Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Uşaq bağçasında təlimin şifahi metodu



Yüklə 76,6 Kb.
səhifə25/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
MQT m.pedaqogika-2

Uşaq bağçasında təlimin şifahi metodu

Hər hansı əyani və praktik metodun həyata keçirilmesində sözdən geniş istifadə olunur . Şifahi metod uşaqların ətraf aləmi öyrənməsində , biliyi ümumiləşdirmə və sistemə salmaqda mühüm rol oynayır . Şifahi metodun başlıca növlərinə tərbiyəçinin nəqletmesi , uşaqların nəqletməsi , tərbiyəçinin bədii əsər oxuması , onun məzmununu uşaqlara danışdırması , müsahibə və s. göstermek olar .
Tərbiyəçinin nəqli. Tərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı əşya və ya hadisə haqqinda aydın və dəqiq təsəvvür yaratmaqdır. Tərbiyəçinin nitqi ifadəli , təsirli və emosional olmalıdır . Yeri gəldikdə əyaniləşdirmədən istifadə etməklə söhbəti, eşyanın özü, şəkli , modeli üzərində qurmalıdır . Nəqletmə qısa söhbət şəklində qurula bilər ki , belə söhbət uşaqların hadisənin məzmununu daha yaxşı dərk etməsinə kömək edir . Uşaqların nəqletməsi başlıca metodlardan biri kimi onların biliyini təkmilləşdirir , düşünmə və danışıq bacarığını gücləndirir .
Uşaqlara bədii ədəbiyyatın oxunması. Kitabın oxunması uşaqların ətraf mühit haqqındakı biliklərini zənginləşdirir və genişləndirir . Onlarda bədii ədəbiyyatı başa düşmək və onun tərbiyəvi mahiyyətini başa düşmək qabiliyyəti formalaşır. Onlarda əsərin qəhrəmanının hərəkətlərini duymaq , müsbət cəhətlərindən sevinmək , müvəffəqiyyətsizliklərindən kədərlənmək və s. kimi hisslər oyadır . Oxudan sonra müsahibə təşkil edilir . Müsabibənin məqsədi əsərin məzmununu daha aydın başa salmaq , uşaqlarda emosional , estetik təssüratı dərinləşdirməkdən ibarətdir . Müsahibə zamanı suallar faktları dəqiqləşdirmək , hadisələr və onlar arasındakı əlaqəni başa düşmək , oxunmuş mətnin məzmununu dərk etmək üçün verilir . Müsahibə didaktik məzmununa görə iki yerə bölünür : 1. İlkin müsahibə ; 2. Yekun və ya ümumiləşdirici müsahibə ;
İlkin müsahibə ilə uşaqların əvvəlki bilikləri aşkar edilir. Məsələn , tikiş fabrikinə ekskursiya təşkil etmək üçün qabaqca uşaqların paltarı kimler , necə və nə ilə tikmələri haqqında ilkin bilikləri aşkar edilməlidir . Bu müsahibə qısa , çox da çətin olmayan məzmunda orta qrupda keçirilir. Yekun və ya ümumiləşdirici müsahibə biliyi sistemə salmaq , onu daha da dərinləşdirmək və ya aydın başa salmaq üçün keçirilir . Belə müsahibə növündə öyrədilən bilik daha da genişləndirilir , mühüm əlamətlər qabarıq izah edilir , uşaqlarda bəzi elementar anlayışlar yaradılır. Müəllimin şərhi. Şərh metodu tədris materialının məzmununun şifahi şəkildə nəql edilməsini nəzərdə tutur. Müəllim şərhdə yalnız gerçək elmi faktları işıqlandırır, nəzəri ümumiləşdirmə aparır, əyani vəsaitdən istifadə edir. Şərh canlı və emosional olmalı, nəzərdən keçirilən ayrı-ayrı məsələlərə müəllimin şəxsi münasibəti öz ifadəsini tapmalıdır.Müəllimin şərhi induktiv, yaxud deduktiv olaraq qurulur.Təlimin şifahi metodları arasında müsahibənin özünəməxsus rolu və əhəmiyyəti vardır.



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə