bAyTArlıq
Elmi-praktik jurnal
20
Dabaq cütdırnaqlı heyvanların itigedişli
kontagioz virus xəstəliyi olub yüksək tem-
peratura, ağızın selikli qişasında və bədənin
tüksüz nayihələrində (baş, yelin, dırnaqarası
sahədə, burun aynasında) vezikulyar yarala-
rın (aftaların) əmələ gəlməsi və hərəkətin
pozulması kimi əlamətlərlə özünü göstərir.
Dabaq üçün xarakterik cəhət onun tez
yayılması və qısa müddətdə epizootiya ha-
lında görünməsidir.
Geniş yayılma qabiliyyətinin olması,
ərazidə həssas heyvan növlərinin çoxluğu,
törədicinin tiplərinin və serovariantlarının
həddindən artıq olması, uzun müddət bu
amilin xarici mühitdə və orqanizmdə qal-
ması, eləcədə bəzi heyvan növlərində onun
kliniki əlamətlərinin tam görünməməsi ona
qarşı təşkilatı-təsərrüfat, baytarlıq-sanita-
riya təd birlərinin aparılmasının təşkilində
prob lemlər yaradır.
Ərazidə dabaq baş verdikdə orada la-
zımi karantin tədbirlərinin aparılmasına
külli miqdarda vəsait xərclənməklə bərabər,
dövlətlərarası ticarət əlaqələrinə ciddi təsir
göstərir və ölkə iqtisadiyyatına böyük
məbləğdə ziyan dəyir.
Dabaq epizootiyaları coğrafi və iqlim
sərhədi bilmir və qısa müddətdə böyük
əraziləri əhatə edirlər. Respublikamızda
uzun illər ərzində aparılan peyvəndlənmə
ilə əlaqədar müəyyən qədər immun fon ya-
randığından və heyvanlarda zəif də olsa
antitellər olduğundan yaşlı heyvanlar ara-
sında elə də böyük ölüm halları olmur.
Buna baxmayaraq təcrübələr ğöstərmişdir
ki, müəyyən dövrlərdə ərazidə ekzotik
tiplərin xəstəlik törətməsi nəticəsində xeyli
miqdarda yaşlı heyvanların tələf olmasına
da rast gəlinir.
Bir qayda olaraq 3 aylığa qədər buzov-
lar, quzular və çoşkalar arasında xəstəlik ol-
duqda kütləvi ölümlə nəticələnir.
Alimlərin hesablamalarına görə dabaq
baş verdikdə südçülük və ətçilik heyvandar-
lıqla məşğul olan vətəndaşlara orta hesabla
heyvanın dəyərinin 30-40 %-i həcmində iq-
tisadi ziyan dəyir.
Kənd təsərrüfatı heyvanlarından dabağa
ən həssas iribuynuzlu heyvanlar (İBH) və
donuzlar hesab olunur. Digər növ heyvanlar
xüsusilə qoyun və keçilər dabağa az
həssasdırlar. Camışların xəstəliyə yolux-
ması müxtəlif formada ola bilir. Bəzən on-
lar xəstəliyi çox yüngül, bəzən isə İBH-da
olduğu kimi ağır formada keçirirlər.
Azərbaycan Respublikasında maldarlı-
ğın 17 %-ni camışçılıq təşkil etməsi və bir
çox hallarda onlarda virusdaşıyıcılıq olma-
sına baxmayaraq kliniki əlamətlərin az xa-
rakter olması faktı ərazidə dabağın epizoo-
tologiyasında və ölkə ərazisində virusun
sirkulyasıyasında önəmli rol oynayır.
Donuzlar, qeyd etdildiyi kimi dabağı çox
ağır keçirir, cavanların tələf olması ilə yanaşı,
UOT 619:616-078:634.4
dAbAqəleyHi Tədbirlərin TəŞkili
Vəliyev U.M., baytarlıq elmləri namizədi
Səfiyeva N.V., biologiya elmləri namizədi
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına
Elmi Nəzarət institutu
AÇAr SÖzlər: dabaq, törədici, yayılma, diaqnoz, profilaktika
keyWOrdS: aphtae epizootikae, exciter, spread, diagnosis, prophylaxis
21
Elmi-praktik jurnal
bAyTArlıq
yaşlı donuzlarda xəstəliklə əlaqədar başmaq-
ların zədələnərək bir qayda olaraq düşməsi
onların çıxdaş edilməsi ilə nəticə lənir.
Azərbaycanda donuzlar arasında dabağın
geniş yayılması 1966-cı ildə dabağın O tipi-
nin O1 variantı tərəfindən törədilən ən bö-
yük epizootiya zamanı müşahidə edilmişdir.
Donuzlar arasında sonuncu dəfə dabaq
1987-ci ildə Abşeron donuzçuluq komp-
leksində baş vermiş, O tipinin O1 variantı
tərəfindən törədilən xəstəlik kütləvi surətdə
cavanların tələf olmasına, yüksək məhsul-
dar ana donuzların, törədici qabanların çıx-
daşına səbəb olmuşdur.
Donuzçuluq müəssələrində mövcud do-
nuzların məhv edilməsi üsulunun ilkin
mənbədə tətbiq edilməsi mümkün olma-
dıqda dabağın ləğv edilməsinə aylarla vaxt
tələb olunur. Həmin dövrdə Abşeron donuz-
culuq kompleksində xəstəliyin ləğv
edilməsi üçün yaradılan işçi qrupuna əsil
təşkilatçılıq qabiliyyətinə malik olan və o
zamanlar Kənd Təsərrüfatı nazirinin müa-
vini vəzifəsində çalışan İ.R.Əbilov rəhbərlik
etmiş, həmin donuzçuluq müəs səsində apa-
rılan
kompleks
proflaktik
tədbirlər
nəticəsindəcə 2,5 ay müddətində xəstəlik
yerindəcə ləğv edilmiş, və müəssənin gücü
tam bərpa olunmuşdur. Keçmiş SSRİ-də bu
tədbirlər həmin dövr üçün ən böyük
nailiyyətlərdən biri idi.
Xəstəliyin ləğvi üçün çox ciddi karantin
tədbirləri ilə yanaşı, sağlam donuzlar yaş
qrupundan asılı olmayaraq emulsin vaksinlə
peyvənd edilmiş, dezinfeksiya məqsədilə
10 tondan artıq yeyici natrium qələvisi
işlənmişdir.
1987-ci ildən sonra donuzlar arasında
da baq xəstəliyinin olması barədə məlumat
yox dur. Əlbəttə donuzlar arasında xəstəli yin
olmamasına başlıca səbəblərdən biri donuz-
ların baş sayının ilbəil azadılması hesab edilir.
Azərbaycan Respublikasının ərazisi da-
bağa görə yüksəkriskli zonaya aiddir və
məhz buna görə də onunla mübarizə öz spe-
sifikliyi ilə seçilir. Bunun əsasını Azərbay-
canın dabağa görə bütün dövrlərdə qeyri-
sağlam İran və Türkiyə ilə, eləcə də
Gür cüstan və Ermənistanla həmsərhəd ol-
ması, bu dövlətlərdə ekzotik tiplərin və se-
rovariantların mütamadi olaraq görünməsi,
eləçədə heyvandarlığın respublikada köçəri
xarakter daşıması, yaz və payızda köç za-
manı epizootoloji cəhətcə müxtəlif heyvan-
ların məh dud əraziyə toplanması təşkil edir.
Heç təsadüfi deyil ki, respublikada ek-
zotik tiplərlə baş verən epizootiyaların ha-
mısı 1-ci dəfə sərhəd rayonlarda aşkar
edilməklə yanaşı, heyvanların köçürülməsi
dövrlərinə düşmüş və əraziyə köç yolu boyu
yayılmışdır.
Azərbaycanda son 53 il ərzində baş
verən 1957-ci il epizootiyası (O tipi), 1960-
1963-cü illərin epizootiyası (SAT-1), 1964-cü
il epizootiyası (tip A, variant A22), 1966-cı
il epizootiyası (tip O variant O1), 1983-cü il
epizootiyası (Asiya-1) və 2001-ci il epizoo-
tiyaları (Asiya-1) məhz ilk dəfə sərhəd ra-
yonlarında baş vermiş, mərkəzi və şimal ra-
yonlarrina doğru yayılmışdır. Respublikada
1957-ci ildən hazırki dövrə qədər müxtəlif
illərdə ən çox baş verən tip dabağın O tipi-
nin O1 variantıdır.
Aparılan epizootiya əleyhi ümumi və
spesifik profilaktika tədbirləri nəticəsində
2001-ci ildən bəri ərazidə dabaq xəstəliyi
aşkarlanmamışdır.
Belə sabitliyə əlbəttə son 10 il ərzində
İran və Türkiyə, eləcədə son zamanlarda
Gürcüstanla sərhəd yerlərdə dabağa görə
bufer zonasının yaradılmasının böyük rolu
olmuşdur. Ümumiyyətlə bufer zona yaradıl-
masına hələ keçən əsrin 70-ci illərindən
başlanmışdır. Belə ki 1974-cü ildə
Cəlilabad rayonunda bir sərhəd kəndində
dabağın Asiya-1 tipinin aşkarlanmasından
sonra sərhəd rayonlarında İBH-ın polivalent
A, O və Asiya-1 tiplərinə qarşı vaksinlərlə,