Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında təlimin tərbiyəedici prinsipi



Yüklə 76,6 Kb.
səhifə24/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   20   21   22   23   24   25   26   27   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında təlimin tərbiyəedici prinsipi

Təlimin tərbiyəedici xarakteri pedaqoji qanunauyğunluqdur. Təlim sadəcə uşaqları biliklərlə silahlandırmır, həm də uşaqların mənəvi dünyasına, estetik baxışlarına, əqidəsinə müsbət təsir göstərir. Öyrədilən hər hansısa bir mövzudan tərbiyəvi nəticə çıxarmaq, uşaq bağçasında uşaqlara, məktəbdə isə şagirdlərə çatdırmaq tərbiyəçi və müəllimin bacariq və məharətindən asılıdır. Təlim və tərbiyə bir-birindən ayrılmaz prosesdir. Tərbiyəçi məşğələnin məzmununu müəyyən edərkən onun tərbiyəvi mahiyyətini də izah etməlidir. Uşaq bağçasında təlimin əsas məqsədlərindən biri uşaqları ictimai mühitlə tanış etməkdir. Təbiət, ictimai həyatda adamların gördükləri işlər, ictimai həyat uşaqların diqqətini daha çox cəlb edir. Təbiətlə tanışlıq zamanı Vətənin bir qarış torpağını müşahidə etməklə Vətən haqqında şüurun formalaşmasına təsir göstərir . Vətənin seyrinə çıxmaq ,meşəsinə, dağına olan sevgi bütün həyatı boyu yaddaşında qalır. Uşaqların əmək adamları ilə tanışlığı zamanı onların əməksevərlik tərbiyəsində müsbət təsir göstərir. Uşaqlar bu prosesdə öyrənirlər ki, onların valideynləri öz öhdələrinə düşən işlərini məsuliyyətlə yerinə yetirirlər. Uşaq baxçalarında keçirilən hər bir məşğələlər uşaqlara lazımi bilik, bacarıq və vərdişlər verməklə yanaşı, həm də onların mənəvi aləminə müsbət təsir göstərir. Tərbiyə işini ancaq məşğələlərlə məhdudlaşdırmaq olmaz. Məşğələlərdən kənar keçirilən ekskursiyalar, söhbətlər, gəzintilər uşaqların tərbiyəsində müsbət təsir edir, ancaq bunuda qeyd etmək lazımdır ki, bunların heç biri təlim məşğələləri kimi hər gün keçirilmir. Təlim uşaqların psixi inkişafına da müsbət təsir göstərir. Uşaqların təlim prosesində nitqi, qavrayışı, iradəsi inkişaf edir, uşaqların maraq dairəsi genişlənir.


  1. Uşaq bağçasında təlimin metodları

Təlim prosesində terbiyəçi müxtəlif metodlardan istifadə edir . Tərbiyəçi təlim prosesində istifadə edəcəyi metodları qabaqcadan müəyyən edir və bunların vasitəsilə təlimin səviyyəsini yüksəldir . Uşaq bağçasında təlim metodları əyani , şifahi , praktik ve oyun növlərinə bölünür .Əyani metodlar . Uşaq bağçasında , əyani metodlar geniş yer tutur . Bu , didaktik prinsip olan əyanilikden istifadə uşaqlarda təfəkkürün inkişafı ilə bağlıdır . Əyani metoddan yeni biliyin öyrənilməsində daha çox istfadə edilir. Əyani metoda natural obyektler ( əşya vevə hadisələr ) , əyani vəsaitler ( şekil ,model nümunələri və s.) daxil olur . Texniki vasitələrin tətbiqi ( videofilmlər , maqnitafon yazıları , televiziya verilişləri və s .) əyani təlimdə mühüm yer tutur . Müşahidə ətraf mühitdəki cism ve hadisələri məqsədyönlü , planlı , qısa və uzunmüddətli qavrama prosesidir . Uşaqlar yaşlıların əməyini , nəqliyyatın hərəkətini , heyvanların xarakteri ve həyat tərzini , bitkilərin inkişafını müşahidə etməklə çox şey öyrənirlər. Müşahidənin səmərəliliyini ( onun öyrədici , inkişaf etdirici və tərbiyəedici xarakterini ) təmin etmək üçün tərbiyəçi aşağıdakı tələblərə əməl etməlidir: 1. Müşahidəni keçirmək üçün uşaqların qarşısında aydın və konkret məqsəd qoyulmalı , məqsəd motivləşdirilməlidir . 2. Planlaşdırma müşahidənin məzmununu əks etdirməlidir . 3. Uşaqların yaş xüsusiyyətlərindən asılı olaraq müşahidə edilən obyektin məzmunu uşaqların əvvəlki təsəvvürləri ilə bağlı olmalıdır. 4. Keçirilən müşahidə uşaqların əqli fəallığına və müstəqilliyinə kömək etməlidir . 5. Müşahidə dəqiq ve konkret sözlərlə müşaiyət edilməli , obyekti düzgün qavramağa , uşaqda tam təsəvvür yaratmağa və söz ehtiyatının artmasına müsbət təsir göstərməlidir . Müşahidə zaman tərbiyəçi söhbət vasitəsi ile uşaqların obyekt haqqında biliyini daha da zənginləşdirir . Şəkil və illüstrativ materialların nümауiş etdirilməsi. Metoddan ətraf mühitlə tanışlıqda ve nitqin inkişaf etdirilməsində istifade edilir. Şəkildə müəyyən hadisələr təsvir oluna bilər. "Рауız fəsli", "Dənizdə dalğa", "Ayı аğаcа dırmaşib, arıların topladığı balı уeyir" və s. Beləliklə, şəkil uşaqların biliyini zənginləşdirir. Təlimin praktik metodları. Uşaq bağçasında təlimin praktik metodlarına çalışmalar , oyun metódu ( didaktik oyun da daxil olmaqla ) elementar təcrübə və modelləşdirmə daxildir . Çalışmalar . Çalışmalar uşaqlara verilmiş tapşırıqların praktik cəhətdən tətbiq etməklə dönə dönə təkrarıdır . Çalışmalar onların inkişafına müsbət təsir göstərir . Uşaqlar zehni fəaliyyətin müxtəlif formalarına yiyələnir , onlarda praktik vərdişlər formalaşır , bilik daha da möhkəmlənir . Oyun metodu . Bu metod çalışma və tərzlərdən istifadə edərək fəaliyyətin ayrı - ayrı komponentlərini oyun vasitəsi ilə həyata keçirməyə deyilir . Bu zaman sualdan , göstəriş vermədən , təhlil və izahdan geniş istifadə olunur . Oyunun başlıca uşaqlarda təsəvvür yaratmaqdır. Oyun metodlarından biri didaktik oyundur. Bu zaman uşaqların fəaliyyəti oyun qaydası və tapşırığı ile tənzim olunur ( Uşaqlar oyunun qaydası ilə tanış olur və onun həyata keçirilməsində əlavə məlumata yer verilmir . Modelləşdirmə. Bu əyani praktik metod uşaq bağçalarında get -gedə geniş yayılır . Modelləşdirmə müəyyən modelin uşaqlar tərəfindən düzəldilməsi, bu prosesde əşyanın keyfiyyəti , quruluşu , digər obyektlərlə əlaqəsi haqqında biliyə yiyələnmək deməkdir . Modelləşdirmə əyani - praktik metod kimi bir sıra tələblərə cavab verməlidir : 1. Model düzəldilən əşyanı olduğu kimi əks etdirməlidir , öyrənilən obyektin aparıcı əvəzi olmalıdır ; 2. Qavrama üçün yararlı , eləcə də onun düzəldilməsi uşaqların anlaq səviyyəsinə uyğun olmalıdır ; 3. Uşaqlara mühüm keyfiyyətləri aydın və dəqiq çatdırmaq lazımdır ki , onların köməyi ile cism və hadisə başa düşülsün ; 4. Öyrənilən mürəkkeb sahələri nisbətən asanlaşdırmaq lazımdır . Təimin şifahi metodu. Hər hansı əyani və praktik metodun həyata keçirilmesində sözdən geniş istifadə olunur . Şifahi metod uşaqların ətraf aləmi öyrənməsində , biliyi ümumiləşdirmə və sistemə salmaqda mühüm rol oynayır . Şifahi metodun başlıca növlərinə tərbiyəçinin nəqletmesi , uşaqların nəqletməsi , tərbiyəçinin bədii əsər oxuması , onun məzmununu uşaqlara danışdırması , müsahibə və s. göstermek olar . Tərbiyəçinin nəqli. Tərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı əşya və ya hadisə haqqinda aydın və dəqiq təsəvvür yaratmaqdır. Tərbiyəçinin nitqi ifadəli , təsirli və emosional olmalıdır . Yeri gəldikdə əyaniləşdirmədən istifadə etməklə söhbəti, eşyanın özü, şəkli , modeli üzərində qurmalıdır . Nəqletmə qısa söhbət şəklində qurula bilər ki , belə söhbət uşaqların hadisənin məzmununu daha yaxşı dərk etməsinə kömək edir . Uşaqların nəqletməsi başlıca metodlardan biri kimi onların biliyini təkmilləşdirir , düşünmə və danışıq bacarığını gücləndirir . Uşaqlara bədii ədəbiyyatın oxunması. Kitabın oxunması uşaqların ətraf mühit haqqındakı biliklərini zənginləşdirir və genişləndirir . Onlarda bədii ədəbiyyatı başa düşmək və onun tərbiyəvi mahiyyətini başa düşmək qabiliyyəti formalaşır. Onlarda əsərin qəhrəmanının hərəkətlərini duymaq , müsbət cəhətlərindən sevinmək , müvəffəqiyyətsizliklərindən kədərlənmək və s. kimi hisslər oyadır . Oxudan sonra müsahibə təşkil edilir . Müsabibənin məqsədi əsərin məzmununu daha aydın başa salmaq , uşaqlarda emosional , estetik təssüratı dərinləşdirməkdən ibarətdir . Müsahibə didaktik məzmununa görə iki yerə bölünür : 1. İlkin müsahibə ; 2. Yekun və ya ümumiləşdirici müsahibə ; İlkin müsahibə ilə uşaqların əvvəlki bilikləri aşkar edilir. Məsələn , tikiş fabrikinə ekskursiya təşkil etmək üçün qabaqca uşaqların paltarı kimler , necə və nə ilə tikmələri haqqında ilkin bilikləri aşkar edilməlidir . Bu müsahibə qısa , çox da çətin olmayan məzmunda orta qrupda keçirilir. Yekun və ya ümumiləşdirici müsahibə biliyi sistemə salmaq , onu daha da dərinləşdirmək və ya aydın başa salmaq üçün keçirilir . Belə müsahibə növündə öyrədilən bilik daha da genişləndirilir , mühüm əlamətlər qabarıq izah edilir , uşaqlarda bəzi elementar anlayışlar yaradılır.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə