Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə17/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   13   14   15   16   17   18   19   20   ...   160

 

 

 



56 

www.vivo-book.com 

 

Biz  yenidən  otelə  tərəf  üz  tuturuq  və  qarĢılıqlı  razılaĢma  ilə  bir-



birimizə  heç  nə  demirik.  Zahirən  Qrey  təmkinlidir.  Bir  fincan  qəhvə  ilə 

keçən görüĢümüzü dəyərləndirməyə çalıĢıram. Hiss edirəm ki, sanki hansısa 

boĢ qalmıĢ vəzifə ilə bağlı müsabiqəyə dəvət olunmuĢam. 

– Siz həmiĢə cins Ģalvar geyinirsiniz? – deyə qəfildən Qrey soruĢur. 

– Demək olar ki. 

O,  razılıq  iĢarəsi  olaraq  baĢını  tərpədir.  Biz  yenə  də  iĢıqforun 

yanındayıq.  Mən    həyəcanla  beynimdə  bugünkü  səhərin  gediĢatını 

fırladıram. Necə də qəribə sualdır… indi biz ayrılacağıq. Vəssalam. ġansım 

vardı və mən onu əldən buraxdım. Ola bilsin ki, onun həyatında baĢqa qadın 

var. 


–  Sevdiyiniz  qadın  varmı?  –  deyə  ağzımdan  qaçırıram.  Aman 

Tanrım, doğrudanmı mən unu ucadan dedim? 

Onun dodaqları yarıtəbəssümlə əyilir. 

– Yox, AnasteyĢa, sevgilim yoxdur və ola bilməz, – astaca deyir. 

Aha...  o,  bununla  nə  demək  istəyir?  O  gey  deyil?  Yoxsa  geydir? 

Bəlkə,  o  müsahibədə  həqiqəti  deməyib?  Ġlk  anda  mən  söhbətin  davamını 

gözləyirəm,  lakin  Qrey  susur.  Hə,  artıq  getmək  vaxtıdır.  Mən  hər  Ģeyi 

düĢünməliyəm.  Mən  onu  tərk  etməliyəm.  Ġrəliyə  doğru  bir  addım  atıram, 

ayağım burxulur və üzüqoylu yola yıxılıram. 

–  Lənət  Ģeytana,  Ana!  –  Qrey  qolumdan  elə  möhkəm  dartır  ki, 

arxaya  yıxılıram,  birtərəfli  hərəkət  olan  yolda  avtomobil  axınının  əksinə 

gedən velosipedin qarĢımdan keçməsindən bir saniyə əvvəl. 

Hər  Ģey  bir  anda  baĢ  verir:  mən  yıxılıram  və  budur,  onun  qolları 

arasındayam və o, məni bağrına basır. Mən onun təmiz, canlı ətriylə nəfəs 

alıram.  Ondan  yenicə  yuyulmuĢ  kətan  köynəyin  və  bahalı  duĢ  gelinin  ətri 

gəlir. Aman Tanrım… baĢım gicəllənir. Dərindən nəfəs alıram. 

– Əzilmədiniz ki? – deyə Qrey pıçıldayır. O, məni bağrına basır, bir 

əli ilə çiynimdən tutaraq. O biri əlinin barmaqları yüngül toxunuĢla üzümdə 

gəzir. O, böyük barmağı ilə üst dodağıma toxunur və hiss edirəm ki, onun 

tənəffüsü  dayanıb.  Qrey  düz  gözümün  içinə  baxır  və  mən  onun  həyəcanlı, 




 

 

 



57 

www.vivo-book.com 

 

odlayıcı  baxıĢlarını  tuturam.  Bu,  əbədiyyət  qədər  uzanır,  Qreyin  gözəl 



ağzından baĢqa heç nəyi görmürəm. Aman Tanrım! Ġyirmi bir yaĢında mən 

ilk  dəfə  həqiqətən  öpülmək  istəyirəm.  Onun  dodaqlarını  öz  dodaqlarımda 

hiss etmək istəyirəm. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 



58 

www.vivo-book.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4-cü fəsil 

 

―Öp  məni!‖  –  tərpənməyə  halım  olmadan  fikrən  yalvarıram.  Mən 



qəribə,  naməlum  istəklə  iflic  olmuĢam.  SehrlənmiĢ  halda  Kristian  Qreyin 

cizgilənmiĢ ağzına baxıram, osa yuxarıdan-aĢağı mənə baxır. Göz qapaqları 

örtülüb,  gözləri  tünd  çalar  alıb.  O,  güclə  nəfəs  alır,  mənsə  heç  nəfəs 

almıram. Sənin əllərindəyəm. XahiĢ edirəm, məni öp. O, gözlərini qapadır, 

dərindən  nəfəs  alır  və  sanki  səssiz  sualıma  cavab  verərək  baĢını  yelləyir. 

Gözlərini yenidən açdıqda orada polad bir qətiyyət oxunur. 

– AnasteyĢa, məndən uzaq dur. Mən sənə lazım olan adam deyiləm, 

– Qrey pıçıldayır. 




 

 

 



59 

www.vivo-book.com 

 

Nə? Axı niyə belə? Axı bu haqda o yox, mən qərar qəbul etməliyəm. 



EĢitdiyimə inanmayaraq sifətimi turĢudaram. 

– Nəfəs al, AnasteyĢa, nəfəs al. Ġndi səni ayağa qaldıracam, – astaca 

deyir və məni özündən aralayır. 

Mənim xilasım və ya Kristian Qreyin təması ilə yaranmıĢ Adrenalin 

parlayıĢı yox olur və mən özümü zəif və əsəbi edirəm. ―Yox!‖– deyə qəlbim 

hayqırır o məni  dayaqdan məhrum  edərkən. O,  məni məsafədə saxlayır  və 

diqqətlə  reaksiyamı  gözləyir.  BaĢımda  yalnız  bir  fikir  var:  mən  ona  iĢarə 

etdim  ki,  öpüĢ  gözləyirəm,  o  isə  məni  öpmədi.  Ona  lazım  deyiləm.  Məni 

qəhvə içməyə dəvət edərkən Ģansım var idi, mənsə hər Ģeyi korladım. 

–  Aydındır,  –  deyə  köks  ötürürəm,  yenidən  səsə  malik  olaraq  və 

alçalmadan əzab çəkərək donquldanıram: – Çox sağ olun. 

Durumu dəyərləndirərkən nə vaxt səhv eləmiĢəm? Tez-tələsik ondan 

ayrılmalıyam. 

– Nə üçün? – əlini götürmədən üzünü turĢudur. 

– Məni xilas elədiyiniz üçün, – deyə pıçıldayıram. 

– Bu dəli əks istiqamətdə hərəkət edirdi. YaxĢı ki, yanındaydım. ĠĢin 

nə  ilə  bitəcəyini  düĢünmək  belə  qorxuludur.  Bəlkə,  mənimlə  otelə 

gedəsiniz? Oturarsınız, özünüzə gələrsiniz. 

O, məni buraxır, indi qarĢısında durmuĢam və özümü səfeh durumda 

hiss edirəm. 

Özümə  gələrək  mənasız  fikirləri  beynimdən  qovuram.  Getmək 

lazımdır.  Bütün  dolaĢıq,  deyilməmiĢ  ümidlərim  tar-mar  edilib.  Ona  lazım 

deyiləm.  ―Nə  düĢünürdün?  Kristian  Qrey  sənin  kimi  birisinə  iliĢəcək?‖  – 

deyə təhtəlĢüurum məni cırnadır. Bəxtimdən ―yaĢıl adamcığaz‖ peyda olur. 

Mən cəld küçənin o biri baĢına keçirəm, hiss edirəm ki, Qrey arxamca gəlir. 

Otelin qarĢısında geriyə çönürəm və baxıĢlarımı qaldırmağa halım yoxdur. 

–  Çay  və  fotosessiyaya  razılaĢdığınız  üçün  sağ  olun,  –  deyə 

donquldanıram. 

– AnasteyĢa, mən… – o susur və səsindəki ağrı diqqətimi tələb edir, 

çünki iradəmin əksinə olaraq ona baxıram. Boz gözlər kədərlidir. Qrey kefi 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə