bAyTArlıq
Elmi-praktik jurnal
26
Müasir dövrdə respublika əhalisini ət və
süd məhsulları ilə təmin etmək ücün heyvan-
darlığın inkişafına daha ciddi diqqət ye tiril-
məlidir. Lakin bu işin müvəffəqiy yətlə həllini
bəzi obyektiv səbəblər, xüsusən mal-qara-
nın xəstəlikləri, o cümlədən yoluxmayan
daxili xəstəliklər ləngidir. Bu xəstəlik lərin
bir coxu hələ qədim zamanlardan öy rə nil-
miş və onlara qarşı mübarizə tədbirləri ha-
zırlanmışsa da, onlardan hələ öyrənilməyəni
və heyvandarlığa xeyli ziyan vuranı da var-
dır. Belə xəstəliklərdən biri də respublikada
ilk dəfə 1988-ci ildə qeydə alınmış qarama-
lın xroniki hematuriya xəstəliyidir.
Qaramalın xroniki hematuriya xəstəliyi
dünyanın əksər ölkələrində, Avropada (Yu-
nanistan, Macarıstan, Rumıniya, Fransa, Al-
maniya, İsvecrə, İngiltərə, İtaliya , Belcika),
Asiyada (Hindistan, Pakistan), Afrikada
(Keniya, Konqo), Amerikada (ABŞ, Ka-
nada, Kolumbiya) və Avstraliyada , Rusi-
yada (Şərqi Sibirin Kamcatka vilayətində,
Krasnoyarsk, Altay bölgələrində), Gürcüs-
tan və Ukranya Respublikalarında müəyyən
olunmuşdur. Azərbaycan Respublikasında
isə xəstəliyi Astara, Lerik, Lənkəran və Ma-
sallı rayonlarının dağlıq sahələrində yerləşən
təsərrü fatlarında qeydə alınmışdır.
Xəstəliyin yayılmasına dair əldə edilmiş
ədəbiyyat materiallarına əsasən dünya üzrə
başlıca bir ümumi cəhəti, onun bir qayda
olaraq subtropik iqlimli dağ-meşə sahələrində
saxlanılan heyvanlarda baş verməsidir.
Tədqiqatçılar qaramalın xroniki hematu-
riya xəstəliyini öyrənməyə başlayandan,
onun müalicə və profilaktikasına dair də ax-
tarışlar aparmışlar. Lakin etioloji faktor ay-
dınlaşdırılmadığından onlar effektli nəticə
verməmişdir. Məsələn bir qrup müəllif (Qing
1888, Butozan 1935, Bengir 1938) xronik
hematuriyalı xəstəni müalicə etmək üçün si-
dik kisəsini zəy, tanin, qurğuşun sirkə turşu-
sunun duzu, yod-qliserin məhlulları ilə yu-
mağı məsləhət biliblər. Digər qrup isə (Voner
1897, Settler 1928, Gvesitadze 1943, Cu-
buq və Qritesenko 1953) müalicə məqsədi
ilə ayıqulağı bitkisini, kalium yodu, kollar-
qolu, afenili, santonini, fenotiazini, qusdurucu
daşı, urotropini, streptosidi, metilen abısını
daxilə işlətməklə sınaqdan keçirmişlər. La-
kin göstərilən preparatların işlənməsindən
sonra xronik hematuriya ilə xəstə heyvanın
ümumi vəziyyətində yaxşılaşma əmələ
gəlmişsə də, xəstəlik müalicə olunmamışdır.
Tədqiqatçıların verdiyi məlumatlara görə
bu xəstəlikdə müalicənin effekti hematuriyanın
formasından aslıdır. Belə ki, onlar xəs təliyin
mikrohematuriya formasında simptomatik
müalicənin effekt verdiyini, makrohematu-
riya formasında isə vermədi yini qeyd edir-
lər. Yəni xəstəliyin bu formasında spesifik
müalicə vasitəsi hələ tapılmamışdır.
UOT 619:618.11.087.72
qArAMAlın HeMATuriyA xəSTəliyinin ÖyrənilMəSi
və OnA qArŞı MübArizə Tədbirlərinin HAzırlAnMASı
Abdullayev M.Q., Eyyubov İ.Z.,
Əlişzadə S.C., Babayeva T.Y., Aşurova T.N.
Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu
AÇAr SÖzlər: qaramal, müalicə, eritrositlər, qan
keyWOrdS: a cattle, treatment, erythrocytes, blood
27
Elmi-praktik jurnal
bAyTArlıq
V.P.Qromova və başqalarına görə (1969)
xəstəliyin makrohematuriya formasının baş-
lanğıcında urutin preparatı yaxşı nəticə ve-
rir. Eyni nəticəni İngiltərədə qaramalın Orl-
yak Ayıdöşəyindən iti zəhərlənməsi zamanı
batil spirti işlətməklə əldə etmişlər (B.
V.
Par-
tevaniya və b., 1988). Lakin müəyyən olun-
muşdur ki, müalicə olunan heyvanlar sonra-
dan yenə də xəstələnə bilərlər.
Xəstəliyin hematuriya formasını müalicə
etmək ücün B.V.Partesvaniya və başqaları
(1988) yem payından Orlyak Ayıdöşəyini
çıxardıqdan sonra simpomatik müalicə kimi
kalsium xlorid, akorutin (“C” vitanimi və
rutin ), urotropin, ammonium xlorid prepa-
ratları və autohematuriya işlədib, 30 gündən
sonra mikrohematuriyanın tamam kəsildiyini
qeydə almışlar. Buna baxmayaraq bu tədqi-
qatçılar makrohematuriyanı yenə də müalicə
olunmaz xəstəlik kimi göstərirlər.
Xəstəliyin profilaktikasına dair aparılan
işlər də ümidverici deyildir. Bu sahədə bir
sıra tədqiqatçılar əsas tədbiri Orlyak Ayıdöşəyi
bitkisinin heyvan örüşlərindən dərin şum-
lama üsulu ilə məhv edilməsinə və heyvan
orqanizminin bu bitki zəhərinə qarşı davam-
lığının artırılmasına yönəldiyini göstərmişlər.
B.Q.Petrenko və A.V.Cubrina (1956)
xronik hematuriya xəstəliyinə qarşı profi-
laktiki tədbir işləyib hazırlamaq üçün xü-
susi təcrübə qoymuşlar və müəyyən
etmişlər ki, cavan qaramalı tamkeyfiyyətli
yemlərlə yemləndirdikdə onlar xroniki he-
maturiya xəstəliyinə qarşı davamlı olurlar.
B.
V.
Partes vaniya və başqaları isə (1988)
profilaktik tədbir üçün Orlyak Ayıdöşəyi
bitkisini heyvanların yeminə qarışdırma-
mağı və heyvanları bu bitki olan sahələrdə
otarmamağı təklif edirlər.
Yuxarıda qeyd olunan ədəbiyyat materi-
allarını yekunlaşdıraraq belə nəticəyə
gəlmək olar ki, qaramalın xroniki hematu-
riya xəstəliyinin müalicə və profilaktikası
hələ tam işlənib hazırlanmamış və xəstəli-
yin səbəbinə qarşı spesifik müalicə vasitəsi
müəyyən olunmamışdır.
Məsələnin aktuallığı nəzərə alınaraq
Azərbaycan Elmi-tədqiqat Baytarlıq İnstitu-
tunun laboratoriyasında xroniki hematuriya-
nın ağır forması ilə (makrohematuriya)
xəstələnmiş inəklərin qanını, sidiyini və da-
xili orqanlarını müayinə etməyi qərara aldıq.
Təcrübəni xroniki hematuriyanın ağır
forması (makrohematuriya) ilə spontan xəstə
olan, Lerik rayonunun Vizəzəmin kəndindən
alınmış 3 baş (1437, 1222 və 1505 invertar
nömrəli) eyni klinik əlamətli inək üzərində
qoyduq. Onların gündəlik yem payını aşağı-
dakı yemdən ibarət təşkil etdik:quru yonca
otu – 6 kq, arpa yarması – 2 kq, göy ot –
4-5 kq (vaxtaşırı), yalama formasında
yemək duzu.
Ədəbiyyat məlumatlarına və aparılan
təsərrüfat müşahidələrinə əsasən xronik he-
maturiyanın ağır formasında (makrohema-
turiya) müalicə tədbiri aparılmasında təbii
sağalma halları qeydə alınmadığından və
təcrübəyə daxil etdiyimiz xəstələrin baş he-
sabı ilə miqdarı az olduğundan (3 baş)
nəzarətdə xəstə heyvan saxlanılmadı.
Müalicə ümumi və yerli formada hər üç
baş xəstə üzərində aparıldı. Orqanizmdə baş
vermiş patoloji proseslərin aparılan müalicə
əməliyyatları nəticəsində geriyə inkişaf di-
namikasını müəyyən etmək məqsədi ilə
təcrübə heyvanlarında klinik, qanlarında mor-
foloji, biokimyəvi, sidiklərində fiziki, kimyəvi
və mikroskopik müayinələr aparıldı.
Müayi nələr müalicədən əvvəl üç dəfə (sta-
tus müayinəsi) və müalicədən sonra başlan-
ğıc dövrdə hər 5 gündən bir, sonralar isə
9-14 gündən bir aparıldı. Müayinə üçün qan
və sidik hər dəfə səhər vaxtı, heyvanlar
yemlən dirilməmiş və suvarılmamışdan əvvəl
götürüldü.
Hər müalicə kursundan sonra müayinə-
lərin göstəriciləri inəklər üzərində aparılan
status müayinəsinin müvafiq göstəriciləri