək imkanı yaranır. Məhsul 
satışından daxilolmalar tək istehsal və təchizat xərclərini ödəməli deyil, eləcə də 
mənfəətin götürülməsini də təmin etməlidir. Mənfəət istehsalın genişlən-
dirilməsinin, əsas vəsaitlərin yenilənməsinin, modernizasiyasının və bərpasının, 
eləcə də məhsul istehsalının həcminin artırılmasının vacib mənbələrindəndir. 
Məhsul, iş və xidmət o zaman satılmış hesab olunur ki, yaranmış mülkiyyət 
hüquqları alıcıdan satıcıya və ya isthesalçıdn istehlakçıya keşmiş olsun. Həmin 
andan etibarən məhsulun dəyəri gəlirə çevrilir və məhsulun relızasiyaından 
formalaşan gəlirə daxil edilir. 
Muhasibat uçotunda satışdan gəlir alıcılara və istehlakçılara təqdim edilmiş 
mal, iş və xidmət uyğun yaranan debitor borcları və ya daxil olan vəsaitlərin pul 
ifadəsində əks edilmiş məbləği kimi qeydə alınır.


24 
Satılmış mal, görülmüş iş və göstərilmiş xidmətlərin dəyəri pul, xarici valyuta 
və ya başqa əmlakla (xammal, material və s.) ödənilə bilər. Satışdan daxil olan 
vəsait muhasibat uçotunda hesablaşma-ödəniş sənədləri əsasında qeydə alınır. Bu 
sənədlərə ödəniş tapşırıqları, ödəniş tələbnamələri, kassa mədaxil orderi, qaimələr 
və s aiddir. 
Yüklənmə və hesablaşma sənədləri məlumatları əsasında satışdan əldə 
olunmuş gəlirin həcmi müəyyən edilir. Bu sənədlər özündə müvafiq müəssisənin 
öz istehsal etdiyi məhsul və yarımfabrikatların, sifarişçilərə görülmüş işlər və 
göstərilmiş xidmətlərin hansı həcmdə olduğunu müəyyən etməyə imkan verir. 
Əgər məhsul (mal və yarımfabrikar) daxili istehsalda istifadə üçün nəzərdə 
tutulubsa, o halda bunun dəyəri satışdan daxilolmalara aid edilmir. Satışın həcmi 
müəssisənin fəaliyyətinin qiymətləndirilməsində, biznes planların hazırlanmasında, 
vergi hesablaşmalarında vacib bir göstərici kimi istifadə edilir. 
Məhsulun ölçü vahidləri. Uçot zamanı məhsul həm natural (ədəd, cəki) və həm 
də dəyər ifadəsində qeydə alınır. Natural ölçü vahidi kimi ədəd, litr, ton və sair ölçü 
üsullarından istifadə edilir. Bu metodla analitik hesabat aparılır və məhsulun növləri, 
formaları, ölçüləri uyğun sayı, həcmı, çəki və sair müəyyən edilir.
İstehsalatda eyni cinsli məhsulun istehsalı uyğun ümumi məlumatı əldə etmək 
üçün şərti ölçü vahidlərindən də istifadə edilir. Məhsulda olan faydalı maddələr
istehsal prosesinin müddəti, istehsal prosesinin mürəkkəbliyi və sair bu kimi 
yanaşmalar əsasında müəyyənləşən şərti əmsallardan istifadə etməklə istehsal 
• müəssisə alqı-satqı müqaviləsi və ya digər əsaslarda 
bu vəsaiti almaq hüququ olduqda;
• satışın məbləği müəyyən edildikdə, konkret əməliyyat 
üzrə vəsaitlərin artımı və ya iqsadi səmərə əldə 
olacağına əminlik olduqda;
• satılmış mal üzrə hüquqlar (mülkiyət, istifadə və 
sərəncam) satıcıdan alıcıya keçdikdə, görülmüş iş və 
göstərilmiş xidmət sifarişçi tərəfindən qəbul edildikdə;
• müvafiq əməliyyat üzrə çəkilmiş xərclər müəyyən 
edildikdə.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə