bAyTArlıq
Elmi-praktik jurnal
22
qoyunların isə A, O bivalent vaksinlə pey-
vənd edilməsi planlaşdırılmış və bu prinsipə
90-cı illə rin əvvəlinə kimi əməl edilmişdir.
Azərbaycanda müstəqilliyinin ilk illərində
iqtisadi çətinliklərlə əlaqədar olaraq respub-
likada vaksin qıtlığı yarandıgı üçün
sərhəddə, eləcə də başqa yerlərdə heyvanla-
rın dabağa peyvəndlənməsində çətinlik ya-
ranmışdır. Sər həddə bufer zona yaratmaq
üçün vaksin köməkliyi ilə əlaqədar BEB və
FAO, Aİ-yə müraciətlər edildikdən sonra
yalnız İran və Türkiyə ilə sərhəd rayonlarda
mövcud olan İBH-ın bir dəfə peyvənd edil-
məsi üçün humanitar yardım edildi. 1998-
cu ildən başlayaraq hər il vaksin verilmiş və
bufer zona yaradılması həmin ildən etibarən
mütamadi olaraq peyvəndləmə aparılmış və
öz müsbət nəticəsini vermişdir .
Pespublikamızda büdcə vəsaiti hesabına
maliyyələşdirilən xəstəliklərə qarşı tədbir lə-
rin aparılması üçün Dövlət Baytarlıq Xid mə-
tinə ayrılan vəsaitin 80 %-dən çoxu yalnız da-
baqəleyhi vaksinlərin alınmasına sərf edilir.
Çox baha qiymətə əldə edılən daba qə-
leyhi vaksinlərin səmərəli işlədilməsi, onun
vaxtında xəstəliyə həssas heyvanlara vurul-
ması və vaksinin keyfiyətinin aşağı düşmə-
mə sini təmin etmək vacib məsələlərdəndir.
Bunun üçün heyvandarlığın köçəri xarakter
daşımasını, bəzi regionlarda qoyunçuluğun,
eləcə də camışçılığın nisbətən zəif inkişa-
fını, bu növ heyvanlarda dabağın kliniki
əlamət ləri görünmədən uzun müddət virus-
daşıyıcı olmalarını nəzərə alaraq “Baytarlıq
haqqında Azərbaycan Respublikasının Qa-
nununun tətbiq edilməsi barədə” Azər bay-
can Respublikası Prezidentinin 22 noyabr
2005-ci il tarixli 316 nömrəli fərmanına uy-
ğun hazırlanmış və Azərbaycan Respubli-
kası Nazirlər Kabinrtinin 07 mart 2006-cı il
tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş
“Epizootiya monitorinqinin aparılması qay-
dası”na ciddi riayət edilməsi çox mühüm
amildir.
Sərhəd rayonlarında və eləcə də mərkəzi
ərazilərdə heyvanlarda immunitetin gərgin-
liyinin vəziyyəti ayrı-ayrı heyvan növündə
seçmə yolu ilə, bir qrup heyvanlarda pey-
vəndləmədən əvvəl, eləcə də vaksinin nə
dərəcədə effektli olmasını dəqiqləşdir mək
məqsədilə peyvəndləmədən 20 gün keçdik-
dən sonra qan götürülərək yaranan immuni-
tetin vəziyyətinin öyrənilməsi və qiymətlən-
dirilməsi məsləhət bilinir. Belə olduqda
gələcəkdə təkrar peyvəndləmənin vaxtının
seçilməsi və immunitet barədə tam anlayış
əldə edilməklə vaksinin kortəbii olaraq
tətbiqinin qarşısı alınır, onun səmərəli işlən-
məsinə imkan yaranır.
Ümumidünya Ərzaq və Kənd Təsər-
rüfatı Təşkilatı (FAO), Ümumdünya Hey-
vanların Sağlamlığı Təşkilatı (BEB) ilə
birlikdə 09-13 noyabr 2008-ci ildə Qərbi
Avrasiyanın 15 dövlətinin iştrakı ilə İran İs-
lam Respublikasının Şiraz şəhərində regi-
onlarda dabağa qarşı mərhələlərlə mübarizə
aparılması və 2020-ci ilə kimi xəstəliyin
kliniki olaraq başvermə hallarının kökünü
kəsmək məqsədilə keçirdikləri seminarda
xüsusi strateji plan işlənib hazırlanmışdır.
Bu strateji konsepsiyanın həyata keçirilməsi
məqsədilə hər bir iştrakçı dövlət öz milli
maraqlarını nəzərə alaraq dabağın baş
vermə riskinin azaldılması, habelə regional
xidmətlərlə birgə informasiya mübadiləsi
aparılması və texniki biliklərin əldə edilmə-
sindən ötrü birgə əlaqələndirici tədbirlərin
milli səviyyədə həyata keçirilməsini təmin
etməlidirlər.
23 iyul 2009-cu il tarixdə İtaliyanin
Roma şəhərində FAO və BEB tərəfindən
dabağın ciddi nəzarətə götürülməsi məsələsi
qarşıya məqsəd qoyulmuşdur. BEB-n baş
eksperti Jozef Dominekin məlumatına görə
dabaq virusunun dünya üzrə hazırkı durumu
beynəlxalq aləmdə böyük maraq doğurur və
onun bütün mərhələlərində nəzarətdə sax-
lanmasına ehtiyac vardır.
23
Elmi-praktik jurnal
bAyTArlıq
Dabaqla mübarizəyə müasir dövrdə həm
də regional səviyyədə yanaşılması vacibdir.
Regional mübarizə aparılmadan heç bir
dövlət dabağa görə öz ərazisinin sağlamlı-
ğını qorumaq iqtidarına malik deyildir. Bu
ondan irəli gəlir ki, dabaq xəstəliyi heç bir
sərhəd tanımadan müxtəlif yollarla -
küləklə, uçan quşlarla, vəhşi heyvanlarla,
nəqliyyat vasitələrilə, ərzaqla və sair yol-
larla yayıla bilirlər.
Dabağa qarşı kompaniyada beynəlxalq
səviyyədə hazırlanıb tətbiq edilən taun əleyhi
proqramdan da istifadə edilməli, hazır lanan
mübarizə proqramında yerli xüsusiy yətlər,
biomüxtəliflik öz əksini tapmalıdır.
Hazırda dünyada uzun illər yayılma dərə-
cəsini nəzərə alaraq qəbul edilən 7 dabaq
zonasına 100-ə qədər dövlət daxildir. Bu re-
gional sxem Proqressive Control Pathway
(PCP) münasibətləri əsasında Asusyonda
gündəliyə çıxarılaraq Ümumdünya Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatı tərə findən
tətbiq edilən sxemə əsaslanır. Belə bir müna-
sibət regional səviyyədə investisiyaların qo-
yulması üçün yaradılan strukturu tam təmin
edir və xəstəliklə mübarizədə iştirak edən
dövlətlərin nə dərəcədə iştirak etməsi 0-dan
5-dək ölçüdə qəbul edilmiş şkalalarla müəy-
yən ləşdirir. Dabağın 7 zonasına daxil olan
bu 100 dövlət bu şkala ilə 0-dan 3-dək qiy-
mətləndirildiyi halda, BEB tərəfindən bun-
lardan 67-si 4-dən 5-dək qalxdığı bildirilmiş
və dabağa görə sağlam hesab edilmişdir.
Respublıkamızda dabağa qarşı uzun illər
ərzində peyvəndləmə aparılması ilə
əlaqədar, ərazidə əvvəllər aşkar edilən da-
bağın tipləri və ya serovariantları ərazi üçün
ekzotik olan tiplər kimi ağır keçmir, bəzən
ağızda, bədənin tüksüz sahələrində yünğül
formalı yaralar (aftalar) əmələ gəlir ki, bu
da qısa müddət ərzində kliniki sağalma ilə
nəticələnir. Son illər respublikamızda dabaq
yaşlı heyvanlarda ölümlə nəticələnməsə də,
o, doğub-törəməyə və s. ciddi ziyan vurur.
Xəstəlik bir çox zəif inkişaf etmiş ölkə-
lərdə çobanlara, kənd əhalisinə, eləcə də
fermerlərə məxsus heyvanlar arasında uzun
müddət davam edir. Bəzən də yüksək inki-
şaf etmiş dövlətlərdə məsələn, Böyük Brita-
niya, İrlandiya, Franca və Niderlandda
2001-ci ildə 6 mln. baş heyvan məhv
edilməsinə baxmayaraq, onlara ərazilərini
virusdan azad etmək üçün 6 aydan çox vaxt
lazım gəl mişdir.
Məlum olduğu kimi dünya təcrübəsində
dabağa qarşı mübarizədə 3 tədbirlər siste min-
dən istifadə olunur. Birincisi pey vəndləmə-
dən tam imtina edərək, dabaq baş verdikdə,
ocaqda olan bütün xəstəliyə həssas heyvan-
ları məhv etmək, bu “stempinq-aut” adlanır.
İkincisi dabaq baş verdikdə, ilkin mənbədə
heyvanları məhv etmək və dabaq ocağının
ətrafında dairəvi peyvəndləmə aparmaq.
Üçüncüsü ölkə ərazisində və yaxud müəy-
yən zonalarda sistemli şəkildə profilaktiki
peyvəndləmə aparmaq, ərazidə xəstəlik baş
verdikdə isə xəstə heyvanları məhv etməklə
mənbənin ətrafında dairəvi peyvəndləmə
aparmaq üsulundan istifadə edilir.
Azərbaycan üçün nisbətən qəbul edilən
üsul 3-cü üsul hesab edilir. Son illərədək
Azərbaycanda xəstə heyvanların məhv
edilməsi yalnız ekzotik tip olduqda həyata
keçirilmişdir. Qalan hallarda qeyri-sağlam
məntəqəyə karantin qoyulması, xəstələri
müalicəyə cəlb etmək və axırıncı xəstə sa-
ğalandan 21 gün sonra bütün karantin
tədbirləri, eləcə də sistemli peyvəndləmə
həyta keçirməklə karantinnin götürülməsi
üsuluna üstünlük verilmişdir.
Prof. A.Raxmanovun apardığı hesabla-
malara görə yüksək riskli zonalarda sistemli
peyvəndləmə aparılması məcburi peyvənd-
ləmə tədbirlərinə nisbətən təxminən 16 dəfə,
“stempinq-aut” tədbirindən isə 108 dəfə
ucuz başa gəlir və bir rus rublu xərc qoy-
maqla 5,56 rubl itkinin qarşısını almaq
mümkün olur.