Məktəbəqədər yaşlı uşaqların əqli tərbiyəsinin məqsədi və vəzifələri


Oyuncaqlar,növləri oyuncaqlara verilən tələblər



Yüklə 76,6 Kb.
səhifə21/41
tarix25.02.2023
ölçüsü76,6 Kb.
#101522
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
MQT m.pedaqogika-2

Oyuncaqlar,növləri oyuncaqlara verilən tələblər

Mektebeqeder yaşlı uşaqlara mexsus oyuncaqlar rəngarəng olur. Müxtelif materiallardan düzəldilən oyuncaqlar tərbiyəvi əhəmiyyətine göre müxtelif növlər üzrə ferqlenirler. A.S.Makarenko oyuncaqları üç tipe bölmüşdür:hazır, yarımhazır və oyun üçün materiallar. Birinci tip oyuncaqlar uşaqları müxtəlif əşyalarla tanış edir, təsəvvürlərini inkişaf etdirir. İkinci tip oyuncaqlar aktiv fəaliyyət tələb edir, əqli məntiqə və intizama xidmət edir. Üçüncü tip oyuncaqlar uşaqların yaradıcılıq fəaliyyətini təmin edir.
Didaktik oyuncaqların olduqca böyük ehemiyyəti vardır. Belə oyuncaqlar uşaqları reng, forma, böyüklük ve s. anlayışlarla tanış edir.
Didaktik oyuncaqların aşağıdakı növləri var:
1) hisseleri ayrılan oyuncaqlar (matryoşkalar, kürəciklər, göbələklərve s.)
2) qurma üçün oyuncaqlar (hendosi formalardan və ya rəngli
kürəciklərdən ibarət olan mozaikalar). 3) stolüstü çap oyunları (loto, cüt şəkillər, kəsik şəkillər və kubiklər).
Böyük qrup uşaqları üçün idman xarakterli oyunlar-dama, domino, bəzi tapmacalar və s. çox əlverişlidir.
Uşaqların oyunlarında quraşdırma materiallarından da istifade olunur.

  1. Məktəbəqədər yaşlı uşaqların inkişafında mütəhərrik oyunların rolu

Bu oyunlar uşaq həyatına yaşlılar tərəfindən gətirilir. Oyunun məzmununun və qaydakarının mürəkkəbliyindən aslı olaraq belə oyunlar müxtəlif yaş dövrü üçün qruplaşdırırlar. Belə oyunlar içərisindı nəsillərdən-nəsillərə yadigar kimi keçən xalq oyunları mühum yer tutut. Qaydalı oyunların yüksək təlim-tərbiyə əhəmiyyəti vardır. Bu oyunlar uşaqların hərəkətlərini inkişaf etdirir, onlatın təbiətlə, ətraf hadisələrlə yaxınlığını təmin edir. Qaydalı oyunlar da öz növbəsində mühərrik və didaktik olmaqla iki yerə bölünür. Mühərrik oyunlarda hərəkilik mühüm yer tutur: topu atmaq-tutmaq, yüyürüb yoldaşa çatmaq, qatarın, metronun, avtomaşının hərəkətini təsvir etmək, sürücü rolunda çıxış etmək və s. Didaktik oyunlarda isə oynayanın qarşısında əqli vəzifə qoyulur. Heyvan şəkillərini cinsinə və növünə görə qruplaşdırmaq, deyilmiş tapmacanı tapmaq və s. Didaktik oyunlarda uşaqlara məzmun və ardıcıllığına görə tapşırıq vermək onlatın zehni tərbiyəsində əsas rol oynayır. Lakin bu iki oyun növünü-mütəhərrik və didaktik oyunları ancaq fiziki və əqli tərbiyə vasitəsi kimi hesab etmək düzgün olmaz. Mütəhərrik oyunlarda da nitq və düşüncə inkişaf etdirilir, didaktik oyunlarda hərəkətlər, intizam, iradə və xarakter tərbiyəsi mühüm yer tutur. Deməli, hər iki oyunda ümumi cəhətlət olduğu kimi fərqli əlamətlər də vardır. Hər iki oyunda qarşıya aydın məqsəd qoyulur ki, bu da oyunun məzmunundan irəli gəlir. 



  1. Yüklə 76,6 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə