Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında tərbiyəcinin nəqli metodunu izah edin



Yüklə 76,6 Kb.
səhifə26/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında tərbiyəcinin nəqli metodunu izah edin.

Tərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı bir əşya və hadisə haqqında uşaqlarda aydın və dəqiq təsəvvür yaratmaqdır. Əşya və hadisə haqqında aydın və sadə təsvir, maraqlı söhbət, uşaqlarln anlayışlarına uyğun obrazların xarakterinin açılması, məzmunun qavranılması üçün mühüm şərtlərdən biridir. Nağılda qəhrəmanın dili ilə danışmaq uşaqların diqqətini daha çox cəlb edir və onlarda dərin maraq hissi yaradır. Nəqletmə uşaqların ağlına, hiss və təsəvvürlərinə güclü təsir göstərir. Nəqletmə zamanı tərbiyəçi bilməlidir ki, danışılan söhbət haqqında uşaqlarda nə kimi məlumat var. Nəqletmə kitabı oxumağa, nisbətən hadisəni daha aydın dərk etməyə kömək edir. Tərbiyəçinin nitqi ifadəli, təsirli və emosional olmalıdır. Yeri gəldikdə o, əyaniləşdirmədən istifadə etməklə söhbəti, əşyanın özü, şəkli, modeli üzərində qurmalıdır. Nəqletmə qısa söhbət şəklində qurula bilər ki, belə söhbət uşaqların hadisənin məzmununu daha yaxşı dərk etməsinə kömək edir. Uşaqların nəqltməsi başlıca metodlardan biri kimi onların biliyini təkmilləşdirir, düşüncə və danışıq bacarığını gücləndirir. Uşağın nağılı öz yaşıdlarına danışmasının da böyük əhəmiyyəti vardır. Bu, uşaqlarda nəqletmə texnikasına yiyələnmək, aydın və maraqlı danışmaq həvəsi yaradır. Bununla uşaqlar fikri ifadəli çatdırmaq və biliyi aydın dərketməyə sahib olurlar. Başlıcası budur ki, onların bilikləri möhkəmlənir. Uşaqların yaş və anlaq səviyyəsinə uyğun qurulan nağıletmə metodu bütün qruplarda tətbiq edilir. Buna kiçik qruplarda daha çox yer verilir. Uşaq ona məlum olan hadisəni nəql edir, tərbiyəçi uşağı hadisəni sistemlə nəqletməyə yönəldir, suallar verir və bəzi epizodları yada salır. Ort qrupda nəqletmə bilik öyrənmə ilə bağlı olur. Təlim prosesində öyrəndikləri nağılları əlaqəli nəql etməklə uşaqlar tədricən danışıq tərzinin müxtəlif formalarına yiyələnirlər. Yuxarı qrup uşaqların nəqletməsi təsvir və süjetlə əlaqədar olur. Bu zaman öz təcrübələrindən, şəkildən istifadə edərək nağıl quraşdırırlar. Dinləyicilər uşaq nağılının gedişini izləyir, ona əlavələr edir, uşaq nəqletməsindəki müsbət əlamətləri, məzmunun olmasını, nitqin təsirliliyini qiymətləndirirlər. Uşaq təcrübəsinin səviyyəsi nağılın maraqlı olmasına müsbət təsir göstərir.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə